Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
65 
- inat 
 
- səc (daxili qafiyə və ritmik nəsr) 
leksik səviyyədə: 
- təkrir 
- iltizam (poliptot) 
- təcnis 
- əks, təbdil və tədvir (tərsinə çevirmə, komponentlərin yerdə-
yişməsi və dövr etmə) 
- rəddül-əcz aləs-sadr (anadiplosis) 
məntiqi əsasla: 
- ləffü nəşr 
- cəm, təfriq və təqsim 
- təzad 
- təfvir (tutuşdurma yolu ilə: tənasüb, miratün-nəzir, qarşılaş-
dırma yolu ilə: mütabiqə (siniflənmə) 
- müdavvar 
- həşv (söz əlavəsi) 
2. Klassik Şərq şeirində işlədilən bədii sual növləri; 
a) istiğfəm (ritorik sual) 
b) sual və cavab (münazirə) 
c) təcahülül-arif (heyranlıq bildirən sual) 
3. Məcaz və onun növləri; 
a) sadə məcazlar: 
- təşbeh 
- bədii təyin (epitet) 
b) mürəkkəb məcazlar: 
- istiarə (metafora) 
- metonimiya 
- rəmz 
- kinayə (təlvin, təriz, ima, təhəkküm) 
- mübaliğə (hiperbola və litota) 
- təşxis (cansız varlıqları insanlaşdırma - şəxsləndirmə) 
- intaq (heyvan və digər canlılara müraciət) 


Əzizağa Nəcəfov 
 
 
66 
4. Örtülü danışıq tərzləri; 
a) lüğəz (sirli danışıq, tapmaca) 
b) müəmma (fikrin gizli bəyan edilməsi) 
c) eyham 
d) maddeyi-tarix 
5. Şeirdəki məzmunun gücləndirilməsi ilə bağlı vasitələr; 
a) təlmih 
b) irsali-məsəl 
c) izah 
d) iqtibas 
Yuxarıda qeyd etdiyimiz kimi, bu poetik vasitələrin hamısının 
Füzuli yaradıcılığında işlənmə xüsusiyyətlərinin şərhi real imkanlar 
xaricində olduğundan, tədqiqat işimizin ikinci fəslində bunların 
yalnız bəzilərinə nəzər salacaq, poetik fiqurların şairin ədəbi irsində 
tətbiqinin ümumi mənzərəsini yaratmağa çalışacağıq. 
 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
67 
 
POETİK FİQURLARIN FÜZULİ YARADICILIĞINDA 
İŞLƏDİLMƏ ÖZƏLLİKLƏRİ  
(NORMA VƏ NOVATORLUQ) 
 
 
Klassik Şərq şeirində ritm - ahəng yaradan vasitələr 
 
 
Füzuli şeirində fonetik təkrarlar və paralelizm 
Şeir incəsənətin bir növü kimi, estetik zövq mənbəyi, ruhun 
mənəvi qidası olduğundan həm orta əsrlər poetikasında, həm də 
müasir  ədəbiyyatşünaslıqda təkcə  məna yükü baxımından deyil, 
forma əlamətləri ilə seçilən gözəllik göstəricisi kimi də öyrənilir. 
Ərəbdilli şeiri tədqiq edən orta əsr Şərq ədəbiyyatşünaslarından 
Qudama ibn Cəfər (888-948) şeirin yaranmasında əsas dörd ünsürü - 
söz, vəzn, qafiyə və ideyanı fərqləndirirdi. Məlumdur ki, burada söz 
poetik termini altında əsərin bədii cildi, forması, onun göz və qulaqla 
qavranılan ləfzi cəhətləri, zahiri üstünlükləri nəzərdə tutulurdu. 
Şeirdə  mənaya xələl gətirmədən maksimum ahəngdarlıq, 
musiqili səslənmə əldə edən şair öz işində müvəffəq sayılır, mənada 
müvəffəq olan şairin  şəkildə  də  sənətkarlıq nümayiş etdirməsi bir 
tələb kimi irəli sürülürdü. Məhz bundan çıxış edərək Füzuli farsca 
“Divan”ının dibaçəsində yazırdı: 
Söz mənadan asılıdır, məna sözdən hər zaman, 
Bir-birindən asılıdır, necə ki cism ilə can. ( 72, 15) 
Bu baxımdan Türk şeir dahisi Füzulinin unikal bədii təfəkkür 
təcrübəsi olan şeirlərində klassik poetikanın maraqlı bölmələrindən 
biri - bəyan elminin şeirin məna və zahiri əlamətlərini xarakterizə 
edən sənət növlərinin - ləfzi və  mənəvi poetik fiqurların tədqiqi 
xüsusi maraq doğurur. 
Tədqiqatımızda Füzuli irsində  bəzi ləfzi fiqurlardan istifadə 
özəlliklərinə nəzər salacaq, ondakı məftunedici səs ahəngdarlığının 
sehrinə vaqif olmağa çalışacağıq. 


Əzizağa Nəcəfov 
 
 
68 
“Psixolinqvistik təcrübədən məlumdur ki, insan ən  əvvəl dil 
vahidlərinin zahiri cəhətini - səs tərkibini qavrayır və yalnız bir 
müddətdən sonra məzmunu, mənanı dərk edir”. (3, 8) Deməli, şeirin 
zahiri gözəlliyi, adət etdiyimiz fikrin ifadə tərzindən fərqli cəhətləri 
ilk öncə  cəlbedicilik vasitəsi olub, oxucu, yaxud dinləyən  şəxsin 
diqqətini özündə saxlamağa yönəlmişdir. 
Füzuli şeirində poetik təkrarla yaradılan bir sıra poetik fiqurla-
rın (rəddül-əcz aləs-sədr, mükərrər, müsəlsəl, iştiqaq, iltizam, touzi, 
məqlub və s.) məharətlə tətbiqi ilə əldə edilən axıcı ahəng onu başqa 
şairlərin irsindən köklü fərqləndirir və şairin fərdi üslubundan xəbər 
verir. 
Şərq şeirinin özülü olan analogiya, yaxud ritmik səs uyuşması 
nəzmi bədii təfəkkürün mənsur şəkildə ifadə tərzindən fərqləndirən 
ahəng, ölçü, bölgü və qafiyə kimi ünsürlərin əsasını təşkil edir. Şeir-
də ritm yaradan, ondakı musiqi ahəngini təmin edən əsas vasitələr-
dən biri də  təkrardır. Füzuli şeiriyyətində bu bədii vasitədən müx-
təlif cür: səs, şəkilçi, söz, ifadə və hətta cümlə təkrarı şəklində isti-
fadə olunmuşdur. Sözsüz ki, dahi sənətkarın bədii irsində bunların 
hər birinin öz yeri, öz məqsədi var. Bu üslubi məziyyətlər həm 
estetik, həm də poetik məqsəd güdür. Məsələn: səs və şəkilçi təkrarı 
şeirdə ritmə, söz və ifadə təkrarı musiqi ahəngindən savayı, çoxmə-
nalılıq, omonimlik, sözə qənaətə və hissi-emosional təsiri artırmağa, 
cümlə  təkrarı isə  mənanı qüvvətləndirib, təkid anlamı yaratmağa 
xidmət edir. Və bu elementlərin hər biri müxtəlif variasiyalarda 
ayrı-ayrı poetik fiqurları fərqləndirməyə imkan yaradır.  
Füzulinin bir çox şeirlərini nəzərdən keçirdikdə orada təkrarla 
yanaşı, paralelizmin də mövcudluğunu görürük. Bu isə dahi sənət-
karın bənzərsiz sənət incilərinin mənasına varmazdan öncə onların 
zahiri əlamətləri ilə valeh etməsinə şərait yaradır. Füzuli irsində təkcə 
bir fonetik səviyyədə  təkrar və paralelizmə  nəzər salmaq kifayətdir 
ki, onun şeiriyyətinin yüksək ahəngdarlıq sirrini anlayasan. Həmin 
bədii priyomlar sayəsində yaradılan poetik fiqurlara diqqət yetirək. 
Touzi (səs təkrarı). Şeirdə ritmik-intonasiya yaradan vasitələr-
dən biri olan bu poetik fiqur misra, beyt və ya bənd daxilində eyni 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə