Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə3/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   2   3   4   5   6   7   8   9   ...   42

Əzizağa Nəcəfov 
 
 

vasitələrin şərhi üçün daha çox şairin anadilli “Divanı”ndan, “Leyli 
və Məcnun” poemasından və “Hədiqətüs-süəda” əsərindən misallar 
verəcəyik. Burada məqsəd  şairin  ədəbi dilimizə, mili düşüncə  tər-
zinə  gətirdiyi yenilikləri müəyyən etmək,  əksər hallarda şairin tər-
cümə  əsəri kimi şərh olunan “Hədiqətüs-süəda”nın orijinal əsər 
olduğunu bir daha əsaslandırmaqdır. Füzuli dühasının böyüklüyünü 
müqayisədə təyin etmək üçün təkcə şairin yaradıcılığı ilə məhdud-
laşmayacaq,  şairin  ədəbi irsi ilə yanaşı, müqayisəli  şəkildə digər 
klassiklərimizin əsərlərindən də faydalanmağa çalışacağıq. 
Sözsüz ki, bu poetik vasitələrin hamısının Füzuli yaradıcılı-
ğında işlənmə xüsusiyyətlərinin  şərhi real imkanlar xaricində 
olduğundan tədqiqat işimizin ikinci fəslində bunların yalnız 
bəzilərinə  nəzər salmış, poetik fiqurların  şairin  ədəbi irsində 
tətbiqinin ümumi mənzərəsini yaratmağa çalışmışıq. Biz Füzuli 
irsində geniş tətbiq olunan bədii ifadə vasitələrinə - touzi, məqlub, 
iştiqaq, səc, iltizam, təcnis, rəddül-əcz aləs-sadr və s. kimi fonetik 
səviyyədə təkrar və paralelizm vasitələrinə, təkrir və onun müxtəlif 
növ rəngarəngliyi, təzad, təfvir, həşv və s. kimi leksik göstəricilərə 
və istigfəm, sual-cavab, təcahülül-arif kimi bəzi qrammatik 
göstəricilərin şərhinə daha geniş yer ayırmış və yeri gəldikcə, digər 
poetik fiqurların izahına da müraciət etmişik. Çünki Füzuli bir şeir 
vahidində  tək bir poetik fiqurun tətbiqi ilə  məhdudlaşmır, bəzən 
müvazi olaraq bir neçə poetik üsuldan istifadə edir, hətta onun bir 
misrasında bədii təsvir və ifadə vasitələrinin bütöv bir çələngi, 
kompozisiyası  əksini tapır ki, bu da Füzuli irsinə kompleks 
yanaşmağı tələb edir. 
Azərbaycan ədəbiyyatşünaslığının və onun tərkib hissəsi olan 
füzulişünaslığın aktual problemlərindən biri də  şairin bədii irsini 
tədqiqata cəlb edərkən onun hər hansı bir poetik fiqurdan nə 
məqsədlə, necə faydalandığının təyini problemidir. Klassik ərəb və 
fars nəzəri traktatlarından üzü bəri sadəcə poetik fiqurları  şərh 
etmək, onun növ çalarlığını müəyyən edib, misallarla rəngarəngliyi-
ni əsaslandırmaqla kifayətlənən, onları şairin ideya-bədii məramın-
dan kənarda formülə edən nəzəri araşdırmalardan fərqli olaraq, hər 
 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 

hansı bir poetik priyomun səbəbini vermək işimizin ən əsas yenili-
yidir. Bizim tədqiqatımızda Füzuli irsi, onun ölməz şeiriyyəti təkcə 
köhnə,  ənənəvi bölgüdən kənara çıxmadan, çərçivə daxilində  şərh 
olunmamış, bu unikal sənət nümunələrinə müasir, struktur və tarixi 
poetikanın tələblərinə uyğun yanaşılmışdır.  
Biz “Şərq  şairinin yaradıcılıq psixologiyası” başlığı altında 
poetik fiqurların tətbiqinə psixolinqvistik, linqvopoetik və sırf ədə-
bi-nəzəri mövqedən münasibət bildirir, ədəbiyyatşünaslıq tarixi-
mizdə, bəlkə  də, ilk dəfə  şərq  şairinin yaradıcılıq psixologiyası 
elementlərini müəyyənləşdirməyə, onun özünəməxsus cəhətlərini 
aydınlaşdırmağa çalışmışıq. 
Bu iş Füzuli yaradıcılığında müxtəlif poetik fiqurların,  şairin 
özünəməxsus bədii dil özəlliklərinin öyrənilməsi, onun ədəbi-bədii 
məramının açıqlanmasında forma elementlərinin rolunun aydınlaş-
dırılması baxımından nəzəri əhəmiyyət kəsb edir. Tədqiqatın hər iki 
fəsli vahid bir məqsədə - Füzuli şeiriyyətinin təsir gücünün həm 
forma, həm də məzmun istiqamətində əldə etdiyi yenilikləri aydın-
laşdırmağa xidmət edir. Bu isə Füzuli yaradıcılığının kompleks təd-
qiqində poetik fiqurların öyrənilməsinin zəruriliyi məsələsini gün-
dəmə gətirir. Tədqiqat nəzəri əhəmiyyəti ilə yanaşı, praktik əhəmiy-
yətə də malikdir: 
- Bu tədqiqatdan gələcəkdə başqa klassiklərimizin ədəbi irsini, 
onlardakı poetik fiqur çalarlarını öyrənmək üçün istifadə etmək olar. 
- O, gələcəkdə sırf linqvistik, ədəbiyyatşünaslıq və psixolinq-
vistik, poetikalinqvistik istiqamətdə aparılacaq tədqiqat işləri üçün 
mənbə ola bilər. 
- Bu kitabdan ali məktəblərin filologiya fakültələrində müva-
fiq kursların tədrisində dərs vəsaiti kimi də faydalanmaq mümkün-
dür. 
 
 


Əzizağa Nəcəfov 
 
 
10 
 
POETİK FİQUR –  
BƏDİİ DÜŞÜNCƏ VƏ İLHAM HADİSƏSİ KİMİ 
 
 
Mövzunun tədqiq tarixinə bir nəzər 
 
 
Tarixin müəyyən dövr kəsiklərində  hər bir xalqın, etnosun, 
ayrı-ayrı imperiya və dövlətlərin tərkibindəki müəyyən bölgənin 
məişətinə xas təkrarolunmaz xüsusiyyətlər, onu əhatə edən mühit və 
mövcudiyyətin mənimsənilməsindəki fərdilik bütövlükdə insan 
anlayışı  və  təfəkkürünün içərisində  də  sərhədləri müəyyənləşdir-
məyə imkan yaratdı.  İnsanlar təkcə fizioloji cəhətlərinə görə - irqi 
amillərlə deyil, həmçinin müəyyən adət və ənənələrin təkrarlanması, 
din, dil, ictimai münasibətlərdəki eynilik, yaxud yaxınlığa görə  də 
fərqli qruplarda birləşdi. Tarixən coğrafi və fizioloji amillər  əsa-
sında diferensiasiyaya uğrayan insan nəsli müəyyən ictimai tələblər 
nəticəsində yenidən inteqrasiya edərək  əvvəl milli, sonra isə ayrı-
ayrı ictimai qrupların başqalarından fərqlənən mədəniyyətini forma-
laşdırdı. Mövcud reallığın bir-birindən fərqlənən subyektiv əksi 
olan milli mədəniyyətlər müəyyən ictimai-tarixi amillərin nəticə-
sində əlaqəyə girərək sosial təfəkkürdə tədrici, yaxud birbaşa dəyi-
şikliyə səbəb oldu. İnsan həyatının, məişət və yaşam tərzinin bütün 
sahələrini əhatə edən din kimi böyük ictimai amilin təsiri ilə forma-
laşan müxtəlif birliklər tədricən öz mədəniyyətini yaratdı və bunlar 
arasındakı fərq aşkar sezilməyə başladı. Artıq yeni dövrdəki inteq-
rasiyalar zamanı bu fərqlər ya tamamilə aradan qalxdı, ya da onların 
qarşılıqlı öyrənilməsi müxtəlifliyin meydana gəlmə  səbəblərini 
aydınlaşdırdı. 
Deməli, başqa canlı orqanizmlərdən fərqlənən ümumi insan 
tipinin təfəkküründəki müxtəlif ictimai amillər nəticəsində meydana 
çıxan fərdilik, ilk növbədə, yaradıcı  şəxsin düşüncə materialı olan 
maddi və mənəvi mədəniyyət nümunələrində əks olunmaqla müəy-


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə