Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə36/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

Əzizağa Nəcəfov 
 
 
108
3.  Morfoloji təzad. Bu təzad növündə qarşılaşdırılan vahidlər 
əksərən eyni bir sözə, leksemə əks morfemlərin – şəkilçilərin artırıl-
ması ilə yaradılır. Bu bədii ifadə vasitəsinin, təzadın bu növünün ən 
sadə variantı feli xəbər mövqeyində  işlədilən sözlərdən birinin 
inkarlıq  əlamətini, cümlənin təyini vəzifəsində  çıxış edən kəlmə-
lərin  əks mənalı antonim şəkilçilərini qəbul etməsi ilə  və s. sadə 
qrammatik konstruksiyalarla yaradılır. Məsələn: 
Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut! 
Tutma zöhhadın müxalif pəndini, peymanə tut! 
Gər sənə əfğanimi bihudə dersə müddəi, 
Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut! (39, 69) 
Yaxud: 
Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay, 
Bir sifariş qıl ki, bizdən ötməsin azarsız. (39, 110) 
Ruzi-hicr, ey gün, çəkib bir tiğ minnət qoy mənə, 
Yoxsa minnətsiz həlak eylər şəbi-hicran məni. (40, 222) 
Çox maraqlıdır ki, Musa Adilov da Füzuli üslubuna dair 
qələmə aldığı “Məhəmməd Füzulinin üslubu və poetik dili” adlı 
monoqrafiyasında təzadın  şəkilçili forması kimi fərqləndirilən bu 
xüsusi növünün sifətlərlə  təzahür edən variantında  şairin  ədəbi dil 
ənənələrinə tam uyğun olmayaraq qarşılıqlı formada antonim 
şəkilçilərdən istifadə etmədiyini xüsusilə qeyd edir. Məsələn, 
yuxarıdakı beytlərdən göründüyü kimi, qarşılaşdırılan bu tip sözlər 
azarlı və azarsız şəklində yox, azar və azarsızminnətli və minnət-
siz kimi deyil, minnət və minnətsiz olaraq əks mövqedə yerləşdirilir. 
Lakin burada qarşılaşdırılan birinci sözdə -lı  şəkilçisinin təsdiq 
məzmununu ya sintaktik əlaqə, ya da cümlə konteksti əvəz edir. 
4.  Sintaktik təzad. Heç bir dilçilik və  ədəbiyyatşünaslıq 
mənbələrində xüsusi olaraq fərqləndirilməyən bu təzad növündə 
təkcə leksik və morfoloji deyil, əksərən onlarla bərabər bütövlükdə 
ən böyük dil vahidləri olan cümlələr də qarşılaşdırılır. Klassik Azər-
baycan  ədəbiyyatında, bütün Şərq  şeir sənətində olduğu kimi, 
sintaktik vahidlər təzadın iki əks tərəfini təşkil edərkən  əksər hal-
larda ya beytin birinci və ikinci misraları, ya da ardıcıl gələn beytlər 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
109 
mövqeyində  çıxış edir. Füzulidə bu hal həm lirik miniatürlərdə: 
qəzəl, rübai, qitə və s.-də, həm də şairin epik-lirik, lirik-epik növdə 
olan daha iri həcmli əsərlərində özünü göstərir. Məsələn, qəzəllərdə: 
Can çıxır təndən, könül, zikri-ləbi-yar eyləgəc, 
Tən bulur can yengidən, ol ləfzi təkrar eyləgəc. (39, 71) 
Batdı əncum, çıxdı gün, ya bir əsiri-eşqdir
Tökdü dürri-əşki, çəkdi ahi-atəşbar sübh. (39, 75) 
Aləm oldu şad səndən, mən əsiri qəm hənuz, 
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (39, 124) 
Yaxud, qitələrdə: 
... Gər qara daşı qızıl qan ilə rəngin edəsən, 
Təbə təğyir verib, ləli-Bədəxşan olmaz. 
Eyləsən tutiyə təlim ədayi-kəlimat
Nitqi insan olur, əmma özü insan olmaz. (39, 301) 
Göründüyü kimi, Füzulinin müxtəlif mövzularda olan 
əsərlərində - məhəbbət, ictimai-fəlsəfi lirika nümunələrində özünü 
göstərən bu təzad növündə bir paralelizm də var. Həm misranın ayrı-
ayrı tərəfləri, həm də beyt və bənd daxilində misralar arasında sanki 
bir mütənasiblik özünü göstərir. Məzmun qarşılaşdırılırsa da, for-
mada bir sintaktik paralellik yaradılır ki, bu da tənasübə səbəb olur. 
Beləliklə də, forma ilə məzmun kontrastı daha yüksək effekt doğurur. 
Formadakı simmetriya məzmundakı əks analogiyaya qarşı durur. 
Füzulinin “Leyli və  Məcnun” poemasında da belə vahidlərə 
təsadüf olunur. Bu sarıdan  şairin aşağıdakı misraları xüsusilə 
maraqlıdır: 
Gündüz həbsim, gecə nəcatim, 
Gündüz mövtim, gecə həyatim. 
Olmuş dünümə günüm mütabiq 
Gün görməz imiş bəlalı aşiq. (40, 86) 
Verilmiş nümunədə  təkcə sintaktik təzad deyil, birinci və 
ikinci misrada məntiqi, üçüncüdə isə leksik təzad da işlədilir. 
Yeri gəlmişkən, Füzulidə alt-alta düzülən bu əks vahidlərin 
təzadı Musa Adilovun şairin dili ilə bağlı yazdığı, yuxarıda adı 
çəkilən monoqrafiyasında mütabiqə adlandırılır. (Məlumat üçün 


Əzizağa Nəcəfov 
 
 
110
bax: 3, 198) Ərəbcə qarşı-qarşıya qoyma anlamına gələn mütabiqə-
də  təzadı  təşkil edən vahidlər beytdaxili misralarda eyni mövqedə 
işlədilir. Məsələn: 
Gündüz gözü yaşı hadiyi-rah, 
Gecə yolu şəmi şöleyi-ah. (40, 75) 
Yaxud: 
Dəryalar olurdu cümlə səhra
Səhralar olurdu cümlə dərya. (40, 60) 
Sonuncu nümunədə isə təkcə misra önündəki deyil, həmçinin 
sonundakı iki söz də mütabiqəni təşkil edir və cümlə daxilində eyni 
bir sintaktik sıralanma isə paralelizmi yaradır. 
Sintaktik təzaddan danışarkən Füzuli ədəbi irsində  hətta 
frazeoloji vahid və idiomatik ifadələrin belə cümlə şəkilli təzadına 
rast gəlmək mümkündür;  
Ayaq basdım dəri-ümumidə, sərgərdanlıq əl verdi, 
Hünər səriştəsin tutdum, əlimdə əjdaha gördüm. (4, 98) 
5. Mətni təzad. Təzadın bu növü böyük bir sintaktik bütövün 
ayrı-ayrı hissələrinin ümumi bir mətn daxilində, qarşılaşdırılması ilə 
yaradılır. Bu həm mikro, həm də makro səviyyədə özünü 
göstərdiyindən mətni təzadın da şərti olaraq iki növü müəyyənləşir: 
a) Mikromətn daxilində əks hissələrin qarşıdurması. Məsələn: 
Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım, 
Gəlin alayişi-qəmdən çıxalım, pak olalım, 
Nəşəyi-mey tapalım, qabili-idrak olalım 
Məstü mədhuşü xərabatiyü bibak olalım. (39, 293) 
Göründüyü kimi, Füzulinin bu mürəbbesində verilən cümlə-
lərdəki ümumi məzmun bütün mətn boyu bir-birini inkar edir. 
Yaxud şairin rübailərindən birində meyi inkar edən “vaiz” ilə mey 
düşkünləri “rind”lər qarşılaşdırılaraq mətn tərkibində müəyyənləşən 
iki fikrin ümumilikdə təzad təşkil etməsinə səbəb olur: 
Mey nəfini eyləyib şüar, ey vaiz! 
Tutdun rəhi-təni-eşqi-yar, ey vaiz
Tərki-meyü məhbub edəriz cənnət üçün, 
Şərh eylə ki, cənnətdə nə var, ey vaiz! (39, 310) 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə