Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə38/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   34   35   36   37   38   39   40   41   42

Əzizağa Nəcəfov 
 
 
114
ifadə vasitəsi olan sual cümlələrinin də öz struktur göstəriciləri var. 
Burada əsas məqsəd məlumatın ötürülməsi, hazır fikrin qarşı tərəfə 
çatdırılması deyil, gərəkən biliklərin müsahibdən alınması  və ya 
müəyyən bir informasiyanın hər hansı bir cəhətinin aydın olmadı-
ğını ona çatdırmaqla cavaba təhrik edilməsidir. 
Məqsəd və intonasiyasından asılı olaraq fərqləndirilən dörd 
əsas predikativ nitq göstəricilərindən biri olan sual cümlələrinin for-
ması və funksiyaları müxtəlifdir. Monoloq, dialoq və poliloq xarak-
terli nitqin içərisində özünəməxsus yer alan bu sayaq cümlələrin bö-
yük idraki və təxəyyüli əhəmiyyəti var. Sual naməlum və izaha ehti-
yacı olan elementlərin, şərait və məsələlərin ehtiva edildiyi söyləm-
dir. İstər bədii, istərsə də digər kommunikativ nitq növlərində geniş 
tətbiq olunan sual cümlələrinin ən əsas cəhəti, bir az öncə yuxarıda 
vurğulandığı kimi, məlumatı əldə etməkdir. 
Əşyanın nə isə naməlum və ya mümkün ola biləcək cəhətlərinin 
fərqləndirilməsi, yaxud mövcud elementlərinin dəqiqləşdirilməsi 
məqsədinin qabardılmasından asılı olaraq dilçilik, ədəbiyyatşünaslıq, 
fəlsəfə və məntiqə dair tədqiqatlarda sualın, onun ifadə vasitəsi olan 
sual cümlələrinin müxtəlif növləri və çalarlıqları onun ritorik, 
yönəldici, təşviqedici və s. kimi əlamətlərini ayırmağa imkan verir. 
Dilçiliyin çox az tədqiq olunan sahələrindən biri də sintaksis, 
onun  ən  əsas tədqiqat obyektlərindən biri, bəlkə  də birincisi olan 
cümlə, onun müxtəlif təzahür sahələri, həmçinin sual cümləsi və 
onun növləridir. Milli dilçilik tariximizdə ayrı-ayrı ali məktəb dərs-
liklərində,  ədəbi dil tarixinə dair yazılmış müxtəlif araşdırmalarda 
və bəzi xüsusi tədqiqat işlərində bu və ya digər dərəcədə sual cüm-
ləsi, onun təzahür formaları haqqında məlumat verilməkdədir. Lakin 
nəzərdən keçirdiyimiz dilçilik materialları içərisində Zərifə Budaqo-
vanın “Müasir Azərbaycan dilində ritorik sual cümlələri üslubi fiqur 
kimi” adlı məqaləsini istisna etməklə, yerdə qalan tədqiqatlarda sual 
cümlələri təkcə linqvistik mövqedən araşdırılmış və daha çox onun 
ifadə vasitələri şərh olunmuşdur.  
Düzdür, Cabir Axundovun “Müasir Azərbaycan ədəbi dilində 
sual cümlələri” adlı namizədlik dissertasiyasında bu sintaktik bütö-


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
115 
vün ifadə vasitələri ilə yanaşı, istifadə  məqsədinə  də müəyyən yer 
ayrılmışdır, lakin burada da bu sayaq predikativliyin linqvopoetik, 
yəni poetik sintaksis baxımından  şərhinə xüsusi diqqət yetirilmə-
mişdir. 
Eyni ilə ədəbiyyatşünaslıq mənbələrində də bədiiyyat məqsədi 
ilə tətbiq olunan, müxtəlif çalarlıqda təzahür edən sual cümlələrin-
dən yalnız ritorik suala müəyyən yer verilmiş və əksər tədqiqatlarda 
bədii sual anlayışı ilə ritorik sual cümlələri eyniləşdirilmişdir. 
(M.Rəfili, Ə.Mirəhmədov və s.) 
Cabir Axundovun yuxarıda adı gedən tədqiqatında sual cümlə-
lərinin ifadə  və  məzmun özəllikləri baxımından alternativ bölüş-
dürmə, məqsəd və cavab tələb etmə xüsusiyyətinə görə isə ritorik və 
təhrikedici kimi növləri fərqləndirilmişdir. 
Zərifə Budaqovanın xüsusi olaraq ritorik suala həsr olunan 
məqaləsində isə bu cümlə konstruksiyası vasitəsi ilə ifadə olunan 
məna çalarlıqları aydınlaşdırılmış, bir ritorik sual cümləsinin içəri-
sində on altı  fərqli məna özəlliyi müəyyənləşdirilmişdir. Müasir 
Azərbaycan poeziyası bazasında  şərh olunan bu fərqli məqsəd 
çalarlığı klassik ədəbi irsimizdə təzahür edən növ rəngarəngliyi ilə 
müqayisənin təşkili baxımından da əhəmiyyətlidir. 
Zərifə Budaqova sözügedən məqaləsində ritorik sualın təhriki, 
təsdiqi və ya kinayəli, yaxud məzəmmətedici, qəzəbli, həyəcanlı, 
günahlandırıcı, qarşılıqlı müqayisəli, şikayət məzmunlu, arzu xarak-
terli,  əminlik bildirən, etiraz, barışmazlıq, sevinc və  təəccüb ifadə 
edən və diqqət yönəldici kimi məzmun və məqsədindən asılı olaraq 
müəyyənləşdirdiyi növləri ilə bu sintaktik-üslubi vasitənin necə uni-
versal təbiətə malik olmasını açıqlamış və bu cümlələrdəki müxtəlif 
ekspressivliyin rəngarəng bədii ifadə vasitələrinin yaradılmasında 
geniş istifadə olunduğuna da işarə etmişdir. (Bax: 131, 24-26) 
Q.A.Yeremeyeva və Q.Q.Xisamovanın birgə  işlədikləri bu 
sintaktik cümlə konstruksiyasının məna özəlliklərini yekunlaşdıran 
xüsusi, “Poetik mətnlərdə mediativ sual cümlələri” məqaləsində 
sualın üç əsas məna növü müəyyənləşdirilir: əsli, ritorik və mediativ 
sual cümlələri. (136, 82-83) Şeirdə lirik qəhrəmanın xüsusi düşüncə 


Əzizağa Nəcəfov 
 
 
116
forması, mücərrəd təfəkkürünün fərqli ifadə vasitəsi kimi çıxış edən 
bu mediativ sual cümlələri təkcə  qərb, rus ədəbiyyatı üçün deyil, 
həmçinin milli bədii söz sənətimiz üçün də xarakterikdir. 
Füzuli irsi də daxil olmaqla, klassik ədəbiyyatımızda geniş 
tətbiq olunan bu bədii sual növü Şərq poetikasına dair yazılmış 
mənbələrdə daha çox istiğfəm adı ilə öyrənilir. Poetik mənbələrdə 
şairin daxili hiss və  həyəcanlarını ifadə etmək məqsədi ilə istifadə 
olunan suallardan ibarət bu predikativ vahidlər  Şərq  ədəbiyyatının 
tələbləri və ümumi ənənəsinə uyğun olaraq əksər hallarda sənət-
karın özünə ikinci şəxs kimi münasibətinə  əsaslanır və çox zaman 
bədii xitablarla müvazi işlədilir. Məsələn, Füzuli qəzəllərində: 
Həbibim könlümü cəm eyləməz rüxsarı dövründə, 
Məgər zülfü kimi halım pərişan olduğun bilməz? (39, 113) 
Yaxud: 
Çox olduqca qəmü dərdim rəhi-eşq içrə xoşhaləm, 
Füzuli, şad olub şükr etməyimmi, nemətim artar? (39, 87) 
Klassik ədəbiyyatımızda, eynilə də Füzuli ədəbi irsində geniş 
tətbiq olunan bədii sual konstruksiyaları, müxtəlif üslubi məqsədlər-
lə istifadə olunan sual cümlələri  əsasını xüsusi bədiiyyatı, fərqli 
poetik sintaksisi ilə seçilən sözlərin  ən alisi olan “Qurani-Kərim”-
dən götürür. Quranda tətbiq olunan sual formalarından daha çox 
maraq doğuranı naməlumu aşkarlamaq üçün düşüncəyə sövq edici 
təsir göstərən sualdır. Bu, həmin müqəddəs, səmavi kitabın  əksər 
surələrində  işlədilən, o dövrkü ərəb dilinin leksikası üçün neolo-
gizm xarakteri daşıyan sözlərin mənasını açıqlamaq, maraq doğur-
maqla heyrətləndirmək vasitəsidir. Məsələn, “Əl-qariə” surəsində 
(101-ci surə) “qiyamət”, “haviyə” anlayışları açıqlanarkən bədii 
sualdan belə istifadə olunur: “Ürəkləri dəhşətə salan qiyamət! Nədir 
qiyamət? Nə bilirsən ki, nədir qiyamət? O gün insanlar kəpənək 
kimi ətrafa səpələnəcək. Dağlar isə didilmiş yun kimi olacaqdır. O 
gün tərəzisi ağır gələn kimsə, xoş güzəran içində olacaqdır. Tərəzisi 
yüngül gələn kimsənin isə, məskəni Haviyə olacadır: Bilirsənmi 
haviyə nədir? O çox qızmar bir atəşdir!” 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə