Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   34   35   36   37   38   39   40   41   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
117 
Göründüyü kimi, verilən nümunədə  əvvəlcə naməlumun adı 
çəkilir, sonra onun nə olduğu soruşulur və nəhayət, açıqlaması verilir. 
Bu cür sual cümlələrindən Quranın “Əl-Humuzə” surəsində (104-cü 
surə) “hütəma” sözünün, “Əl-Haqqə” surəsində (69-cu surə) “haqqə” 
anlamının izahında və s. surələrdə də istifadə olunmuşdur. Bu cümlə-
lərin  ərəbcə ifadəsinin özü izah olunmadan belə, dinləyənin qəlbinə 
qorxu hissi salır və  həmçinin onda marağa səbəb olur. Məsələn: 
“Mel-Karia?...Ve ma edrake mel Karia?”, yaxud “Ve ma edrake mel 
Hutame?”, “El-Hakka! Mel Hakka? Ve ma edrake mel Hakka?” kimi 
cümlə ardıcıllığı poeziyada geniş  tətbiq olunur ki, milli klassik 
ədəbiyyatımızda da fəal istifadə edilməkdədir. Və cavaba təhrikedici 
sual olaraq o, bədii sualın sual-cavab (münazirə) növünü xatırladır. 
Məsələn, Füzulidə: 
Sərmayələrdən edəsən sud, 
Ol sud nədir? - Riyazi-məbud. (40, 15) 
Göründüyü kimi, burada da əvvəlcə müəyyən bir məfhumun 
adı  çəkilir, daha sonra isə sual şəklində  təkrarlanır və  nəhayət, 
cavabın verilməsi ilə naməlum aydınlaşdırılmış olur.  
Beləliklə, deyilənlərdən bir daha aydın oldu ki, Musa Adilo-
vun “Məhəmməd Füzulinin üslubu və poetik dili” adlı monoqrafi-
yasında haqlı olaraq göstərdiyi kimi, təkcə bir “ritorik sual” termini 
bədii sualın bütün növ çalarlığını əks etdirə bilmir. (Bax: 3, 415) Və 
bu da öz növbəsində sözügedən bədii ifadə vasitəsinin içərisində 
yeni diferensiallaşmanı zəruri edir. 
Çoxəsrlik anadilli poeziyamızda təzahür edən sual cümlələrinin 
tədqiqinə dair materialları nəzərdən keçirib ədəbiyyatımızda - klassik 
və müasir ədəbi dilimizdə özünü göstərən bədii sualın məqsəd və 
ifadə xüsusiyyətləri baxımından altı əsas növünü müəyyənləşdirdik: 
1) ritorik sual 
2) mediativ sual (istiğfəm) 
3) təcahülül-arif (heyranlıq bildirən sual) 
4) bənzətmə xarakterli sual 
5) həyəcanlı sual 
6) sual və cavab 


Əzizağa Nəcəfov 
 
 
118
Bu müəyyənləşdirdiyimiz bədii sual çeşidlərinin isə  hər biri-
nin ifadə vasitələrinə görə növdaxili bölgüsünü də aparmaq müm-
kündür. Ən əsası isə, qeyd etmək lazımdır ki, bu sual növləri şeirdə 
yaxud bədii nəsrdə hər hansı bir bədii konsepsiyanın ifadəsinə xid-
mət etdiyindən hamısının bir bədii sual termini altında birləşdiril-
məsi daha çox məqsədəuyğundur. 
Bədii sualın istər klassik, istərsə  də müasir bədii  ədəbiyyatda 
daha geniş  tətbiq olunan növü özünəməxsusluğu ilə seçilən bədii 
nitqin xüsusi göstəricisi olan ritorik sualdır. Digər sual növlərindən 
şərtiliyi, daha doğrusu, bu dil vahidlərində tətbiq olunan sorğu into-
nasiyasının və başqa sual vasitələrinin xüsusi ehtiyac duyulmadan, 
məntiqi tələbatdan xaric tətbiqi ilə seçilən ritorik sualda sadalanan 
göstəricilər sayəsində nitq axarında xüsusi predikativ çalar, fərqli 
ifadəlilik meydana çıxır. Bu da onu təsdiq xarakterli nəqli mətnin 
sadəcə sual cümləsi şəklində ifadəsinə xidmət etdiyini göstərir. Məhz 
buna görə  də cavab əvvəlcədən bəlli olduğu üçün informatora 
ünvanlanan sual cavab tələb etmir. Bu cümlələrin  şeirdə  tətbiqinin 
əsas məqsədi isə qeyri-mümkün ideyanın söyləminə, iqrarına  şərait 
yaratmaqdır.  Şərq  ədəbiyyatında tətbiq olunan əksər bədiiyyat vasi-
tələri kimi, bu sual növü də əsasını Qurandan götürür. Allahın nitqi 
sayılan bu ali kitabda peyğəmbərə müraciət  şəklində ikinci şəxsin 
dilindən verilən bu suallar da əslində naməlum faktı açıqlayır, yaxud 
məlum, başqaları tərəfindən inkar ediləni iqrar edir. Beləliklə də sual 
konstruksiyasının  şərtiliyi nəzərə çarpır. Məsələn, “Ən-Nisa” 
(“Qadınlar”) surəsinin 87-ci ayəsində istifadə olunan sual naməlumun 
həqiqiliyinə xidmət edir: “Allahdan başqa heç bir tanrı yoxdur. 
Olacağına şübhə edilməyən qiyamət günü hamınızı [bir yerə], əlbəttə, 
o toplayacaqdır. Allahdan doğru danışan kim ola bilər?!” (64, 77) 
Yaxud “Əl-Ənam” (“Davar”) surəsinin 14-cü ayəsində isə 
yeni məlumat sadəcə sual cümləsi ilə ifadə olunur və bu da infor-
masiyanın emosionallığını artırma vasitəsi kimi çıxış edir: “[Ya 
rəsulum!] De ki: “Mən göyləri və yeri yaradan, hamını bəsləyib özü 
bəslənməyən, [hamını yedirib özü yeməkdən uzaq olan] Allahdan 
başqasını özümə rəbmi edərəm?!” (64, 100) 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
119 
Kökü müsəlman  Şərqinin  ən ali kitabına bağlanan bu sayaq 
sual çeşidliyinə Füzuli qəzəllərində  də rast gəlmək olur. Monoloji 
nitq səciyyəli bu miniatür sənət incisində ritorik sual, öncə söylən-
diyi kimi, namümkünün iqrarına xidmət edir və mübaliğə  təsiri 
bağışlayır. Məsələn: 
Məskən, ey bülbül, sənə gah şaxi-güldür, gah qəfəs, 
Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs? (39, 126) 
Yaxud: 
Gər deyil bir mah mehrilən mənim tək zar sübh, 
Başın açıb nişə hər gün yaxasın yırtar sübh? (39, 74) 
Əsasını “Quran”dan götürən,  Şərq  ədəbiyyatında geniş  tətbiq 
olunan bədii sual növlərindən biri də istiğfəm - mediativ sualdır. 
İrəlidə haqqında qısa məlumat verdiyimiz, bədii düşüncənin xüsusi 
ifadə  tərzi olan istiğfəm  İslam dininin müqəddəs kitabında; Məsə-
lən: “Ən-Nur” surəsinin 22-ci, “Ər-Rum” surəsinin 40-cı ayəsində 
olduğu kimi öz əksini tapır. Burada başqa sual növlərindən fərqli 
olaraq, birinci şəxsin dilindən verilən və məhz sual məqsədi daşıyan 
cümlələrdə Allah insanlığa müraciət edir və dinləyəni təkzibi 
mümkün olmayan fakt qarşısında qoyur. Yuxarıda sadaladığımız 
ayələrə diqqət yetirək: “Məgər siz Allahın sizi [günahınızı] 
bağışlamağını istəmirsiniz?” (64, 333) və ya “Sizi yaradan, sonra 
sizə ruzi verən, sizi öldürən və daha sonra dirildən məhz Allahdır. 
Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə bilən 
varmı?” (64, 401) Bu tip sualların cavabını düşündükdə isə onların 
inkari xarakter daşıdığı aydınlaşır. Füzulinin aşağıdakı beytlə 
başlanan qəzəli isə bu poetik fiqura ən gözəl nümunədir: 
Məni candan usandırdı, cəfadan yar usanmazmı? 
Fələklər yandı ahimdən, muradın şəmi yanmazmı? (39, 224) 
Yaxud bir başqa qəzəli: 
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi? 
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi? (39, 229) 
Göründüyü kimi, Füzuli qəzəllərində istifadə olunan bu sual 
növündə əksərən predikativlik vasitəsi olaraq alternativ sual cümlə-
ləri çıxış edir. Xüsusi hiss-həyəcanı ifadə edən bu sayaq fikri ifadə 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə