Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə4/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   2   3   4   5   6   7   8   9   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
11 
yənləşir. Həmin mədəniyyət nümunələrindəki fərqli üslubi çalarları 
aydınlaşdırarkən milli, dini, ictimai və tarixi cəhətlərin nəzərə 
alınması isə müasir elmin qarşısında duran əsas məsələlərdəndir. 
Məlumdur ki, insan təfəkküründəki müxtəlif düşüncələr 
reallaşarkən, maddi dona bürünərkən müəyyən forma əldə edir. 
Formanın isə bir bəşəri - hamı üçün eyni, bir də fərdi - konkret xalq, 
məktəb, yaxud şəxs üçün xarakterik cəhətləri, özəl keyfiyyətləri 
olur ki, o da mövcud variantdan daha əvvəl təkrarlanaraq forma-
laşan qəliblərlə müqayisədə müəyyənləşir. Məsələn, bədii  əsərin 
hansı ədəbi növdə: epik, lirik, yaxud dramatik növdə olması, hadisə, 
şəxs və ya əşyanın tərənnüm, təhkiyə ilə, yaxud hərəkətdə veril-
məsi, həyatın subyektiv, yaxud obyektiv əksi bütün xalqlar üçün 
eyni olduğu halda, onun hər hansı bir janr, şəkil və ölçü tələbləri 
çərçivəsində maddiləşməsi hər zaman üst-üstə düşmür, əksərən isə 
tamamilə müxtəlif olur.  
Məsələn, poema anlayışı bir janr kimi həm Qərb, həm də Şərq 
ədəbiyyatına xas forma göstəricisi kimi çıxış edirsə, onun orta 
əsrlərdə  qələmə alındığı  məsnəvi  şəkli yalnız  İslam  Şərqi üçün 
xarakterikdir. Yaxud eynicinsli səslərin konkret bir şeir vahidində 
periodik təkrarlanması olan touzi bütün İslam ölkələri ədəbiyyatları 
üçün xas xüsusiyyətdirsə, türkdilli ədəbiyyat üçün daha xarakterik-
dir.  Əksinə, iştiqaq – eyni samit köklü sözlərin bütöv bir misra, 
beyt, yaxud bənd daxilində  təkrarlanması  İslamdan sonrakı bütün 
türk ədəbiyyatında (şeirdə) işlənsə də, daha çox ərəblərin söz sənə-
tinə xasdır. 
Bu isə zaman-zaman ümumi insan təfəkkürünün diferensial-
laşaraq formalaşan toplumsal şüur tərzində, konkret olaraq milli 
mədəniyyətlərdə özünü göstərən, bütövlükdə  bəşər nəsli üçün xa-
rakterik olan cəhətlərdən savayı, sonradan əldə etdiyi fərdi keyfiy-
yətlərin də mövcudluğunun göstəricisidir. Həmin fərdi yaradıcılıq 
keyfiyyətləri də  hər hansı bir milli ədəbiyyatın poetika tələblərini 
öyrənməyə zəmin yaradır, onun mütərəqqi cəhətlərini müəyyənləş-
dirməyə imkan verir. 
Bu baxımdan konkret bir milli ədəbiyyatın özəlliklərinin, özü-


Əzizağa Nəcəfov 
 
 
12 
nəməxsus həyatı əks etdirmə üsullarının, onun yaradıcısı və daşıyı-
cısı olan xalqın mücərrəd təfəkkürünün ifadə tərzindəki fərqli cəhət-
lərin, yəni başqalarında təkrarlanmayan mütərəqqi xüsusiyyətlərinin 
aydınlaşdırılması üçün onun aid olduğu bölgə, xalq və etnik qrupun 
obrazlı təxəyyül göstəricisi olan ədəbi əsərlərdə bədii təsvir və ifadə 
vasitələrinin, müxtəlif poetik fiqurların öyrənilməsi vacib məsələlər-
dəndir. Bu məqsədlə  həmin toplumsal bütövün ən qabaqcıl  ədəbi 
simalarının yaradıcılığındakı ifadə özəlliklərini açıqlamaq, müxtəlif 
məna və şəkli incəliklərini təhlil etmək önəmlidir. 
Azərbaycan xalqının, bütövlükdə Türk dünyası  və  İslam 
Şərqinin  ədəbi-bədii düşüncəsindəki yeniliklərin müəyyənləşdiril-
məsi, konkret fenomenin, sözügedən anda isə  hər hansı bir ədəbi 
simanın, şairin özündən sonrakı ədəbiyyata, ədəbi dil və bədii təfək-
kürə müsbət təsirini öyrənmək sahəsində Nizami, Nəsimi, Füzuli 
kimi klassiklərin irsinin hərtərəfli təhlilinin böyük əhəmiyyəti var. 
Bu yönümdən ayrı-ayrı  tədqiqatlarda bədii təfəkkürün mükəmməl 
maddi həllinin ilkin göstəricilərindən biri olan poetik fiqurların 
öyrənilməsinə böyük önəm verilir. Ona görə  də qaldırılan proble-
min həlli: klassik Şərq ədəbiyyatı üçün xarakterik fiqurların ayrılıq-
da və həmçinin konkret sənətkarların ədəbi irsində tədqiqi orta əsr 
ərəb şərhçilik məktəbinin nümayəndələrindən başlamış XX əsr rus, 
türk, tacik, özbək və eyni zamanda Azərbaycan müəlliflərinin daim 
maraq dairəsində olmuş, müxtəlif yönümdən, dilçilik və ədəbiyyat-
şünaslıq nöqteyi-nəzərindən tədqiqata cəlb olunaraq bir sıra aspekt-
lərdən: linqvistik, linqvopoetik, psixolinqvistik və  ədəbi-fəlsəfi 
mövqedən şərh edilmişdir. 
Tədqiqata cəlb olunan mövzunun ayrı-ayrı ölkə  və dövrlərdə 
müxtəlif müəlliflər tərəfindən fərqli məqsədlərlə  işlənilmə tarixinə 
nəzər saldıqda burada əsas üç istiqaməti müəyyənləşdirə bildik: 
1) Klassik Şərq ədəbiyyatı üçün xarakterik olan poetik fiqurla-
rın spesifik cəhətlərinin və növdaxili bölgüsünün müəyyənləşdiril-
məsi ilə qane olan nəzəri tədqiqatlarBu cür tədqiqatlarda hər hansı 
bir poetik fiqur haqqında kifayət qədər nəzəri məlumat verilir və 
onun növləri müəyyənləşdirilir ki, bu da müxtəlif müəlliflərdən 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
13 
gətirilən misallarla əyaniləşir; 
2) Konkret ədibin əsərlərinin poetikasının araşdırılması və ya 
birbaşa irsindəki poetik fiqurların işlənmə özəlliklərinin aydınlaş-
dırılması zamanı ayrı-ayrı poetik vasitələrin tətbiq məqsədinin 
öyrənilməsi ilə fərdi üslub və ədəbi məktəb təsirinin aşkarlanmasını 
nəzərdə tutan tədqiqatlar; Burada hər hansı bir poetik fiqur haqqın-
da məlumat verildikdən sonra onun tədqiqata cəlb olunan müəllifin 
ədəbi irsindəki tətbiqi və bu ifadə vasitəsinin əldə etdiyi yeniliklər 
öyrənilir; 
3) Müasir ədəbiyyatşünaslıq baxımından çağdaş beynəlxalq 
terminlərlə aparılan ümumiləşdirmələrin içərisində ayrı-ayrı  Şərq 
poetik fiqurlarının konkret müəlliflərin irsində  tətbiqini öyrənən 
tədqiqatlar; Bu cür tədqiqatlar həm dilçilik, həm ədəbiyyatşünaslıq, 
həm də üslubi cəhətlərin qabardılması ilə müşayiət olunur və burada 
daha çox əsas metod kimi linqvopoetik təhlil işlədilir; 
Bu baxımdan mövzunun tədqiq tarixindən danışarkən biz həm 
dilçilik, həm də ədəbiyyatşünaslıq materiallarına nəzər salmış, həm 
Füzuli, həm də ümumilikdə Şərq mütəfəkkirlərinin irsindəki poetik 
fiqurların tədqiqi ilə bağlı araşdırmalara münasibətimizi bildirməyə 
çalışmışıq. 
Klassik  Şərq  ədəbiyyatına xas poetik fiqurların tədqiqinə  hələ 
İslamiyyətdən sonrakı ilk yüzilliklərdə Quran və cahiliyyə dövrü 
ədəbiyyatını öyrənən  ərəbdilli mənbələrdə rast gəlinir. X əsrdən 
başlayaraq güclənən farsdilli ədəbiyyatın yeni forma və  qəlibə 
uyğunlaşması, türkdillilərin farscadan və  ərəb  şeirinin tələblərindən 
öz bədii təfəkkürü üçün müvafiq yekun kimi istifadəsini asanlaş-
dırmaq məqsədi ilə ayrı-ayrı müəlliflərin  əruz, qafiyə, müəmma, 
poetik fiqurlar və s. məsələlərlə bağlı əsərlər yazmağa başlaması tez-
liklə  şeir haqqında elmin bədii, bəyan, məani kimi qollarını da 
formalaşdırdı. Raduyaninin “Tərcüman  əl-bəlağə”, Rəşid Vatvatın 
“Hədayiq əs-sehr fi dəqaiq əş-şeir”, Şəms Qeys Razinin “əl-Mücam 
fi meyar ül-əşar əl-Əcəm”, Nəsr əd-Din Tusinin “Meyar ül-əşar”, Tac 
əl-Xələvinin “Dəqayiq  əş-şeir”,  Şərəf  əd-Din Raminin “Həqayiq  əl-
hədayiq”, Vəhid Təbrizinin “Cəmi-müxtəsər”, Hüseyn Vaiz Kaşifinin 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə