Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   34   35   36   37   38   39   40   41   42

Əzizağa Nəcəfov 
 
 
120
tərzinə klassik şifahi ədəbi irsimizin ən kamil nümunələrindən biri 
olan “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Məsələn, 
dastanın altıncı - “Qanturalı” boyunda baş  qəhrəmana müraciətlə 
söylənilən mediativ sual cümləsindən birində alternativlik əsasında 
hətta müqayisəli metaforik çalar da yaradılır: 
“Qarşına ala qaz gəldi, şahinini atmazmısan?” (18, 90) 
Klassik  Şərq  ədəbiyyatında və xüsusilə  də Füzuli yaradıcı-
lığında daha aktiv istifadə olunan bədii sual növlərindən biri də tə-
cahülül-arif adlandırılan seçmə sual tipidir ki, yuxarıda əlamətlərini 
sadaladığımız istiğfəm poetik fiqurunun bəzi ifadə formaları kimi, o 
da alternativliyə  əsaslanır. Müasir ədəbiyyatşünaslıqda başqa sual 
tipləri ilə bərabər, istiğfəm termini altında birləşdirilən bu bədii sual 
forması, yuxarıda qeyd olunduğu kimi, variasiyaların qarşılaşdırıl-
ması vasitəsi ilə yaradılır. Təcahülül-arif poetik fiquru başqa sual 
tiplərindən forma elementlərindən daha çox məzmun xüsusiyyətləri 
baxımından seçilir. 
Hərfi tərcüməsi arifin cəhli olan təcahülül-arif birləşməsi 
bilərəkdən özünü bilməməzliyə vurmaq anlamına gəlir ki, bu poetik 
vasitəni yaradarkən  şair daha çox “bilmirəm”, “bilməzəm” və s. 
kimi həqiqəti danma predikatlarından istifadə etməklə,  əslində, 
inkar olunanın tərsini iqrar etdiyini bildirmiş olur. Məsələn, Füzuli 
qəzəllərindən birində beyt daxilində belə bir müqayisəli bənzətməyə 
rast gəlirik: 
Xalü xətdir bilmən ol ayineyi-rüxsar üzrə, 
Ya gözümdən əks salmış mərdümü müjgan ona? (39, 46) 
Lakin Füzuli yaradıcılığında fikrin bu sayaq ifadə  tərzinin 
göstərilən predikativlik əlamətləri ilə işlədilməsi sual cümlələrindən 
daha çox nəqli xarakterli söyləmlər üçün səciyyəvidir. Məhz ona 
görə  də  şairin  ədəbi irsində istifadə olunan təcahülül-arif poetik 
fiqurunun bədii sual tipi əksərən “ya”, “yoxsa” və s. kimi bəzi 
bölüşdürmə bağlayıcılarına əsaslanır. Məsələn: 
Ləlgün meydir əlində sağəri-simin ilə
Ya nigini-ləldir, rəşki-ləbindən oldu ab? (39, 58) 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
121 
Yaxud: 
Tari-zülfündürmü rüxsarında canlar məskəni, 
Ya buraxmış bir rəhi-pürpüçü xəm gülzarə nur? (39, 82) 
Göründüyü kimi, bədii sualın bu növ rəngarəngliyi içərisində 
də müxtəlif məqsəd çalarlığına rast gəlmək mümkündür. Klassik 
poetikaya dair yazılmış  mənbələrdə, xüsusilə  də Füzuli irsində bu 
poetik ifadə  tərzini arayan müəlliflərin  əsərlərində onun ayrı-ayrı 
məqsəd tipləri də fərqləndirilir. Məsələn, Musa Adilov “Məhəmməd 
Füzulinin üslubu və poetik dili” adlı monoqrafiyasında yazır: “Mü-
əllifin yalandan, süni yolla özünü cahil, avam, bilməyən kimi təq-
dim etməsi çox müxtəlif məqsədlər ilə (xahiş, rica, yalvarış, tərif, 
mədhetmə, məzəmmət, töhmət, tənə, danlaq və s.) əlaqədar ola bi-
lər”. (3, 416) Mahirə Quliyeva isə özünün “Klassik Şərq bəlağəti və 
Azərbaycan ədəbiyyatı” əsərində bu məqsəd çalarlığını daha ümumi 
şəkildə ifadə edir: “Təcahülül-arifin özlüyündə üç növü vardır: 
a) məhəbbətin heyrətini bildirərkən duyaraqdan özünü bilmə-
məzliyə vurmaq; 
b) məzəmmət məqsədilə mübaliğə edilən təcahülül-arif; 
c) mədh məqsədilə mübaliğə edilən təcahülül-arif. (62, 226) 
Əslində, nisbi səciyyə daşıyan bu məqsəd çalarlığı ilə seçilən 
təcahülül-arif poeziyanı xalq dilinə yaxınlaşdıran elementlərlə zən-
ginliyi baxımından daha çox maraq doğurur və dilçilərimiz tərəfin-
dən ondakı xalq danışıq dili xüsusiyyətlərinin tədqiqi daha vacibdir. 
Yuxarıda xüsusiyyətlərini sadaladığımız təcahülül-arif, deyi-
lənlərdən aydın olduğu kimi, əksər hallarda müqayisə  və  bənzət-
məyə əsaslanır. Lakin bu təşbeh sual cümlələrinin birbaşa məqsədi 
kimi çıxış etmir, köməkçi vasitə olaraq nisbi nabələdliyə  şərait 
yaratmış olur. Füzuli yaradıcılığında göstərilən sual tipindən fərqli 
olaraq, tam bənzətmə məqsədi ilə istifadə olunan sual cümlələri də 
var. Şərti olaraq bənzətmə xarakterli sual adlandırdığımız bu poetik 
vasitə,  əslində, elə  təşbehin növ çalarlığıdır ki, təcahülül-arifdən 
fərqli olaraq, bir məfhumun özündən daha qüvvətlisinə oxşadılması-
na əsaslanır və burada artıq bənzədilənlərin müqayisəsi yox, təşbe-
hin özü məqsəd kimi çıxış edir. Məsələn, Füzulinin “Ona” rədifli 


Əzizağa Nəcəfov 
 
 
122
qəzəlindəki beytlərdən birində bədii sual əsasında bənzətmədə mü-
baliğəli təşbehdən istifadə edən sənətkar bədii sualdan bəhrələn-
məklə mənanı daha artıq dərəcədə dərinləşdirir: 
Sayeyi-zülfün şəbistanındadır şəmi-rüxün, 
Necə yetsin qədr ilə xurşidi-aləm tab ona? (39, 49) 
Verilən beyti təcahülül-arifdən fərqləndirən əlamətləri bir da-
ha təsdiq etmək üçün şairin əsərlərindən başqa bir bədii sual nümu-
nəsinə nəzər salaq: 
Ləlgün meydir əlində sağəri-simin ilə, 
Ya nigini-ləldir, rəşki-ləbindən oldu ab? (39, 58) 
Göründüyü kimi, təcahülül-arifdən fərqli olaraq, buradakı 
müqayisə, sadəcə,  əlamətin  şişirdilməsinə, mübaliğəli bənzətməyə, 
arifin cahilliyində isə iki müqayisə elementi arasında fərqi müəy-
yənləşdirməyə xidmət edir. 
Bənzətmə xarakterli suala ən gözəl nümunə olaraq Füzulinin 
“Qansı gülşən gülbüni sərvi-xuramanınca var?” misrası ilə başlanan 
qəzəlini misal göstərmək olar ki, həmin  şeirin bədii sual əsasında 
qurulan bütün beytlərinin, demək olar ki, hamısında bənzətmə 
xarakterli mübaliğəyə rast gəlinir: 
Qansı gülşən gülbüni sərvi-xuramanınca var? 
Qansı gülbün üzrə qönçə, ləli-xəndanınca var? 
Qansı gülzar içrə bir gül açılır hüsnün kimi, 
Qansı gül bərgi ləbi-ləli-dürəfşanınca var? 
Qansı bağın var bir nəxli, qədin tək barvər, 
Qansı nəxlin hasili sibi-zənəxdanınca var? 
Qansı xuni sən kimi cəlladə olmuşdur əsir, 
Qansı cəllad qılıncı tiği-müjganınca var? 
Qansı bəzm olmuş münəvvər bir qədin tək şəmdən, 
Qansı şəmin şöləsi rüxsari-tabanınca var? 
Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsn, 
Qansı gəncin əjdəri zülfi-pərişanınca var? 
Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi
Qansı bülbül naləsi fəryadü əfğanınca var? (39, 86) 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə