Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə41/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   34   35   36   37   38   39   40   41   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
123 
Bu sual tipinin, yəni bənzətmə xarakterli sualın içində  də 
müəyyən bölgü aparmaq mümkündür ki, dilçilikdə  həyəcanlı sual 
kimi fərqləndirilən və  fərqli emosionallıq çaları daşıyan bədii sual 
tipinin heyrət bildirən növü də buraya daxildir. Məsələn, Füzuli 
qəzəllərindən birində  şair gözəlin təsvirini vermək məqsədi ilə 
fikirlərini belə ifadə edir: 
Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir? 
Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir? (39, 107) 
Və göründüyü kimi, şair bu beytdə mükəmməl təşbeh əsasında 
qurduğu bədii sualla öz heyrətini ifadə etmiş olur ki, bu da həyə-
canlı sualın növ rəngarəngliyi kimi diqqəti cəlb edir. 
Bənzətmə xarakterli sual ədəbiyyatımızda  ən aktiv tətbiq olu-
nan bədii təsvir vasitələrindən biridir. Məsələn, Nəsimidə bir çox hal-
larda bir məfhum digərinə  təşbeh olunarkən bənzətmə  əlaməti xü-
susilə fərqləndirilir və bu zaman bənzətmə vasitəsi kimi qoşma və ya 
modal söz deyil, bədii sualın özü, sorğu predikativliyi çıxış edir: 
Dodağın qənd imiş, bal onda neylər? 
Bu ziba xətt imiş, xal onda neylər? 
Onun kim, yoxdur gənci-nihanı, 
Ya munca mülk ilə mal onda neylər? (50, 89) 
XIX  əsrin  ən məşhur  şairi, dünyəvi eşqlə ilahi məhəbbəti 
vəhdətdə götürən Seyid Əbdülqasim Nəbati də qoşmalarından 
birində bədii sualdan bənzətmə məqamında bəhrələnir: 
Bu necə nərgizdir, bu necə gözdür? 
Bu necə lalədir, bu necə üzdür? 
Bu necə şəkkərdir, bu necə sözdür? 
Nə belə ləl olur, nə belə gövhər. (87, 34) 
Yeri gəlmişkən,  şair bu bənddə  bədii sualla yanaşı, təkririn 
anafora növündən,  ən  əsası isə  ləffü nəşrdən də  səmərəli istifadə 
etməklə bənzətməni daha da təsirli edir. 
Bədii sualın öz fərqli funksional əlamətləri ilə seçilən xüsusi 
bir növü də “sual və cavab”dır. Mənbələrdə bədii mükalimə, müna-
zirə də adlandırılan bu poetik fiquru klassik ərəb poetikasında “xi-
tab”, “müraciət” terminləri ilə  də  şərhinə rast gəlmək olur. Başqa 


Əzizağa Nəcəfov 
 
 
124
bədii sual çalarlarından fərqli olaraq, şərti də olsa, cavab tələb 
etməsi və ya cavabla işlədilməsi ilə seçilən bu poetik sual tipi 
Füzuli ədəbi irsində də geniş tətbiq olunmuşdur. 
Sözsüz ki, sözügedən bu bədii sözişlətmə vasitəsi daha çox 
lirik  şeirlər üçün xasdır. Anadilli şeirimizin bizə  bəlli olan ilk nü-
munəsinin də  əsaslandığı bu sual tipində  əslində iqrari hökm par-
çalanaraq iki hissədə: ayrı-ayrı predikatlar şəklində ifadəsini tapır: 
sual və cavab kimi. Epik əsərin içində tətbiq edildikdə isə obrazların 
nitqinin yox, müəllif təhkiyəsinin  əsas elementi kimi çıxış edir. 
Məsələn, Füzulinin “Leyli və Məcnun”unda olduğu kimi: 
Xətt üzrə qılırdı o gözəllər 
Min naz ilə bəhslər, cədəllər. 
Əmma nə cədəl? - Kəmali-ülfət
Nə bəhs? - Nəhayəti-məhəbbət. (40, 45) 
Füzulinin lirik irsində sual və cavaba daha geniş müraciət 
olunur. Məsələn, aşağıdakı beytdə şair həm sual verir, həm də sualı 
cavablandırır: 
Mən kiməm? - Bir bikəsü biçarəvü bixaniman, 
Taleim aşüftə, iqbalım nikun, bəxtim yaman. (71, 349) 
Füzuli irsində Azərbaycan şeirində çox populyar bədii müka-
limə forması olan “dedim, dedi” tipli sözişlətmə tərzinə də rast gəli-
nir. Məsələn: 
Dedim ləbinə: Ləli-bədəxşandır bu! 
Güldü, dedi: ey fəqir, böhtandır bu! (41, 315) 
Yaxud: 
Nədir, - dedim, - ruxi-safində əksi-mərdumi-çeşmim? 
Dedi: Gəlmiş gəmilə Rumə, dərya qət edib hindu. (41, 188) 
Misallardan göründüyü kimi, burada sual və cavab əslində 
bənzəyənlə  bənzədilənlərin müqayisəsinə xidmət edir. Verilən 
suallarda bənzəyən, cavabda isə bənzədilənlərin işlədilməsi əslində 
sual cümləsinin də şərti olduğunu aşkarlayır. 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
125 
 
Beləliklə, sadalanan sual növlərinin tədqiqata cəlb etdiyimiz 
şairin lirik və epik irsinin bəzi nümunələrində tətbiq rəngarəngliyinə 
dair seçdiyimiz misallar müəyyən dairədə Füzulinin yaradıcılığında 
bu bədii ifadə vasitəsinin necə böyük əhatədə tətbiq olunduğunu və 
necə  fərqli məqsədlərə xidmət etdiyini əyaniləşdirir və özlüyündə 
dahi söz ustadının fərdi üslub xüsusiyyətlərinin müəyyənləşdirilmə-
sinə də şərait yaradır 


Əzizağa Nəcəfov 
 
 
126
 
NƏTİCƏ 
 
 
Azərbaycan,  Şərq və bütövlükdə  bəşər ictimai-bədii fikir 
tarixində ecazkar, forma və məzmunca kamil sənət incilərinin sahibi 
kimi tanınan, dünya ədəbiyyatının  ən görkəmli simalarından biri də 
Məhəmməd Füzulidir. Onun zərif və dolğun təbiəti ilə seçilən ədəbi 
irsi filologiyanın və onunla qohum elmlərin  əksər sahələrinin 
müxtəlif rakurslardan tədqiqi üçün zəngin material verir. Poetik 
fiqurların Azərbaycan ədəbi mühitində şairin yaradıcılığının öyrənil-
mə tarixindəki yeri onun bu sahədən təkrarən və hərtərəfli tədqiqini 
tələb edir. Füzuli irsindəki məftunedici təbiətin,  əsiredici forma və 
məna sehrinin mahiyyəti də  məhz bunda gizlənir.  Əlişir Nəvaidən 
sonra ümumtürk ədəbi mühitinə nüfuzedici təsir göstərən ikinci, daha 
böyük və uzunömürlü ədəbi məktəbə malik ədibin zəngin və 
hərtərəfli dünyagörüşü onun dünya şöhrətli  əsərlərində öz əksini 
tapır. Şairin şah əsərləri - anadilli “Divan”ı, Nizami əsərindən sonra 
mövcud variantlar arasında ən kamili olan “Leyli və Məcnun”u zahiri 
və daxili dəbdəbə və keyfiyyəti, forma və məzmun cəhətləri ilə, daha 
doğrusu, poetik xüsusiyyətləri ilə diqqəti cəlb edir ki, bu da onun 
hərtərəfli tədqiqata ehtiyacının daha zəruri olduğunu göstərir. 
Füzuli  ədəbi irsində poetik fiqurların tədqiqi ilk öncə  şairin 
mövcud real aləmi poetik duyum və mücərrəd düşüncə yekunundakı 
estetik idealının nəzəri  əsaslarının açıqlanması, hiss-həyəcanın 
ötürülmə anında söz və məzmunla bağlı müxtəlif bədii priyomların 
əhəmiyyətinin aydınlaşdırılması baxımından əhəmiyyətlidir. Füzuli-
nin müsəlman Şərq şairləri arasında özünəməxsus yaradıcılıq tərzi, 
sənətkarlıq psixologiyasının öyrənilməsi,  şeiriyyətində  səbk xüsu-
siyyətlərinin müqayisədə araşdırılması sözügedən müəllifin  əldə 
etdiyi nailiyyətlərin müxtəlif cəhətlərlə yanaşı, poetik fiqurlarla da 
bağlı olduğunu aşkarlayır. Füzuli şeirində fonetik, leksik və seman-
tik səviyyədə təkrarlanma, əkslik və analogiyanın poetik əksi, fikrin 
mübaliğəli şəkildə ifadəsi və s. müxtəlif poetik fiqurlar vasitəsi ilə 
 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə