Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.

səhifə6/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
17 
əks, zülqafiyəteyn və s. fiqurları birinci, eyham, təlmih, lüqəz və s. 
kimiləri ikinci, iqtibas, mürat ün-nəzr, təzmin və s-ni isə üçüncü 
qrupa aid edir. Başqa traktatlarda və ədəbiyyatşünaslıq lüğətlərində 
bədii forma və ya janr kimi verilən bəzi poetik vasitələr: məsələn, 
müəmma, lüqəz və sualo cəvab sözügedən monoqrafiyada ilkin 
mənbəyə  əsasən poetik fiqur kimi təqdim olunur. Ümumilikdə, 
R.Müsəlmankulovun “Klassik fars-tacik poetikası” kitabı poetik 
fiqurların klassik Şərq ədəbiyyatşünaslığındakı tədqiq tarixini, onla-
rın növ rəngarəngliyini, bir-birindən fərqli məqamlarını öyrənmək 
baxımından çox qiymətli mənbədir. 
Türkiyə  ədəbiyyatşünaslarının “əski  ədəbiyyat”, “divan  ədə-
biyyatı” adlandırdıqları klassik irsin öyrənilməsinə həsr olunan təd-
qiqatlarında da ayrı-ayrı müəlliflər nəzmin tələblərindən danışarkən 
əksər hallarda poetik fiqurların izahına da xüsusi yer ayırmış, lakin 
orta  əsr  ənənəsinə uyğun olaraq müxtəlif fiqurların xüsusiyyətləri-
nin növdaxili bölgüsünün və hər varianta uyğun misalların verilməsi 
ilə kifayətlənmişlər. 
Əhməd Kabaklı 1968-ci ildə nəşr etdirdiyi “Türk ədəbiyyatı” 
adlı çoxşaxəli tədqiqatının birinci cildində  şifahi və yazılı  ədəbiy-
yatda üslub, ədəbi cərəyan, Türk nəsrinin intibahı  və s. məsələlər-
dən danışmaqla yanaşı, klassik türk nəzminin məxsusi tələbləri: 
vəzn, qafiyə, janr xüsusiyyətləri haqqında məlumat verərkən poetik 
fiqurlara da xüsusi yer ayırır. “Yalın anlatım və  məcazlı anlatım” 
adlı bölümdə mürsəl məcaz, təşbeh, mübaliğə, hüsnü təlil, təca-
hülül-arif, tənasüb, təzad, tövriyyə, cinas və s. kimi poetik fiqurlar 
haqqında geniş məlumat verir. Maraqlıdır ki, yeni dövr və orta əsr 
Türk müəlliflərindən poetik fiqurlara aid gətirilən misallar sırasında 
Füzulidən də çoxlu nümunə var. 
Əhməd Kabaklı bir neçə poetik fiqurun tərkibinə daxil etdiyi 
bənzətmələr haqqında danışarkən yazır: “Ədəbi yeniliklərdə “bən-
zətmə tərzi”ndəki başqalaşmanın böyük payı vardır. Hər axın və hər 
cığır yeni bir məcaz, bilxassə  bənzətmə  yığını  gətirir. ...Çağların 
gətirdiyi sosial dəyişmə  və duyum tərzi təzə  bənzətmələrə imkan 
verir”. (112, 142) 


Əzizağa Nəcəfov 
 
 
18 
Cem Dilçin də “Örnəklərlə türk şeir bilgisi” adlı nəzəri tədqi-
qatının üçüncü bölümünü poetik fiqurlara həsr edir. Klassik türk 
ədəbiyyatında işlənən bədii təsvir və ifadə vasitələrini iki əsas 
qrupda birləşdirən alim ənənəvi  şərq terminləri ilə yanaşı, müasir 
Avropa  ədəbiyyatşünaslığına xas istilahlar da işlədir. Məsələn, 
məmduhun adının misraların baş hərflərinin yuxarıdan aşağıya doğ-
ru oxunması ilə yaradılan və divan ədəbiyyatında müvəşşəh və ya 
istihrac adı ilə verilən poetik fiqur burada beynəlmiləl səciyyəli 
“akrostiş” termini ilə təqdim olunmuşdur. 
Tək bir cinasın on beşə qədər növünü müəyyən edən müəllif 
poetik fiqurları “anlamla və sözlə bağlı sənətlər” olaraq iki qisimdə 
birləşdirərkən məna və görünüm tələblərini bölgü üçün əsas tutmuş 
və bu tədqiqatda da orta əsr türk şairləri ilə yanaşı, Füzulidən 
verilən misallara da xüsusi yer vermişdir. 
Azərbaycan  ədəbiyyatşünaslığı tarixində poetik fiqurların 
professional səviyyədə  tədqiqi XX əsrin 50-ci illərindən başlanır. 
Rus və Avropa nəzəriyyəçilərinin  əsərlərinə istinadən yazılan 
ədəbiyyat nəzəriyyəsi,  ədəbiyyatşünaslıq terminləri lüğəti və orta 
məktəb şagirdləri üçün nəzərdə tutulan nəzəriyyə kitablarında bəzi 
Şərq poetik fiqurlarına da xüsusi yer ayrılmış, lakin əksər kitablarda 
bədii təsvir və ifadə vasitələri olmaqla ayrılan poetik fiqurlar onların 
Şərq  ədəbiyyatına məxsus incəliyi ilə izah olunmamış, çoxusu isə 
ümumi beynəlxalq terminlərlə ifadə olunmuşdur. Mikayıl Rəfilinin 
1958-ci ildə  nəşr olunan “Ədəbiyyat nəzəriyyəsinə giriş” kitabı, 
ondan bir il öncə çapdan çıxmış, Kamal Talıbzadə, Əziz Mirəhmə-
dov və Kamran Məmmədovun tərtib etdikləri “Ədəbiyyatşünaslıq 
terminləri lüğəti”ndə, ilk nüsxəsi 1963-cü ildə çapdan çıxmış, ali 
məktəblər üçün nəzərdə tutulan, Mir Cəlal və  Pənah Xəlilovun 
müəllifliyi ilə nəşr olunan “Ədəbiyyatşünaslığın əsasları” dərsliyin-
də və sonralar Əziz Mirəhmədovun tərtib etdiyi “Ədəbiyyatşünaslıq 
terminləri lüğəti”ndə  də  Şərq  ədəbiyyatına məxsus  əksər poetik 
fiqurlar öz əksini tapmışdır. Bu isə zəngin klassik nəzəri işin möv-
cudluğu şəraitində həmin istiqamətdə yeni tədqiqatların aparılması-
nı şərtləndirirdi. 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
19 
Artıq müstəqilliyimizin ilk illərində Mahirə Quliyevanın bu 
sahədə apardığı tədqiqatlar irəliyə doğru atılmış ilk ciddi addım idi. 
Onun 1991-ci ildə çapdan çıxmış “Klassik Şərq poetikası” adlı 
monoqrafiyası ilkin mənbələr  əsasında orta əsr  Şərq  şeiri üçün 
xarakterik poetika və üslubi xüsusiyyətləri sistemləşdirir, fəsahət, 
məani, bəyan və  bədii kimi kateqoriyalar nəzərindən klassik ədəbi 
tələbləri açıqlayırdı. Kitab orta əsr Şərq poetikasına aid qaynaqların 
şərhi baxımından, klassik nəzəri fikrin inkişaf tarixinin öyrənilməsi 
istiqamətində də maraqlı mənbədir. Burada Azərbaycan ədəbiyyat-
şünaslığı tarixində ilk dəfə sistemli olaraq əksər poetik fiqurlar, 
onların növ rəngarəngliyi ilkin mənbələrə müvafiq qısa da olsa şərh 
olunur, klassik və müasir qəzəl  şairlərinin  ədəbi irsindən gətirilən 
nümunələrlə  nəzəri müddəalar  əyaniləşdirilirdi. Əksər misallar isə, 
sözsüz ki, klassik Şərq  şeirinin bütün tələblərinə çox ciddi əməl 
edib, sözə xüsusi incəliklə yanaşan Füzulidən verilmişdir. Növdaxili 
bölgüsüz 47 poetik fiqur haqqında məlumat verən müəllif bu 
tədqiqatında onları iki əsas qrupda birləşdirirdi: 1) söz gözəllikləri 
və ya ləfzi gözəlliklər, 2) məna gözəllikləri; 
Mahirə Quliyevanın 1999-cu ildə, yeni minilliyin astanasında 
nəşr olunan “Klasik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” adlı mo-
noqrafiyası da başladığı təqdirəlayiq işin davamı idi. Adı gedən kitabda 
klassik poetika və natiqlik sənətinin nəzəri əsaslarını öyrənən bəlağət 
elminin təşəkkül və  təkamül tarixini izləməyə müvəffəq olan müəllif 
tədqiqatının ikinci fəslini poetik fiqurlara həsr etmiş, “Bədiiyyat və 
klassik Azərbaycan  ədəbiyyatı” adlı  fəsildə klassik söz sənətimizin 
əksər məşhur nümayəndələrinin də müraciət etdiyi Şərq ədəbiyyatına 
məxsus poetik vasitələr əsas iki istiqamətdə şərh olunmuşdur. 
Şərti olaraq sözün estetik və emosional təsirini bölgü üçün 
əsas alan müəllif poetik fiqurları, bu sahədəki ilk tədqiqatında da ol-
duğu kimi, “söz incəlikləri və ya ləfzi sənətlər”, “məna incəlikləri 
və məna gözəllikləri” başlığı altında iki qrupa ayırır. Lakin bu mo-
noqrafiyada ötəki tədqiqatdan fərqli olaraq, ikinci qrupun tərkibində 
də bölgü aparıldığının, mənəvi poetik fiqurların “bəyana daxil olan 
poetik vasitələr” və “bədiiyyat və  məna gözəllikləri” paraqrafları 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə