Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə7/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Əzizağa Nəcəfov 
 
 
20 
altında öyrənildiyinin şahidi oluruq. Müqayisəli-tarixi metod əsasın-
da aparılan bu tədqiqat işi həm milli bədii təfəkkürümüzdə gedən 
inkişafın, həm də Azərbaycan ədiblərinin Şərq ədəbiyyatı ənənələ-
rinə gətirdikləri yeniliklərin öyrənilməsi baxımından əhəmiyyətlidir. 
Nəsib Göyüşovun 2001-ci ildə çapdan çıxmış “Təsəvvüf 
anlamları və dərvişlik rəmzləri” adlı sufi terminləri lüğəti sanki yuxa-
rıda haqqında bəhs etdiyimiz tədqiqatı tamamlayır. Mindən artıq an-
lam və rəmzin izahı verilən bu yığcam ensiklopedik sözlük müstəqil-
lik dövründə Azərbaycan elmində bu sahədə ilk əlamətdar hadisədir. 
Hər hansı bir orta əsr Azərbaycan şairinin ədəbi irsinin öyrə-
nilməsi, dilinin və üslubunun müəyyənləşdirilməsi, fəlsəfi dünya-
görüşünün açıqlanması istiqamətində  dəyərli mənbə olan bu kitab 
konkret poetik vasitənin şərhi zamanı da əlverişli qaynaqdır. 
Poetik fiqurların, yəni  Şərq  şeirinə  məxsus bədii vasitələrin 
şifahi  ədəbi irsimizdə, heca vəznli ağız  ədəbiyyatında tətbiqini 
izləmək baxımından Məhərrəm Cəfərlinin 2000-ci ildə nəşr olunan 
“Azərbaycan məhəbbət dastanlarının poetikası” adlı monoqrafiyası 
maraqlıdır. Epik-lirik növün ən mükəmməl janrı olan dastanlarımız-
dakı qoşma və  gəraylılarda işlənən poetik vasitələrin  şərhi bu 
tədqiqat işində “Dastan şeiri və onun poetik-üslubi özəllikləri” fəs-
lində  əksini tapır. Klassik yazılı  ədəbiyyatımızın  ənənəvi poetikası 
ilə bədii söz sənətinin şifahi qolunun özünəməxsus ifadə özəllikləri 
arasında müəyyən paralellərin aşkarlanması baxımından qiymətli 
mənbə olan bu tədqiqat işində poetik fiqurlardan müasir ədəbi 
terminlərlə söhbət açan müəllif epitet, metafora və  təşbeh kimi 
geniş tətbiq olunan fiqurların sırasına alqış, dua, and və qarğış kimi 
nitq etiketlərini də daxil edir. Əslində klassik ədəbi irsimizdə də tez-
tez rast gəlinən, poetik mövqeyi və tutumu ilə seçilən bu bədii-
üslubi vasitələr, müəllifin də qeyd etdiyi kimi, xalqın inam, dini 
etiqad və etik-estetik dünyagörüşünü, sosial və etnoqrafik yaşam 
tərzini ifadə etmək baxımından çox maraqlıdır. Lakin hər halda 
onların poetik fiqur başlığı altında öyrənilməsi səhvdir. 
Konkret ədəbi simaların bədii irsində Şərq poetik fiqurlarının, 
milli  ədəbiyyatımıza məxsus ayrı-ayrı poetik vasitələrin professio-


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
21 
nal  ədəbiyyatşünaslıq mövqeyindən tədqiqi XX əsrin birinci yarı-
sında geniş vüsət aldı. Rus-sovet şərqşünaslığının ümumi tenden-
siyaları çərçivəsində inkişaf edən Azərbaycan ədəbiyyatşünaslığının 
görkəmli nümayəndələri Nizami, Füzuli kimi dünya şöhrətli klas-
siklərin yaradıcılığında sənətkarlıq məsələlərinə toxunmaqla milli 
poetika ənənələrinin öyrənilməsi sahəsində də böyük işlər görürdü. 
Mir Cəlal Paşayevin 1940-cı ildə nəşr olunan “Füzulinin poe-
tik xüsusiyyətləri” adlı monoqrafik tədqiqatı ilə Azərbaycan ədəbiy-
yatşünaslığı tarixində Füzuli irsində  tətbiq olunan bədii vasitələrin 
ilk professional öyrənilməsi başlandı. Tədqiqatın üçüncü - “Bədii 
dili” adlanan fəslində Füzulidə işlənən epitetlər, təşbehlər, mübali-
ğə, kontrast və metaforalar, şairə məxsus aforizmlər haqqında ətraflı 
məlumat verən müəllif onların Füzuli qələminə xas xüsusiyyətlərini 
açıqlayır,  şairin  ədəbi dilimiz, milli düşüncə  tərzimizə  gətirdiyi 
yenilikləri düzgün təyin etməyə müvəffəq olur. Alim yazır: “Klas-
sik şərq ədəbiyyatında məşhur və məqbul olan obrazları o da (Füzu-
li - Ə.N.) özündən  əvvəlki böyük şairlər kimi çox işlədir. ...Lakin 
bunlara təkrar kimi baxmaq düz olmaz. Çünki Füzuli şeirində bu 
məfhumlar hər dəfə başqa cəhətdən işıqlandırılır, hər dəfə bu 
obrazların ancaq bir cəhəti qabarıq  şəkildə ifadə olunur. Bu sözlər 
Füzuli şeirində hər dəfə başqa bir sistemdə, yeni bir bədii təsəvvür, 
yeni bir lövhə yaratmaq üçün işlədilir”. (82, 42) 
Bu sahədə  tədqiqatını davam etdirən istedadlı alim və yazıçı 
Mir Cəlal Paşayev 1958-ci ildə nəşr etdirdiyi “Füzuli sənətkarlığı” 
adlı monoqrafiyasında əsərin “Bədii dil xüsusiyyətləri” adlı bölmə-
sində poetik fiqurlara daha geniş istiqamətdə  bədii təsvir və ifadə 
vasitələri mövqeyindən yanaşır. Alimin Füzuli irsində istifadə olu-
nan bədii təyinlər haqqında qənaəti üzərində dayanaq: “Füzuli şeiri, 
bütün bədii vasitələrlə olduğu kimi, bədii sifətlər - epitetlər ilə  də 
çox zəngindir. Onda adi, daha doğrusu, ibtidai epitetlər çox azdır. 
...Şairin bədii təfəkkür qüdrəti,  şair xəyalının zənginliyi  ən çox 
mürəkkəb məcazlarda, səhnə verən epitetlərdə,  əşyanı bir neçə 
cəhətdən əhatə edə bilən sifətlərdə daha aydın görünür”. (83, 51) 
Füzulinin vəfatının 400 illik yubileyi ərəfəsində çap olunan 


Əzizağa Nəcəfov 
 
 
22 
tədqiqatlar içərisində  Həmid Araslının “Böyük Azərbaycan  şairi 
Füzuli” monoqrafiyası xüsusi maraq doğurur. Alim əsərinin “Füzu-
linin dil və üslub xüsusiyyətləri” adlı bölməsində şairə məxsus ayrı-
ayrı beyt və  şeir parçalarına münasibətini bildirərkən onlarda işlə-
nən müxtəlif poetik fiqurlara da toxunur, onların Füzuli yaradıcı-
lığında tətbiq xüsusiyyətlərini aydınlaşdırır. 
Həmid Araslı Füzulinin Azərbaycan  ədəbiyyatı tarixindəki 
mövqeyini belə müəyyənləşdirir: “Füzuli Azərbaycan ədəbiyyatında 
lirik şeirin atası sayılır. O, Azərbaycan ədəbi dilinin banisi və yeni 
bir ədəbi məktəbin əsasını qoyan sənətkar olmuşdur. Füzulinin lirik 
şeirində yüksək məzmun, mütərəqqi fikirlər son dərəcə yüksək 
sənətkarlıqla verilmişdir”. (5, 271) 
Tədqiqatçı sözügedən  əsərində irəlidə haqqında danışdığımız 
“Klassik fars-tacik poetikası” monoqrafiyasının müəllifi Rəhim Mü-
səlmankulovdan fərqli olaraq, müəmma və lüğəzdən xüsusi ədəbi 
şəkil kimi bəhs edir, onları poetik fiqurların içinə daxil etmir. 
Söylənilən  ərəfədə  Əli Fəhminin “Məhəmməd Füzüli - elmi-
tənqidi məqalələr” toplusunda nəşr olunan “Füzuli qəzəllərinin bəzi 
poetik xüsusiyyətləri haqqında” məqaləsində də Füzuli qəzəllərində 
geniş tətbiq olunan müxtəlif məcaz növləri, epitetlər, təşbehlər, isti-
arələr, mübaliğə və təlmih kimi bədii vasitələrdən bəhs olunur, on-
ların işlənmə məqamlarından söhbət açılır. Müəllif haqlı olaraq ləf-
fü-nəşri də təşbehlərin içinə daxil edir və həmçinin Füzuli şeirində 
ərəb hərflərinin rəmzi mənası ilə bağlı yaradılan fiqurlardan danışır.  
Şairin  ədəbi irsində tez-tez müraciət olunan mübaliğə poetik 
fiquru haqqında məlumat verən alim yazır: “Füzuli qəzəllərindəki 
mübaliğələri elə inandırıcı  və elə cazibədar işlətmişdir ki, oxucu 
bunlardan müəyyən bir məqsəd gözləyir və bunlara istər-istəməz 
inanmaq istəyir”. (68, 165) 
Əli Fəhminin məqaləsi çap olunan həmin topluda işıq üzü 
görən “Füzuli yaradıcılığının bəzi dil və üslub xüsusiyyətləri 
haqqında” məqaləsinin müəllifi Musa Adilov şairin lirik irsində tək-
rar və onun fonetik, leksik, morfoloji, sintaktik mövqedə tətbiq olu-
nan növ rəngarəngliyindən, Füzuli sözünün məcazi təbiətindən, 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə