Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə8/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
23 
ədibin zəngin lüğət ehtiyatından sevə-sevə danışır, bizə  bəlli olan 
poetik fiqurları dilçilik mövqeyindən  şərh edir. Müxtəlif poetik 
vasitələrin  şairin  ədəbi irsində kompleks tətbiqinin özəlliklərindən 
danışan Musa Adilov yazır: “Füzulinin üstünlüyü ondadır ki, böyük 
şairin  əsərlərində bu xüsusiyyətlər ayrı-ayrı  şəkildə deyil, bütöv 
şəkildə, bütün və ya bir neçə xüsusiyyətlər birlikdə özünü göstərir”. 
(68, 225) Alim bu sahədə tədqiqatını sonralar da davam etdirir. 
Nizami, Nəsimi kimi klassiklər haqqında dəyərli fikirlər 
söyləyən Mirzağa Quluzadə də 1965-ci ildə nəşr olunan “Füzulinin 
lirikası” adlı monoqrafiyasının “Sənətkarlıq xüsusiyyətləri” bölmə-
sində  şairin qəzəllərindəki bədiiyyatı açıqlayarkən ayrı-ayrı poetik 
fiqurların tətbiqinə  də münasibətini bildirir. Füzulini “bədii təzad 
ustası” adlandıran müəllif yazır: “O, lirik qəhrəmanın psixoloji və-
ziyyətini bədii təzadla çox mücəssəm və konkret şəkildə verir. Bə-
zən Füzuli hadisə və şeylərdəki əksiliklərdən məharətlə istifadə edə-
rək qəzəli əvvəldən axıradək bədii təzad üzərində qurur”. (63, 295) 
Vəcihə Feyzullazadə də şairin xüsusi olaraq ayrıca bir divanda 
topladığı,  Şərq  ədəbiyyatının  ən geniş yayılan  şeir  şəkli olan 
qəsidələrinə  həsr etdiyi, 1985-ci ildə  nəşr olunan “Füzulinin qəsi-
dələri” adlı monoqrafik tədqiqatında bu qiymətli sənət incilərinin 
sənətkarlıq məsələlərinə toxunarkən ayrı-ayrı poetik fiqurların  ədi-
bin irsində tətbiqi xüsusiyyətlərinə münasibətini bildirir. Adı gedən 
tədqiqat işində  qısa  şəkildə olsa da, şairin qəsidələrində istifadə 
olunan mükəmməl təşbehlər, təşbeh silsilələri, ləffü-nəşr, mübaliğə, 
istiarə, lüğəz, təlmih, təzad, müxtəlif məcaz növləri, iştiqaq kimi 
poetik fiqurlar, vəzn və qafiyə sistemləri barədə  məlumat verilir. 
Alim yazır: “Təxminən 4000-ə yaxın beyti əhatə edən bu əsərlər 
(şairin qəsidələri nəzərdə tutulur - Ə.N.) ictimai lirikanın səciyyəvi 
nümunələri kimi mövzuların rəngarəngliyi, ideyanın dolğunluğu, 
forma və üslub gözəlliyi baxımından da diqqəti cəlb edir”. (29, 107) 
Vəcihə Feyzullazadə Füzulinin dünyanı özünəməxsus duyum 
tərzinə “Füzulinin ömür yolu” adlı monoqrafik tədqiqatında da xü-
susi yer ayırır. Alim göstərilən mənbədə “Füzulinin fikir dünyası”, 
“Füzulidə  eşq”, “Füzulinin estetik idealı” kimi başlıqlar altında 


Əzizağa Nəcəfov 
 
 
24 
şairin dünya haqqındakı mücərrəd düşüncələrinin, onun lirik qəhrə-
manının keçirdiyi mənəvi sarsıntılarının maddiləşmə yollarını açıq-
layır. Vəcihə Feyzullazadə Füzulinin gözəllik konsepsiyasını belə 
ümumiləşdirir: “...Füzuli şeirində daxili, mənəvi gözəlliklə xarici, 
cismani gözəllik arasında bir harmoniya, ahəngdarlıq vardır. Burada 
daxili məzmun ilə, xarici forma bir-birini tamamlayır”. (30, 126)  
1986-cı ildə  nəşr olunan “Füzulinin poetikası” kitabının 
müəllifi Sabir Əliyev də adı gedən əsərində dahi şairin ədəbi-nəzəri 
görüşlərini, yaradıcılığındakı mövzu və məqsədi, məzmun və forma 
vəhdətini açıqlayır, onun ənənə çərçivəsindəki orijinallığını, Füzuli 
şeiriyyətindəki obrazlılığın özünün belə elmi olduğunu fəlsəfi möv-
qedən şərh edir, şairə məxsus bədii düşüncə tərzini nəzəri baxımdan 
incələməyə müvəffəq olur. Lakin kitabın girişində şeirimizim ərəb-
fars klassik poetikası ilə  əlaqə  və  təmasını öyrənmək üçün Füzuli 
kimi  şairin  şeirlərinin bədii  şərhinin zənginliyini vurğulayan alim 
klassik şərq poetik fiqurlarına xüsusi yer ayırmır, sadəcə, əsər boyu, 
yeri gəldikcə, ayrı-ayrı poetik fiqurlara toxunaraq onların Füzuli 
irsindəki tətbiqinə münasibətini bildirir. 
Alimin bu monoqrafik tədqiqat işində ən böyük nailiyyəti isə 
Füzuli  şeiriyyətində “bədii yalan” konsepsiyasını  və  şairin “şeir 
elmiliyi”nin prinsiplərini müəyyənləşdirməsidir. Sabir Əliyev yazır: 
“Şairin (M.Füzulinin - Ə.N.) təsvir etdiyi bədii yalan ideal 
gerçəklikdir”. (24, 75) “Füzulinin “şeir elmiliyi” müddəası, qısa 
desək, aşağıdakı prinsipləri əhatə edir:  
1) bədii obrazın real əsası; 
2) təsvir mütənasibliyi; 
3) zəngin elmi fikir və həyati təcrübə; (24, 129) 
Görkəmli alim 2004-cü ildə nəşr etdirdiyi dörd cilddən ibarət 
“Füzuli qəzəlləri  şərhi”ndə (Kitabda müəllif Sabir Əlim Xəliloğlu 
adı ilə verilir) isə əksinə, poetik fiqurlara xüsusi yer ayırır. Hər bir 
beytin  şərhində o, orada işlənən hər poetik fiqura münasibətini 
bildirir və poetik vasitələrin adını yunanca və latınca deyil, müvafiq 
ərəb-fars terminləri ilə verir.  
Türk alimi Əli Nihad Tərlandan sonra Azərbaycanda ilk dəfə 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
25 
Füzulinin anadilli “Divan”ındakı bütün qəzəllərin şərhini verən alim 
bu dördcildliyi ilə füzulişünaslığa böyük xidmət göstərməklə 
yanaşı, şairin ədəbi irsində ayrı-ayrı poetik fiqurların öyrənilməsinə 
də öz töhfəsini vermişdir. Misal üçün Füzulidən bir mətlə beytin 
şərhindən götürülən parçaya baxaq: “...Belin əyilməsinin təzim kimi 
yozulması hüsni-təlildir; “təriq əhli” cinasdır: 1/ yol adamı, müsafir; 
2/ məslək sahibi, təriqət  əhli; həqiqətdə  də yolçu bəlalar görər, 
təriqət əhli isə bəlanı qismət bilib aşina hüsab edər; “aşina” cinasdır: 
1) dost; 2) tanış; bəla - aşina bənzətmədir; qədd - düta, aşina - 
təvazö, təriq - yol tənasübdür”. (92, 3) [Nəzərə çatdıraq ki, izah 
Füzulinin “Olur qəddim düta eşqin yolunda bəla görcək” mətləli 
qəzəlinin ilk beyti haqqındadır.]  
Füzuli  şeirində  təriqət məsələlərinin, dini, sufi-mənqəbəvi 
ideyaların yeni mövqedən şərhi baxımından Nəsib Cümşüdoğlunun 
1997-ci ildə çapdan çıxmış “Füzulinin sənət və  mərifət dünyası” 
kitabı da xüsusi maraq doğurur. Burada da müəllif digər tədqiqat-
çılar kimi, yeri gəldikcə, bəzi ənənəvi poetik fiqurlara münasibətini 
bildirir. Məsələn, Fizulidə təşbehin ilahinin qeyri-təbii hissi idrakla, 
mənəvinin maddiləşdirilərək dərkinə yönəldiyinin izahını verən 
alim yazır: “Bədii təxəyyüldə  təşbeh qurumu adətən yuxarıdan 
aşağıya doğru yönümdə olur. Ona görə  də  məşuqun sifətləri 
dünyəvi anlayışlara verilir və rəmzi məzmun daşıyır”. (88, 69) 
Füzuli qəzəllərinin yeni istiqamətdə  şərhi sahəsində xüsusi 
xidməti olan müəlliflərdən biri də Gülşən Kəngərlidir. Onun 
“Füzuli sehri” kitabı  təkcə  şairin  ədəbi irsinin, qəzəllərinin  şərhi 
deyil, həmçinin  ədibin sənət sehrinin, söz möcüzəsinin heyrətamiz 
cəhətlərinin oxucu gözləri qarşısında açıqlanmasının ən bariz nümu-
nəsidir. Bu kitabda Füzulinin “halal sehri”olan şeiriyyət ecazkar-
lığını çatdırmağa çalışan Gülşən Kəngərli ayrı-ayrı beyt və ya bütöv 
qəzəllərin izahını verərkən burada işlədilən bəzi poetik fiqurların da 
əlamətlərini verir, lakin Sabir Əliyevin şərhindən fərqli olaraq, çox 
nadir hallarda bu bədii vasitələrin adını  çəkir. O, əsərinin geniş 
oxucu kütləsi üçün nəzərdə tutulmasını əsas alaraq yazır: “Əlbəttə, 
bütün bu poetik fiqurların latın və xüsusən ərəbcə poetikada uzun-


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə