«e-bank» sİstemİnİn İstİfadə şərtlərİ və qaydaları



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü1,04 Mb.
#68532


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ 

VƏ QAYDALARI

 

 



 

 


 

 



 

MÜNDƏRİCAT 

 

«E-BANK» sisteminin istifadə şərtləri və qaydaları ................................................................................. 2 



Anlayışlar .................................................................................................................................................................. 2 

1.  «E-BANK» sistemi vasitəsilə göstərilən xidmətlər və görülə bilən əməliyyatlar ............ 8 

2.  Mobil Bankçılıq ......................................................................................................................................... 8 

3.  Təhlükəsizlik qeydləri ............................................................................................................................ 8 

4.  Sistemdə maliyyə əməliyyatlarının aparılması şərtləri ......................................................... 10 

5.  Xidmət haqqı ........................................................................................................................................... 10 

6.  İdarə olunan hesablar/idarə olunmayan hesablar .................................................................. 10 

7.  Sistemə giriş ............................................................................................................................................ 11 

8.  Sistemdə internet bank tapşırıqlarının verilməsi .................................................................... 11 

9.  Əməliyyatın təsdiqlənməsi ................................................................................................................ 11 

10. 

İdentefikasiya aləti ........................................................................................................................... 11 



11. 

Sistemdə olma müddəti (cut offtime, sessiya vaxtı) ............................................................ 12 

12. 

3-cü şəxsin istifadəsi ........................................................................................................................ 13 



13. 

Hesab üzrə əməliyyatların məhdudlaşdırılması ................................................................... 13 

14. 

Sistemdə əməliyyat məhdudiyyəti(bank günü, gündəlik əməliyyat limiti) ............... 13 



15. 

Əməliyyatların bank tərəfindən dayandırılması .................................................................. 13 

16. 

Əməliyyatların ləğv edilməsi/dəyişdirilməsi ........................................................................ 13 



17. 

Çirkli pulların yuyulması haqqında bildiriş ............................................................................ 14 

18. 

Bildirişlər ............................................................................................................................................. 14 



19. 

Hesabatlar/çıxarışlar ...................................................................................................................... 14 

20. 

Məxfilik ................................................................................................................................................. 15 



21. 

İş günləri ............................................................................................................................................... 15 

22. 

Xidmətlərə xitam verilməsi ........................................................................................................... 15 



23. 

Məsuliyyət ........................................................................................................................................... 16 

24. 

Təzminat ............................................................................................................................................... 16 



25. 

Digər səhifələrə keçid linkləri ...................................................................................................... 16 

26. 

Əqli mülkiyyət hüquqları ............................................................................................................... 17 



27. 

Xidmətlərə əlavələr və dəyişikliklər .......................................................................................... 17 

 

 



 

 



 

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI 

 

Hazırki sənəd “Azər-Türk Bank” ASC tərəfindən bankın müştərisinə(bundan sonra “istifadəçi”) 



göstərdiyi  «E-BANK»  internet  və  mobil  bankçılıq  xidmətinin  istifadə  şərtlərini  və  qaydalarını 

müəyyən edir. «E-BANK» sistem istifadəçisi internet bankçılıq xidmətlərindən istifadə etməklə 

hazırki şərtlərə və qaydalara əməl etməyi öz öhdəsinə götürür. Bu sənəd çap edilə bilər və ya 

istifadəçinin tələbi ilə onun poçt ünvana göndərilə bilər. Bu sənədlə bağlı yaranan hər hansı sual 

“Azər-Türk Bank”  ASC-nin “Zəng Mərkəzi” ilə əlaqə saxlanılmaqla və ya banka rəsmi müraciət 

etməklə cavablandırıla bilər.  

ANLAYIŞLAR 

 

Bu sənəddə istifadə olunan anlayışlar: 



“Bank”  

“Azər-Türk  Bank”  Açıq  Səhmdar  Cəmiyyətinin  (ASC)  

baş ofisi, filialları və şöbələri  

 

“E-BANK”  

“Azər-Türk  Bank”  Açıq  Səhmdar  Cəmiyyəti  (ASC) 

tərəfindən yaradılmış və bankın müştərilərinə internet 

və  mobil  bankçılıq  xidmətini  kompüter  və  ya  mobil 

cihazın  internetə  qoşulması    vasitəsilə  göstərilməsini 

mümkün edən distansion kanal 

 

İnternet bankçılıq 

İnternet  və  ya  onlayn  bankçılıq  bankın  müştərilərinə 

təhlükəsiz  internet  qoşulma  üsulu  ilə  öz  bank  hesabı 

üzrə  maliyyə  əməliyyatlarının  izlənməsini  və 

aparılmasını  təmin edən  proqram təminatıdır 

 

Mobil bankçılıq 

Mobil bankçılıq bankın müştərilərinə təhlükəsiz mobil 

internet qoşulma üsulu ilə öz bank hesabı üzrə maliyyə 

əməliyyatlarının  izlənməsini  və  aparılmasını  təmin 

edən  xüsusi proqram təminatıdır 

 

“Zəng Mərkəzi” 

“Azər-Türk  Bank”  ASC-də  müştərinin  suallarını 

cavablandıran, bankın göstərdiyi xidmətlər ilə bağlı rəy 

və  təkliflərin,  eləcə  də  şikayətlərin  müvafiq  qaydada 

baxılmasını təmin etmək üçün yaradılan xidmət  

 



 

 



 

İnternet brauzer (internet 

browser) 

Dünya  internet  şəbəkəsində  (WWW)  məlumatların 

qəbulunu, təqdim olunmasını və ötürülməsini mümkün 

edən proqram təminatı 

 

Mobil əlavə 

Dünya  internet  şəbəkəsində  (WWW)  mobil  cihaz 

vasitəsilə  məlumatların  qəbulunu,  təqdim  olunmasını 

və ötürülməsini mümkün edən proqram təminatı 

 

Bank xidmətləri 

Bankın  müştəriyə  göstərdiyi  xidmətlər  və  onun  

tərəfindən müştəriyə təqdim olunan bank məhsulları  

 

Bank hesabı 

Müştəri ilə bank arasında bağlanan müqaviləyə əsasən 

maliyyə əməliyyatlarının aparılması üçün açılan hesab 

 

Əmanət (depozit) hesabı 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən , 

müştəri  ilə  bank  arasında  bağlanmış  bank  əmanəti 

(depozit)  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq 

müştərinin tərəfindən yerləşdirilən vəsait üçün açılan 

hesab 


 

Ssuda (kredit) hesabı 

Bankın  müştərilərə  verdiyi  kreditlərin  uçotunun  

aparılması,  kredit  müqaviləsində  nəzərdə  tutulduğu 

hallarda isə, həmçinin kredit vəsaitlərinin istifadəsi və 

ödənilməsi  ilə  bağlı  bank  əməliyyatlarının  həyata 

keçirilməsinin təmini məqsədilə açılan hesab 



 

 

Cari hesab 

Dövlət  və  bələdiyyə  orqanlarının,  hüquqi  şəxslərin, 

onların  filial,  nümayəndəlik  və  digər  ayrıca 

bölmələrinin,  həmçinin  hüquqi  şəxs  yaratmadan 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərin 

maliyyə-təsərrüfat 

fəaliyyəti 

ilə 

bağlı 


bank 

əməliyyatlarının aparılmasının təmini məqsədilə açılan 

hesab 

 

Cari sub hesab 



Cari  subhesablar  hüquqi  şəxslərə  onların  regional 

fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu 

daşımayan yerli qurumlarına açıla bilər.  



 

 



 

Müxbir bank  

Bir maliyyə institutu (Bank) adından, ona bərabər və ya 

bərabər  olmayan  xidmət  göstərən  digər  maliyyə 

institutu (Bank) 

 

Müxbir hesab 

Müxbir hesablar bankların özlərinin və müştərilərinin 

bank  əməliyyatlarının  aparılması  məqsədi  ilə  yerli  və 

xarici banklarda acılan hesablardır 

 

SSL mühafizə 

İstifadəçinin    brauzeri  ilə  E-BANK  sistemi  arasında 

mübadilə  olunan  məlumatların  şifrlənməsini  və 

bütövlüyünü  yoxlayan  və  təmin  edən  məlumatın 

kriptoqrafik mühafizəsi sistemi 

 

SSL Bank sertifikatı 

 

 

“Azər-Türk Bank” ASC-yə “Symantec” şirkəti tərəfindən 

verilmiş  SSL  mühafizənin  elektron  ictimai  açar 

sertifikatı 

 

Bank əməliyyatı 

Bankın 


maliyyənin 

cəlb 


olunmasını 

və 


yerləşdirilməsini,  hesablaşmaların  və  ödənişlərin 

aparılmasını mümkün edən əməliyyatlar məcmusu 

 

Bankdaxili əməliyyat 

Bankın daxilində maliyyənin hərəkət etməsini təmin 

edən əməliyyatlar məcmusu (Bankdaxili köçürmələrdə 

vəsaiti göndərən və alan müştəri “Azər-Türk Bank” 

ASC-nin müştərisidir) 

 

Respublika daxili əməliyyat 

Azərbaycan Respublikası daxilində maliyyənin hərəkət 

etməsini təmin edən əməliyyatlar məcmusu 

 

Xarici əməliyyat 

Azərbaycan  Respublikasından  xaricə  və  xaricdən 

Azərbaycan  Respublikasına  maliyyənin  hərəkət 

etməsini təmin edən əməliyyatlar məcmusu 

 

Əməliyyat saatı 

Müştəriyə  bank  xidmətlərinin  göstərilməsinə  və 

Bankın  ödəniş  sistemləri  ilə  və  müxbir  banklarla 

imzaladığı  müqavilə  şərtlərinə  riayət  olunması 

məqsədilə,  Bank  tərəfindən  əməliyyat  növündən  asılı 

olaraq  əməliyyatın  aparıldığı  vaxt  limitini  müəyyən 

edən amil 



 

 



 

Əməliyyat statusu 

Bank  əməliyyatının  uğurla  yekunlaşmasını  göstərən 

status. Əməliyyat statusu “E-BANK” sistemində bildiriş 

formasında və ya xüsusi qeyd formasında yerləşdirilir 

 

Valyuta mübadiləsi 

 

 

Ödəniş əməliyyatı 

Bankın  müəyyən  etdiyi  mübadilə  kursuna  uyğun 

olaraq,  bir valyutanın hesabına  digər  valyutanın  satın 

alınması  

Ödəyici və vəsait alan arasında hər hansı bir öhdəliyin 

mövcud  olmasından  asılı  olmayaraq  hər  hası  birinin 

təşəbbüsü  ilə  pul  vəsaitinin  bank  hesabına  mədaxil 

edilməsi, köçürülməsi və ya bank hesabından məxaric 

edilməsi 

Nağdsız ödəniş 

Pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir 

bank  hesabından  digər  bank  hesabına  köçürülməsi 

vasitəsilə həyata keçirilən hesablaşmadır 

 

Pul köçürməsi 

Ödəyici və ya vəsait alanın adına bank hesabı 

açılmadan nağd pulun vəsait alanın hesabına 

köçürülməsi əməliyyatı 



Balans qalıq 

Hesab  üzrə  maliyyənin  gündəlik  hərəkətini  nəzərə 

almaqla müştərinin hesabında olan  maliyyə qalığı 

 

Bildiriş 

Bank tərəfdən müştərinin məlumatlandırması növü 

 

Hesabat 

Hesab üzrə aparılan əməliyyatların məcmusu  

 

Çıxarış  

Konkret  bank  əməliyyatının  aparılmasının  nəticəsi 

haqqında müştərinin məlumatlandırılması növü 

 

Giriş adı/Login 

Müştərinin  sistem  tərəfindən  tanınması  məqsədilə 

sistemdə müştərinin qeydə alındığı ad 

Şifrə 

İstifadəçinin  sistemdə  identifikasiyasının  keçirilməsi 

məqsədilə sistemə daxil olan xüsusi kod. Bu kod özündə 

hərflər, rəqəmlər, simvollar ehtiva edə bilər.   

 

Avtomatik birdəfəlik kod 

Əməliyyatın  təsdiqləməsi  kodu.  Bu  xüsusi  kod 

vasitəsilə  İstifadəçinin  sistemdə  autentifikasiyası 



 

 



 

keçirilir.  Hər  hansı  maliyyə  əməliyyatları  və  sistemə 

giriş  yalnız  autentifikasiyanın  keçirilməsindən  sonra 

həyata keçirilə bilər.  

 

Anti-virus proqramı 

Kompüter 

viruslarının 

aşkarlanması, 

müəyyən 

edilməsi,  zərərsizləşdirilməsi,  kompüter  və  mobil 

cihazlarının 

sistemlərinin 

bərpası 

və 


virus 

proqramlarının profilaktikası üçün yaradılan proqram 

təminatı 

 

 

Proqram təminatı  

Hər hansı kompüter və ya mobil cihaz üçün yaradılan 

və kompüter və ya mobil cihazın məlumatı emal etmək 

imkanını  təmin  edən  xüsusi  proqram  və  ya  proqram 

toplusu (ISO/IEC 2382-1: 1993) 

 

İnternet provayder 

Internet 

şəbəkəsinə 

çıxış/girişi 

və 

İnternet 



xidmətlərindən yararlanmanı təmin edən təşkilat 

 

Vebsessiya/ Sessiya  

Hər  hansı  istifadəçinin  öz  İP  ünvanından  internet 

səhifəsinə  daxil  olandan  sonra  müəyyən  vaxt  ərzində 

fəaliyyəti 

 

Səhifə 

Kompüter  və  ya  mobil  cihaz  proqramının  yaratdığı,  

daxil  olunan  və  əldə  olunan  məlumatların  müştəri 

tərəfindən  izlənilməsini  mümkün  edən  xüsusi  vizual 

çərçivə 


 

İnternetbank tapşırığı 

 

Nağdsız 


hesablaşmalarının 

internet 

bankçılıq 

sistemində  aparılmasını  mümkün  edən  və  istifadəçi  

tərəfindən  sistemə  elektron  şəkildə  yerləşdirilən 

elektron ödəniş tapşırığı. 

 

Cut-off-time 

Bank  əməliyyatlarının  bankın  müvafiq  bölməsi 

tərəfindən təsdiqlənməsinə ayrılan vaxt çərçivəsi 

 

Bank günü 

Bankın iş saatları ərzində bank əməliyyatlarının həyata 

keçirildiyi saat intervalı 

 



 

 



 

Xəzinədarlıq 

Maliyyənin 

buraxılışı 

və 


qəbulu, 

mübadilə 

əməliyyatlarının təsdiqini həyata keçirən bankın xüsusi 

bölməsi 


 

Çirkli pullar 

Qeyri-qanuni  və  cinayət  yolları  ilə  əldə  edilmiş  pul 

vəsaitləri və ya mülkiyyət 

 

Keçid linki (hyperlink) 

Bir  proqramdan  proqram  daxili  və  ya  proqram  xarici 

resurs və ya mənbələrə birbaşa keçidi təmin edən link 

 

Əqli mülkiyyət 

Müəlliflik  hüququnun  obyekti  olan  əsərlərə,  inteqral 

sxem topologiyalarına, məlumat toplularına, ixtiralara, 

faydalı  modellərə,  sənaye  nümunələrinə,  əmtəə 

nişanlarına,  coğrafi  göstəricilərə  olan  mülkiyyət 

hüquqları 

 

Əmtəə nişanı 

Hüquqi  cəhətdən  qorunan  firma  adı,  firma  nişanı, 

əmtəə  nümunəsi  və  ya  onların  əlaqələndirilməsidir, 

başqa  sözlə  müəyyən  firmanın  əmtəələrinin  digər 

firmanın məlumatlarından fərqləndirmək üçün xidmət 

göstərən  müəyyən  edilmiş  qaydada  qeydiyyatdan 

keçən nişandır (logo, işarə, əlamət) 

 

Müəllif hüququ 

Müəllifin öz əsərindən istifadə etmək hüququnun 3-cü 

şəxslərə vermək hüququ. Müəllif hüququ təyinatından, 

dəyərindən 

və 


məzmunundan, 

habelə 


ifadə 

formasından və üsulundan asılı olmayaraq yaradıcılıq 

fəaliyyətinin  nəticəsi  olan  həm  açıqlanmış,  həm  də 

açıqlanmamış,  obyektiv  formada  mövcud  olan  elm, 

ədəbiyyat əsərləri, kompüter proqramları və əməliyyat 

sistemlərinə şamil edilir. 

 

Logo /Logotip 

Şirkətin  firma  adının  xüsusi  rəqəm,  hərf  və  ya  digər 

təsvir formada və ideoqram vasitəsilə təsvir edilməsi 

 

 



 

 



 

 



 

«E-BANK» SİSTEMİ VASİTƏSİLƏ GÖSTƏRİLƏN XİDMƏTLƏR VƏ GÖRÜLƏ BİLƏN ƏMƏLİYYATLAR 

«E-BANK»  sistemi  (bundan  sonra  sistem)  vasitəsilə  əməliyyatların  aparılması  Azərbaycan 

Respublikasının  qüvvədə  olan  qanunvericiliyi,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

normativ aktları, “Azər-Türk Bank”ASC-nin qayda və prosedurları ilə tənzimlənir. 

Sistem vasitəsilə istifadəçi bankın xidmətləri və xidmət haqları, əməliyyatların aparılması qaydası 

və əməliyyat saatları, valyuta mübadiləsi kursları, hesablar üzrə qalıqlar və s. barədə məlumatlar 

əldə edə bilər.  

Sistemə  giriş  və  əməliyyatların  aparılması  xüsusi  təsdiqləmə  prosedurlarına  əsasən    həyata 

keçirilir, hansılar ki “Elektron imza və elektron sənəd” haqqında qanunvericiliyə uyğun olaraq 

istifadəçinin elektron imzası vasitəsilə həyata keçirilir.  

Sistem vasitəsilə  aşağıdakı əməliyyatlar aparıla bilər: 

-

 



Hesabların eyni vaxtda idarə olunması; 

-

 



Hesablar  üzrə  balans  qalıqlar  haqqında  məlumatın  əldə  edilməsi  və  çıxarışların  çap 

edilməsi; 

-

 

Nağdsız valyuta mübadiləsi əməliyyatlarının aparılması; 



-

 

Bank daxili, Azərbaycan Respublikası daxili və Xaricə pul köçürmələrinin aparılması; 



-

 

Əməliyyatların statusu haqqında məlumatın əldə edilməsi; 



-

 

Banka müraciət sorğuların göndərilməsi və s. 



 

MOBİL BANKÇILIQ 

Sistem internet bankçılıq əməliyyatlarının mobil cihazla aparılmasını nəzərdə tutur. İstifadəçi 

Mobil brauzer əsaslı və Mobil əlavələr, “Android”, “iOS”və s. bu tipli və gələcəkdə yaranacaq 

platformalı  mobil  cihazlardan  istifadə  etməklə  sistemdə  əməliyyat  apara  və  sistemdən 

məlumat əldə edə bilər.  

İstifadəçi  razılaşır  ki,  mobil  bankçılıq  sistemində  aparılan  bütün  əməliyyatlar  “E-BANK” 

sistemində aparılan əməliyyatlara bərabərdir.  

İstifadəçi  özünün  internet  bankçılıq  səhifəsində  dəyişiklik  etməklə  və  ya  banka  müraciət 

etməklə mobil bankçılığın istifadəsinə məhdudiyyətlər tətbiq edə bilər.  

 

TƏHLÜKƏSİZLİK QEYDLƏRİ 

İstifadəçi razılaşır ki, sistemə giriş adı və şifrə, mobil telefon nömrəsi haqqında məlumatları 

gizli  saxlayacaq  və  3-cü  şəxslərlə  paylaşmayacaqdır.  İstifadəçi  razılaşır  ki,  təhlükəsizliyin 

təmin edilməsi üçün istifadə etdiyi giriş şifrəsini mütəmadi olaraq dəyişəcəkdir.  

Giriş məlumatları, mobil telefon və identifikasiya üçün alət və məlumatlar itdikdə və ya 3-cü 

şəxslərin  istifadəsində  olduqda,  istifadəçi  bu  barədə  bankı  dərhal  məlumatlandırır.  Bank 

istifadəçi tərəfindən məxfiliyin pozulması nəticəsində 3-cü şəxs tərəfindən sistemə giriş və 




 

 



 

sistemdə aparılan əməliyyatın  nəticələri ilə bağlı  istifadəçiyə dəyən ziyana görə hər hansı 

məsuliyyət daşımır. 

İstifadəçi razılaşır ki, mobil telefon və ya mobil cihaz identifikasiya üçün istifadə edildikdə, 

həmin cihazın işlək vəziyyətdə saxlanılması və mobil xidmət şirkəti tərəfindən bağlanmaması, 

eyni  zamanda  Azərbaycan  Respublikasında  və  xaricdə  məlumatların  qəbulunun    təmin 

olunması üçün lazımi tədbirlər görəcəkdir. 

İstifadəçi razılaşır ki, identifikasiya üçün nəzərdə tutulmuş mobil telefon və ya mobil cihaz 

üçün  kodun  3-cü  şəxs  tərəfindən  qəbul  edilməsi  və  İstifadəçinin  adından  sistemdə  istifadə 

edilməsinə görə Bank məsuliyyət daşımır.  

İstifadəçi  razılaşır  ki,  sistemə  özünə  məxsus kompüter və  ya  mobil  cihazdan  və  ya  özünün 

etibar  etdiyi  təhlükəsiz  vasitədən/cihazdan  daxil  olacaqdır  və  sistemə  daxil  olmanı  və 

əməliyyatları etibarlı yerlərdən və etibarlı şəkildə həyata keçirəcəkdir.  

İstifadəçi  razılaşır  ki,  sistemdə  əməliyyatların  aparılması  məqsədilə  sistemə  qoşulma 

vasitəsində (kompüter və ya mobil cihaz) müasir internet brauzerdən, daimi yenilənən anti-

virus  proqramından  istifadə  edəcəkdir.  Təhlükəsizlik  nöqteyi  nəzərdən,  “Google  Chrome” 

internet brauzerindən istifadə edilməsi tövsiyyə olunur.  

İstifadəçi razılaşır ki, sistemə qoşulma vasitəsində qeyri-qanuni və lisenziya müddəti bitmiş 

(və  ya  pozulmuş)  proqram  təminatından  istifadə  etmə  halları  sistemdən  istifadənin 

təhlükəsizliyinə  təsir göstərə  bilər.  İstifadəçi  gələcəkdə  bu cür  halların  qarşısın  alınmasına 

yönəlmiş səylərini əsirgəməyəcəkdir. 

İstifadəçi sistemə qoşulmaq üçün etibarlı internet provayderdən istifadə edəcəkdir. İstifadəçi 

sistemə qoşulması üçün özünün seçdiyi internet qoşulmanın  davamlılığına və etibarlılığına 

görə məsuliyyət daşıyır. 

İstifadəçi sistemdə əməliyyatların aparılmasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 

ictimai yerlərdə sistemə daxilolma hallarını minimuma salacaqdır.   

İstifadəçi  razılaşır  ki,  eyni  vaxtda  üç  və  ya  daha  çox  mobil  cihaz  və  kompüterdən  istifadə 

etməklə eyni hesaba daxil olma hallarına yol verməyəcəkdir. Sistemdə vebsessiyası keçdikdə 

sistemə mobil cihazdan girişə icazə verilmir.  

İstifadəçi razılaşır ki, sistemdə fəaliyyətsiz olma müddəti tətbiq edilir və istifadəçi sistemdə 

olduqda  və  bankın  müəyyən  etdiyi  müddət  ərzində  sistemdə  fəaliyyət  göstərmədikdə  o, 

avtomatik olaraq sistemdən çıxarılır.   

İstifadəçi razılaşır ki, sistemdə öz işini bitirdikdən sonra o sistemdə daxil olduğu pəncərəni, 

proqramı  və  s.  bağlamalı  və  sistemdən  çıxış  prosedurunu  tamamlamaqla  sistemdən 

çıxmalıdır. 

İstifadəçi  razılaşır  ki,  sistemdə  SSL  mühafizə  sistemi  tətbiq  edilir,  və  Bankın  SSL  Bank 

sertifikatı mütəmadi olaraq yenilənir. İstifadəçi bu cür sertifikatın qüvvədə olmasını sistemdə 



 

 

10 



 

mütəmadi olaraq yoxlayır və sertifikatın qüvvədən düşməsi və ya sistemdə mövcud olmaması 

müəyyən olunduqda bu barədə dərhal Bankı məlumatlandırır.  

İstifadəçi  razılaşır  ki,  o,  sistemə  daxil  olduğu  və  sistemdə  olduğu  vaxt  ərzində  bütün 

təhlükəsizlik tədbirlərinə riayət edəcək. 

 

SİSTEMDƏ MALİYYƏ ƏMƏLİYYATLARININ APARILMASI ŞƏRTLƏRİ 

İstifadəçi  razılaşır  ki,  sistemdə  maliyyə  əməliyyatları  benefisiarın  rekvizitlərinin  dəqiq 

göstərilməsi  şərti  ilə  istifadəçinin  hesabında  ödəniş  və  bankın  xidmət  haqqının  ödənilməsi 

üçün kifayət qədər vəsait olduqda və aparılan  ödənişlər eyni valyutada aparıldıqda,  həyata 

keçirilə bilər.  

İstifadəçi  razılaşır  ki,  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  hesab  üzərində  həbs 

qoyulmuşdursa  və  ya  hesab  dondurulmuşdursa,  bank  tərəfindən  hesab  üzrə  maliyyə 

əməliyyatları aparılmayacaqdır.  

İstifadəçi razılaşır ki, sistemdə maliyyə əməliyyatlarının aparılması məhkəmə qətnaməsi ilə 

və  ya  digər  dövlət  orqanları  tərəfindən  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

dayandırıla bilər.  

 

XİDMƏT HAQQI 

Sistemdə  aparılan  bütün  əməliyyatlara  görə  əməliyyat  aparılarkən  Bank  tərəfindən  xidmət 

haqqı tutulur. Xidmət haqqı bank əməliyyatlarının növündən asılı olaraq müəyyən edilir.  

İstifadəçinin  apardığı  əməliyyata  dair  xidmət  haqqı  əməliyyat  apardığı  hesabından  tutulur. 

Xidmət  haqqının  tutulması  üçün  istifadəçinin  hesabında  kifayət  qədər  vəsait  olmadıqda, 

əməliyyatın  aparılması  sistem  tərəfindən  dayandırılır.  Bu  halda  istifadəçi  hesaba  əlavə  pul 

mədaxil edə  və ya əməliyyatın aparılmasından imtina edə bilər.  

 

İDARƏ OLUNAN HESABLAR/İDARƏ OLUNMAYAN HESABLAR 

Sistemdə milli və xarici valyutada aşağıdakı hesabların idarəedilməsi mümkündür: 

-

 



Cari hesab; 

-

 



Cari subhesab; 

-

 



Əmanət hesabı; 

-

 



Ssuda (kredit) hesabı; 

-

 



Qanunvericilikdə nəzərdə tutulmuş digər növ hesab. 

Sistem üzrə aşağıdakı hesabların idarəedilməsi mümkün deyil: 

-

 

Vergi hesabları; 




 

 

11 



 

-

 



Sosial fond hesabları; 

-

 



Qanunvericilikdə nəzərdə tutulmuş digər hesablar. 

 

SİSTEMƏ GİRİŞ 

Sistemə giriş iki mərhələli təsdiqləmə üsulu ilə həyata keçirilir: 

-

 



 istifadəçinin adı və şifrəsi daxil edilir; 

- istifadəçiyə məxsus “ASAN İmza” elektron sertifikat ilə imzalanma prosesi və mobil cihaz 

vasitəsilə gizli PİN şifrə daxil edilir və təsdiqlənir. 

 

SİSTEMDƏ İNTERNET BANKÇILIQ TAPŞIRIQLARININ VERİLMƏSİ 

İstifadəçi  maliyyə  əməliyyatlarının  aparılması  (valyuta  mübadiləsi,  ödəniş  və  köçürmə) 

məqsədilə  öz  profilində  internet  bank  tapşırığını  yaratmalı  və  müvafiq  məlumatları  daxil 

etməlidir.  

İstifadəçi internet bankçılıq tapşırığının düzgün tərtib edilməsini yoxlamalı, düzəlişər tələb 

edildiyi  halda  tapşırıqda  düzəlişlər  etməli,  internet  bankçılıq  tapşırığını  təsdiqləməli  və 

əməliyyatın təsdiqlənməsi prosedurunu həyata  keçirməlidir. 

Sistemdə yaradılan və yerləşdirilən internet bankçılıq tapşırığı Azərbaycan Respublikasının 

qüvvədə  olan  qanunvericiliyinə,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  normativ 

xarakterli  aktlarına,  Bankın  daxili  qayda  və  prosedurlarına    uyğun  olmaqla  maliyyə 

əməliyyatlarının aparılması üçün əsasdır.  

 

ƏMƏLİYYATIN TƏSDİQLƏNMƏSİ 

Sistemdə əməliyyatların təsdiqlənməsi sistem tərəfindən tanınan və istifadəçi tərəfindən əldə 

olunaraq  təqdim  edilən  rəqəmsal  imzalama  aləti  vasitəsilə  göndərilən  sorğular  sayəsində 

həyata keçirilir.  

İstifadəçi  razılaşır  ki,  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyinə  uyğun  və 

istifadəçi  ilə  bank  arasında  imzalanan  müqavilənin  şərtlərinə  müvafiq  olaraq  İnternet 

bankçılıq  istifadəçisi  internet  bankçılıq  sistemində  aparılan  bütün  əməliyyatlara  və 

əməliyyatların nəticələrinə görə məsuliyyət daşıyır. 



 

 İDENTİFİKASİYA ALƏTİ 

Bank  İstifadəçinin  “E-BANK”  internet  bankçılıq  sistemə  daxil  olmasında  və  əməliyyatların 

həyata keçirməsində “Asan İmza” identifikasiya üsulundan istifadə edir. 



 

 

12 



 

İdentifikasiya İstifadəçi tərəfindən əldə olunan, imza sahibini identikləşdirmək üçün nəzərdə 

tutulan  və  elektron  imzanı  yoxlama  məlumatlarının  imza  sahibinə  məxsus  olması  barədə 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin verdiyi 

elektron sertifikat vasitəsilə  həyata keçirilir. 

Asan  İmza  (Mobil  imza)  –  elektron  xidmətlərə  daxil  olan  və  rəqəmsal  imzalar  edən  zaman 

istifadəçinin  kimliyini  təsdiqləmək  üçün  nəzərdə  tutulmuş  mobil  identifikasıyasıdır. 

İstifadəçinin elektron autentifikasiyası üçün istifadə olunan və elektron imzanın qoyulmasına 

imkan  verən  sertifikatlar  onun  şəxsi  məlumatları  ilə  əlaqəlidir  və  PİN  kodlar  vasitəsilə 

nəzarətdə saxlanılır.  

Asan İmza (Mobil imza) elektron sertifikatının istifadə müddəti 3 (üç) il kimi müəyyən edilib. 

Bu müddət bitdikdə, istifadəçi tərəfindən yeni sertifikat əldə olunmalıdır. 

Asan İmza (Mobil imza) identifikasiya üsulu üçün Bank heç bir komisyon haqqı tətbiq etmir, 

bütün komisyonlar mobil operatoru tərəfindən tutulur.  Asan İmza (Mobil imza) identifikasiya 

üsulu üzrə tarifləri Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi müəyyən edir. 

İstifadəçi istifadə müddəti ərzində Asan İmza (Mobil imza) identifikasiya cihazını təyinatı üzrə 

və  səliqəli  istifadə  etməli,  onu  3-cü  şəxsin  istifadəsinə  verməməlidir.  İstifadəçi  cihazda 

yaranan  hər  hansı  nasazlıqlarla  bağlı  Bankı  və  müvafiq  əlaqəli  qurumları 

məlumatlandırmalıdır.  

İstifadəçi  razılaşır  ki,  identifikasiya  cihazının  hər  hansı  3-cü  şəxsin  istifadəsinə  verilməsi 

nəticəsində,  sistemdə  keçirilmiş  əməliyyatlara  dair  məsuliyyəti  özü  daşıyır  və  aparılmış 

əməliyyatlara dair  Banka qarşı heç bir iddia irəli sürə bilməz. 

   

SİSTEMDƏ OLMA MÜDDƏTİ (CUT-OFF-TİME, SESSİYA VAXTI) 

 

İstifadəçi  razılaşır  ki,  sistemdə  əməliyyata  ayrılan  vaxt  Bank  tərəfindən  müəyyən  edilir  və 

təhlükəsizlik  məqsədləri  ilə  məhdudlaşdırıla  bilər.  İstifadəçi  razılaşır  ki,  Bank  tərəfindən 

sistemdə  fəaliyyətsiz  olma  müddəti  15  (on  beş)  dəqiqə  müəyyən  edilmişdir.  Bu  müddət 

ərzində sistemdə fəaliyyət olmazsa, istifadəçi avtomatik olaraq sistemdən çıxarılır. İstifadəçi 

sistemdə  işini davam etmək üçün sistemə yenidən daxil olmalıdır.   

 

Sistemdə fəaliyyət aparılarkən, istifadəçiyə fəaliyyətsiz olma müddəti tətbiq edilmir; sistem 



üzrə aparılan əməliyyatlara dair ümumi fəaliyyət müddəti 30 dəqiqə müəyyən edilmişdir.  

 

İstifadəçi  razılaşır  ki,  sistemdə  olduğu  müddət  ərzində  sistemdə  olmasını  səmərəli  istifadə 



edəcək və sistemə təhlükə törədə bilən hər hansı hərəkətləri etməyəcəkdir.  

 

 



 


 

 

13 



 

3-CÜ ŞƏXSİN İSTİFADƏSİ 

İstifadəçi sistemdən yalnız özü istifadə etməli və öz adından 3-cü şəxslərin istifadəsinə yol 

verməməlidir.  İstifadəçi  3-cü  şəxsə  öz  adından  sistemə  daxilolmanı  və  əməliyyatların 

aparılmasını həvalə etdikdə, 3-cü  şəxs «E-BANK» sisteminin istifadə şərtlərini və qaydalarını 

avtomatik olaraq qəbul etmiş hesab edilir.  

İstifadəçi  razılaşır  ki,    onun  adından  3-cü  şəxslərin  apardığı  hər  hansı  əməliyyatlara  və 

əməliyyatların nəticələrinə görə istifadəçi məsuliyyət daşıyır. 

 

HESAB ÜZRƏ ƏMƏLİYYATLARIN MƏHDUDLAŞDIRILMASI 

İstifadəçi öz hesabları üzrə əməliyyatların tam və ya məhdud şəkildə aparılmasını müəyyən 

edə bilər.  

İstifadəçi  öz  internet  bankçılıq  səhifəsinə  hər  hansı  qeyri-qanuni  və  ya  arzuolunmaz 

müdaxilənin qarşısının alınması məqsədilə öz internet bankçılıq səhifəsini dondura və ya ona 

istifadə məhdudiyyəti tətbiq edə bilər.  

 

SİSTEMDƏ ƏMƏLİYYAT MƏHDUDİYYƏTİ (BANK GÜNÜ, GÜNDƏLİK ƏMƏLİYYAT LİMİTİ) 

İstifadəçi  xəbərdardır  ki,  «E-BANK»  sistemi  24/7  prinsipində  fəaliyyət  göstərsə  də, 

qanunvericiliyin tələblərinə əsasən əməliyyatlar bank gününün anlayışına  (bankın iş saatları 

və bankın xəzinədarlığının iş saatları) uyğun  olaraq aparılır.  

İstifadəçi  xəbərdardır  ki,  xarici  valyuta  mübadiləsi  və  pul  köçürmə  əməliyyatları  bankın 

xəzinədarlığının  iş  vaxtından  asılıdır  və  internet  bank  tapşırığının  sistemdə 

yerləşdirilməsindən  asılı  olaraq  növbəti  bank  günündə  aparıla  bilər.  İstifadəçi  razılaşır  ki, 

xarici valyuta mübadiləsi kursları Bankın mülahizəsi ilə gün ərzində dəyişdirilə bilər.  

İstifadəçi  xəbərdardır  ki,  «E-BANK»  sistemində  gündəlik  (bir  bank  iş  günü)  əməliyyatlar 

maliyyə limiti və say ilə məhdudlaşdırılır və Bank tərəfindən müəyyən olunmuş limitlərdən 

artıq aparılan əməliyyatlar həyata keçirilmir.   

 

ƏMƏLİYYATLARIN BANK TƏRƏFİNDƏN DAYANDIRILMASI 

İstifadəçi  razılaşır  ki,  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  istifadəçinin  internet 

bankçılıq sistemində apardığı əməliyyatlar bank tərəfindən dayandırıla bilər. 

ƏMƏLİYYATLARIN LƏĞV EDİLMƏSİ/DƏYİŞDİRİLMƏSİ 

İstifadəçi razılaşır ki, «E-BANK» sistemində aparılan arzuolunmaz və ya səhv əməliyyatlar 10 

iş günü ərzində və istifadəçinin müvafiq müraciəti əsasında geriyə çağırıla, ləğv edilə və ya 

dəyişdirilə  bilər.  Belə  əməliyyatlara  valyuta  mübadiləsi  əməliyyatları,  daxili  və  xarici  pul 




 

 

14 



 

köçürmə əməliyyatları aiddir. Bu hal baş verdikdə İstifadəçi bu əməliyyata aid olan bütün bank 

xərclərini ödəyir. 

 

ÇİRKLİ PULLARIN YUYULMASI HAQQINDA BİLDİRİŞ 

İstifadəçi razılaşır ki, aşağıdakı hallarda sistemdə aparılan əməliyyat barədə Bankın şübhəsi 

yarandıqda, Bank istədiyi vaxt həmin ödəniş tapşırığını dayandıra, təxirə sala və ya onu icra 

etməkdən imtina edə bilər: 

-

 



əməliyyatın aparılması milli və ya xarici qanunvericiliyin tələblərinə zidd olduqda

-

 



əməliyyat  birbaşa  və  ya  dolayı  yolla  qeyri-qanuni  davranışın  maliyyələşməsinə  xidmət 

etdikdə və ya onu əhatə edirsə. 

 

İstifadəçi  razılaşır  ki,  Bankın  tələbi  ilə  çirkli  pulların  yuyulması  və  ya  terrorizmin 



maliyyələşdirilməsi risklərinin idarə olunması və ya milli və ya xarici qanunvericiliyə riayət 

olunması məqsədilə bütün lazımi məlumatları Banka  təqdim edəcəkdir;  

İstifadəçi razılaşır və qəbul edir ki, Bank istifadəçinin hesabı ilə bağlı olan bütün məlumatları 

aşağıdakı şəxslərə təqdim edə bilər: 

-

 

qanunvericilikdə müəyyən edilmiş qaydada, hər hansı hüquq-mühafizə orqanına, dövlət 



orqanına və ya məhkəməyə; 

-

 



aparılan  ödənişlərə  dair  məlumatları  qanunvericiliyin  tələblərinə  riayət  olunması 

məqsədilə müxbir banka; 

İstifadəçi, 3-cü şəxsin adından və ya etibarnamə əsasında fəaliyyət göstərməsi barədə bildirişi 

Banka təqdim edən anadək, öz adından bu müddəalara riayət etməsinə zəmanət verir.  

İstifadəçi razılaşır, bəyan edir və Bankın qarşısında öhdəçilik götürür ki, İstifadəçinin internet 

bank  tapşırığı  ilə  Sistemdə  aparılan  əməliyyatlar  çirkli  pulların  yuyulmasını  aid 

qanunvericilik aktları ilə müəyyən edilmiş  tələbləri pozmayacaq.   

 

BİLDİRİŞLƏR 

Aparılan  hər  bir  bank  əməliyyatının  sonunda  sistem  avtomatik  bildirişlər  hazırlayır  və 

istifadəçinin şəxsi səhifəsində yerləşdirir.  

İstifadəçi razılaşır ki, aparılan əməliyyatların statusunu sistemdə yoxlayacaq.  

 

HESABATLAR/ÇIXARIŞLAR 

İstifadəçi sistemdə aparılan bütün əməliyyatlar üzrə çıxarışları və hesabatları 24/7 prinsipi 

ilə sistemdən əldə edə bilər. Sistem hesabatları və çıxarışları hesablar üzrə və dövrlər üzrə 

təqdim edilə bilər. İstifadəçi, hesabatları və çıxarışları elektron poçt ünvanına yönəldə və ya 

sistemdən birbaşa çap edə bilər.  




 

 

15 



 

İstifadəçinin  müraciəti  ilə  hesabatlar  və  çıxarışlar  poçt  vasitəsilə  kağız  daşıyıcılarda  onun 

rəsmi poçt ünvanına göndərilə bilər.   

MƏXFİLİK 

İstifadəçi təsdiqləyir ki, o özü barədə Banka təqdim etdiyi məlumat tam, dəqiq və düzgündür.  

İstifadəçi  razılaşır  ki,  Banka  təqdim  edilmiş  şəxsi  məlumatlar  sistemdə  əməliyyatların 

aparılması  üçün  zəruridir  və  həmin  məlumatlar  sistemdə  əməliyyatların  aparılması  üçün 

qanunvericiliklə müəyyən olunmuş hallarda 3-cü şəxslərə açıqlana bilər.  

Bank  təsdiqləyir  ki,  İstifadəçinin  sistemə  daxil  etdiyi  məlumatlar,  sistemdə  aparılan 

əməliyyatlar, istifadəçinin Bankda olan hesabları barədə məlumat Bank sirrinə aiddir. Buna 

baxmayaraq,  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  İstifadəçinin  şəxsi 

məlumatları, Bankda olan hesabları və sistemdə aparılan əməliyyatları haqqında məlumatlar  

qanunvericiliklə müəyyən olunmuş hallarda 3-cü şəxslərə təqdim edilə bilər. 

İstifadəçi  razılaşır  ki,  o  Bankın  ağlabatan  tələbi  ilə  sistemdə  aparılan  əməliyyatlarla  bağlı 

açıqlama verməyə və Bankla belə tələblər çərçivəsində əməkdaşlıq etməyə hazırdır.  

 

İŞ GÜNLƏRİ 

İstifadəçi  razılaşır  ki,  sistem  Azərbaycan  Respublikasının  rəsmi  iş  günlərində  fəaliyyət 

göstərir.  Bayram  günlərində  və  qeyri-iş  günlərində  sistemdə  əməliyyatların  aparılmasına 

məhdudiyyət tətbiq edilə bilər. Sistemə daxil edilən ödəniş tapşırıqları ilə bağlı əməliyyatların 

aparılması ödəniş tapşırıqları daxil edilən tarixdən növbəti iş günündə aparılacaqdır.  

 

XİDMƏTLƏRƏ XİTAM VERİLMƏSİ 

Bank  istifadəçiyə  göstərdiyi  internet  bankçılıq  xidmətlərinə  istənilən  səbəbə  görə  və 

istifadəçini  xəbərdar  etməklə  və  ya  etməməklə  xitam  verə  bilər.  Bank  həmçinin  İnternet 

bankçılıq  xidmətlərinin  göstərilməsini  sistemdə  yeniliklərin  tətbiq  edilməsi  və  ya  proqram 

təminatının yenilənməsi ilə əlaqədar dayandıra bilər. Bank istifadəçini xəbərdar etməməklə 

göstərdiyi internet bankçılıq xidmətlərinə xitam verdiyi halda ictimai informasiya vasitələri 

ilə  öz  qərarı  ilə  bağlı  məlumat  verməlidir.  Belə  halda,  xidmətlərə  xitam  verilməsi  rəsmi 

məlumatın yerləşdirilməsi günündən başlayır. 

İnternet bankçılıq xidmətlərinə istifadəçi tərəfindən Bankı 1 ay qabaqcadan xəbərdar etməklə 

xitam verilə bilər. İstifadəçinin təşəbbüsü ilə internet bankçılıq xidmətinə xitam verildikdə, 

istifadəçi Bankda olan öz hesabları üzrə əməliyyatları Banka gəlməklə apara bilər.  

 

 



 

 

16 



 

MƏSULİYYƏT 

Bank  İstifadəçinin  və  ya  3-cü  şəxslərin  sistemdə  apardıqları  əməliyyatların  nəticəsində 

İstifadəçiyə dəymiş ziyana və ya zərərə görə (Bankın səhvi nəticəsində dəymiş ziyan istisna 

olmaqla) hər hansı məsuliyyət daşımır. 

 

Bank aşağıdakı hallarda İstifadəçinin sistemdə apardığı əməliyyatlar ilə əlaqədar yaranan hər 



hansı itkilərə, ziyan və zərərə, gecikmələrə görə məsuliyyət daşımır: 

 

-



 

əməliyyatın  aparılması  qanunvericiliyin, Mərkəzi  Bankın  normativ-hüquqi  sənədlərinin, 

Bankın daxili qaydalarının  tələblərinə zidd olduqda; 

-

 



əməliyyatla bağlı məlumat natamam və ya məlumatın düzgünlüyü şübhə doğurduğu halda 

və istifadəçi bu barədə məlumatlı (və ya məlumatlı olmalı idi) olduğu halda; 

-

 

istifadəçiyə  sistemdə  maliyyə  əməliyyatının  aparılması  ilə  əlaqədar  qanunvericiliyin 



tələblərinə əsasən 3-cü tərəfdən qadağa qoyulduğu halda

-

 



sistemdə  əməliyyatların  aparılması  internet  provayderin  texniki  problemlərinin 

mövcudluğu ucbatından mümkün olmadığı halda; 

-

 

fors  major  halının  baş  verməsi  ilə  əlaqədar  əməliyyatın  aparılması  mümkün  olmadığı 



halda. 

 

Bank  İstifadəçi  tərəfindən  sistemdən  hər  hansı  sənədlərin  yüklənməsi  nəticəsində 



İstifadəçinin kompüterində yaranan zədələr, makroslar və s. viruslar və ya texniki qüsurlara 

görə hər hansı məsuliyyət daşımır. 

 

İstifadəçi razılaşır ki, Bank sistem vasitəsilə göstərdiyi elektron əməliyyatların və xidmətlərin 



nəticələrinə hər hansı zəmanət vermir.  

İstifadəçi  razılaşır  ki,  Bank  istifadəçi  tərəfindən  sistem,  mobil  cihaz  və  ya  e-poçt  vasitəsilə 

ötürülən və ya əldə olunan hər hansı məlumatın təhlükəsizliyinə zəmanət vermir; İstifadəçi 

sistem, mobil cihaz və ya e-poçt vasitəsilə ötürülən və ya əldə olunan hər hansı məlumatın 

icazəsiz  olaraq  üçüncü  şəxslərin  əlinə  keçirilməsi,  itirilməsi,  dəyişdirilməsi  və  ya  düzgün 

istifadə olunmaması riskini qəbul edir və təsdiqləyir.  

 

TƏZMİNAT 

İstifadəçi  Bankı  sistem  vasitəsilə  əldə  olunan  hər  hansı  nəticələrə  görə  hər  hansı 

məsuliyyətdən, itkilərdən, ziyan və zərərdən, o cümlədən 3-cü şəxslərin hər hansı iddiasından 

qorumalıdır.   

 

DİGƏR SƏHİFƏLƏRƏ KEÇİD LİNKLƏRİ 

İstifadəçinin rahatlığı üçün sistemdə 3-cü şəxslərə məxsus və ya 3-cü şəxslər tərəfindən 

idarə olunan digər internet səhifələrinə, İnternet səhifələrində olan məzmunlara  keçid 

linkləri  yerləşdirilə  bilər  və  ya  mümkün  ola  bilər.  Bu  cür  səhifələr  və  ya  məzmunlar 




 

 

17 



 

Bankın  nəzarəti  altında  deyil  və  Bank  belə  məzmunlara  və  ya  belə  səhifələrə  daxil 

olmanın  nəticələrinə  və  ya  belə  internet  səhifələri  vasitəsilə  təqdim  edilən  mallar  və 

xidmətlərə görə  hər hansı məsuliyyət daşımır.  

Hər hansı digər səhifələrə və ya məzmunlara keçid linklərinin sistemdə yerləşdirilməsi 

belə səhifələrə və ya məzmunlara keçidin etibarlı və ya münasib olduğunun təsdiqi deyil, 

bununla  da  istifadəçi  razılaşır  ki  belə  səhifələrə  və  ya  məzmunlara  istifadəçinin  daxil 

olması tamamilə onun öz  öhdəsindədir.  

 

ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI 

İstifadəçi razılaşır ki, sistemə və sistemin məzmununa bütün əqli mülkiyyət hüquqları 

Banka məxsusdur.  

Sistemin məzmununda olan hər hansı hissə və ya hissələr Bankın yazılı razılığı olmadan 

təkrar istifadə üçün 3-cü şəxslərə ötürülə, göstərilə, yayımlana, keçid linki ilə yönəldilə, 

göndərilə,  uyğunlaşdırıla  və  ya  törəmə  işinin  yaradılması  məqsədilə  yenilənə  və  ya 

digər kommersiya məqsədli istifadə üçün hər hansı vasitənin köməyi ilə və ya üslubda, 

və  ya  yazılmış  məlumatın  əldə  olunmasını  mümkün  edən  cihaza  gələcəkdə  istifadə 

edilməsi  məqsədilə  köçürülə  bilməz.  İstifadəçi  yalnız  öz  şəxsi  və  qeyri-kommersiya 

məqsədləri üçün Sistemin məzmunu ilə tanış ola bilər, məzmunu çap və ya istifadə edə 

bilər,  o  şərtlə  ki  istifadəçi  məzmunda  hər  hansı  dəyişmələr  etməyəcək  və  bütün  əqli 

mülkiyyət və müəllif hüququna dair nişanları saxlayacaqdır. 

Sistemdə istifadə olunan və yerləşdirilən əmtəə nişanı və logo (“TradeMark”) Bankın 

qeydə alınmış Əmtəə nişanıdır. 

Sistemdə yerləşdirilən hər hansı məzmun, lisenziya və ya Əmtəə nişanı birbaşa, dolayı 

və ya isbat edilə bilinməyən digər formada Bankın yazılı icazəsi olmadan istifadə edilə 

bilən kimi şərh edilə bilməz. 

 

XİDMƏTLƏRƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR 

Bankın «E-BANK» sistemində etdiyi hər hansı yeniliklər və dəyişikliklər «E-BANK» sisteminin 

tərkib  hissəsidir  və  istifadəçi  yalnız  onları  qəbul  etdikdə  bankın  elektron  xidmətlərindən 

istifadə  edə  bilər.  Bank  «E-BANK»  sisteminə  edilən  dəyişikliklər,  eləcə  də  sistemə  yeni 

xidmətlərin  (bank  məhsullarının)  əlavə  edilməsi  ilə  əlaqədar  İstifadəçini  məlumatlandırır. 

İstifadəçi, hər hansı yeniliklərin sistemə daxil olması barədə məlumatı «E-BANK» sistemində 

olan poçt qutusuna daxil olan bildiriş vasitəsilə əldə edir.  

Qanunvericiliklə  Bankın  «E-BANK»  sisteminin  istifadə  şərtləri  və  qaydalarının  müddəaları 

arasında hər hansı ziddiyyət yarandıqda, Bank ilə müştəri arasında olan müqaviləyə müvafiq 

dəyişikliklər edilənə kimi qanunvericiliyin müddəaları tətbiq edilir. 

 

 




 

 

18 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Azər-Türk Bank” ASC 

  

Bakı şəhəri, AZ1078 

C.Məmmədquluzadə küç. 85; 192/193 

Tel: 945, (+994 12) 404 14 45-49, 51-54 

Fax: (+994 12) 599 10 11 

E-poçt:  

atb@azerturkbank.az

 

URL: 



www.azerturkbank.az

 

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə