E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə1/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
  1   2   3   4   5   6   7   8   9   ...   106


 


Redaktor:  R.T.Həsənov 
i.
 
e.d.professor 
Rəyçilər: 
M.C.Atakişiyev 
i.
 
e.d.professor 
Q.S.Süleymanov 
i.
 
e.d.professor 
Məsləhətçi: C.M.Əliyev 
i.
 
e.n.dosent 
Cəlil Kərimov, Tahirə Kərimova. Beynəlxalq münasibətlər və 
xarici siyasət. Dərs vəsaiti. I bölmə VIII fəsil 
i.
 
e.n.dosent  Məhərrəmova  Veranika  Tapdıq  qızı 
tərəfindən yazılmışdır. ADPU-nəşriyyatı. 345 səh. 


ON SOZ 
Hörmətli oxucu sizin diqqətinizə təqdim etdiyimiz bu dərs 
vəsaiti  demək  olar  ki,  ayrı-ayrılıqda  fənni  özündə  birləşdirir. 
«Beynəlxalq  münasibətlər  nəzəriyyəsi»  və  «Beynəlxalq 
münasibətlərin  tarixi».  Əlbəttə  bu  fənlər  ayrılıqda  öyrənilir  və 
ayrılıqda  nəşr  edilir.  Lakin  onu  da  qeyd  etməliyik  ki,  bu 
«anlayışlar» çox yaxın, eyni kökdən qaynaqlanan, demək olar ki, 
biri digəri üçün əsas olan, biri digərini tamamlayan anlayışlardır. 
Beynəlxalq münasibətlər həmişə də mövcud olmuşdur. Lakin bu 
münasibətlərin  nəzəri  cəhətdən  araşdırılması,  tədqiq  edilməsi 
nisbətən son yüz illiklərdə tərəqqi tapmışdır. 
Deməli  beynəlxalq  münasibətlər  tarixi  baxımdan  daha 
qədimdir.  Bu  sahədə  olan  nəzəri  miıddəalar  isə  son  dövrlərdə 
yaranmışdır. 
1648-ci il Vesufal sülh müqaviləsi, XVIII əsrin axırlarında 
Fransa  inqilabı  dövlətlərarası  münasibətlərdə  köklü  dəyişikliklər 
yaratmışdı. 
Beynəlxalq  münasibətlərin  inkişafında  dövlətlərarası 
münasibətlərin  qaydalarında  dövlətlərarası  münasibətlərin 
qaydalarına  dair  1815-ci  il  Vyana  Konqresində  qəbul  edilmiş 
göstərişlər də böyük əhəmiyyət kəsb etmişdir. 
Sovet  İttifaqının  dağılması  ilə  beynəlxalq  münasibətlərdə 
köklü  dəyişikliklər  özünü  göstərmişdir.  Bütün  bu  kimi 
dəyişikliklər  beynəlxalq  münasibətlərdə  də  daha  yeni 
xüsusiyyətlər yaratmışdır. 
Beləliklə  bütün  bu  kimi  dəyişikliklərin,  yeniliklərin 
öyrənilməsi, tədqiq edilməsi obyektiv zərurətə çevrilmişdir. Odur 
ki,  şübhə  etmirik  ki,  bu  dərs  vəsaiti  oxucuların  beynəlxalq 
münasibətlər sahəsində olan dünya görüşünü daha daartıracaqdır. 
Dərs vəsaiti iki bölmədən ibarətdir. 
Birinci bölmə - Beynəlxalq münasibətlər nəzəriyyəsi. 
İkinci bölmə - Beynəlxalq münasibətlər və xarici siyasətin 
tarixinə dair. 


I BÖLMƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
NƏZƏRİYYƏSİ 


I
 
Fəsil. 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR ELMİNİN 
PREDMETİ, OBYEKTİ VƏ SUBYEKTLƏRİ 
1.
 
Beynəlxalq münasibətlər nəzəriyyəsi. 
2.
 
Beynəlxalq  münasibətlərin  predmeti,  obyekti  və 
subyektləri. 
3.
 
Beynəlxalq münasibətlərin öyrənilməsi metodu. 
L Beynəlxalq münasibətlər nəzəriyyəsi 
Ümumiyyətlə münasibət dedikdə tərəflər arasında yaranan 
müəyyən əlaqələrin, ünsiyyətlərin daha yetkin formada təzahürü 
nəzərdə  tutulur.  Bu  əlaqələr  əməkdaşlıq  əlaqələri  də  ola  bilər, 
qarşıdurmalai’dan  ibarət  də  ola  bilər.  Lakin,  bu  əlaqələr 
birdəfəlik,  ötəri,  təsadüfi  deyil,  sabit  və  təkrarlanan,  daxili 
məzmun kəsb edən hadisə və proseslərdən ibarət olmalıdır. 
Aydındır ki, ölkə daxilində baş verən bu hadisə və proseslər 
daxili münasibətləri əks etdirir. 
Dövlətlərarasmdakı  münasibətlər  isə  əlbəttə  beynəlxalq 
münasibətləri əks etdirir. 
Deməli,  beynəlxalq  münasibətlər  dedikdə  dövlətlər- 
arasındakı  iqtisadi,  siyasi,  ideoloji,  hüquqi,  diplomatik  və 
digər qarşılıqlı əlaqələrin məcmusu nəzərdə tutulur. 
Həmçinin əsas siniflər, sosial qruplar, iqtisadi və siyasi qüvvələr, 
təşkilatlar, ictimai hərəkatlar, xalqlararası qarşılıqlı əlaqələr də bu 
münasibətlərə daxildir. 
Ümumiyyətlə  beynəlxalq  münasibətlər  dedikdə  hər  bir 
dövlətin  daxilində  olan  hadisə  və  proseslərə  yanaşma  deyil, 
onların xarici aləmlə olan fəaliyyətinin, əlaqələrinin daha yetkin 
formada təzahürü nəzərdə tutulur. Deməli BM-in pred- metində 
beynəlxalq  aləmdə  mövcud  olan  siyasi,  iqtisadi,  ideoloji, 
hüquqi,  mənəvi,  diplomatik  və  digər  əlaqələrin  məcmusu  öz 
əksini tapır. 


Burada:  1)  Dövlətlər  arasında  yaranan  münaqişələrin 
səbəbləri;  2)  Dövlətlərarası  münaqişələrin  qarşısının  alınması 
yolları;  3)Müstəmləkə  imperiyalarının  dağılması,  yeni  müstəqil 
dövlətlərin meydana gəlməsi imkanları da əks olunur. 
Aydındır  ki,  hər  bir  dövlət  yarandığı,  formalaşdığı 
dövrdən  onun  istər-istəməz  xarici  aləmlə  müəyyən  əlaqələri  də 
yaranır.  Hərbi  məsələlər,  ərazi,  sərhəd  məsələləri,  ticarət 
məsələləri,  birgə  nəqliyyatdan,  sulardan,  dənizdən  istifadə 
etmək  və  bu  kimi  bir  çox  məsələlər  üzrə  əlaqələr  artır.  Bütün 
bunlar  beynəlxalq  münasibətlərin  yaranması  şərtlərinə  daxildir. 
Uzun  müddət  bu  kimi  problemlər  tarixçilər,  hüquqşünaslar, 
filosoflar,  iqtisadçılar  və  digər  sahələrin  alimləri  tərəfindən 
öyrənilmişdir. 
Beynəlxalq  münasibətlər  nəzəriyyəsi  sosial-humanitar 
elmlərin  tərkib  hissəsidir.  Beynəlxalq  münasibətlərin  kökü  çox 
qədimlərdə  də  mövcud  olmuşdur.  Lakin  ictimai  bir  elm  sahəsi 
kimi bu elm nisbətən son dövrlərdə tərəqqi tapmışdır. Bu elmin 
əsas predmeti  siyasi  sahə  hesab olur. Odur ki  o,  siyasi  biliklər 
dairəsinə  aid  edilir.  Əvvəllər  siyasətşünaslıq  sahəsində 
beynəlxalq problemlərə o qədər də fikir verilməyirdi. 
XIX  əsrin  ortalarından  Qərbi  Avropanın  bəzi  qabaqcıl 
ölkələrinin  və  Şimali  Amerikanın  siyasi  inkişafında  gözə  çar- 
pacaq  dərəcədə  dəyişikliklər  baş  vermişdir.  Müasir  tipli  siyasi 
sistem formalaşmağa başlamışdır. 
Dövlətlə  yanaşı  siyasi  partiyalar,  müxtəlif  qrup 
mənafelər,  institutlar  yaranırdı.  Bu  ölkələrdə  parlament 
demokratiyası  qərarlaşırdı.  İctimai  siyasət  dairəsi  genişlənirdi. 
Bütün  bu  sahələrdə  yaranan  müəyyən  problemləri  fəlsəfə  və 
hüquq elmləri vasitəsi ilə mənimsəmək kifayət etmirdi. Müəyyən 
siyasi  biliklər  lazım  gəlirdi.  Dövlət  və  partiya  orqanlarında 
işləmək, siyasi proseslərə xidmət etmək üçün kadrlar hazırlanması 
zərurət təşkil edirdi. Yaranan bu kimi tələbatların təmin edilməsi 
məqsədilə qanunauyğun olaraq bəzi universitetlərdə siyasi elmlər 
kafedraları yaradılmışdır. Buna bax 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə