E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə100/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   96   97   98   99   100   101   102   103   ...   106

1952-1953-cü illərdə SSRİ, sonra isə ABŞ, Yaponiya və 
Fransa  müxtəlif  növ  silahların  azaldılması  barədə  təkliflər  irəli 
sürmüşlər.  1954-cü  ildə  İngiltərə  və  Fransa  üç  mərhələdə 
silahların azaldılması barədə layihə hazırlamışlar. 
Qeyd  etdiklərimizdən  aydın  görünür  ki,  İkinci  Dünya 
müharibəsi  qurtardıqdan  sonra  çox  keçmədən  ABŞ,  İngiltərə 
Sovet İttifaqı ilə əməkdaşlıq etməyə o qədər də səy göstərmirdilər. 
Almaniya və Yaponiya darmadağın edildikdən sonra və 
İngiltərə ilə Fransanın zəifləməsindən istifadə edən ABŞ özünün 
hərbi  strateji  və  maliyyə-iqtisadi  imkanları  ilə  dünyada 
hegemonluq etməyə can atırdı. ABŞ-ın hakim dairələri belə hesab 
edirdilər  ki,  Hitler  Almaniyası  ilə  gedən  müharibənin 
ağırlıqlarından  çıxmış  SSRİ  öz  iqtisadiyyatını  çətin  bərpa  edə 
biləcəkdir. Odur ki, hər hansı bir məsələdə Qərbə güzəştə getməli 
olacaqdır. Ona görə də güc amilinə üstünlük verirdilər. Bu barədə 
ABŞ-ın  prezidenti  Q.  Trumenin  və  eləcə  də  İngiltərənin  baş 
naziri  U.  ÇerçilMn  sonralar  yazdıqları  memuarlarda  da  açıq 
etiraflar vardır. Rəsmi sənədlərdən məlum olur ki, İkinci Dünya 
müharibəsi  qurtardıqdan  sonra  U.  Çerçili  SSRİ-yə  qarşı 
müharibəyə başlamağı planlaşdırmışdı. Hətta 22 may 1945-ci ildə 
bütün hazırlıq işlərinin qurtarması barədə məlumat da vardı. 
Çerçilin Fultonda çıxışı. Yaponiyanın iki şəhərinə atom 
bombası  atıldıqdan  sonra  demək  olar  ki,  ABŞ  və  İngiltərə 
özlərinin  tam  üstünlüyə  malik  olmasını  açıq  -  aşkar  nümayiş 
etdirirdilər.  1946-cı  il  mart  ayının  1-də  U.  Çerçili  Amerikanın 
prezidenti  Q.  Trumenin  iştirakı  ilə  Fultonda  SSRi-ni  atom 
bombası ilə hədələyərək çıxış etmişdir. Onun kommunizmə qarşı 
olan bu çıxışını alqışlayanlar da az olmamışdır. Bununla da onlar 
bütün  dünyanı  və  SSRi-ni  qorxutmaq  istəyirdilər.  Aydındır  ki. 
Sovet İttifaqı bu çıxışa o qədər də məhəl qoymamışdı. İkinci bir 
yol yox idi. Əlbəttə ABŞ və 
318 


İngiltərənin  belə  siyasəti  beynəlxalq  münsibətlərə  təsir  etməyə 
bilməzdi. 
Lakin vaxt keçdikcə asılı ölkələrin azadlığı uğrunda xalq 
hərəkatları  da  artırdı.  Elə  bu  vaxtlar  İngiltərə  də  Türkiyəyə 
maliyyə  yardımı  edə  bilmirdi.  ABŞ  bu  regionda  özünün  hərbi- 
strateji və iqtisadi mövqeyini möhkəmlətməyə çalışırdı. 1947- ci ü 
mart  ayının  12-də  prezident  Trumen  Yunanıstana  və  Türkiyəyə 
köməklik etmək üçün Konqresin 400 mln. dollar ayırmasını xahiş 
etmişdir.  «Trumen  doktrinası»  adlanan  bu  siyasi  kursu  yerinə 
yetirmək  üçün  konqress  göstərilən  məbləği  ayırmışdı.  Lakin 
Qərbin siyasi dairələrində ABŞ-m belə kurs götürməsinə ehtiyatla 
yanaşırdılar.  Bütün  bu  kimi  baxışlar  Amerika  hökumətini 
«Trumen  doktrinası»  deyil,  başqa  metoda  keçməyə  məcbur 
etmişdir. 
«Marşal  planı».  Həmin  dövrdə  Qərbi  Avropa 
dövlətlərinin  iqtisadiyyatı  İkinci  dünya  müharibəsindən  əvvəlki 
1936-  cı  il  səviyyəsindən  də  aşağı  idi.  Odur  ki,  «Trumen 
doktrinası» hərbi məqsədə deyil, iqtisadi məqsədə yönəldilmişdir. 
ABŞ  Qərbi  Avropanın  iqtisadiyyatını  bərpa  etməyi  qərara 
almışdır. O vaxt ABŞ-ın dövlət katibi C. Marşal 5 iyun 1947-ci 
ildə Harvard Universitetində çıxış edərək bu iqtisadi köməkliyin 
proqramım açıqlamışdı. Bu plana əsasən Qərbi Avropa ölkələrinə 
17  mlrd,  dollar  həcmində  (bu  günkü  indeksləşmə  ilə  100  mlrd, 
dollardan  artıq)  köməklik  edilməsi  qərarlaş-  dırılmışdır.  Həmin 
məbləğin  yarıdan  çoxunu  İngiltərə,  Fransa,  qərbi  Almaniya 
almışdı. Onu da qeyd etməliyik ki, «Marşal planı» üzrə köməklik 
Sovet  İttifaqına,  Mərkəzi  və  Şərqi  Avropa  ölkələrinə  də  təklif 
edilmişdir.  Lakin  SSRİ  Amerikanın  bu  təklifini  digər  ölkələrin 
daxili  işinə  qarışmaq  və  onları  özündən  asılı  vəziyyətə  salmaq 
kimi qiymətləndirmiş və ondan imtina etmişdir. 
ABŞ nə qədər öz mənafeyini nəzərdə tutmuş olsa da, hər 
halda  bu  ölkələrin  iqtisadiyyatımn  bərpa  edilməsində  və  bəzi 
ölkələrdə, xüsusilə Fransa və İtaliyada artan inqilabi 
319 


hərəkatların yatınimasında bu köməkliyin böyük rolu olmuşdur. 
Hərbi-siyasi  blok  yaradılması.  Eyni  vaxtda  Böyük 
Britaniya və Fransa hökumətinin dəstəyi ilə ABŞ-la birlikdə Qərbi 
Avropada siyasi blok yaratmağa başlamışlar. Elə bu məqsədlə də 
1948-ci  ilin  fevral  ayında  ABŞ,  İngiltərə  və  Fransa  birlikdə 
müşavirə  keçirmişlər.  Bir  aydan  sonra  İngiltərə  Qərbi  Avropa 
dövlətlərinin  hərbi-siyasi  blokunun  yaradılması  barədə  təşəbbüs 
qaldırmışdır.  Bu  bloka  Böyük  Britaniya,  Fransa,  Belçika, 
Hollandiya  və Lüksemburq  daxil idi. Tarixi ədəbiyyatlarda bu 
blok «Qərb İttifaqı» adlanırdı. 
1948-
 
ci il mart ayının 17-də Brüsseldə Şimali Atlantika 
Paktı (NATO) yaradılması barədə razılıq əldə edilmişdir (bu 50 
illiyə  nəzərdə  tutulmuşdu).  Bu  paktın  iştirakçıları  qarşılıqlı 
köməklik  və  kollektiv  hərbi  tədbirlər  görmək  barədə  öhdəliklər 
götürmüşlər. 
Şimali  Atlantika  (NATO)  '  təşkilatı  yaradılması 
hazırlığı  14  yanvar  1949-cu  ildə  canlanmışdır.  Bu  müqavilə  4 
aprel  1949-cu  ildə  Vaşinqtonda  imzalanmışdı.  NATOnun 
tərkibinə aşağıdakı dövlətlər daxil olmuşlar: 
ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, 
Hollandiya,  Portuqaliya,  Danimarka,  Norveç,  İslandiya  və 
Lüksemburq  1952-ci  ildə  Türkiyə  və  Yunanıstan,  1955-ci  ildə 
AFR,  1982-ci  ildə  İspaniya,  1999-cu  ildə  Polşa,  Macarıstan  və 
Çexiya bura qoşulmuşlar. 
1949-
 
cu  ildə  Avropanın  mərkəzində  AFR  və  ADR 
yaranması  da beynəlxalq  münasibətlərdə  yeni  hadisə idi. Həmin 
dövrdə  -  1949-cu  ildə  Mərkəzi  və  Cənubi  Şərqi  Avropa 
dövlətlərini  birləşdirən  qarşılıqlı  iqtisadi  yardım  şurası  (QUlŞ) 
yaradılmışdır. 
Bura əvvəlcə Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, 
SSRİ və Çexoslovakiya, sonralar isə AFR, Monqolustan, Kuba və 
Vyetnam da daxil olmuşlar. 
320 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə