E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə101/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   98   99   100   101   102   103   104   105   106

Koreya  hadisələri.  Məlumdur  ki,  İkinci  dünya 
müharibəsində Koreya iki hissəyə bölünmüşdü. Cənub hissəsində 
Amerika  ordusu,  Şimal  hissəsində  isə  Sovet  ordusu 
yerləşdirilmişdir. Bu iki tərəf arasında çox tez-tez münaqişələr baş 
verirdi. 
Sovet  İttifaqı  KXDR  hökumətinin  razılığı  ilə  öz 
qoşununu Koreyadan çıxartmışdı. Buna baxmayaraq 1950-ci ilin 
yayında münaqişələr daha ciddi xarakter almışdı. Amerika ordusu 
Cənubi Koreya ordusuna köməklik edirdi. Bu hər iki ordu Şimali 
Koreyanı  sıxışdırdığı  vaxt  Çinin  könüllü  dəstələri  onlara 
köm.əklik  edirdilər.  Beləliklə,  Amerika  və  Cənubi  Koreya  öz 
ordusunu  geri  -  öz  sərhədlərinə  qaytarmalı  olmuşlar.  Beləliklə 
müharibə dayandırılmış və sülh bağlanmışdı. 
İndoneziyanın 
müstəqillik 
uğrunda 
mübarizəsi. 
Məlumdur  ki,  İndoneziya  əvvəllər  (XVI  əsrdə)  Portuqaliyanın 
təsiri altında olmuşdur. XVII əsrin əwəllərindən isə Niderlandın 
təsiri  altına  düşmüş,  1945-ci  ilə  kimi  onun  müstəmləkəsi 
olmuşdur. 1945-ci ildə müstəqillik əldə etmişdir. 
İndoneziyanın  inqilabi  hərəkatlarını  yatırmaq  üçün 
İngiltərənin və ABŞ-m mürtəce qüvvələri Hollandiyaya köməklik 
edirdilər. Bu vaxt Sovet İttifaqı ona köməklik göstərməli olmuşdu. 
Beləliklə  Hollandiya  rəhbərliyi  İndoneziya  ilə  danışıqlara 
başlamamışdı. Danışıqlar 1949-cu il avqust ayının 23-dən noyabr 
ayının 
2-dək 
davam 
etmişdi. 
Nəha;>^ət 
İndoneziya 
Respublikasının  yeni  statusu  qəbul  edilmişdir.  Həmin  illərdə 
başqa  dövlətlərin  ərazisində  olan  orduların  (SSRİ-nin, 
İngiltərənin,  Fransanın)  çıxarılmasında  da  çox  müsbət  dəjd- 
şikliklər olmuşdur. 
Soyuq müharibə» dövrü və beynəlxalq münasibətlər 
«Soyuq müharibə)) anlayışı İkinci dünya müharibəsindən 
sonrakı dövrləri əhatə edir. Bu dövrdə Qərb dövlətləri və xüsusilə 
ABŞ sistemli olaraq Sovet İttifaqına və sosializm 
321 


sistemi  ölkələrinə  qarşı  düşmənçilik  siyasəti  yeridirdilər. 
Beynəlxalq  münasibətlər  tarixində  bu  dövr  1940-1960-cı  illərdə 
daha kəskin xarakter almışdır. Bir çox alimlər soyuq  müharibə 
dövrünün başlanğıcını elə İkinci Dünya müharibəsinin qurtarması 
vaxtından  götürürlər.  «Soyuq  müharibə»  haqqında  müxtəlif 
fikirlər  vardır.  Kommunizm  ilə  demokratiya  arasında  olan 
müharibə «Böyük soyuq müharibə» adlanır. İki böyük dövlətlərin 
tarixçiləri  arasında  olan  müharibə  isə  «kiçik  soyuq  müharibə» 
adlanır. İkinci dünya müharibəsi qurtardıqdan sonra iki əks blok 
yaranmışdı. Bir blokun başında SSRİ, digərinin başında isə ABŞ 
dururdu. 
Burada  bir  neçə  cəhəti  səbəb  kimi  qeyd  etmək  olar. 
Göstərməliyik  ki,  ABŞ-m  və  İngiltərənin  rəhbərliyi  atom  emalı 
yaradılması  barədə  SSRİ-yə  məlumat  verməməklə  açıq  -  aşkar 
soyuqluq münasibətləri yaradırdılar. Bundan əlavə Çörçill ikinci 
cəbhənin açılmasını Fransadan deyil. Balkandan başlamağa cəhd 
edirdi.  Bununla  da  qəfbdən  şərqə  tərəf  deyil,  cənubdan  şimala 
tərəf irəliləməyi təklif edirdi. Bununla da Qızıl Ordunun yolunu 
kəsməyi  planlaşdırırdı.  Sonra  1945-ci  ildə  Sovet  qoşunlarını 
Avropanın  mərkəzindən  müharibəyə  qədər  olan  sərhədərədək 
sıxışdırmaq planı da soyuq müharibə işində az rol oynamamışdı. 
Eləcə də 1946-cı ilin  yazında (1946-cı il mart ayının 1- 
də) Çörçill Fultonda amerika prezidenti Trumenin iştirakı ilə olan 
yığıncaqda  çıxış  edərək  SSRİ-ni  atom  bombası  ilə  hədələmişdi. 
Bu  barədə  ABŞ  Qərb  müttəfiqləri  ilə  öz  xüsusi  mövqeyini 
bildirməyi  Almaniyadan  başlamışlar.  Belə  ki,  1947-  ci  ilin 
yazında  Xarici  İşlər  Nazirlərinin  sessiyasında  ABŞ,  İngiltərə  və 
Fransa  nümayəndələri  Sovet  İttifaqı  ilə  olan  əvvəlki 
razılaşmalardan  imtina  etdiklərini  bildirmişlər.  Onlar  öz 
hərəkətləri ilə Almaniyanın şərq zonasını ağır vəzi>yətə salmışlar. 
1948-ci  ilin  iyun  ayında  işğal  edilmiş  üç  qərb  zonasmda  pul 
islahatı  keçirmişlər.  Bu  üç  dövlət  Berlin  böhranı  yaratmışlar. 
Bütün bunlar Sovetlər əleyhinə təbliğatı artırırdı. 
322 


Aydındır ki, ABŞ və İngiltərənin belə siyasəti beynəlxalq 
münasibətlərə təsir etməyə bilməzdi. ABŞ qərb dövlətlərinə təzyiq 
göstərməklə  onları  öz  xarici  siyasət  kursuna  tabe  etdirməyə  və 
dünyada  öz  rolunu  artırmağa  çalışırdı.  1946-cı  ildən  başlayaraq 
müxtəlif hərbi, siyasi, iqtisadi bloklar və ittifaqlar yaradırdı. ABŞ 
tədricən  asılı  ölkələrin  xalq  hərəkatına  qarşı  irticaçı  qüvvələrin 
mərkəzinə çevrilirdi. 
İkinci  Dünya  müharibəsi  qurtardıqdan  sonra  ABŞ  Latın 
Amerikasma,  Qərbi  Avropaya,  Yaxın,  Orta  və  Uzaq  Şərqə 
iqtisadi, siyasi  və hətta  hərbi təsir etməyə çalışırdı.  Bunun üçün 
Konfranslarda danışıqlardan tutmuş BMT-də hər cür vasitələrdən 
istifadə edirdi. Onların əsas siyasi  məqsədləri  «Kom-  munizmə 
qarşı»  pərdəsi  altında  aparılırdı.  Deməli  «Soyuq  müharibə» 
illərində ABŞ-ın xarici siyasətində əsas fikir «Gərgin vəziyyətdə 
saxlamaq».  Bununla  da  onlar  Sovet  İttifaqmı  zəiflətməyə 
çalışırdılar. 
«Əksdurma siyasəti» hələ Prezident Trumenin vaxtında 
1950-ci  illərin  sənədlərinin  vərəqlənməsindən  açıq-aşkar  məlum 
olur  ki,  ABŞ  o  vaxtlardan  SSRİ  ilə  olan  münasibətləri  daimi 
böhranlı,  əksdurma  şəraitində  qurmağa  çalışırdı.  1951-ci  ilin 
sentyabr ayında ABŞ-m Konqresi «Təhlükəsizliyin birgə təmin 
edilməsi  haqqmda»  qanun  qəbul  etmişdir.  Bu  qanuna  əsasən 
Sovetlər  əleyhinə  olan  emiqrantlarm  və  əks  inqilabçılar 
təşkilatlarının  maliyyələşdirilməsi  hüququ  artırılırdı.  Elə  bu 
məqsədlə  də  Sovet  İttifaqında  və  Şərqi  Avropa  dövlətlərində 
yaşayan  adamlardan  ələ  almaq,  yüksək  əmək  haqqı  vermək  və 
təxribat yaratmaq işində istifadə etmək planlaşdırılırdı. 
ABŞ həmişə də SSRİ-ni qabaqlamağa çalışırdı. Siyasətdə, 
iqtisadiyyatda və xüsusilə hərbi işdə təşəbbüs sahibi olmağa can 
atırdı. Bütün bunlar isə hər bir dövləti məcbur edir ki, xalqın rifah 
halının  yaxşılaqdırılması  əvəzinə  hərbi  sahəni,  ordunu 
gücləndirsin. 
Qarşılıqlı  təhlükəsizliyin  təmin  edilməsi  pərdəsi  altında 
hərbi bloklar və ittifaqlar yaradılması genişlənirdi. Belə ki. 
323 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə