E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə102/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   98   99   100   101   102   103   104   105   106

1951-ci ilin sentyabr ayında ABŞ, Avstraliya və Yeni 2jelandiya 
hərbi-siyasi ittifaq yaratmışlar (ANZYUS). 
25 may 1952-ci ildə bir tərəfdən ABŞ, Böyük Britaniya 
və  Fransanın  nümayəndələri,  digər  tərfdən  isə  AFR  (Bonnda) 
Qərbi  Almaniyanın  Avropanın  müdafiəsi  Birliyində  iştirakı 
barədə sənədə imza atmışlar (EOS). May ayının 27-də isə AFR, 
Fransa,  İtaliya,  Belçika,  Hollandiya  və  Lüksemburq  Parisdə  bu 
blokun yaradılması barədə müqavilə bağlamışlar. 
1954-
 
cü  ilin  sentyabr  ayında  Manilada  (Filippin)  ABŞ, 
Böyük  Britaniya,  Fransa,  Avstraliya,  Yeni  Zelandiya,  Pakistan, 
Filippin  və  Tailand  Cənubi-Şərqi  Asiyanın  kollektiv  müdafiəsi 
barədə müqavilə imzalamışlar (SEATO). 
1955-
 
ci  ilin  fevral  ayında  Türkiyə-İraq  hərbi  İttifaqı 
(Bağdad paktı) yaradılmışdır. 
Aydındır ki, ABŞ və onun müttəfiqlərinin hərəkəti Sovet 
İttifaqım da hərəkətə gətirməli idi. Odur ki, bütün bunlara cavab 
olaraq  1955-ci  il  may  ayının  14-də  Sosialist  dövlətlərinin 
kollektiv  müdafiəsi  ittifaqı  -Varşava  müqaviləsi  təşkilatı 
yaradılmışdır.  Bu  hərbi  blok  olan  NATO  yaradılmasına  qarşı 
cavab  idi.  Varşava  müqaviləsinə  aşağıdakı  dövlədər  daxil 
olmuşdur  -  Albaniya,  Bolqarıstan,  Macarıstan,  ADR,  Polşa, 
Rumıniya,  SSRİ  və  Çexoslovakiya.  Bu  blok  müdafiə  xarakteri 
daşıyırdı və kiməsə qarşı yönəldilməmişdi. Müharibədən sonrakı 
illərdə SSRİ-nin ümumi vəziyyətinin çətinləşdirilməsi üçün ABŞ 
SSRİ ilə və eləcə də Mərkəzi və Cənub-şərqi Avropa dövlətləri ilə 
iqtisadi  əlaqələrə  və  ticarətə  qadağa  qoymuşdur.  Hətta  bu 
dövlətlərə əvvəlcədən sifariş verilmiş və hazırlanmış avadanlıqlar, 
nəqliyyat  vasitələri  və  s.  materialların  göndərilməsi  də 
dayandırılmışdı. SSRİ-yə və Sosialist dövlətlərinə göndərilməsinə 
qadağa  qoyulan  bir  çox  məmulatların  siyahısı  barədə  məlumat 
dərc edilmişdi. Əlbəttə, bu tədbir SSRİ üçün müəyyən çətinliklər 
törətmiş və Qərbin sənaye müəssisələrinə də ziyan vurmuşdu
324 


Amerika  hökuməti  1951-ci  ilin  sentyabr  ayında  1937-ci 
ildə SSRİ ilə olan ticarət barədəki müqaviləni ləğv edərək 1952-ci 
ildə sosialist ölkələrinə göndərilməsinə məhsulların yeni siyahısı 
verilmişdir.  Bir  sözlə,  «soyuq  müharibə»  illərində  beynəlxalq 
vəziyyət  o  qədər  də  sadə  deyildi.  Tərəflər  bir  -  birinə  inanmır, 
etibar etmirdilər. 
1960-cı  illərdə  SSRİ,  ABŞ,  Böyük  Britaniya  və  Fransa 
rəhbərlərinin  Paris  görüşü  Nazirlər  Sovetinin  sədri  N.S.Xruşo- 
vun  qeyri-düzgün  siyasəti  nəticəsində  baş  tutmamışdı.  Həmin 
illərdə Kuba məsələsində də Sovet rəhbərliyinin səhvi olmuşdur. 
(Kuba sahillərinə hərbi raket çıxarılmışdı). 
Bütün  bu  kimi  mənzərəyə  yekun  vuraraq  «Soyuq 
müharibə» dövrünü üç mərhələyə bölmək olar: 
Birinci mərhələ - 1945-1948-ci illəri; 
İkinci mərhələ - 1948-1962-ci illəri; 
Üçüncü mərhələ - 1962-1969-cu illəri əhatə edir. 
«Soyuq  müharibə))  illərinin  təhlilindən  belə  nəticəyə 
gəlmək  olar  ki,  ABŞ  kommunizmə  və  inqilabi  hərəkatlara  qarşı 
durmaqla  dünya  üzərində  özünün  hökmranlığını  bərqərar  etmək 
məqsədi daşıyırdı. 
325 


XXVI
 
Fəsil. 
MÜSTƏMLƏKƏ SİSTEMİNİN DAĞILMASI 
VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
Faşizm üzərində demokratik qüvvələrin qalib gəlməsi və 
bu işdə Sovet İttifaqının hərtərəfli dəstəyi Asiya, Afrika və Latın 
Amerikasında Milli azadlıq hərəkatlarının genişlənməsinə səbəb 
olmuşdur. Beləliklə ikinci dünya müharibəsi müstəmləkə və asılı 
ölkələrin  öz  azadlıqları  üçün  hərtərəfli  mübarizə  aparmalarında 
böyük rol oynamışdır. 
Cənubi  -  Şərqi  Asiya.  Müstəmləkə  sistemindən  azad 
olmaqda  hərəkat  edən  regionlardan  biri  də  Cənubi  Şərqi  Asiya 
ölkələri  olmuşdur.  Hələ  İkinci  Dünya  müharibəsi  illərində 
müharibə  vəziyyətindən  istifadə  edən  İndoneziya  xalqı 
Yaponiyaya  qarşı  mübarizəyə  qalxmışlar.  Məlumdur  ki, 
İndoneziya Hollandiyanın müstəmləkəsi olmuşdur. 1942-1945-ci 
illərdə Yaponiya tərəfindən işğal edilmişdir. 
1945-ci  ilin  avqust  ayında  Yaponiya  hərbiləşməsinin 
məhv  edilməsi  artıq  reallığa  çevrilmişdi.  Bu  vaxt  İndoneziyada 
milli-azadlıq  hərəkatının  liderlərindən  biri  olan  Sukarno 
(1901-1970)  İndoneziyanın  müstəqilliyini  elan  etmiş  və 
İndoneziya Respublikasının Prezidenti olmuşdu (1945-1967). 
Müstəqilliyin  ilk  günləri  sakit  keçsə  də  çox  keçmədən 
İngilis qoşunları «Yava» adasına daxil olmuşlar. Onlar özləri ilə 
general  -  qubernator  Van-Mookanı  da  gətirmişlər.  O, 
Hollandiyanın  qoyduğu  nizam-intizamı  bərpa  etməli  idi.  10 
noyabr 1945-ci  ildə müstəmləkəçiliyə qarşı  İndoneziyada silahlı 
mübarizə  başlanmışdı.  Bu  mübarizə  bir  neçə  il  davam  etmişdi. 
Nəhayət 1954-cü il avqust ayının 10-da Hollandiya - İndoneziya 
İttifaqı ləğv edilmişdi. 
1956-cı ilin may ayında bu ittifaqın ləğv edilməsi barədə 
qanunu  prezident  Sukarno  imzalayaraq  parlamentə  təqdim 
edilmişdi. 
326 


İ946-C1  ilin  tyul  ayının  4-də  Filippin  Respublikası 
müstəqillik  əldə  etmişdir  (məlumdur  ki,  XVI  -XVII  əsrlərdə 
Filippin  İspaniyanın  müstəmələkəsi  olmuş,  milli-azadlıq 
mübarizəsi  nəticəsində  1896-1898-ci  illərdə  respublika  elan 
edilmişdir. 1898-ci ildə İspaniya-Amerika müharibəsi nəticəsində 
Filippin  ABŞ-ın  müstəmləkəsi  olmuşdur.  1934-cü  ildə  ona 
muxtariyyat, 1946-cı ildə isə müstəqillik verilmişdir). 

 
1951-ci ildə Nepal müstəqillik əldə edərək konstitu- siyalı 
monarxiya  dövləti  yaratmışdır  (Nepal  uzun  müddət  Hindistanın 
təsiri altında olmuşdur). 

 
Birma 
(Myanma).  Birma  cənubi-şərqin  qədim 
dövlətlərindən  biridir.  XIX  əsrdə  -  üç  müharibə  -  1824-1826; 
1852- 1853; 1886-ci illər nəticəsində Böyük Britaniya buranı ələ 
keçirmişdir. 
İngiltərə buranı əvvəlcə Britaniya Hindistanının tərkibində
sonra isə aynca Birma kimi müstəmləkə etmişdir. 1941- 1945-ci 
illərdə  yaponlar  tərəfindən  işğal  edilmiş  (1945-ci  ildə  azad 
edilmiş).  1947-ci  ilin  oktyabr  ayında  müstəqillik  verilmişdir. 
1948-ci il yanvar ayının 4-də İngilis bayrağı endirilmiş və yerində 
Birma İttifaqının bayrağı ucaldılmışdır. 

 
15  avqust  1947-ci  ildə  Dehlidə  Müstəqil  Hindistanın 
bayrağı  ucaldılmışdı.  XVIII  əsrin  axırlarından  Hindistan 
İngiltərənin  müstəmləkəsi  olmuş,  1947-ci  ildə  dominiona 
çevrilmiş, 26 yanvar 1950-ci ildə tam müstəqillik əldə etmişdir. 
9
 Hindistana müstəqillik verildikdə onun ərazisi iki hissəyə 
bölünmüşdü:  Hindistan  və  Pakistan.  Pakistan  da  iki  hissədən 
ibarət  idi  -  Şərq  və  Qərb.  Uzun  sürən  münaqişədən  som-a  Şərq 
hissəsi də müstəqil Banqladeş dövləti kimi aynl- mışdır. Beləliklə 
14 avqust 1947-ci ildə Pakistan müstəqillik əldə etmişdir. 23 mart 
1956-cı il Pakistan günü hesab edilir. 

 
Banqladeş  -  1947-ci  ilədək  Hindistanın  tərkibində 
olmuşdu.  Sop-ra  Şərqi  Pakistan  hesab  edilirdi.  1970-ci  ildə  tam 
muxtariyyat almış, 1971-ci ildə isə müstəqil dövlət olmuşdur. 
327 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə