E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə103/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   98   99   100   101   102   103   104   105   106


 
1948-ci ildə Seylon adasına dominion huququ verilmişdir. 

 
1957-ci  ildə  Malayziya  müstəqillik  əldə  etmişdir.  XVIII 
əsrin axırlarından XX əsrin əvvəllərinədək İngiltərə bu ərazini ələ 
keçirmək  üçün  mübarizə  aparıbdır  (1941-1945-ci  illərdə 
Yaponiyanın  işğalında  olubdur.  Sonra  inqilabi  mübarizə 
nəticəsində həm Yaponiya və həm də İngiltərə əsarətindən azad 
olublar). 

 
Vyetnam - Vyetnam uzun müddət Çinin idarəçiliyi altında 
olubdur.  XIX  əsrin  ikinci  yarısından  Vyetnam  Fransanın 
müstəmləkəsinə  çevrilmişdir.  1941-1945-ci  illərdə  Yaponiya 
tərəfindən  işğal  edilmişdir.  1945-ci  ildə  Xo  Şi  Minin  rəhbərliyi 
altında  Demokratik  Vyetnam  Respublikası  elan  edilmişdir. 
1945-1954-cü  illərdə  Fransa  müstəmləkəçilərinə  qarşı  mübarizə 
aparmışlar.  Cenevrə  müqaviləsinə  əsasən  Vyetnam  iki  hissəyə 
ayrılmışdır. Şimalda Demokratik Vyetnam respublikası, cənubda 
isə Vyetnam Respublikası (bura Amerika qoşunu yeridilmişdir). 
1964-1973-cü  illərdə  hər  iki  Vyetnam  arasında  müharibə 
getmişdi.  Əslində  faktiki  olaraq  Demokratik  Vyetnam 
Respublikası  ilə  ABŞ  arasında  müharibə  gedirdi.  Nəhayət 
müharibə  qurtarmış,  cənub  ilə  Şimali  Vyetnam  birləşmiş  və 
Vyetnam  Sosialist  Respublikası  yaranmışdır.  Demək  olar  ki,  30 
illik  mühai-ibədən  sonra  Vyetnam  azad,  müstəqil  demokratik 
respublikaya çevrilmişdir. 
Yaxın  va  orta  şərqi  Afrika.  Müstəmləkəçilikdən  azad 
olmaq,  müstəqillik  əldə  etmək  dalğası  demək  olar  ki,  bütün 
müstəmləkə ölkələrə yayılmışdı. Belə bir mübarizə yaxın və orta 
şərq xalqlarını da oyatmışdı. Suriya, Livan, Misir, İraq, Yəmən, 
İordaniya xalqları müstəqillik uğrunda mübarizəyə qalxmışlar. 
Fələstin  dövləti.  BMT-nin  Baş  məclisinin  qətnaməsinə 
əsasən  1948-ci  ii  noyabr  ayının  29-da  Böyük  Britaniyanın 
protektoratı sayılan Fələstin ərazisində Fələstin Ərəb Dövləti və 
İsrail yəhudi dövləti yaradılması qərara alınmışdır. O 
328 


vaxtdan da hər iki tərəf arasında münaqişələr davam edir. Həmin 
vaxtdan İsrail Fələstinin bütün ərazisini özünə birləş- dinnəyə can 
atır.  Hər  halda  hələ  də  Fələstin  müstəqil,  azad  dövlət  yarada 
bilməyibdir. 
Misir  Ərəb  Respublikası.  Bu  ölkə  ən  qədim 
dövlətlərdən  biridir.  XIX  əsrin  ikinci  yarısından  Misir 
Muxtariyyat  hüququ  almışdır.  1882-ci  ildən  Türkiyənin  təsir 
dairəsindən  İngiltərənin  təsir  dairəsinə  keçmişdir.  1914-1922-ci 
illərdə  İngiltərənin  protektoratı  olmuşdur.  1922-ci  ildə  Misirə 
müstəqillik  verilmişdir.  Lakin  İngiltərə  onun  üzərində  öz  təsir 
dairəsini saxlamışdır. 

 
1952-ci  ildə  başda  Kamal  Abdul  Nasir  olmaqla, 
vətənpərvər «Azad zabitlər» təşkilatına daxil olan hərbçilər hərbi 
çevriliş  etmişlər.  Beləliklə  18  iyun  1953-cü  ildə  Misir 
Respublikası elan edilmişdir. 

 
1950-ci ildə Liviya müstəqillik əldə etmişdir. Liviya XVI 
əsrdən  XX  əsrədək  Türkiyəyə  tabe  olmuşdur.  1911-ci  ildə 
İtaliyanın,  İkinci  Dünya  müharibəsi  illərində  ingilis  -  fransız 
hərbçilərinin və ABŞ-ın hərbi bazasının nəzarəti altında olmuşdur. 
1951-ci  ildə  müstəqil  Birləşmiş  Krallıq  elan  edilmişdir.  1- 
09-1969-cu  ildə  başda  M.  Qəddafi  olmaqla  Monarxiya  rejimi 
devrilmiş Liviya Ərəb Respublikası yaradılmışdır. 

 
1956-cı  ildə  Sudan  müstəqillik  almışdır.  Sudan  əslində 
XIX  əsrin  axırlarından  İngiltərənin  müstəmləkəsi  olmuşdur. 
1820-ci ildə Misir tərəfindən işğal edilmişdir. 60 il Misirin əyaləti 
olmuşdur. 

 
1956-cı  ildə  Tunis  müstəqillik  qazanmışdır.  Tunis  XVI 
əsrdə  Osmanlı  imperiyasına  daxil  idi.  1881-1956-cı  illərdə 
Fransanın protektoratı olmuşdur. 
İraqda  1958-ci  ildə  monarxiyanın  yerində  respublika 
yaranmışdır.  İraq  XVII  əsrdən  Birinci  Dünya  Müharibəsinədək 
Osmanlı imperiyasının tərkibində olmuş, müharibə qurtardıqdan 
sonra Türkiyənin məğlub olması ilə bağlı olaraq Böyük 
329 


Britaniya  İraqı  işğal  etmişdi.  İ930-cu  ildə  İraq  formal  olaraq 
müstəqillik əldə etmişdir. 
Beləliklə 1950-ci illərin axırlarına yaxın və Orta Şərqin 
və Şimali Afrikanın bütün ölkələri asılılıqdan azad olmuşlar. 
Belə  bir  tarixi  proses  digər  ölkələri  də  əhatə  etmişdi. 
Milli-azadlıq hərəkatları bütün Afrikanı bürümüşdü. 

 
1957-ci ilin mart ayında Qana müstəqillik almışdı. 

 
Qana əvvəllər «Qızıl Sahil» adlanırdı (Atlantik okeanının 
Qvineya  hövzəsində  yerləşir)  çoxlu  qızıl  çıxarılır.  1482-ci  itdə 
Portuqaliya buradan qızıl və qul aparırdı. 1642-ci ildə hollandlar 
Portuqaliyaları  sıxışdırmışlar.  1901-ci  ildən  İngiltərənin 
müstəmləkəsi  olmuşdur.  Qərbi  Afrikada  və  Ekvatorial  Afrikada 
Fransa müstəmləkələri də azadlıq mübarizəsi aparmışlar. 

 
2 oktyabr 1958-ci ildə Qvineya müstəqillik əldə etmişdir. 
Qvineya  1830-cu  illərdə  Fransam  maraqlandırmışdır  (qızıl,  fıl 
sümüyü, qırmızı ağac və s.). XIX əsrin axırlanndan 1958-ci ilədək 
Fransanın müstəmləkəsi olmuşdur. 

 
25 oktyabr 1959-cu ildə  Kamerun  azadlıq əldə etmişdir. 
1884-cü  ildə  Almaniya  Kamerunu  ələ  keçirmiş  və  1914-cü  ildə 
bütün  ərazini  tutmuşdur.  Birinci  Dünya  müharibəsindən  sonra 
Millətlər  Liqası  Kamerunu  Fransa  ilə  İngiltərənin  idarəçiliyinə 
vermişdir. 

 
27 aprel 1960-cı ildə Toqo müstəqillik əldə etmişdir. 300 
ilədək  bu  torpaqlar  üstündə  Portuqaliya,  Danimarka,  İngiltərə, 
Fransa  və  Almaniya  arasında  mübarizə  gedibdir.  Nəhayət 
1884-1914-cü  illərdə  Toqo  Almaniyanın  protektoratı  olubdur. 
Birinci  Dünya  müharibəsi  dövründə  Toqo  İngiltərə  ilə  Fransa 
tərəfindən işğal edilmişdi. 1956-1957-ci illərdə bir hissəsi Qanaya 
birləşdirilmiş,  Fransanın  tabeçiliyində  olan  hissəsi  isə 
özünüidarəçilik statusu almışdır. 
Bütün  bunlar  Fransanın  müstəmləkəçiliyi  birliyinin 
dağılmasına  səbəb  olmuşdur.  Seneqal,  Yuxarı  Volta,  Daqo- 
m.eya, Sudan Mali Federasiyasında birləşmişlər və müstəqillik 
330 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə