E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə104/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   98   99   100   101   102   103   104   105   106

tələb  edirdilər.  Fransanın  müəyyən  təzyiqlərinə  baxmayaraq 
1960-cı  ilin  iyun  ayında  Madaqaskar  (Malqaş)  və  Mali 
Federasiyası müstəqillik əldə edə bilmişlər. 

 
Yenə  də  1960-cı  ildə  17  Afrika  dövləti  müstəqillik  əldə 
etmişdir  (ÇAD  Respublikası,  Mərkəzi  Afrika  Respublikası, 
Konqo  (Brazzovil),  Qabon,  Daqomeya  Respublikası,  Niger 
Respublikası, Kot d! Uvyar və s.). 
Bütünlükdə  1960-cı  illər  tarixə  Afrika  ili  kimi  daxil 
olmuşdur  .  Beləliklə,  1960-cı  ildə  Şərqi  və  Mərkəzi  Afrika 
dvölətləri  də  azadlıq  əldə  etmişlər.  Bunlardan  Britaniyanın  təsir 
dairəsində  olan  Keniya,  Uqanda,  Zanzibar,  Nyasalend,  Şimali 
Rodeziya  və  s.  Dövlətləri  qeyd  etmək  olar.  Sonra  isə  xammal 
mənbələrini  əldən  vermək  istəməyən  müstəmləkəçi  dövlətlər  bu 
prosesi  uzatmağa  nail  ola  bilmişlər.  Məsələn  Anqola  ancaq 
1975-ci ildə müstəqillik əldə edə bilmişdir. 
Afrika  dövlətlərinin  tərəqqi  tapması  üçün  onların 
qüvvələrinin  birləşdirilməsinə  böyük  ehtiyac  vardır.  Odur  ki, 
1963-cü ildə müstəqil Afrika dövlətləri başçılarının görüşü olmuş, 
konfransda  Afrika  Birliyi  Təşkilatı  (ABT)  yaradılmışdır. 
Təşkilat 50 dövləti özündə birləşdirir. 

 
Kuba  -1511  -ci  illərdən  İspaniya  müstəmləkəçiləri 
tərəfindən  işğal  edilmişdir.  1868-1878-ci  illərdə  azadlıq 
mübarizəsi  aparmışlar.  1895-ci  ildə  yenidən  müstəmləkəçiliyə 
qarşı mübarizəyə qalxmışlar. 1898-1902-ci illərdə ABŞ tərəfindən 
işğal edilmişdir. 1950-ci illərdə Kuba vətənpərvərləri Amerikaya 
qarşı mübarizə apanrdılar. Nəhayət 1 yanvar 1959-cu ildə diktator 
rejimi  devrilmişdi.  1961-ci  ildən  Kubada  sosialist  inqilabı  qalib 
gəlmişdi.  Aydındır  ki,  müstəmləkə  xalqlarının  azadlıq 
hərəkatlarına Sovet İttifaqının hərtərəfli köməkliyi olmuşdur. 
331 


XXVII
 
Fəsil. 
1900-1960-cı İLLƏRİN BEYNƏLXALQ 
MÜNASİBƏTLƏRİ və SOVET 
İTTİFAQININ XARİCİ SİYASƏTİ 
1960-cı  illərdə  beynəlxalq  siyasət  əsasən  tərksilah  və 
atom  silahımn  qadağan  edilməsi,  bir  çox  regionlarda  -  xüsusilə 
Hindi-Çin  və  yaxın  Şərqdə  münaqişələrin,  hərbi  hərəkatların 
aradan qaldırılması problemləri ilə səciyyələnir. ABŞ açıq- aşkar 
SSRİ-ni qorxutmağa can atırdı. 1960-cı illərdə Amerika xəfiyyə 
orqanları 
20
 min müxtəlif obyektlərin yerini müəyyənləşdirmiş və 
atom  bombası  atmağı  planlaşdırmışlar.  Bütün  bunlar  Sovet 
rəhbərliyini  məcbur  edirdi  ki,  hərbi  sahəyə  ayrılan  xərcləri 
artırsın.  Amerika  təbliğatı  isə  öz  xalqını  və  qərb  dövlətləri 
xalqlarım sovetlərdən olan təhlükə ilə qorxudurdu. 
1960-cı  illərdə  hadisələrin  belə  ziddiyyətli  xarakter 
almasına  baxmayaraq  hər  halda  bu  kimi  qarşıdurmaların 
perspektivsiz  olduğunu  dərk  edən  qüvvələr  də  vardı.  Danışıqlar 
aparılmasının  zəruri  olduğunu  başa  düşən  qüvvələr  də  nəzərə 
çarpırdı. Bu cür «ara vermə» (müəyyən mənada möhlət) qərbdə 
«Gərginliyin  zəiflədilməsi»  kimi  qiymətləndirilirdi.  Həmin 
illərdə ABŞ ilə Sovet İttifaqı arasında da danışıqlar gedirdi ki, bu 
da müsbət hal kimi qiymətləndirilirdi. 
ABŞ-ın  o  vaxtkı  prezidenti  C.  Kennedi  özünün  xarici 
siyasi  proqramında  diplomatik  metodlara  çox  üstünlük  verirdi. 
Nüvə  silahının  sınaqdan  keçirilməsinin  dayandırılması  barədə 
1960-cı  ildə  Cenevrədə  ABŞ,  SSRİ  və  İngiltərə  nümayəndələri 
arasında danışıqlar çox gərgin gedirdi. Fransa və Çin də müxtəlif 
bəhanələrlə  belə  bir  müqavilənin  əleyhinə  idilər.  Bütün  bunlara 
baxmayaraq danışıqlar müəyyən nəticələr verə bilirdi. 1962-ci ilin 
noyabr ayında BMT - baş Məclisinin XVII sessiyası nüvə silahı 
olan ölkələr üçün qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən nüvə 
silahımn  sınaqdan  keçirilməsi  məsələsi 
11
  yanvar  1968-ci  ildən 
dayandırılmalı idi. 
332 


Lakin 1963-cü ilin yayında məlum oldu ki, Qərb ölkələri 
nüvə  silahının  sınaqdan  keçirilməsini  dayandırmağa  o  qədər  də 
razı deyildirlər. Belə olduqda Sovet rəhbərliyi başqa bir şərt irəli 
sürmüşdü. Bu sınağın üç sahədə - atmosferdə, kosmos məkanında 
və  su  altında  keçirilməsi  qadağan  edilsin.  Hər  üç  ölkənin 
nümayəndələri  15  iyul  1963-cü  ildə  Moskvada  danışıqlara 
başlamış,  avqustun  5-də  danışıqlar  qurtarmış  və  razılıq  əldə 
edilmişdir. Moskva müqaviləsi 10 oktyabr 1963- cü ildən qüvvəyə 
minmişdir. 
Danışığa və müqaviləyə əsasən Sovet İttifaqı öz raket və 
hərbi  təyyarələrini  Kubadan  çıxarmışdı.  ABŞ  isə  rəsmən  bəyan 
etmişdi ki, Kubaya qarşı hərbi münaqişəyə getməyəcəkdir. 
Nüvə silahının yayılmamasına dair sülhə hazırlıq. 
Qeyd etməliyik ki, 1960-cı illərdə artıq nüvə silahına malik olan, 
dövlətlərin sayı artmışdı. Odur ki, Moskva müqaviləsindən sonra 
(Nüvə  silahının  sınaqdan  keçirilməsində  qismən  qadağalar 
barədə)  tərəflər  tərksilah  barədə  müqavilələr  bağlamaq  üçün 
tədbirlər görməyə səy göstərirdilər. 1960-cı illərdə adi silahların 
ixtisar  edilməsi  barədə  də  danışıqlar  gedirdi.  Kosmik  fəzanın 
mənimsənilməsi  kimi  yeni  problemlər  də  yaranmışdır.  Burada 
əsas  məsələ  kosmik  məkanın  hərbi  məqsədlər  üçün  istifadə 
edilməməsi və ora nüvə silahı çıxar- mamaqdan ibarət idi. 
Sovet  İttifaqı  və  digər  sosialist  dövlətləri  müəyyən 
tədbirlər  görürüdülər  ki,  AFR  və  Yaponiyada  atom  silahı 
yaradılmasına  imkan  verilməsin.  ABŞ-da  və  Qərbdə  Nüvə 
silahlarının  artırılması  və  onun  dağıdıcı  gücünün  artması 
siyasətçiləri və mütəxəssisləri düşündürməyə bilməzdi. Odur ki, 
1960-cı  illərdə  gedən  danışıqlar  ictimaiyyətin  diqqətini  cəlb 
edirdi.  Elə  həmin  illərdə  38  dövlətdə  nüvə  reaktorları  üzərində 
tədqiqat işləri aparılırdı. Bundan əlavə 1968-ci ildə hərbi məqsəd 
üçün  23  dövlətdə  süni  kimyəvi  elementlər  istehsal  edilirdi. 
BMT-nin baş məclisi öz üzvlərini tam tərksilah aparılması 
333 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə