E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.

səhifə105/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
1   ...   98   99   100   101   102   103   104   105   106

barədə  müqavilə  bağlanmasına  hazırlıq  görülməsinə  çağınrdı. 
Odur ki, BMT-nin XX sessiyasında 18 dövlətdən ibarət komitəyə 
həvalə edilmişdir ki, nüvə silahının yayılmaması barədə məsələyə 
baxılsın. 
1960-cı  illərin  ikinci  yansına  bir  çox  dövlətlərdə,  o 
cümlədən ABŞ, İngiltərə və Fransada da nüvə silahının yayılması 
barədə müəyyən rəsmi sənədlər hazırlanması qərarına gəlmişlər. 
Müqaviləyə  hazırlıq  barədə  danışıqlar  əsasən  SSRİ-  nin  xarici 
işlər naziri A.A. Qromıko və ABŞ-m dövlət katibi 
D.
 
Pask arasında gedirdi. Beləliklə BMT Baş Məclisinin XXII 
sessiyasında  və  növbəti  sessiyalarda,  18-lər  komitəsinin 
iclaslarında 
müqavilənin 
şərtləri, 
ayrı-ayrı 
maddələri 
hazırlanmışdı.  SSRİ,  ABŞ  və  İngiltərə  müqavilənin  layihəsini 
XXII  sessiyaya  təqdim  etmişlər.  Baş  Məclis  layihəni  12  iyun 
1968-ci  ildə  Moskva,  Vaşinqton  və  Londonda  imzalamışdı. 
Müqavilə  təsdiqləndikdən  sonra  1970-ci  il  mart  ayının  5-də 
qüvvəyə minmişdir. Bu vaxtadək artıq 100 ölkə həmin müqaviləni 
imzalamışdılar. 
1960-1970-ci illərdə strateji silahlanma baxımından ABŞ 
ilə SSRİ demək olar ki, bərabər səviyyədə idilər. Avropa ölkələri 
ilə də vəziyyət tədricən yaxşılaşırdı. Fransa və AFR - Sovet İttifaqı 
ilə  münasibətləri  normallaşdırmışdı.  Qərb  ölkələri  ilə  sosialist 
inkişaf  yolunda  olan  ölkələr  arasında  müqavilələr  və  müəyyən 
razılaşmalar əldə (idilirdi. AFR ilə ADR arasında Sovet İttifaqının 
xarici  siyasəti  fəallaşırdı.  Mərkəzi  Komitənin  birinci  katibi  L.İ. 
BrejnevAFR-də,  A.N.Kosıgin  Avstriyada  olmuşlar.  1972-ci  ilin 
may  ayında  ABŞ-ın  prezidenti  R.Nikson  Moskvaya  gəlmişdir. 
Bütün bu görüşlərdə bir çox vacib sənədlər imzalanmışdır. 
Dəniz və okeanların dibinin mühafizəsi barədə müqavilə. 
Bu məsələ BMT Baş Məclisinin XXV sessiyasında 1969-cu ilin 
dekabrında  müzakirə  edilmişdir.  Müqavilənin  layihəsi  7  dekabr 
1970-ci ildə razılaşdırılmış və 11 fevral 1971- ci ildə SSRİ, ABŞ 
və İngiltərə tərəfindən imzalanmışdır. 1971- 
334 


ci ilin axırlarına bu müqaviləyə 90 dövlət imza atmışdır. Müqavilə 
18 may 1972-ci ildə qüvvəyə minmişdir. 
İmzalanan  bütün  müqavilələrdə  öhdəçilik  götrırülmüş  - 
dür  ki,  dəniz  və  dəryaların  dibində  hər  hansı  bir  nüvə  silahı, 
kütləvi qırğın silahı, müəyyən qurğular yerləşdirməyəcəkdir. 
Silahların  məhdudlaşdırılması.  1960-1970-ci  illərdə  çox 
vacib  beynəlxalq  hadisələr  baş  verirdi.  Bu  isə  beynəlxalq 
münasibətlərdə və xa].ici siyasət məsələlərində öz əksini tapırdı. 
Sovet 

Amerika  danışıqları,  Vyetnamda  müharibənin 
dayandırılması,  Təhlükəsizlik  və  Avropada  əməkdaşlığa  dair 
yığıncağa  hazırlıq  işləri  kimi  hadisələr  gündəlikdə  dayanırdı. 
Nüvə  silahı  sahəsindəki  qüvvələr  balansı  dövlətləri  danışıqlar 
aparmağa  vadar  edirdi.  Beləliklə  silahların  azaldılmasına  dair 
1970-1972-ci  illərdə  ABŞ  ilə  SSRİ  arasında  bir  neçə  müqavilə 
imzalanmışdı. 
SSRI-nin  sülh  təşəbbüsü.  Sovet  İttifaqı  beynəlxalq 
təhlükəsizliyin  təmin  edilməsində,  müxtəlif  növ  silahların 
azaldılmasında və yaxud istehsalının tamamilə dayandırılmasında 
ardıcıl səy göstərirdi. Odur ki, dövlət başçılarının tez-tez görüşləri, 
danışıqları  olurdu.  Bu  baxımdan  1973-cü  ilin  iyun  ayında  L.İ. 
Brejnevin ABŞ-a olan səfəri və 1974-cü ildə ABŞ- m prezidenti R. 
Niksonun SSRİ-yə səfəri böyük əhəmiyyət kəsb etmişlər. 
Eləcə  də  yenə  1974-cü  ilin  noyabr  ayında  ABŞ-ın 
prezidenti A. Ford ilə L.İ. Brejnevin Vladivostokda olan görüşü 
yeni müqavilələr üçün geniş yol açmışdır. 
1976-cı ildə BMT-nin Baş Məclisinin XXXI sessiyasında 
Beynəlxalq  münasibətlərdə  güc  tətbiq  edilməməsi  barədə 
ümumdünya  müqaviləsi  barədə  məsələ  müzakirə  edilmişdir. 
1978-ci ilin payızında SSRİ təklif edirdi ki, beş nüvə silahı dövləti 
olan  SSRİ,  ABŞ,  İngiltərə,  Fransa  və  Çin  arasında  danışıqlar 
aparıism. 1979-cu ilin iyun ayında Vyanada SSRİ Ali Sovetinin 
sədri L.İ. Brejnev ilə ABŞ-ın prezidenti C. Karter arasında görüş 
olmuş və bir çox strateji silahlann azaldılması 
335 


barədə razılıq əldə edilmişdir. Bir sözlə Sovet rəhbərliyi bir çox 
hallarda  Qərb  dünyasında  sülhün,  tərksilahın  daha  perspektivli 
olması barədə inam yarada bilmişdir. 
1980-ci  Uhrdə  Beynəlxalq  münasibətlər  və  Sovet 
ittifaqında yenidənqurma problemi. 1960-1970-ci illərdə bir çox 
konkret  müqavilələr,  razılıqlar  əldə  edilmiş,  Vyetnam 
müharibəsinin  dayandırılması  barədə  qərarlar  qəbul  edilmişdir. 
Nüvə  silahı  dövlətləri  arasında  kifayət  qədər  razılığa  gələ 
bilmişlər.  Silahların  azaldılması  sahəsində  də  nailiyyətlər, 
razılıqlar  olmuşdur.  Bütün  bunlara  baxmayaraq  1988-ci  illərdə 
ABŞ-ın xarici siyasi xətti dəyişmişdi. Bu isə dünyada gərginliyi 
artırırdı. 1979-cu ilin dekabr ayında Sovet İttifaqının Əfqanıstana 
hərbi  qoşun  yeritməsi  də  bu  gərginliyi  artırmış  və  beynəlxalq 
münasibətlərin  inkişafına  əks  təsir  göstərmişdir.  Beləliklə  SSRİ 
ilə  ABŞ  arasında  yaranan  soyuqluq  beynəlxalq  münasibətlərin 
ümumi vəziyyətinə də əks təsir etmişdi. 
Həmin  illərin  beynəlxalq  münasibətlərində  də  nüvə 
silahlarının  qadağan  edilməsi  əsas  problem  olaraq  qalırdı.  ABŞ 
rəhbərliyi hər bir yolla SSRİ üzərində hərbi üstünlüyə nail olmağa 
çaşlışırdı. Bu barədə ABŞ-m o vaxtkı prezidenti C. Karterin tələbi 
açıq-aşkar  bildirilirdi.  1980-ci  illərdə  beynəlxalq  münasibətlərin 
tarixində «ulduz müharibəsi» proqramı da öz əksini tapmışdır. 
1980-1985-ci  illərdə  ABŞ-m  yeni  prezidenti  R.Reyqan 
1983-cü  ildə  Kosmik  məkanın  hərbi  məqsədlər  üçün  istifadə 
edilməsi məqsədi ilə uzun müddətli proqramla çıxış edirdi. Bu da 
hərbiləşmənin  yeni  bir  xətti  idi.  ABŞ  bu  proqramın  həyata 
keçirilməsinə 50 mlrd dollar vəsait xərcləmişdi. Bununla da onlar 
istəyirdi ki, Sovet İttifaqı da bu sahəyə daha çox vəsait ayırsın. Bu 
isə iqtisadiyyata zərər gətirirdi. 
Kosmik  fəzada  hər  hansı  bir  hərbi  silah  yerləşdiril- 
məsinin  qadağan  edilməsi  barədə  1981-ci  ildə  Sovet  rəhbərliyi 
BMT Baş məclisinin XXXVI sessiyasına təklif vermişdi. 1983- 
336 




Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə