E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

Tomas  Qobbas  belə  qərara  gəlirdi  ki,  dünya  miqyaslı 
müəyyən  qurumlar,  ayn-ayrı  dövlət  qurumlarından  üstün  bir 
orqan  yaratmaqla  xalqlar  arasındakı  müharibələrə  son  qoymaq 
olar. Düzdür, T.Qobbas belə bir perspektivə o qədər də inanmırdı. 
Lakin etiraf etməliyik ki, hazırda belə ümumi səlahiyyətli (BMT 
kimi) qurumlar vardır. 
Beləliklə  T.Qobbas  ilk  dəfə  olaraq  dövlətlərarası 
münasibətlərin 
nizamlanmadığım 
nəzəri 
cəhətdən 
əsaslandırmışdır. 
Nisbətən  son  dövrlərdə  daha  doğrusu  yeni  dövrdə 
beynəlxalq  siyasət  barədə  realist  baxışların  tanınmış 
nümayəndələrindən  biri  də  Alman  filosofu  Qeorq  Vilhelm 
Fridrix Hegel (1770-1831) olmuşdur. O, göstərirdi ki, beynəlxalq 
münasibətlərdə hüquq normaları hər hansı bir münaqişəni aradan 
qaldırmır.  Əksinə  dövlətlər  arasında,  müxtəlif  fikirlər  yaradır. 
Hətta əgər hər hansı bir tərəf ona verilən hüquq əsasında hərəkət 
edərsə, bu mütləq digər tərəf üçün əhəmiyyət kəsb edən müəyyən 
bir hüquqa toxunmalı olacaqdır. 
Hegelin fikrincə müharibə  beynəlxalq  münasibətlərin 
hüquqi tənzimlənməsinin tərkib hissəsidir. 
Məhz  elə  hansı  hüquq  normasının  digər  hüquqa 
güzəştə  getməsi  məsələsini  müharibə  həll  edir.  Hər  hansı  bir 
tərəfin hüququnun həqiqi olması müəyyən edilmir. Hər iki tərəfin 
hüququ həqiqidir, baxır hansı tərəf güzəştə məhkum edilibdir. 
Hegelə  görə  beynəlxalq  hüquq  beynəlxalq  ünsiyyətə, 
beynəlxalq razılaşmalara köməklik edən müddəalar sistemi deyil. 
Əksinə  dövlətlərarası  münaqişələr  yaradılmasına  «zə-  min» 
yaradan  normalar  məcmusudur.  O,  göstərirdi  ki,  beynəlxalq 
münasibətlərdə  əxlaqın,  mənəviyyatın  tələblərinə  arxalanmaq 
olmaz.  O,  beynəlxalq  əməkdaşlıq  barədəki  fikirlərə  bəraət 
qazandırmırdı. 
Beynəlxalq  münasibətlər  barədə  digər  fikirlər  də  vardı. 
Məsələn, realistlər münaqişələri və müharibələri insan həya 
36 


tında əsas amil hesab etdikləri halda, digərləri hesab edirdi ki, vaxt 
keçdikcə beynəlxalq münasibətlərin təbiəti dəyişir. 
Dövlətlərarası parçalanmanı aradan qaldırmaq olar, bütün 
xalqlar üçün ürnumi mərkəz yaratmaqla sülh və təhlükəsizliyə nail 
olmaq mümkündür. 
3.
 
Beynəlxalq siyasətdə Liberal fikirlər genezisi 
Siyasi  fikir  tarixində  Liberalizm'  deyilən  ideya  da 
yayılmışdır. Ümumiyyətlə bu siyasi və ideoloji cərəyan Avropada 
XVII-XVIII  əsrlərdə  yaranmışdır.  Bu  elmi-fəlsəfı  nəzəriyyə 
dövlətlərarası  münasibətlərin  tənzimlənməsindəki  güc  amilinin 
əxlaq  və  hüquq  normaları  amilləri  ilə  əvəzlənməsini  nəzərdə 
tuturdu.  Beynəlxalq  institutlar  sistemi  yaradılmasına  üstünlük 
verilirdi.  Xarici  siyasət  və  beynəlxalq  münasibətlərin  şərhinə 
Liberal  yanaşma hələ realist fikir nümayəndələri ilə mübahisədə 
özünü  göstərmişdir.  Daha  doğrusu  N.MakiavelIinin  ideyalannm 
tam  əksinə  olaraq  Hollandiyada  humanizm  tərəfdarı  Erazma 
Rotterdamskiy  beynəlxalq  münasibətlərdə  güc  amilinin 
məhdudlaşdırılmasını təklif edirdi. O, göstərirdi ki, xarici siyasəti 
insanların  mənafeyini  nəzərdə  tutan  sosial  normalara  tabe 
etdirmək lazımdır. 
İnsanlar  müharibəyə  çox  pis  baxırlar.  Dövlət  başçısı  da 
onların fikrinə əməl edərək sülhü saxlamağa çalışacaqdır. 
Deməli  güc  və  müharibə  deyil,  məhz  sülh  insan 
mədəniyyətinin ən yüksək qiymətidir. 
E.Rotterdamskiy  dövlətlərarası  ərazi  münasibətlərinə  də 
sabitlik  verilməsini  ön  plana  çəkirdi.  Dövlətlərarası  ərazilərin 
dəyişdirilməsi  əleyhinə  çıxırdı.  Dövlət  başçılarının  əhatəsində 
olan torpaqların satılması və yaxud kiməsə verilm.əsinin qadağan 
olunmasını təklif edirdi. 

Liberalizm - barışdırıcı mövqe tutmaq, güzəştə getmək, latınca - sərbəst, azad 
deməkdir. 
2,1 


Beynəlxalq  siyasət  problemin  araşdınlmasmda  digər 
Hollandiya mütəfəkkiri Hüqo Qroskiy (1583-1645) də böyük rol 
oynamışdır. O, hüquqşünas, sosioloq və dövlət xadimi olmuşdur. 
1625-ci  ildə  “Müharibə  və  sülh  haqqında”  adlı  böyük  bir 
əsər  yazmışdı.  O,  göstərirdi  ki,  beynəlxalq  münasibətlər  hər  bir 
dövlətin götürdüyü öhdəçiliyə əsasən həyata keçirilməlidir. Güc 
tətbiq edilməsi sahəsində götürülən öhdəçiliklər daha çox diqqət 
mərkəzində olmalıdır: 
1.
 
Hər bir dövlət siyasi vəziyyətin dəyişilməsinə güc tətbiq 
etməməlidir. Belə halı cinayət adlandırmaq lazımdır. 
2.
 
Müharibə  başlanması  haqqındakı  qərar  əsaslandınl- 
mahdır. 
3.
 
Hətta hər hansı bir ölkə ciddi nöqsana yol verdikdə belə 
dərhal hərbi hərəkətə yol vermək olmaz. 
Hüqo  Qroskiy  ədalətli  və  qeyri-ədalətli  müharibə 
probleminə  də  geniş  yer  vermişdir.  0-,  ümumiyyətlə  hər  cürə 
müharibəni pisləyirdi. 
Dövlətlərarası 
sülh 
münasibətlərinin 
olmasının 
tərəfdarlarından biri də XVII əsrin əvvəllərində Fransada Emerik 
Kryuse  olmuşdur.  O,  insan  cəmiyyətinə  vahid  tam  halında 
baxmışdır.  Göstərmişdir  ki,  bütün  millətlər  təbii  və  qırılmaz 
tellərlə  bir-biri  ilə  bağlıdır.  Odur  ki,  hər  bir  siyasətin  məqsədi 
xalqlar  arasındakı  razılaşmaları  -  fikir  birliyini  saxlamaq  və 
genişləndirməkdən ibarət olmalıdır. 
Ayrı-ayrı  xalqlann  yaxınlaşması  işində  beynəlxalq 
ticarətin  roluna  üstünlük  verilir.  Bu  məqsədlə  o,  yollar 
çəkilməsinə, vahid ölçü və çəki sistemi yaradılmasına, vahid pul 
sistemi olmasına tərəfdar olduğunu bildirirdi. 
Emerik  Kryuse  daimi  fəaliyyət  göstərən  beynəlxalq 
təşkilat yaradılmasını da ön plana çəkirdi. 
Daha  geniş  hüquqa  malik  Beynəlxalq  təşkilat 
yaradılmasının  tərəfdarlarından  biri  də  yenə  Fransa  mütəfəkkiri 
Şari İrine Sen-Pyer (1658-1743) olmuşdur. 
38 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə