E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

Hazırda  da  Rusiyanın  səhra,  köçəri  xalqları  onu  əhatə 
edən ölkələrə hər cürə təzyiq göstərə bilərlər. Makinderə görə bu 
dövlətlər  daxili  və  xarici  “aypara”  hesab  edilirlər.  Almaniya, 
Avstriya,  Türkiyə,  Hindistan  və  Çin  daxili  “aypara”:  İngiltərə, 
Cənubi Afrika, Avstraliya, ABŞ, Kanada və Yaponiya isə xarici 
“aypara”ya aid edilirlər. 
Böyük  coğrafi  kəşflərdən  sonra  Xartlendin  adlandırdığı 
Avrasiyanın  daxili  hissəsi  dövlətlərinin  rolu  azalmış,  okean 
ölkələrinin  qiyməti  yüksəlmişdir.  Lakin  Makinder  belə  hesab 
edirdi  ki,  texnologiyanın  inkişafı  ilə  qüvvələr  balansı  yenə  də 
kontinental ölkələrin xeyrinə dəyişmişdir. 
1919-cu ildə Makinder “Demokratiya idealı və reallıq” 
adlı  böyük  bir  əsər  yazmışdır.  Burada  o,  öz  geosiyasi  fikirlərini 
təhlil edirdi. O, texnologiyanın inkişafını siyasi dəyişikliyin əsas 
amili  hesab  edirdi.  Texnologiyaya  bir  tərəfdən  texniki  tərəqqi 
kimi,  digər  tərəfdən  isə  cəmiyyətin  həyatının  təşkili  üsulu  kimi 
baxırdı.  O,  göstərirdi  ki,  texnologiya  insanların  təbiət  üzərində 
nəzarətini təmin etmiş olur. Belə bir nəzarət cəmiyyətin təşkilində 
demokratik prinsiplərin saxlanmasına imkan verir. 
4.
 
Şimali Amerika geosiyasi məktəbi 
Avropada  yayılmış  geosiyasət  dalğası  tez  bir  zamanda 
Amerikaya  da  keçmişdir.  Amerikada  bu  ideyanın  təşəbbüsçüsü 
Aifred Mexen (1840-1914) olmuşdur. Qeyd etməliyik ki, insanda 
hər  hansı  bir  ictimai  fikrin  yaranması  üçün  onun  alim  olması 
mütləq  deyildir.  Aifred  Mexen  də  bu  sahədə  fəaliyyət  göstərən 
adamlardan fərqli olaraq alim deyil, hərbi dənizçi olmuşdur. O, 
dövlətin hərbi-dəniz qüdrətinin artmasına və xarici siyasətə onun 
təsirini  geniş  təhlil  edirdi.  A.Mexen  belə  bir  əsər  yazmışdır  - 
“Dəniz  qüvvələrinin  tarixə  təsiri”  (1660-  1783).  Admiral 
Mexenin  bu  əsəri  XX  -  əsrin  birinci  yarısında  bir  çox  dövlət 
xadimlərinin  stolüstü  kitabına  çevrilmişdir.  Dövlətin  siyasətinə 
coğrafi vəziyyətin birbaşa təsirini geo 
49 


siyasətin  bütün  istiqamətləri  üçün  ümumi  hal  hesab  edirdi.  O, 
yazırdı  ki,  siyasət  əsrin  ruhundan  asılı  olduğu  kimi,  hakim 
orqanların  uzaqgörənliyindən  də  asılıdır.  Sahil  boyu  millətlərin 
tarixi isə hakim orqanların xarakterindən çox təbii şəraitin, təbii 
amillərin vəziyyəti ilə müəyyən edilir. 
Mexen  hər  bir  dövlətin  geosiyasi  potensialı  və  hərbi- 
dəniz  qüdrətinin  qiymətləndirilməsində  aşağıdakı  amilləri  ön 
plana çəkirdi: 
1.
 
Dövlətin coğrafi vəziyyəti, dənizə çıxışın olması, başqa 
ölkələrlə  dəniz  əlaqələri,  quru  sərhədin  uzunluğu,  hərbi 
donanmanın vəziyyəti və s.; 
2.
 
Dəniz sahilinin vəziyyəti, limanların sayı və s.; 
3.
 
Ərazinin uzunluğu
4.
 
Əhalinin sayı; 
5.
 
Milli xarakter, ticarətlə məşğul olmaq qabiliyyəti, dəniz 
limanlarından istifadə etmək qabiliyyəti və s.; 
6.
 
Siyasi hakimiyyətin xarakteri. 
Bütün bu meyarların müqabilində dövlətin dəniz qüdrəti 
güclü olacaqdır. 
Mexen adət-ənənəsi, ruhu, coğrafi və geosiyasi istiqaməti 
baxımından  (Avropa  dövlətlərindən)  İngiltərəni  ABŞ-a  daha 
yaxın  hesab  edirdi.  Bu  hər  iki  dövlətin  ümumi  məqsədi  və 
mənafeyi  ola  bilər.  Hər  ikisi  öz  silahlı  qüvvələrində  güclü 
hərbi-dəniz donanmasına malik olmalıdır. 
Mexen  Böyük  Britaniya  və  ABŞ-dan  başqa  dəniz 
dövlətləri  sırasına  Yaponiyanı,  hətta  Almaniyanı  da  aid  edirdi. 
Mexen  gələcəkdə  bu  dəniz  ölkələrini  -  ABŞ,  Böyük  Britaniya, 
Almaniya  və  Yaponiyanın  blok  şəklində  birləşməsini  nəzərdə 
tuturdu.  Bununla  da  kontinental  dövlət  hesab  edilən  Rusiya  və 
Çinə qarşı əks qüvvə təmin edilmiş olardı. 
Amerikada  geosiyasət  sahəsində  Mexendən  sonra 
Nikolasa Spaykmen (1893 - 1943) az-çox öz ideyalarını yaymağa 
səy  göstərmişdir.  Onun  fikirlərində  xarici  siyasətdə  güc  amilinə 
üstünlük verilir. O, yazırdı ki, dövlətin xarici siya 
50 


sətində coğrafiya ən fundamental amil hesab edilir. Çünki bu amil 
ən  daimi  amildir.  Dövlətin  geosiyasi  qüdrətinin  müəyyən- 
ləşdirilməsində  o,  Mexenə  nisbətən  daha  çox  meyar-amil 
sadalamışdır. Bunlar aşağıdakılardır: 
1.
 
Ərazinin həcmi; 
2.
 
Sərhədlərin xarakteri
3.
 
Əhalinin sayı; 
4.
 
Faydalı qazıntıların mövcudluğu
5.
 
İqtisadi və texnoloji inkişaf səviyyəsi
6.
 
Maliyyə qüdrəti; 
7.
 
Etnik eynilik; 
8.
 
Sosial inteqrasiyanın səviyyəsi
9.
 
Siyasi sabitlik; 
10.
 
Milli ruh. 
Spaykmen  Avroasiyanın  dünya  siyasətindəki  rolu 
məsələsini hərtərəfli təhlil etmiş və yenidən dünyada çox geniş bir 
bölgü aparmışdır. 
Qeyd  etməliyik  ki,  1950-1960-cı  illərdə  müxtəlif 
səbəblərin təsiri altında Dünya siyasətində baş verən dəyişikliklər 
geosiyasət  sahəsində  də  dəyişikliklərə  səbəb  olmuşdur.  Belə  ki, 
1964-cu ildə Amerikada geosiyasi nəzəriyyənin tərəfdarı 
S.Koen  “bölünmüş  dünyada  coğrafiya  və  siyasət”  adlı  əsər 
yazmışdır.  S.Koen  öz  fikirlərində  N.Spaykmenin  ideyalarına 
söykənsə də müəyj'^ən fərqli yanaşmaları da vardır. Bu məsələdə 
o, “geostrateji region” və “geosiyasi region” kimi yeni anlayışlar 
işlətmişdir. 
“Geostrateji region” anlayışı  altında daha böyük  məkan 
sahəsi  nəzərdə  tutulur.  Dövlətin  yerləşdiyi  ərazinin  ümumi 
xarakteristikası,  ümumi  ticarətin  istiqaməti,  mədəni  və  ideoloji 
əlaqələrin ümumiliyi və s. əks olunur. 
«Geosiyasi  region»  anlayışı  isə  “geostrateji  region” 
anlayışının  tərkib  hissəsini  təşkil  edir.  Coğrafi  baxımdan  bu 
anlayış nisbətən məhdud xarakterə malikdir. 
51 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə