E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   12   13   14   15   16   17   18   19   ...   106

V
 
Fəsil. 
XX
 
ƏSRİN 40-60-cı İLLƏRİNDƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN NƏZƏRİ 
TƏDQİQİ 
1.
 
Beynəlxalq münasibətlərdə nəzəri və praktikada 
siyasi idealizm. 
2.
 
ABŞ-da siyasi realizm. 
3.
 
Qərbi Avropada Siyasi realizm. 
4.
 
Beynəlxalq münasibətlərdə modemist fikirlər. 
1.
 
Beynəlxalq münasibətlərdə nəzəri və 
praktikada siyasi idealizm 
Qeyd  etdiyimiz  kimi  XIX  əsrin  axırları  XX  əsrin 
əvvəllərində  siyasi  elmlər  müstəqil  bir  elm  sahəsi  kimi  tədqiqat 
sahəsinə çevrilmişdir. 
Obyektiv səbəblər üzündən bu sahənin  inkişafı  ABŞ-da 
daha  çox  tərəqqi  tapmışdır.  Dünya  siyasəti  və  beynəlxalq 
münasibətlər də daxil olmaqla ABŞ alimlərinin siyasi tədqiqatları 
uzun  müddət  üstünlük  təşkil  etmişlər.  Birinci  və  ikinci  dünya 
müharibələri  arasındakı  müddətlərdə  isə  Amerika  siya- 
sətşünashğmda 
beynəlxalq 
münasibətlər 
nəzəriyyəsi 
formalaşmağa başlamışdır. 
Bu 
nəzəriyyələrdən 
biri 
də 
siyasi 
idealizm 
nəzəriyyəsidir. Bu nəzəriyyədə ideya, mənəviyyat, şüur birinci, 
maddi cəhət isə ikincitörəmə kimi nəzərdə tutulur. 
Bu nəzəriyyənin tərəfdarlan xarici siyasətin (beynəlxalq 
münasibətlərin) şərhində əxlaq, etik, hüquq normalarına üstünlük 
verirlər. 
Şimali  Amerikada  bu  kimi  xarici  siyasi  fikir 
nümayəndələrindən  (XX  əsrin  birinci  yarısında)  D.Perkins, 
F.Tan-  nenbaum,  T.Kuk,  M.Mus,  V.Din  və  şairələrinin 
baxışları klassik liberalizm baxışlarına uyğun gəlirdi. Onlar iddia 
52 


edirdilər  ki,  ABŞ-ın  xarici  siyasətində  azadlıq  idealı,  bütün 
dünyada demokratiya əsas xətt olmalıdır. Onlarda belə bir inam 
formalaşm_ışdır 
ki, 
beynəlxalq 
münasibətlərin 
demokratikləşməsi,  dünya  siyasətində  əxlaq  normalarının  və 
ədalətin  əsas  götürülməsi  silahlı  münaqişələrə  və  müharibələrə 
son  qoya  bilər.  Demokratik  dövlətlərin  dünya  birliyi  elə  bir 
dünyəvi nizam yarada bilər ki, bütün münaqişələr sülh yolu ilə həll 
oluna  bilər.  Burada  beynəlxalq  hüquq  norma  və  prinsipləri  və 
beynəlxalq təşkilatlann rolunun artmlması əsas götürülürdü. Onu 
da qeyd etməliyik ki, ABŞ-da yaranan bu cür siyasi idealizm öz 
mənşəyini  Avropada  yaranan  liberal  siyasi  fikirlərdən 
götürülmüşdür.  Onlar  da  getdikcə  təkmilləşən  əxlaq-  hüquq 
normalarını,  qeyri-dövlət  qurumlarının  rolunu  gələcəkdə  əsas 
tənzimləyici  vasitə  hesab  edirdilər.  Bununla  yanaşı  idealist 
baxışlar  real  həyatda  xarici  siyasətdə  müəyyən  məqsədə  nail 
olmaq  üçün  güc  metodlanndan  istifadə  olunmasını  heç  də  inkar 
etmirdilər. 
1920-1940-cı 
illərdə 
Amerikanın 
elmi 
ictimai 
dairələrində  siyasi  idealizm  praktikası  ilə  razılaşmayanlar  da 
vardı.  Məsələn,  o  vaxtlar  (birinci  dünya  müharibəsi  dövründə) 
ABŞ  Birinci  Dünya  Müharibəsinə  qarşı  münasibətdə  neytral 
vəziyyətdə  idi.  Lakin  Almaniya  hüquq,  əxlaq-etik  normalanm 
pozduğuna görə ABŞ 1918-ci ilin yazında Antantaya daxil olmuş 
və  Almaniyaya  qarşı  müharibəyə  başlamışdır.  1918-ci  il  yanvar 
ayının  8-də  ABŞ  prezidenti  Vudro  Vilson  “14  bənddən”  ibarət 
təkliflə  Almaniya  və  onun  müttəfiqləri  ilə  sülh  müqaviləsi 
bağlamağı irəli sürmüşdü. 
Bu  təkliflə  bütün  dünya  ölkələrinə  müraciət  etmişlər. 
Vilson özü etiraf edirdi ki, bu təklif V.İ.Leninin sülh haqqındakı 
dekretinə cavab kimi səslənir. V. Vilson idealist baxışlar əsasında 
müharibədən  sonrakı  tənzimləmə  planını  da  təklif  etmişdir. 
Birinci  Dünya  Müharibəsindən  sonra  ən  universal  beynəlxalq 
təşkilat  olan  Millətlər  Birliyinin  yaradılması  nəzərdə  tutulurdu. 
Məhz, elə bu kimi təşkilatlar sülh və təh 
53 


lükəsizliyi təmin etməli idi. Lakin aydındır ki, Vilsonun planı -- 
özünü  doğrultmadı.  Bu  məsələ  Brian-Kelioq  müqaviləsinin 
ıprtlərinin özünü doğrultmamasmda da göstərdi. 
Beləliklə  -  1928-ci  ildə  Fransanın  xarici  işlər  naziri 
A.Brian  ilə  ABŞ-m  dövlət  katibi  F.Kelloq  arasında  olan 
razılaşmaya əsasən müharibələrin zərərli cəhətləri və sülh barədə 
sülh  bəyannaməsi  hazırlayaraq  dünya  ölkələrinə  göndərmişdir. 
Çox tezliklə 25-dən artıq ölkə bu sülh layihəsinə qoşulmuşdur. Bu 
layihə (Brian-Kelloq müqaviləsi adlanır). 1927-1928-ci illərdəki 
bu  beynəlxalq  hadisələr  göstərirdi  ki,  sülhün  və  normal 
münasibətlərin 
sajdanıLması 
üçün 
bütün 
dövlətlərin 
əməkdaşlığına  ehtiyac  vardır.  Lakin  sonralar  -  ikinci  dünya 
müharibəsinin  başlaması  ilə  -  Almaniya,  İtaliya,  Yaponiya  öz 
yanlış  davranışları  ilə  dünyanın  mənəviyyatına  qara  xətt 
çəkmişdir. 
2.
 
ABŞ-da siyasi realizm 
İdealizm  nəzəriyyəsi  tərəfdaşlarının  gözlədiyi,  xəyali 
ınzularına görə birinci dünya müharibəsindən sonra müharibələrə 
son  qoyulmalı  idi.  Lakin  1930-cu  illərdən  artıq  dünyada  yeni 
münaqişələrin  abu-havası  duyulmada  idi.  Təcavüzkarlann 
qarşısının  alınmasının  mümkün  olmaması  və  ikinci  dünya 
müharibəsinin başlanması ABŞ-ın siyasi hakim dairələrində xarici 
siyasətdə güc amilinə üstünlük verilməsi tərəfdarlannı artırmışdır. 
Beləliklə, ABŞ-ın siyasi fikir nümayəndələri - beynəlxalq 
münasibətlər  nəzəriyyəsinə  siyasi  realizm  baxışları  gətirmişlər. 
Siyasi  realizm  cərəyanına  görə  beynəlxalq  münasibətlərin  əsas 
subyektləri  olan  milli  dövlətlər  öz  gücünə  görə  öz  maraqlarını 
təmin  etməlidir.  Bu  nəzəriyyə  1940-1980-  ci  illərdə  elmi 
ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Avropa mənşəli realist 
baxışlar əvvəllər N.Makiavelli, 
T.Qobbs və digər mütəffəkirlərə xas idi. 
54 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə