E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

yaranır.  Burada  ayn-ayrı  millətlərin  və  siniflərin  əməkdaşlığına 
zəmin  yaranır.  Belə  şəraitdə  müharibələr  mənasız  və  sülh  isə 
hamının mənafeyinə uyğun qiymətləndirilir. 
Beləliklə 
Aron 
sanki 
Amerika 
siyasətini 
modernləşdirməyə yaxınlaşmış olur. 
4.
 
Beynəlxalq münasibətlərdə modernist fikirlər 
1950-ci  illərin  ortalanndan  Modernizm  nəzəriyyəsi 
meydana  gəlmişdir.  Bu  nəzəriyyə  demək  olar  ki,  beynəlxalq 
münasibətlərin öyrənilməsində siyasi realizmə əks mövqedə olan 
bir nəzəriyyə idi. 
Bu kimi yeni istiqamətin yaranması bəzi səbəblərdən irəli 
gəlmişdir: 
1.
 
Texnoloji  və  elmi  tərəqqinin  təsiri  altında  beynəlxalq 
münasibətlərin  nəzəri  və  empirik  cəhətdən  öyrənilməsi 
imkanları artmışdır; 
2.
 
1930-cu  illərin  axırlarından  soyuq  müharibənin 
közərtisi  zəifləyirdi.  Bu  səbəbdən  də  dünya  siyasətində  də 
dəyişiklik özünü göstərirdi
3.
 
Amerika  siyasi  elminə  yeni,  gənc  alimlər  nəsli 
gəlmişdi. 
Məhz  modernizm  ideyası  Morton  Kaplan,  Kari 
Fridrix,  Kari  Doyç  kimi  alimlərin  adı  ilə  bağlıdır.  Bu  alimlər 
ictimai və təbiət elmlərindən qismən istifadə etməklə beynəlxalq 
münasibətlər  nəzəriyyəsinə  yeni  ideya  gətirməyə  çalışmışlar.  O 
dövrdə  dəbdə  olan  kibernetika,  ümumi  sistem  nəzəriyyəsi, 
sosioloji  və  siyasi  tədqiqatlarda  riyazi  təhlil  kimi  sahələrə  daha 
çox  fikir  vermişlər.  Onlar  beynəlxalq  həyatda  yeni  hadisələri 
nəzərə  ala  bilməyən  siyasi  realizm  məktəbini  tənqid  edirdilər. 
Onlar  realistlərin  əsas  güc  amili  fikirlərini,  milli  maraq  amili 
anlayışını da tam qəbul etmirdilər. 
1955-ci 
ildə 
Ç.Makkleland 
“Ümumi 
sistem 
nəzəriyyəsi”  ideyası  ilə  göstərirdi  ki,  beynəlxalq  münasibətlərə 
sistem 
58 


halında  baxmaq  lazımdır.  Bu  sistemin  hər  bir  elementi  bütöv 
dövlətin ümumi davranışına təsir edir. Sonra bu fikirləri Amerika 
siyasətşünaslarından  M.KapIan,  C.Rozenau,  D.Sinqer  və 
digərləri  davam  etdirmişlər.  Onlar  qeyd  edirdi  ki,  hər  bir 
beynəlxalq  sistemin  əsas  məqsədi  daxili  sabitliyi  saxlamaqdan 
ibarətdir. 
Modernistlər  beynəlxalq  sistemin  ümumi  vəziyyətini 
müəyyən etmək üçün iki əsas götürmüşlər: 
1.
 
Bir-birindən asılı olmayan amillər: 
-
 
beynəlxalq  münasibətlərin  əsas  subyektləri  (dövlət, 
beynəlxalq təşkilatlar); 
-
 
beynəlxalq  sistemin  quruluşu  (müxtəlif  növ  siyasi 
ittifaqlar və qruplaşmalar); 
-
 
sistemin əsas elementlərinin qarşılıqlı təsir formaları və 
növləri (iqtisadi, hərbi, diplomatiya kanalları və s.). 
2.
 
Bir-birindən asılı olan amillər: 
-
 
dövlətin  qüdrəti  (başqa  subyektlərə  təsir  etmək 
qabiliyyətinə malik olması); 
-
 
öz  gücünü  idarə  edə  bilmək  qabiliyyəti  (bir  dövlətin 
digər dövlətə güc tətbiq etməsi); 
-
 
beynəlxalq  sistem  və  onlann  dəyişməsində  mövcud 
quruluşun və proseslərin sabitliyi məsələsi. 
Onlar  bütün  bu  kimi  dəyişmələrin  əsasında  beynəlxalq 
sistemdə riyazi model yaratmağa çalışmışlar. 
1960-cı  illərdə  Amerikanın  daha  məşhur  siyasətşünası 
Ceyms Rozenau xarici siyasətə təsir edən əsas amilləri beş qrupa 
bölmüşdü: 
1.
 
Fərdi amillər (şəxsi keyfiyyət, talant, siyasi xadimlərin 
təcrübəsi və s.); 
2.
 
Müəyyən rola malik olmaq amili
3.
 
Hökumət qurumları amili (onların səlahiyyət dərəcəsi); 
4.
 
İctimai amillər (cəmiyyətin əsas dəyərləri, milli birlik 
səviyyəsi, iqtisadi inkişaf səviyyəsi və s.); 
59 


5.
 
Digər  amillər  -  coğrafi  reallıq,  ideoloji  cəhətlər, 
hökumətdə, rəhbərlikdə olan sabitlik və s. 
Əlbəttə, bütün bunlar C.Rozenaunun subyektiv fikirləri 
idi. 
Modemizm  nəzəriyyəsinin  nümayəndələrindən  biri  də 
ingilis  siyasətşünası  N.Forfard  olmuşdur.  O,  1970-ci  illərdə 
göstərmişdir ki, dövlət xadimləri xarici siyasi qərar qəbul etdikdə 
aşağıdakı 6 meyan əsas götürməlidirlər: 
1.
 
Milli  birliyin  saxlanılması  (müstəqil  dövlətin 
mövcudluğumm təmin edilməsi); 
2.
 
Milli təhlükəsizliyin təmin edilməsi (ilk növbədə hərbi 
sahədə); 
3.
 
Beynəlxalq  münasibətlər  sistemində  öz  milli 
dövlətçilik rolunun, mövqeyinin saxlanılması; 
4.
 
Etibarlı olmaq meyarı; 
5.
 
Beynəlxalq  standartlann  saxlanılması,  əxlaq  və 
beynəlxalq hüquq normalarını gözləmək; 
6.
 
Qabaqcıl - nümunəvi olmaq. 
Əlbəttə, bu kimi yanaşmalar bir çox hallarda o qədər də 
ümumbəşəri xarakter ola bilməmişdi. Vaxt keçdikcə moder- nizm 
ilə realizm arasında olan fərqlər də silinmişdir. Daha yeni müasir 
yanaşmalar yaranmışdır - yeni liberalizm, yeni realizm və s. 
60 


VI
 
Fəsil. 
SOYUQ MÜHARİBƏDƏN SONRA 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR BARƏDƏ 
NƏZƏRİ FİKİRLƏR 
1.
 
F.Fukuyamm «Tarixin sonu» fikri. 
2.
 
Sivilizasiyaların toqquşması. 
3.
 
Z.Bjezinskinin geosiyasi fikirləri. 
4.
 
İ.Vallerstaymn dünyanın sistem halında təhlili. 
1.
 
F.Fukuyamm “Tarixin sonu” fikri 
Beynəlxalq  münasibətlər  nəzəriyyəsi  siyasi  elmin  bir 
bölməsi  olmaqla  formalaşmış  və  iki  qütblü  dünya  şəraitində 
inkişaf  etdirilmişdir.  Əlbəttə  bu  vəziyyət  beynəlxalq  siyasi 
tədqiqatlara  olan  ümumi  təsəvvürlərə,  baxışlara  təsir  etmişdir. 
Alimlərin bir qismi belə hesab edirdi ki, beynəlxalq münasibətlər 
sistemində dəyişiklik yaranacaq, çoxqütblü sistem əmələ gələcək. 
ABŞ və SSRİ əvvəlki kimi hakim rol oynayacaqlar. 
Hələ 1795-ci ildə fransız filosofu Kondorse (1743 - 1794) 
dünyada  müharibələrin,  bərabərsizliyin,  istibdadın  aradan 
qaldınimasmı  arzulayardı.  Elmin,  təhsilin,  əqlin  yaradıcı 
gücündən  bəhs  edirdi.  Gələcək  beynəlxalq  cəmiyyəti 
zorakılıqdan,  mənəviyyatsızlıqdan  azad  bir  sistem  kimi  təsvir 
edirdi. Bu liberalizm ideyaları fukuyamada öz əksini tapmışdır. 
Birinci dünya müharibəsi qurtardıqdan sonra məlum oldu 
ki,  müharibə milyonlarla insana  aclıq və ölümdən başqa heç nə 
verməmişdir.  Müharibələrin  qarşısını  necə  almaq,  onun  əsas 
səbəblərini araşdırmaq ön plana çəkilirdi. Vudro Vislonun (1913 - 
1921) rəhbərliyi altında Liberalizm ideyaları daha da genişlənirdi. 
Liberalizm  arasında  debat  gedirdi.  Kommunist  sisteminin 
dağılması  Liberalizmin  nüfuzunu  artırırdı.  Elə  həmin  dövrdə 
Amerika politoloqu Frensisi Fukuyama «Tarixin 
61 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə