E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

sonu  və  Sonuncu  insan»  adlı  əsərində  göstərir  ki,  SSRİ-nin 
dağılması nəticəsində Liberal demokratiyanm ciddi rəqibi aradan 
çıxmışdır.  Bu  bəşəriyyətin  ideoloji  inkişafının  sonudur  və 
«Hakimiyyətin  son  formasıdır».  «Soyuq  müharibənin»  sonu, 
«İdeal  dövlətin».  Liberal  kapitalizmin  zəfəridir.  Fukyamaya 
görə Şərq-Qərb qarşıdurmasının başa çatması göstərir ki, Liberal 
kapitalizm model kimi yıxıla bilməz. O, əmin olduğunu bildirir ki, 
bütün xalqlar Liberal demokratiya istiqamətində inkişaf edirlər. 
Fukuyamanm arqumenti Liberal Kapitalizmin Marksizmə 
üstün gəlməsindən ibarətdir. 
Demokratik  sülh  nəzəriyyəsinə  əsasən,  demokratik 
dövlətlər  bir-biri  ilə  müharibə  apanrlar.  Onlar  öz  aralarında 
yaranan ziddiyyətləri diplomatik sülh yolu ilə həll edirlər. Amerika 
politoloqu  Robert  Dal  sülh  yaradılmasında  demokratiyanı  çox 
mühüm bir amil hesab edir. 
Onu  göstərmək  kifayətdir  ki,-1945-ci  ildən  1989-cu 
ilədək  dünyada  baş  verən  34  hərbi  münaqişədən  heç  biri 
demokratik ölkələr arasında olmamışdır. Hətta o, qeyd edirdi ki, 
bir-birinə  münasibətdə  demokratik  ölkələr  hərbi  gücdən  istifadə 
etmirlər. 
Demokratik  sülh  nəzəriyyəsi  1990-cı  illərdə  Qərb 
ölkələrində  və  xüsusilə  ABŞ-ın  elmi  dairələrində  geniş 
yayılmışdır. 1994-cü ildə prezident Bili Klinton ABŞ KOnqresinə 
müraciətində  də  demokratik  sülh  nəzəriyyəsinə  üstünlük 
verilməsini nəzərdə tuturdu. Bu nəzəriyyənin tərəfdarları qeyd edir 
ki.  Liberal  demokratiya  Qərb  Sivilizasiyasının  dəyəri  kimi 
qeyri-Qərb  xüsusilə  müsəlman  və  Konfisian  cəmiyyətlərinə 
yeridilə bilməz. 
Lakin  son  dövrlərdə  dünyada  baş  verən  gözlənilməz 
hadisələr, dəyişikliklər dünya siyasəti və beynəlxalq münasibətləri 
tədqiq  edən  alimləri  mat  qoymuşdur.  Bu  həm  də  onları  real 
vəziyyəti  düşünməyə  və  dünyada  olan  dəyişiklikləri  izləməyə 
vadar etmişdir. Soyuq müharibədən sonra 1980-1990- 
62 


cı  illərdə  dünyada  baş  verən  siyasi  dəyişiklikləri  araşdıran 
alimlərdən biri Amerika diplomatı Frensis Fukuyamı olmuşdur. O, 
“Tarixin  sonu”  adlı  əsər  yazmış,  soyuq  müharibə  şəraitindəki 
münaqişədə  iki  ideologiya  olduğunu  göstərmişdir  -  Liberal 
demokratiya və kommunizm ideyası. 
Kommunizm 
uduzmuşdur. 
Dünyada 
liberal 
demokratiyanın təntənəsi üçün real - geniş yol açılmışdır. 
Beləliklə  onun  fikrincə  “Tarixin  sonu”  çatmışdır. 
Münaqişəsiz bir vəziyyət yaranmışdır. Əlbəttə dünya hadisələrini 
dərk  edən,  bugünkü  vəziyyəti  görən  hər  bir  şəxs  (hətta  adi 
adamlar) Fukuyamın bu fikirlərinin yanlış olduğunu görür. 
Bizim  fikrimizcə  belə  qəti  və  nikbin  ideyalar  sosializm 
sisteminin dağılması sevincindən irəli gəlmişdir. (C.K.) 
2.
 
“Sivilizasiyaların toqquşması” fikri 
Amerikanın  ən  mötəbər  alimlərindən  biri  Samyuelya 
Xantinkton 1993-cü ildə “Forin affers” adlı xarici siyasi jurnalda 
“Sivilizasiyaların toqquşması”  adlı məqalə dərc etdirmişdir. O, 
belə bir fikir irəli sürmüşdü ki, beynəlxalq münasibətlər tarixinin 
müxtəlif  mərhələlərində  dünya  siyasətinin  dinamikası  müxtəlif 
növ münaqişələrlə müəyyən edilirdi. Deməli münaqişələr dünya 
siyasətinin dinamikasını müəyyən edir. 
Əvvəllər münaqişələr monarxlar arasında yaranırdı. 
Böyük fransız inqilabından' sonra münaqişələr millətlər - 
dövlətlərarasmda baş vermişdir. 
1917-ci  ildə  Rusiyada  inqilabın  baş  verməsi  ilə  dünya 
ideologiya  baxımından  və  sosial-siyasi  prinsiplər  baxımından 
parçalanmışdı.  Bu  parçalanma  demək  olar  ki,  soyuq  müharibə 
dövrü qurtaranadək münaqişələrin əsas mənbəyi olmuşdur. 
I789-J794-CÜ illərdə Fransada feodal mütləqiyyətinə qarşı burjuaziya 
demokratik inqilabt baş vermişdir. l792-ci ildə respublika elan edilmişdir. 
63 


Lakin S.Xantinqton belə hesab edir ki, bu münaqişələrin 
hamısı  qərb  sivilizasiyası  daxilində  baş  verən  münaqişələr 
olmuşdur. Deməli soyuq müharibələrin qurtarması ilə beynəlxalq 
siyasətin inkişafının qərb mərhələsi də başa çatmış olur. B.urada 
əsas diqqət qərb ilə qeyri qərb sivilizasiyaların qarşılıqlı əlaqəsinə 
yönəldilir. 
S.Xantinqton  sivilizasiya  dedikdə  sadəcə  inkişaf 
deyil, cəmiyyətin ən yüksək səviyyədə sosial-mədəni inkişafını, 
insanların yüksək mədəni səviyyədə olmasım nəzərdə tutur. 
Hər  bir  sivilizasiyanın  obyektiv  əlaqələri  vardır. 
Bunlardan  tarixin  ümumiliyi,  dini  əlamətlər,  dil,  adət-ənənə 
müxtəlifliyi, sosial institutların fəaliyyət xüsusiyyətləri, insanın 
özünün subyektiv səviyyəsi və s. göstərmək olar. 
S.Xantinqton  8  sivilizasiya  fərqləndirmişdir;  qərbi 
xristian və pravoslav-xristianlıq; islam; Konfusiyaçılıq; Latın 
Amerikası; İnduslar; Yapon və Afrika sivilizasiyaları. 
Onun  ideyalarına  görə  beynəlxalq  münasibətlərdə 
sivilizasiya amili həmişə güclənməkdədir. 
Belə ki: 1. Sivilizasiyalar arasındakı fərqlərin əsasını din 
təşkil edir. Bu fərq yüz illərlə qərarlaşır. Bu fərq siyasi ideologiya 
və siyasi rejim kimi cəhətlərdən daha əsasdır. 
2.
 
Müxtəlif  sivilizasiya  mənsubiyyətinə  malik  xalqlar 
arasında  qarşılıqlı  əlaqələr  artır.  Bu  isə  sivilizasiya  haqqında 
özünü dərk etməyi yüksəldir. 
3.
 
Sivilizasiyada  dinin  rolu  artır.  Hətta  bu  özünü 
fundamental hərəkatlarda da göstərir. 
4.
 
Qərb sivilizasiyasının qeyri qərb sivilizasiyasına təsiri 
zəifləyir. Bu isə hər bir yerli sivilizasiyanın özünəməxsusluğunun 
artmasını göstərir. 
5.
 
Sivilizasiyada  iqtisadi  və  siyasi  cəhətlərə  nisbətən 
mədəni dəyişiklik az baş verir. Məsələn, komunistlər demokrat 
ola bilərlər. Varlılar kasıba və yaxud əksinə 
64 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə