E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   2   3   4   5   6   7   8   9   ...   106

mayaraq  XIX  əsrin  axırları  və  XX  əsrin  əvvəllərində  də 
beynəlxalq siyasət məsələlərinin təhlili o qədər də hiss olunmurdu. 
Daxili siyasətin tədqiqinə daha çox üstünlük verilirdi. 
Birinci dünya müharibəsi və onun nəticələri bu sahədə 
olan baxışları kökündən dəyişdirmişdir. Milyonlarla insan ölümü, 
dağıntılar,  siyasi  rəhbərlərdə  və  elm  adamlarında  beynəlxalq 
münasibətlərin öyrənilməsinə zərurət yaratmışdır. 
Beləliklə  siyasi  elmlərin  yaradılması  və  öyrənilməsində 
sosial  sifariş  özünü  göstərirdi.  Odur  ki,  heç  təsadüfi  deyildir  ki. 
Birinci  Dünya  Müharibəsi  qurtardıqdan  sonra  ilk  dövrlərdə  bu 
sahənin  öyrənilməsinə  diqqət  artmışdır.  Lakin  müstəqil  olaraq 
“Beynəlxalq  mnüsaibətlər”  elmi  mövcud  olmamışdır.  Bu  elm 
sahəsi daha gəncdir. 
Birinci Dünya Müharibəsindən sonra ilk dəfə 1919- cu 
ildə  ABŞ"da  Beynəlxalq  münasibətlər  dərsliyi  nəşr 
edilmişdir*. 
Beləliklə  universitetlərdə  və  elm  mərkəzləri  də  bu 
problem  üzrə  ayrıca  kafedralar  da  yaradılmağa  başlanmışdı. 
Ardıcıl olaraq digər qabaqcıl dövlətlərdə də - İngiltərə,  Fransa, 
Almaniya, 
Çin, 
Sovet 
İttifaqında 
da 
«Beynəlxalq 
münasibətlər» sahəsi ayrıca elm sahəsi kimi diqqəti cəlb edirdi. 
Qanunauyğun  olaraq  “Beynəlxalq 
münasibətlər 
nəzəriyyəsi”  anlayışı  da  birinci  dünya  müharibəsi  qurtardıqdan 
sonra yaranmışdır. 
“Beynəlxalq münasibətlər nəzəriyyəsi” anlayışı ilk dəfə 
1919-cu 
ildə 
Uelsin 
Eybersvit 
(Böyük 
Britaniya) 
Universitetində istifadə edilmişdir. 
Burada  yeni  yaradılmış  kafedralardan  biri  “Tarix  və 
Beynəlxalq 
münasibətlər 
nəzəriyyəsi” 
adlandırılmışdır. 
1920-1930-cu illərdə buna bənzər kafedralar qərbin digər 
Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. 
Dərslik. Bakı -2005. S. 18. 


universitetlərində də yaradılmışdır. Lakin o dövrdə elmi-metodik 
işlərinin  olmaması,  sosial-humanitar  elmlər  sahəsindəki 
çətinliklər,  birinci  dünya  müharibəsinin  iqtisadiyyata  və  siyasi 
vəziyyətə  vurduğu  zərər,  sabitliyin  və  s.  amillərin  pozulması 
elmin inkişafını da çətinləşdirirdi. 
Avropanın  bəzi  ölkələrində  demokratikləşmə  prosesi 
getdiyi halda, bəzilərində əks proses - avtoritar və totalitar siyasi 
rejim yaranırdı. 
Almaniya və İtaliyada faşizm qalib gəlmişdi. Aydındır ki, 
hər  bir  diktatura  elmi  yaradıcılıqla  bir  araya  sığa  bilməzdi. 
(1930-cu illərin ikinci yarısına ancaq Böyük Britaniya, Fransa.; 
Çexoslovakiya  da  demokratikləşmə  mövcud  idi.).  Bu  kimi 
səbəblərdən  humanitar  elmlərin  inkişafında  da  heç  bir  irəliləyiş 
olmamışdır. 
Onu  da  qeyd  etməliyik  ki,  ikinci  dünya  müharibəsi 
ərəfəsində  Avropa  dövlətlərindən  ABŞ-a  külli  miqdarda 
mühacirət olmuşdur. 
Onların içində kifayət qədər ictimai elm adamları vardır. 
Ona  görə  də  həmin  müharibələrarası  dövrlərdə  dünya  siyasi 
elmlərinin mərkəzi Şimali Amerikada cəmləşdirilmişdir. 
Demək 
olar 
ki, 
Amerikanın 
bütün 
qabaqcıl 
universitetlərində  praktiki  olaraq  bu  kimi  siyasi  elmlər  mərkəzi 
yaranırdı. 
Həmin  dövrdə  Amerikada  siyasi  elmlərin  inkişafında 
Çikaqo*  məktəbinin  alimləri  böyük  rol  oynamışlar.  Müharibə 
dövründə  də  müəyyən  siyasi  qərarlar  çıxarılması  işində  ABŞ- 
İllinoys  ştatında  (şəhər)  olan  bu  kimi  siyasi  elmlərin  rolu  çox 
olmuşdur.  İkinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  BMT 
sistemində yaradılmış “Təhsil, elm və mədənijyət” YUNESKO 
təşkilatı  siyasi  elmlərin  təsnifatını  araşdırmaq  üçün  bir  çox 
tədbirlər  həyata  keçirmişdir.  Bu  məqsədlə  1948-ci  ildə  siyasi 
elmlərin  məzmunu  və  quruluşunun  müəyyən  edilməsi  barədə 
Parisdə beynəlxalq yığıncaq keçirilmişdir. 

Çikaqo - ABŞ-da lllinoys ştatı (şəhər) 



Bu  elmlərin  tərkibində  aşağıdakı  məsələlərin  olması 
qərarlaşmışdır; 
1.
 
Siyasi  nəzəriyyə  (siyasət  nəzəriyyəsi  və  siyasi 
ideyaların tarixi); 
2.
 
Siyasi institutlar nəzəriyyəsi
3.
 
Partiyalann,  ayrı-ayrı  qrupların,  ictimai  fikirlərin 
fəaliyyətini öyrənən bölmə
4.
 
Beynəlxalq  münasibətlər  nəzəriyyəsi  (beynəlxalq 
siyasətin  tədqiq  edilməsi,  beynəlxalq  təşkilatlar,  beynəlxalq 
hüquq və s.). 
Beləliklə,  1940-cı  illərdən  başlayaraq  “Beynəlxalq 
münasibətlər  nəzəriyyəsi”nin  başlanğıcı  Qərbi  Avropa  siyasi 
fikirlərinə aid olsa da müstəqil bir elm sahəsi kimi ABŞ-da qeydə 
alınmışdır. 
Hətta “Beynəlxalq münasibətlər nəzəriyyəsi”nin 
müəyyən istiqamətləri də (idealizm, realizm, yeni liberalizm, yeni 
realizm və s.) .Amerika xüsusiyyətlərini özündə əks etdirir. 
Bu  sahədə  mövcud  olan  ən  nüfuzlu  mütəxəssislər 
Amerika  siyasi  elminin  nümayəndələridir.  (Q.Morqentau, 
Dj.Rozenau, Dj.Modelski, M.Kaplan, K.Doyc, K.Uolts, 
R.Qilpin, R.Keoxejn, C.Nay və digərləri). 
Nəhayət  “Beynəlxalq  münasibətlər  nəzəriyyəsi”  elm 
sahəsi  kimi  tədricən  Qərbi  Avropa  və  digər  regionlarda  da 
yayılmışdır. 
Etiraf etməliyik ki. Sosializm sistemi şəraitində ictimai- 
humanitar elmlər tamamı  ilə başqa səpkidə öyrənilirdi. Nəhayət 
1990-cı illərdən sonra Sosializmin dağılması ilə bağlı olaraq sovet 
məkanı ölkələrində və eləcə də bizim ölkəmizdə də “Beynəlxalq 
münasibətlər  nəzəriyyəsi”nin  öyrənilməsinə  olan  maraq 
artmışdır.  Bu  gün  bizim  ölkəmiz  yüzdən  artıq  dövlət  ilə 
diplomatik  əlaqə  saxlayır,  140-dan  artıq  ölkə  ilə  xarici  ticarət 
əlaqələri  vardır.  Odur  ki,  qanunauyğun  haldır  ki,  “Beynəlxalq 
münasibətlər nəzəriyyəsi”nin praktiki əhəmiyyəti də artmışdır. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə