E d. professor Rəyçilər: M. C. Atakişiyev


kasıblar  varlılara  çevrilə  bilərlər.  Lakin  Ruslar  Eston  ola



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

kasıblar  varlılara  çevrilə  bilərlər.  Lakin  Ruslar  Eston  ola 
bilməzlər. (S.Xantinqton) 
6.
 
İqtisadi  regionçuluğun  özü  də  sivilizasiya  amili  ilə 
bağlıdır. 
Deməli  hər  bir  iqtisadi  təşkilatın,  inteqrasiya 
qruplaşmalarının  əsasını  mədəni-  dini  oxşarlıq,  yaxınlıq  təşkil 
edir. 
S.Xantinkton  soyuq  müharibədən  sonra  sivilizasiya 
amilinin  dünya  siyasətinə  təsiri  problemini  “qardaş  ölkələr” 
anlayışının  yaranmasında  da  görürdü.  Bu  cəhət  dövlətlərara- 
smdakı  ideoloji-siyasi  yaxınlığı  deyil,  sivilizasiya  yaxınlığını 
göstərir.  O,  belə  nəticəyə  gəlir  ki,  son  dövrlərdə  yaranan 
münaqişələrin  əksəriyyəti  sivilizasiyalarda  olan  kəskin  fərqlərlə 
bağlıdır. O, göstərir ki, qərb ilə qeyri qərb sivilizasiyalan arasında 
da münaqişələrin olması zəruridir. O, Konfusiya - islam dövlətləri 
yaxınlığını qərb üçün təhlükəli hesab edir. Məsələn, o göstərir ki, 
Türkiyə,  Meksika,  Rusiya  öz  adət-  ənənələri,  mədəniyyəti, 
tarixi  baxımından  qərb  ilə  heç  bir  yaxınlığı  olmadığı  halda 
özlərini Qərbə istiqamətləndirirlər. O, 1996-cı ildə (öz keçmiş 
məqaləsini  genişləndirərək)  “Sivilizasiyaların  toqquşması  və 
dünya  nizamının  dəyişdirilməsi”  adlı  kitab  dərc  etdirmişdir. 
Burada  Qərb-xristian  və  islam  sivilizasiyaları  arasındakı 
münasibətlərin xarakterinə çox yer vermişdir. Bu iki sivilizasiya 
arasındakı  münasibətlərin  çox  qədim  kökə  malik  olduğunu 
göstərmişdir. 
Məsələn,  ərəblərin  Şimali  Afrikada  (Əlcəzair,  Misir, 
Liviya,  Mərakeş,  Sudan,  Tunis  və  s.)  istilası.  Ərəblərlə  İspanlar 
arasında  olan  münaqişələr.  Kiçik  Asiya,  Balkan  və  Şimali 
Afrikada  Osmanlı  imperiyasının  yaranması,  1453-cü  ildə 
Konstantinopolun’  türklər  tərəfindən  zəbt  edilməsi  və  yüzlərlə 
belə hadisələri misal çəkmək olar. Böyük coğrafi kəşflər dövrünün 

Komtant'mpol
 

Vizantiya  imperiyasının  paytaxtı  1204-cü  ildən  Latın 
imperiyasının paytaxtı. 1261-ci ildən yenidən Vizantiya imperiyası geri 
almışdır. 
65 


başlanması və qərbi xristian dünyasının modernləşməsi ilə islam 
ilə qarşıdurma Qərbin xeyrinə dəyişməyə başlamışdır. 
Avropa dövlətləri Asiya və Afrikada Avropadan kənar bir 
çox ərazilərdə öz nəzarətlərini genişləndirmişlər. 
S.Xantinqton  göstərirdi  ki,  1757-1919-cu  illərdə  qeyri 
müsəlman  hökumətləri  92  müsəlman  ərazisini  zəbt  etmişdir. 
1820-1929-cu  illər  arasmdakı  dövrdə  dövlətlərarasmdakı 
müharibələrin əksəriyyəti müxtəlif dinlər və əsasən xristianlıqla 
islam  arasında  olmuşdur.  XX  əsrin  axırlanndan  xristian  və 
müsəlman  sivilizasiyaları  arasında  olan  münaqişələrin  əsas 
səbəblərini Xantinqton S amil ilə əlaqələndirir: 
1.
 
Müsəlman  əhalisinin  sürətlə  artması  işsizliyə  səbəb 
olur. Gənclər qərbə köçməli olurlar. 
2.
 
İslamın  oyanması  müsəlmanlara  imkan  verirdi  ki,  öz 
dəyərlərinə, öz sivilizasiyalarına xüsusi xarakter versinlər. 
3.
 
Qərbin  öz  dəyərlərinə  ümumi  xarakter  verməsi  də 
(hərbi  və  iqtisadi  üstünlüyü.  Müsəlman  dünyasında  olan 
münaqişələrə  qarışması  və  s.).  müsəlmanlar  arasında  narazılıq 
yaradır. 
4.
 
Kommunizmin  dağılması  nəticəsində  qərb  üçün  və 
islam üçün ümumi düşmən də yox olmuşdur. Odur ki, müəyyən 
təhlükəni də bir-birində görürlər. 
5.
 
Qərbin  və  müsəlman  dünyasımn  nümayəndələrinin 
yaxm  əlaqədə  olması  onlann  öz  xarakterindəki  fərqi  görməyə 
imkan verir. Bu isə onlann hüququnun məhdudlaşmasında azlıq 
təşkil  edir.  Sivilizasiyanın  ədalətsizliyini  başa  düşməyə  zəmin 
yaradır. 
Əlbəttə S.Xantinqtonun fikirləri ilə banşmayan alimlər də 
az deyildir. Belə fikirlər müsəlmançılığa qarşı olan baxışları artıra 
bilər.  Bəzi  alimlər  münaqişələrin  səbəbini  sivilizasi-  yalardakı 
fərqdə,  dini  fərqdə  görmürlər.  Məsələn,  Rusiya  ilə  Slavyan 
xalqları  və  Gürcüstan  arasındakı  münasibətlər  heç  də  islam 
sivilizasiyası  olan  Azərbaycan  ilə  olan  münasibətlərdən  yaxşı 
deyildir. 
66 


3. Z.Bjezinskinin geosiyasi fikirləri 
Amerikada  tanınmış  siyasətçi,  sosioloq,  dövlət  xadimi 
Zbiqnev  Bjezinskiy  də  (1928  təvəllüdlü)  soyuq  müharibədən 
sonra  beynəlxalq  münasibətlərin  tədqiqinə  geniş  yer  ayırmışdır, 
S.Xantinqtondan 
fərqli 
olaraq 
Bjezinskiy 
beynəlxalq 
münasibətlərin tədqiqinə sivilizasiya baxımından deyil, geosiyasi 
prinsiplər baxımından yanaşmışdır. O, 1993-cü ildə XXI əsrin 
astanasında  nəzarətsizlik  və  nizam-intizamsızlıq  barədə  bir 
kitab  yazmışdır.  Göstərmişdir  ki.  Sovet  İttifaqının  dağılması 
Avrasiyanın  mərkəzində  geosiyasi  boşluq  yaratmışdır.  Bu  isə 
postsovet geosiyasi məkanında münaqişələrin əsas səbəbini təşkil 
edir. 
Bir  tərəfdən  İslam  amilinin  fəallaşması,  digər  tərəfdən 
isə  Yaxın  Şərq  regionunda  vəziyyətə  ABŞ-ın  nəzarət  edə 
bilməməsi böyük qeyri sabitlik zonası yaranmasına səbəb olur. Bu 
zona  Cənubi-Şərqi  Avropanı,  Orta  Şərqi,  Fars  körfəzini  və 
keçmiş  Sovet  İttifaqının  cənub  hissəsini  əhatə  edə  bilər.  Bu 
təhlükə  arta  bilər,  başqa  ölkələr,  o  cümlədən  Çin  də  bu 
münaqişəyə cəlb oluna bilər. 
Bjezinskiy  Rusiyanın  imperiya  siyasətinin  yenidən 
yaranmasından daha çox ehtiyatlanır. 
Odur ki, Ukrayna respublikasına xüsusi rəğbətlə yanaşır. 
Ukraynada  müəyyən  çətinliklər  yarandıqda  ona  köməklik 
göstərməsini  təşkil  edirdi.  Bu  yolla  da  Ukraynanın  Rusiya  ilə 
yaxmlaşmasımn  qəti  əleyhinə  siyasət  yürüdülməsinə  üstünlük 
verir. Bjezinskiy  bu sahədə praktiki addımlar da atmışdır. Onun 
oğlu Kiyevdə Amerika səfirliyində işləyir. 
Bjezinskiy  mülahizələrinə  görə  Rusiya  imperiyasımı! 
bərpa olunmasına maneçilik göstərilməsində postsovet geosiyasi 
məkanında Ukraynadan  sonra  Azərbaycan  və Özbəkistan  da 
böyük rola malikdir. Azərbaycan Xəzər neftinin çıxarılmasında və 
nəql edilməsində nəzərə çarpacaq dərəcədə əhəmiyyət kəsb edir. 
O,  Bakı-Ceyhan neft kəmərinin (Rusiya ərazisindən 
67 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə