E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə22/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

VII
 
Fəsil. 
BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR SİSTEMİ VƏ 
ONUN QURULUŞU 
1.
 
Beynəlxalq münasibətlərin növləri. 
2.
 
Beynəlxalq münasibətlər sisteminin nəzəri modelləri. 
3.
 
Beynəlxalq münasibətlər sisteminin təkamül inkişafı. 
l.
 
BeynəIxalq münasibətlərin növləri 
Beynəlxalq münasibətlər demək olar ki, hər bir dövlətin 
və yaxud xalqın bütün ictimai-iqtisadi tərəflərini əhatə edir. Daha 
doğrusu beynəlxalq münasibətlər - siyasi, iqtisadi, elmi- texniki, 
ideoloji, mədəni, hərbi və digər sahələrdə baş verən hadisələri 
əks etdirir. Bütün növ beynəlxalq münasibətlər sistemində əlbəttə 
beynəlxalq siyasi münasibətlər birinci yerlərdə dayanır. 
Beynəlxalq  siyasi  münasibətlər  dedikdə  dünya 
miqyasında dövlətlərarası münasibətlər başa düşülür. Bu 
münasibətlər  hər  bir  dövlətin  mənafeyini  əks  etdirir.  Döv- 
lətlərarası  münasibətlərə  dair  hər  bir  problem  dövlət  siyasətinin 
predmeti  olaraq  siyasi  xarakter  daşıyır.  Beləliklə  bu  problem 
dövlətlərarası  siyasi  münasibətləri  əks  etdirir.  İqtisadi,  elmi- 
texniki,  ideoloji,  mədəni,  hərbi  münasibətlər  də  öz  növbəsində 
siyasi münasibətlərə təsir edir. 
Hər bir dövlətdə daxili hadisələr də xarici-siyasi məqsəd 
daşıyarsa dövlətlərarası siyasi münasibətlərin obyekti ola bilərlər. 
Müxtəlif  növ  münasibətlər  dövlətin  siyasəti  vasitəsi  ilə 
siyasiləşdirilir və obyektiv xarakter alır. 
Dövlətlərarası  münasibətlər  sistemi  özlüyündə 
dövlətin müxtəlif münasibətlərinin təmərküzləşmiş ifadəsidir. 
Beləliklə  əslində  dövlətin  siyasi  münasibətlərini  digər 
münasibətlərdən ayırmaq-fərqləndirmək qeyri-mümkündür. 
71 


Əvvəllər  beynəlxalq  münasibətlər  sinfi  baxımından 
fərqləndirilirdi::  ağalıq-tabeçilik  münasibətləri;  feodal  və 
kapitalist  münasibətləri;  əməkdaşlıq  və  qarşılıqlı  yardım 
münasibətləri  və  keçid  münasibətləri.  Sosialist  dövlətləri  ilə 
üçüncü dünya ölkələri arasında olan münasibətlər və s. 
Beynəlxalq  münasibətlərin  təsnifatı  hər  şeydən  əvvəl 
ictimai  həyatın  müxtəlif  sahələri  üzrə  fərqləndirilir.  Yəni, 
iqtisadi,  siyasi,  hərbi-strateji,  mədəni,  ideoloji  və  s. 
Münasibətlər.  Eləcə  də  bu  münasibətlərin  iştirakçıları 
baxımından 
da 
fərqləndirilir. 
Məsələn, 
dövlətlərarası 
münasibətlər, parti- yalararası münasibətlər, müxtəlif beynəlxalq 
təşkilatlar, transmilli şirkətlər arasındakı münasibətlər və s. 
Gərginlik  baxımından  beynəlxalq  münasibətləri 
fərqləndirdikdə  sabit  və  qeyri-sabit;  inam  ə  düşmənçilik; 
əməkdaşlıq  və  münaqişəli,  sülh  və  müharibə  vəziyyətində  olan 
münasibətləri ayırmaq olar. 
Əhatə  dairəsinə  görə  Beynəlxalq  münasibətləri  bir 
neçə səviyyədə açıqlamaq olar: Qlobal miqyasda, region üzrə
subregion  üzrə,  beynəlxalq  hadisələrlə  bağlı  şəkildə  qrup 
halında,  ikitərəfli  və  s.  Qeyd  etməliyik  ki,  qlobal,  region  və 
subregion  səviyyəli  münasibətlər  geosiyasi  baxımdan  araşdırılır 
və aydındır ki, hər bir məkana xas amillərlə müəyyən edilirlər. 
Qlobal  səviyyəli  beynəlxalq  münasibətlər  dünya 
siyasətinin daha ümumi problemlərini əhatə edir. 
Beynəlxalq  münasibətlərin  region  səviyyəli  tədqiqində 
«BeynəIxalq  siyasi  region»  kateqoriyasının  roluna  üstünlük 
verilir. 
Subregion  səviyyəli  münasibətlərin  araşdırılmasında 
qeyd  etməliyik  ki,  region  və  subregion  səviyyələri  şərti  olaraq 
fərqləndirilir. 
Hər  hansı  bir  coğrafi  zona  müəyyən  mənada  region 
adlanır,  digər  mənada  isə  subregion  adlana  bilər.  Aydındır  ki, 
subregion regionun bir hissəsidir, ona daxildir. 
72 


Beynəlxalq  hadisələrlə  bağlı  münasibətlər  dövlətlərarası 
münasibətlər sisteminin hər bir səviyyəsində özünü göstərə bilər. 
Bu  münasibətlərin  xarakterik  cəhəti  ondan  ibarətdir  ki, 
burada hər hansı bir siyasi, hərbi strateji münasibətlərdən yaranan 
konkret  hadisə  mövcud  olur.  Məsələn,  beynəlxalq  münaqişəni  - 
beynəlxalq siyasi hadisə və yaxud vəziyyət hesab etmək olar. 
Əslində  region  və  subregion  səviyyəli  beynəlxalq 
münasibətlər  öz  təbiəti  baxımından  qrup  münasibətləri  hesab 
edilirlər. 
Xüsusi  qrup  səviyyəli  münasibətlər  hər  bir  region  və 
subregion daxilində aynla da bilərlər. 
2.
 
Beynəlxalq münasibətlər 
sisteminin nəzəri 
modelləri 
Vaxt  dəyişdikcə  qanunauyğun  olaraq  beynəlxalq 
münasibətlərin  iştirakçıları  arasında  da  qarşılıqlı  əlaqələrin 
xarakteri  dəyişir.  Hər  bir  dövr  üçün  müxtəlif  quruluşa  malik 
münasibətlər xarakterik olur. Məhz elə bu münasibətlərin quruluşu 
da  beynəlxalq  münasibətlər  sistemi  tipini  və  yaxud  beynəlxalq 
sistemi müəyyən etmiş olur. 
Daha  doğrusu  beynəlxalq  münasibətlər  sisteminin 
quruluşu  dedikdə  bu  münasibətlərin  fəaliyyəti  prosesində 
qanunauyğun olaraq yaranan əlaqə forması nəzərdə tutulur. 
Beynəlxalq münasibətlər sisteminin quruluşu bu sistemə 
daxil olan elementlər arasındakı əlaqələri əks etdirir. 
Siyasi ədəbiyyatlarda bir qayda olaraq iki növ beynəlxalq 
münasibətlər  sisteminin  quruluşu  fərqləndirilir:  çoxqütblü  və 
ikiqütblü.  Deməli  bu  təsnifat  bura  daxil  olan  böyük  dövlətlərin 
sayına əsasən aparılır. 
73 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə