E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

Beynəlxalq  münasibətlər  sistemi  artıq  çoxdan  ümumi, 
qlobal  xarakter  aldığına  görə  yüzlərlə  dövləti  və  qeyri-dövlət 
qurumlarını özündə birləşdirir. Odur ki, münasibətlər sisteminin 
quruluşunda  regional  və  lokal  səviyyələrdə  “yanm-  sistem”də 
ayırmaq  olar.  Aydındır  ki,  hər  bir  yarımsistem  də  özlüyündə 
müəyyən  quruluşa  malikdir.  Bu  da  beynəlxalq  münasibətlərin 
ümumi quruluşundan asılıdır. 
Bütünlükdə hər bir sistemdə dinamik tarazlıq qanunu 
əsas  olduğu  kimi,  beynəlxalq  münasibətlər  sisteminin 
fəaliyyətində  də  bu  qanun  əsas  götürülür.  Beynəlxalq 
münasibətlər  sisteminin  əsas  iştirakçısı  olan  dövlətlər  arasında 
müəyyən siyasi tarazlığın olması onun normal fəaliyyəti üçün əsas 
zəmin yaradır. 
Hər bir dövlət öz mənafeyini nəzərdə tutur. Bu 
mənafe başqa dövlətlərin xarici siyasəti ilə heç də həmişə üst- üstə 
düşmür.  Bu  dövlətlərin  siyasi  toqquşması  nəticəsində  tarazlıq 
sistemi yaranır. Bu tarazlıq sistemi vəziyyəti özü ilə kifayət qədər 
qeyri-tarazlıq vəziyyətləri də yaradır. 
Beynəlxalq  sistemin  hər  bir  konkret  tarixi  vəziyyətində 
dinamik tarazlıq qanunu müxtəlif formalarda təzahür edə bilər. 
Tarixi  baxımdan  daha  çox  yayılmış  forma  qüvvələr 
balansıdır.  Qeyd  etməliyik  ki,  qüvvələr  balansı  bütünlükdə 
beynəlxalq 
münasibətlərin 
ən 
zəruri 
inkişaf 
qanunauyğunluqlarından biridir. 
Q.Morqentau göstərirdi ki, beynəlxalq qüvvələr balansı 
spesifik  olaraq  ümumi  sosial  prinsipi  əks  etdirir.  Qüvvələr 
balansı  və  siyasət  sabitlik  yaradan  amillərdir.  Hətta 
qədimlərdə də hər bir dövlətin hərəkətində qüvvələr balansı əsas 
rol oynamışdır. Haradasa hakimiyyət uğrunda mübarizə gedirdi, 
orada  münasibətlər  qüvvələr  balansına  əsaslanırdı.  Hər  bir 
dövlətin gücü müqayisə olunandır. Odur ki, bir dövlətin gücünün 
artması,  əlavə  olunması  qarşı  dövlətin  gücünün  nisbi  azalması 
deməkdir. 
74 


Beynəlxalq  münasibətlər  sistemi  bir  neçə  formada 
modelləşdirilir.  Amerika  politoloqu  M.Kaplan  göstərirdi  ki, 
beynəlxalq  sistem  dedikdə  bir  neçə  iştirakçı  təşkilatların  və 
dövlətlər  qurumunun  müxtəlif  qüvvələrinin  yerləşdirilməsi 
variantı nəzərdə tutulur. 
O,  bununla  bağlı  altı  növdə  beynəlxalq  sistem 
fərqləndinnişdir:  Qüvvələr  balansı  sistemi;  azad  ikiqütblü 
sistem;  sərt  ikiqütblü  sistem;  universal  sistem;  tabeçilik 
sistemi və «veto» sistemi. Eləcə də ayrı-ayn sistemlərdə müəyyən 
dəyişiklik edilməsi də təklif olunmuşdur. 
Qüvvələr balansı sistemində milli dövlətlər, onların hərbi 
və  iqtisadi  imkanları  əsas  amil  hesab  edilir.  Əgər  hər  bir 
beynəlxalq  sistemdə  beş  dövlətdən  az  iştirakçı  mövcuddursa 
demək o, o qədər də sabit deyildir. Əgər beş və daha artıq dövlət 
vardırsa, deməli onların ittifaqı daha möhkəm və sabit olmalıdır. 
1950-ci  illərdən  sonra  beynəlxalq  münasibətlərdə  təkamül 
dəyişiklik  özünü  göstərmişdir.  Kövrək  ikiqütblü  model 
istiqamətində  dəyişiklik  baş  vermişdir.  Asiya  və  Afrikanın  yeni 
müstəqillik əldə etmiş dövlətləri hesabına neytral dövlətlərin sayı 
artmışdır. BMT və digər təşkilatların fəaliyyəti də canlanmışdır. 
3.
 
BeynəlxaIq münasibətlər sisteminin 
təkamül inkişafı 
(Soyuq müharibədən sonra) 
Məlumdur ki, son vaxtlaradək dünyada bir-birinə əks iki 
böyük  güc-sistem  mövcud  idi:  Sosializm  və  kapitalizm 
sistemləri.  Sosializm  sisteminin  başında  ən  böyük  güc  SSRİ, 
kapitalizm  sistemində  isə  ən  böyük  güc  ABŞ  dayanırdı.  Soyuq 
müharibə  illərində  rea!  beynəlxalq  münasibətlər  sistemində 
müəyj^ən  dəyişikliklər  özünü  göstərməyə  başlamışdır.  1950-ci 
illərdə iki qütblü sərt sistem mövcud idi. Hər iki böjdik dövlət 
öz təsir dairəsini genişləndirməyə çalışırdı. ABŞ ilə SSRİ arasında 
sərt əks mənafe BMT-nin işini də çətinləşdirirdi. 
75 


SSRİ bir çox hallarda təhlükəsizlik şurasında öz “Veto” 
hüququndan istifadə etməli olurdu. 
1950-ci  illərin  axırlarından  beynəlxalq  münasibətlərdə 
təkamül dəyişiklik mülayim iki qütblü model istiqamətində özünü 
göstərmişdir. Bu mənzərə Afrika və Asiyada müstəqil dövlətlərin 
sayının  artması  ilə  izah  olunur.  Bu  dövlətlərin  bir  çoxu  neytral 
mövqedə  qalmağa  üstünlük  verirlər.  Amerika  siyasətşünası 
S.Xofman  1970-ci  illərdən  sonra  beynəlxalq  münasibətlərin 
dəyişilməsinə təsir edən bir çox yeni amillərin artdığını göstərirdi. 
Dövlətlərin  sayının  artması,  dövlət  qurum-  lannın  rolunun 
yüksəlməsi,  qarşılıqlı  əlaqələrin  genişlənməsi,  iqtisadi  və  hərbi 
amillər arasındakı nisbətin dəyişməsi, tabeçilik baxımından yeni 
qurumlann  yaranması  və  s.  Məsələn,  Almaniya  və  Yaponiya 
ikinci  Dünya  Müharibəsindən  sonra  dünya  iqtisadiyyatında 
aparıcı  mövqe  qazanmışlar.  Siyasi  baxımdan  əvvəlki 
mövqelərini  itirmişlər.  Onlarla  müqayisədə  Rusiya  iqtisadi 
baxımdan aşağı səviyyədə olsa da beynəlxalq rolu yüksəkdir. 
Baxmayaraq  ki,  hazırda  yeni  beynəlxalq  münasibətlər 
sistemi  bərqərar  olmamışdır,  hər  halda  müəyyən  tabeçilik 
qurumlan  yaranmaqdadır.  Burada  aşağıların  yuxarılara 
iyerarxiya tabeçiliyi nəzərdə tutulur. 
Məsələn, aydındır ki, hazırda dünyada ancaq güclü dövlət 
olan ABŞ müasir beynəlxalq münasibətlərdə aparıcı rola malikdir. 
ABŞ ilə yanaşı  Çin, Hindistan, Yaponiya,  Almaniya, 
Böyük  Britaniya,  Fransa  da  beynəlxalq  münasibətlərdə  əsas 
tərəf kimi çıxış etməyə can atırlar. Almaniya, Böyük Britaniya və 
Fransa Avropa İttifaqının fəal üzvü olmaqla böyük təsir dairəsinə 
malikdirlər.  Bu  dövlətlərin  hər  biri  müstəqil  olaraq  beynəlxalq 
münasibətlərin  subyekti  olmağa  layiqdirlər.  Beynəlxalq 
münasibətlər sahəsində fəaliyyət göstərən tədqiqatçıların bir çoxu 
müəyyən  şəraitdə  ikiqütblü  sistemdə  Aİ-nin  roluna  üstünlük 
verirlər. Çin üçün də belə bir proqnoz mövcuddur. 
76 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə