E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə24/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

VIII
 
Fəsil. 
BEYNƏLXALQ MÜNAQİŞƏLƏRİN 
ÖYRƏNİLMƏSİNİN 
VƏ TƏNZİM LƏNMƏSİNİN NƏZƏRİ 
ƏSASLARİ 
1.
 
Beynəlxalq münaqişələrin mahiyyəti və növləri. 
2.
 
Beynəlxalq münaqişələrin quruluşu və artması prosesi. 
3.
 
Beynəlxalq münaqişələrin tənzimlənməsi yollan. 
1.
 
Beynəlxalq 
münaqişələrin 
mahiyyəti və növləri 
Aydındır  ki,  beynəlxalq  münasibətlərin  xarakterində 
siyasi  sabitliyin  böyük  rolu  vardır.  Bu  sabitliyin  bilərəkdən  və 
yaxud  təsadüfən  pozulması  isə  münaqişəyə  səbəb  ola  bilir. 
Deməli,  beynəlxalq  münasibətlərdə  bir  tərəfdə  sabitlik, 
əməkdaşlıq və inkişaf, digər tərəfdə isə münaqişə və düşmənçilik 
dayanır.  Beynəlxalq  münasibətlər  nəzəriyyəsində  beynəlxalq 
münaqişələr ən əsas və ciddi problemlərdən biri hesab edilir. 
Kiçik  və  son  dövrlərdəki  münaqişələri  nəzərə  alması 
yalnız XX əsrdə 140 müharibə olmuş və 125 min nəfər adamın 
həyatına son qoyulmuşdur. BMT-nin mövcud olduğu dövrdə 700 
beynəlxalq, regional və lokal münaqişə baş vermişdir ki, bunun da 
25 %-ə qədəri XX əsrin payına düşür. 
Hər bir silahlı toqquşma istər-istəməz siyasi münaqişəyə 
gətirib çıxarır. Odur ki, ilk mərhələdə münaqişələrin baş; vermə 
səbəblərinin öyrənilməsi və onların tənzimlənməsi üsulları böyük 
nəzəri və praktiki əhəmiyyət kəsb edir. 
Beynəlxalq  münaqişə  dedikdə  iki  və  daha  çox 
dövlətlər (dövlətlər, qrup dövlətlər, xalqlar, siyasi hərəkatlar 
və 8.) arasında yaranmış ziddiyyətlər zəminində mənafelərin 
toqquşması nəzərdə tutulur. Dövlətlənırası bu 
77 


kimi  ziddiyyətlər  öz  mənşəyi  baxımından  əraziyə  görə,  Milli 
zəmində,  dini,  iqtisadi,  hərbi-strateji,  elmi-texniki  və  digər 
səbəblərdən ola bilər. 
Ümumiyyətlə  münaqişə  bütün  hallarda  siyasi 
xarakter alır. Bu kimi ziddiyyətlər xarici siyasət yeritməklə həll 
edilə  bilər.  Beynəlxalq  münaqişələrin  yaranması  və  güclənməsi 
ancaq obyektiv səbəblərdən deyil, hər bir dövlətin özünün xarici 
siyasətindəki subyektiv yanaşması üzündən də baş verə bilər. 
Hər  bir  münaqişə  demək  olar  ki,  hazırlanır  və  dövlətin 
düşünülmüş xarici siyasəti ilə həll edilir. Bir çox hallarda dövlət 
liderləri  arasında  olan  münasibət  də  dövlətlərarası 
münasibətlərə  və  münaqişə  vəziyyətinin  yaranmasma  səbəb  ola 
bilər. 
Hər halda beynəlxalq münaqişə sosial bir hadisə olmaqla 
müstəqil bir tədqiqat sahəsidir. Məşhur Amerika alimi L.Kozer 
münaqişəyə  sosial  hadisə  kimi  baxaraq  göstərirdi  ki,  münaqişə 
kollektiv  tərəflər  arasında  dəyərlər,  statuslar,  nadir  ehtiyatlara 
hakim olmaq uğrunda gedən mübarizədir - toqquşmadır. Bununla 
da  tərəflər  biri-birini  neytrallaşdırmaq,  zəiflətmək  cəhdinə  nail 
olmaq məqsədi daşıyırlar. (5. 407 s.) 
Deməli,  belə  qərara  gəlmək  olur  ki,  beynəlxalq 
münaqişələr obyektiv məzmuna malikdirlər. 
Beynəlxalq  münaqişələrin tədqiqi  ilə məşğul  olan digər 
bir alim K.Bouldinq də münaqişələrə obyektiv hal kimi baxaraq 
göstərirdi ki, münaqişə müəyyən mövqeyə malik olmaq uğnmda 
gedən mübarizədir, əksdurmadır. 
Əlbəttə  hər  bir  münaqişənin  subyektiv  cəhətləri  barədə 
fikirlər  də  az  deyildir.  Beynəlxalq  münaqişələrin  tədqiq 
edilməsində üç əsas istiqamət fərqləndirilir: 
1.
 
Strateji tədqiqatlar
2.
 
Münaqişələrin tədqiq edilməsi; 
3.
 
Sülhün tədqiq edilməsi (5. s. 417)’. 
78 


Əlbəttə  bu  üç  istiqamət  bir-birindən  fərqlənsələr  də 
onlarda daxili bütövlük də müşahidə olunur. 
Qeyd  etməliyik  ki,  «Strateji  tədqiqat»  istiqaməti  daha 
ənənəvi  xarakterə  malik  olub  milli  maraqlann  və  dövlətin 
təhlükəsizliyinin təmin edilməsi vəzifəsini nəzərdə tutur. 
Burada  baş  verə  biləcək  müharibədə  müəyyən  praktiki 
vəzifələrin  həlli  ilə  qalib  gələ  bilmək  üçün  əlverişli  şərait 
yaradılması  yolları  tədqiq  edilir.  Bu  tədqiqatda  güc  amilinə  də 
üstünlük verilmişdir. Odur ki, Kanadalı alim A.Leqonun belə bir 
fikri  ilə  razılaşmaq  yerinə  düşərdi  ki,  strategiyanın  əsas 
əhəmiyyəti ondan ibarətdir ki, siyasi məqsədə nail olmaq işində 
güc amilinə həmişə üstünlük verir. (5. s.417) 
Bu  tədqiqatda  «böyük  strategiya»  və  «hərbi  stra- 
tegiya»  anlayışları  da  bir-birindən  fərqləndirilir.  «Böyük  stra- 
tegiya»da ancaq hərbi hərəkat deyil, daha əhatəli strateji vəziyyət 
nəzərdə tutulur. 
Amerika  alimi  M.Kollinz  göstərirdi  ki,  «böyük 
strategiya»ya 
istənilən 
vəziyyətdə 
milli 
imkanlann 
elementlərindən  istifadə  edə  bilmək  «elmi  və  incəliyi»  kimi 
baxmaq  lazımdır.  Bununla  da  əks  tərəfdən  hədələmək,  ona  güc 
göstərmək,  hər  cürə  təsir  etmək,  diplomatiya,  biclik  və  digər 
mümkün  yollarla  milli  maraqlan  və  təhlükəsizliyi  təmin  etmək 
əsas  götürülür.  C.M.Kollinzin  fikirlərinə  görə  «böyük  strate- 
giya»da  müəyyən  nailiyyətlərin  əldə  edilməsi  ilə  birbaşa 
müharibəyə  ehtiyac  qalmır.  Həmçinin  «böyük  strategiya»nın 
planında ancaq qalib gəlmək deyil, möhkəm sülhün saxlanılması 
da  öz  əksini  tapır.  Deməli  «staretji  tədqiqat»da  hər  bir  dövlət 
üçün müharibə problemi, onun səbəbləri və nəticələrinin tədqiqi 
daha  ön  plana  çəkilir.  Odur  ki,  hazırda  xüsusilə  nüvə  silahınm 
mövcud  olması  ilə  əlaqədar  olaraq  qərbdə  beynəlxalq 
münasibətlər  elmində  «strateji  tədqiqatlar»  əsas  tədqiqat 
sahələrindən  birinə  çevrilmişdir.  Onu  göstərmək  kifayətdir  ki, 
ABŞ-da  belə  tədqiqatlan  həyata  keçirmək  üçün  mindən  artıq 
institut fəaliyyət göstərir. 
79 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə