E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə27/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   23   24   25   26   27   28   29   30   ...   106

məsələləri  təhlil  etməklə  əksdurmadan  əməkdaşlığa  keçmək 
yollanm  tədqiq  etmişlər.  Sosial  münaqişələrin  öyrənilməsində 
«riyazi» və «oyun» metodlarına üstünlük verilir. Burada ən geniş 
yayılmış ideyalardan biri ondan ibarətdir ki, münaqişələr ictimai 
həyatın  bütün  dairələrinə  xas  olan  ən  universal  fenomenlərdən 
biridir.  Odur  ki,  beynəlxalq  münasibətlər  sahəsində  olan 
münaqişələri də aradan qaldırmaq olmaz. Onların idarə edilməsi 
mexanizminin yaranması daha məqsədəuyğun olardı. Bu mənada 
sosial  münaqişələrin  həllində  dörd  üsuldan  istifadə  edilməsinə 
üstünlük verilir: 
1.
 
Bütün tərəflərin fikirlərinin üst-üstə düşməsi razılığı; 
2.
 
Qanunçuluq və mənəvi tələblər zəminində razılıq; 
3.
 
Tərəflərdən birinin məhkum etdiyi münaqişə ilə 
razılaşma; 
4.
 
Bəzən vaxtı keçmiş münaqişə öz aktuallığını itirir və 
demək olar ki, özlüyündə həll olunur. 
Bu  mənada  beynəlxalq  münaqişələrin  sülh  yolu  ilə  həll 
edilməsində  Norveçin  paytaxtı  Oslo  şəhərində  xüsusi  jurnal  da 
nəşr  edilir.  Burada  verilən  ideya-nəzəri  istiqamətlər  ondan 
ibarətdir ki, sülh ancaq müharibəni inkar etmir. O, eyni zamanda 
dövlətlərarası qanunçuluq və ədalət deməkdir. Sülh ancaq birbaşa 
zorakılığın deyil, hər cürə zorakılığın olmamasını nəzərdə tutur. 
Bu  sahədə  qərb  mütəxəssisləri  sülh  işinə  yüksək  dəyər 
verərək  onun  tərəfdarlarında  fəallığın  artırılmasım  arzulayırlar. 
Bu  cərəyanın  tərəfdarları  sülh  əldə  edilməsi  yolunda  hətta  güc 
amilini  də  istisna  etmirlər.  Onu  da  qeyd  etməliyik  ki,  bu  iki 
cərəyan  arasında  elə  bir  köklü  fərq  yoxdur.  Hər  iki  cərəyan 
münaqişələrin  tənzimlənməsində  danışıq  amilinə  üstünlük 
verirlər. 
Beləliklə  1960-cı  illərin  ortalarından  Qərb  dünyasında 
danışıqlar  problemi  müstəqil  bir  cərəyan  kimi  formalaşmışdır. 
Sülh yolu ilə tənzimlənmə bütün hallarda danışıqlar aparıl 
86 


masını tələb edir. Aydındır ki, bu danışıqlar prosesi çox mürəkkəb 
bir prosesdir. 
Bu danışıq prosesi bir neçə mərhələdən keçir: 1. 
Birinci  mərhələdə  danışığa  hazırlıq  işləri  gedir;  2.  İkinci 
mərhələdə  tərəflər  öz  təkliflərini  bildirirlər.  Eyni  zamanda  əks 
tərəflərə  öz  iradlarını  bildirirlər;  3.  Üçüncü  mərhələdə  danışığın 
gündəliyi  barədə  müzakirələr  aparırlar;  4.  Dördüncü  mərhələdə 
(son  mərhələ)  danışıqlar  qurtarır,  birgə  dəyanət  qəbul  edilir  və 
yaxud vəziyyət gərginləşir. 
Qeyd  etdiklərimizdən  aydın  olur  ki,  danışıqlar  böyük 
əhəmiyyətə malik olub daha zəruri vəzifələr yerinə yetirir: 
-
 
Danışıqlar  mərkəzində  qoyulan  problemlərin  həlli 
yolları axtarılır; 
-
 
Danışıqlar  informasiya-kommunikasiya  vəzifəsini 
yerinə  yetirir.  Danışıqlar  gedişində  tərəflər  (danışıqlar  prosesinə 
aid  olan  və  hətta  kənar  məsələlər)  problemlərə  dair  məlumatlar 
əldə edirlər; 
-
 
Beynəlxalq  problemlərə  dair  aparılan  danışıqlar 
müəyyən şəraitdə bəzi daxili siyasi məsələlərin həllini də nəzərdə 
tuta bilər; 
-
 
Danışıqlar təbliğat funksiyasına da malikdirlər. 
Bu  funksiyanı  belə  başa  düşmək  lazımdır  ki,  danışıqda 
iştirak edən şəxslərin digər tərəflərə olan müraciəti, təklifləri onun 
ölkəsinin ictimai fikrini ifadə edir. 
Bu beynəlxalq ictimaiyyətə, ayrı-ayrı sosial qruplara, 
siyasi  qüvvələrə  müraciət  kimi  qiymətləndirilməlidir.  Etibarı 
ilə Beynəlxalq danışıqların aparılması üçün xüsusi hazırlıq işləri 
gedir,  danışıqlann  vaxtı,  yeri  müəyyən  edilir.  Gündəlik  məsələ 
formalaşdırılır.  Nümayəndələr  müəyyənləşdirilir  və  s.  Aydındır 
ki, münaqişə şəraitində məsələlərin həlli o qədər də asan olmur, 
odur ki, müəyyən hazırlıq danışıqları da aparılır. 
87 


Nəticə  etibarı  ilə  münaqişələrin  tənzimlənməsində 
ənənəvi  və  institusional  (ictimai  qurumlar)  metodlar  əsas 
götürülür. 
Aydındır  ki,  ölkədaxili  münaqişələr  həmin  dövlətin 
hüquq qaydaları ilə tənzimlənir. Beynəlxalq münaqişələr isə çox 
halda beynəlxalq hüquq normaları ilə tənzimlənə bilmir. Burada 
siyasi  normalar  əsas  götürülür.  Məhz  bu  siyasi  normalar 
çərçivəsində ənənəvi və institusional metodlar əsas götürülür. 
Ənənəvi  metodlar  -  beynəlxalq  münaqişələrdə  hələ 
qədimdən  də  mövcud  olubdur.  Bu  danışıqlar,  üçüncü  tərəfin 
xidmət  göstərməsindən  vasitəçilikdən  ibarətdir.  Əlbəttə  tərəflər 
bu metodao qədər də üstünlük vermirlər, (daxili iş) 
Bu  barədə  1899-cu  ildə  Hanka  Konvensiyası 
(Beynəlxalq  münaqişələr)  münaqişələr  səbəbləri  və  s. 
Aydınlaşdırmaq üçün komissiya yaradılmasını müəyyən etmişdi. 
Bu komissiyaya üçüncü tərəf sədrlik edir və s. 
İkinci dünya müharibəsindən sonra münaqişənin həllində 
«Banşmaq  metodu»  yaranmışdı.  Burada  da  münaqişənin 
elementləri üçüncü tərəfin vasitəsi ilə aydınlaşdırılır. - 
Komissiya  faktları  ancaq  aydınlaşdırır.  Qərar  da  qəbul 
edə  bilər.  Zorakılıq,  məcburiyyət  ola  bilməz,  tərəflər  razılığa 
gəlməlidir. 
İnstitusioanal  qaydalar  metodu  -  burada  ən  universal 
təşkilat  olan  Millətlər  Birliyinin  (1919)  və  BMT-nin  (1945) 
qarışması nəzərdə tutulur. 
Buna  əsasən  münaqişələrin  tənzimlənməsində  iki 
istiqamət nəzərdə tutulur
1.
 
Hər  hansı  bir  güc  tətbiq  edilməsində  bu  təşkilatlar 
məsuliyyət  daşıyırlar.  (Qanunu  müdafiədən  başqa).  BMT-nin 
nizamnaməsi  əsasında  tərəflər  rəftar  etməlidir.  Sonra  onlar 
təhlükəsizlik şurasına müraciət edə bilərlər. Təhlükəsizlik şurası 
suveren qərar çıxara bilər. 
88 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə