E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

2.
 
İnstitusional 
mexanizmdən 
istifadə 
edilməsi 
münaqişənin  həllinə  kollektiv  xarakter  verir.  Burada 
dövlətlərarası təşkilat belə bir qərar qəbul edə bilər - Komissiya 
yaradaraq münaqişənin həllini öz üzərinə götürər. 
«Veni nəslin münaqişələri»nin əsas xüsusiyyətləri 
Soyuq  müharibə  dövründə  ziddiyyətlərin  həlli  iki  əsas 
gücdən  asılı  idi.  SSRİ-nin  dağılması  ilə  bir  çox  dondurulmuş 
münaqişələr  etnik,  milli,  sosial  azlıqlarla  bağlı,  mədəni  və  s. 
yenidən özünü göstərməyə başlamışdır. Bunlann bir çoxu dövlət 
daxili  münaqişələrdir.  Qeyd  etməliyik  ki,  təkcə  1993  -  1994-cü 
illərdə dünyada 30-dan artıq beynəlxalq silahlı münaqişədə qeydə 
alınmışdır. Bundan 16 beynəlxalq (ərazi, sərhəd tələbi); 12-si isə 
dövlətdaxili  münaqişə  idi.  1996-cı  ildə  27  silahlı  münaqişədən 
ancaq 1 -ini beynəlxalq münaqişə hesab etmək olardı -qalanı isə 
yenə də ölkədaxili münaqişə idi. 
Bütün  bu  münaqişələrin  yeni  cəhəti  ondan  ibarətdir  ki, 
onlar  ancaq  üçüncü  dünya  ölkələrinə  deyil,  Avropaya,  Balkana, 
keçmiş SSRİ respublikalarına da toxuna bilir. 
Münaqişələrin  xarakterində  diplomatiyaya  nisbətən 
iqtisadiyyatın və maliyyənin rolu artır. 
«Müasir münaqişələri»n səbəbi, iştirakçıları və məzmunu 
Belə nəticəyə gəlmək olar ki: 
1.
 
Son  dövrlərdə  münaqişələrin  səbəbləri  və  mənbələri 
dəyişibdir. Münaqişələr əsasən etnik və dini əsasda baş verir. 
2.
 
münaqişələr  iqtisadi  və  maliyyə  səbəblərindən  daha 
çox baş verir. Bazar və xammal üstündə mübarizə bu münaqişələr 
hər cürə müharibələrə səbəb ola bilərlər. 
3.
 
Dövlət  hakimiyyətinin  daha  effektiv  təsir  dairəsinə 
malik  olmaması  qeyri-sabitlik,  zəif  inkişaf,  yoxsulluq  və  s.  dini 
çəkişmələrə yol açır. 
89 


4.
 
Sosial-iqtisadi  və  sosial-denıoqrafık  dəyişikliklər 
(gəlirlər arasındakı fərq, şəhərləşmə, kasıb ölkələrdə əhali artımı 
və s.) kənd yerlərindən şəhərlərə axın. 
5.
 
Keçid  iqtisadiyyatı  ölkələrində  gəlirlərdəki  kəskin 
fərq fərdi və qrup halında gərginliyi artırır. 
6.
 
Qloballaşma. 
7.
 
Münaqişələrin  iştirakçıları  dəyişir.  Dövlətlərarası  (o 
cümlədən  hərbi)  münaqişələrdə  bir  tərəfdə  dövlət  digər  tərəfdə 
qeyri  dövlət  subyektləri  çıxış  edir.  Ekstremist  dini  cərəyanlar, 
müəyyən  cinayətkar  qruplaşmalar,  transmilli  birliklər,  terror 
qruplaşmalar və s. iştirak edirlər. 
8.
 
BİT-lərin  və  xüsusilə  BMT-nin  fəaliyyətində 
dəyişiklik özünü göstərir. 
9.
 
Münaqişələrin  tənzimlənməsi  mexanizmi  də  dəyişir. 
Daha mürəkkəb xarakter alır. Humanitar əməliyyatların rolu artır. 
90 


IX
 
Fəsil. 
MÜASİR DÜNYADA BEYNƏLXALQ 
TƏHLÜKƏSİZLİK PROBLEMİ 
1.
 
Beynəlxalq təhlükəsizlik və əsas nəzəri baxışlar. 
2.
 
Beynəlxalq təhlükəsizliyin hərbi-siyasi cəhətləri. 
3.
 
Terrorizm və ona qarşı mübarizə problemi. 
1.
 
Beynəlxalq təhlükəsizlik və 
əsas nəzəri baxışlar 
Beynəlxalq 
münasibətlər 
sistemində 
beynəlxalq 
təhlükəsizlik  problemi  məsələsi  əsas  yerlərdən  birini  tutur. 
Beynəlxalq  təhlükəsizlik  dedikdə  bilavasitə  hərbi  təhlükənin 
olmaması 
nəzərdə 
tutulur. 
Beynəlxalq 
təhlükəsizlik 
məsələsində iki cəhət ön plana çəkilir: 
1.
 
Hər  bir  dövlət  öz  fiziki  mövcudluğu  üçün  çalışır,  öz 
müstəqilliyi  ilə  beynəlxalq  sistemdə  mövqeyini  saxlamaq 
hüququna malikdir. 
2.
 
Müəyyən  məkanda  dövlətlər  arasında  sülhün 
saxlanılmasına təminat yaradılması. 
Beynəlxalq təhlükəsizliyin təmin edilməsində hər şeydən 
əvvəl kütləvi qırğın silahlarının yayılmasının aradan qaldırılması 
əsas  götürülür.  Burada  silah  satan  dövlətlərin  nüvə  silahlan 
yaratmalanna  yol  verilməməsi  nəzərdə  tutulur.  Bu  problem  də 
beynəlxalq terrorizmlə mübarizədə aktuallığı ilə seçilir. Belə ki, 
atom elektrik stansiyalarında, kimya müəssisələrində terrorçuluq 
cinayətləri törədilməsi böyük fəlakətlərə səbəb ola bilər. 
Təhlükəsizliyin 
təmin 
edilməsində 
iqtisadi 
və 
informasiya  cəhətlərinin  də  rolu  az  deyildir.  Belə  ki,  ayrı-ayrı 
dövlətlər  bir-birindən  uzaqda  yerləşsələr  də  qloballaşma 
şəraitində  iqtisadi  böhranlar  qısa  bir  müddətdə  hər  yana  yayıla 
bilir. 
91 


Ərzaq, ekologiya, eneıji və s. kimi qlobal problemlər də 
beynəlxalq təhlükəsizliyin məzmununa daxildir. Bir məsələni də 
qeyd  etməliyik  ki,  əvvəllər  dövlətin  fəaliyyətində  bir-  birindən 
tam fərqlənən iki sahədaxili və xarici sahənin hər birində mövcud 
olan təhlükəsizlik müxtəlif yollarla təmin edilirdi. Əvvəllər daxili 
sabitlik  əldə  edən  hər  bir  dövlət  xarici  təsirləri  də  aradan 
qaldırmağa qadir idi. 
Müasir  dünyada  isə  xarici  amillərin  təsiri  daha 
qorxuludur. 
Təhlükəsizliyin  təmin  edilməsi  probleminə  Beynəlxalq 
rejim nəzəriyyəsi əsasında da yanaşmaq olar. Hər bir dövlət öz 
mənafeyi  baxımından  beynəlxalq  təhlükəsizlik  rejimində  iştirak 
edə  bilər.  Burada  milli  təhlükəsizliyin  təmin  edilməsi  mənafeyi 
nəzərdə  tutulur.  Deməli  beynəlxalq  təhlükəsizliyin  müəyyən 
edilməsində milli təhlükəsizlik əsas baza rolu oynayır. 
Milli təhlükəsizlik dedikdə şəxsiyyətin, cəmiyyətin və 
dövlətin  daha  həyati  mənafelərinin  daxili  və  xarici 
təhlükələrdən qorunması nəzərdə tutulur. 
Təhlükəsizlik  fenomeninə  (hadisəsinə)  hərbi-siyasi 
baxımdan  yanaşdıqda  üç  təhlükəsizlik  rejimi  modeli  ayırmaq 
olar:  ümumi  təhlükəsizlik  rejimi,  kollektiv  təhlükəsizlik 
rejimi, əməkdaşlığa əsaslanan təhlükəsizlik rejimi. 
Beynəlxalq ümumi təhlükəsizlik rejimi könüllü, qarşılıqlı 
qarşıdurmadan imtina etməyi nəzərdə tutur. Bu kimi rejimin əsas 
prinsipləri aşağıdakılardır: 
1.
 
Beynəlxalq  münaqişələrin  tənzimlənməsində  hərbi 
gücdən istifadə edilməməsi
2.
 
Başqa dövlətlərə nisbətən mövcud olan hərbi üstünlük 
strategiyasından imtina edilməsi
3.
 
Dövlətin  təhlükəsizliyi  onun  hərbi  gücündən  asılı 
olmamalıdır; 
92 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə