E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   25   26   27   28   29   30   31   32   ...   106

4.
 
Silahlı qüvvələrin ixtisarının qəbul edilməsi və ümumi 
təhlükəsizlik prinsipi çərçivəsində silahlanmağa yol verilməsi. 
Kollektiv təhlükəsizlik ideyası da qədim tarixə malikdir. 
Lakin  əsasən  XX  əsrdən  praktiki  baxımdan  təcrübədən 
keçirilməyə başlanmışdır. 
Dövlətlərarası  əməkdaşlıqda  bu  dövlətlərin  hər  hansı 
birinə edilən təcavüz bütün digərlərinə qarşı təcavüz hesab edilir. 
Belə halda kollektivin bütün üzvləri birgə tədbirlər görürlər. Bu 
kollektiv təhlükəsizlik adlanır. Bununla da kollektiv təhlükəsizlik 
rejimi ümumi sabitlik yaranmasına səbəb olur. 
Əməkdaşlığa  əsaslanan  təhlükəsizlik  rejiminin  də 
kollektiv təhlükəsizlik rejimi ilə müəyyən oxşarlığı vardır. Burada 
da  birgə  fəaliyyət  nəzərdə  tutulur.  Burada  təhlükəsizliyin  təmin 
edilməsi  barədə  dövlətlərarası  diplomatik  əməkdaşlıqlara 
üstünlük verilir. 
2.Beynəlxalq təhlükəsizliyin 
hərbi-siyasi cəhətləri 
Soyuq  müharibə  illərinin  qurtarması  ilə  əlaqədar  olaraq 
böyük  miqyaslı  hərbi  münaqişələr  nisbətən  azalmışdır.  Nüvə 
silahının tətbiqi demək olar ki, aradan götürülmüşdür. Nüvə silahı 
təhlükəsizliyin  təmin  edilməsi  mexanizmlərindən  biri  kimi  bu 
silah  növünün  yayılmaması  barədə  keçirilən  rejim  böyük  rola 
malikdir. Belə bir rejim 1968-ci üdə müqavilə ilə təsbit edilmişdir. 
Burada müəyyən tələblər də öz əksini tapmışdır. 
Hazırda dünyada nüvə silahının yayılmaması barədə belə 
bir vəziyyət yaranmışdır. Nüvə silahına malik olan və yaxud belə 
bir iqtisadi, texnoloji imkanı olmayan dövlətləri beş qrupa bölmək 
olar. 
Birinci  qrupa  nüvə  silahına  malik  olan,  rəsmi  qaydada 
qəbul edilmiş beş ölkə daxildir. Bunlar - ABŞ, Rusiya, Çin, 
93 


Böyük  Britaniya  və  Fransadır.  Bu  dövlətlər  eyni  zamanda 
BMT-nin təhlükəsizlik şurasının daimi üzvləridir. Aydındır ki, bu 
dövlətlərin nüvə ehtiyatları da müxtəlifdir. Burada ABŞ və Rusiya 
fərqlənirlər. Rəsmi cəhətdən tanınmış bu dövlətlər dünya üçün elə 
bir təhlükə deyildirlər. Bu dövlətlər bu məsələdə çox ehtiyatlı və 
məsuliyyətlidirlər. Onlar bu məsələyə Itıərbi fəaliyyət vasitəsi 
kimi deyil, siyasət yeridilməsi vasitəsi kimi baxırlar. 
İkinci qrupa İsrail, Pakistan və Hindistan daxildir. 
İsrail - 1970-ci illərdən, Hindistan və Pakistan isə 1998-ci ildən 
belə  silahlara  malikdirlər.  Bu  dövlətlər  nüvə  silahlarının 
yayılması  barədəki  müqavilədə  iştirak  etmirlər.  İsrail  nüvə 
silahının həcmi barədə heç bir məlumat vermir. 
Üçüncü  qrup  Əlcəzair,  Liviya,  İran,  İraq,  Şimali  və 
Cənubi  Koreya  və  digər  dövlətlərdən  ibarətdir.  Bunlardan 
Cənubi  Koreya,  Əlcəzair  və  Liviya  nüvə  silahı  hazırlamaq 
planından  imtina  etmişlər.  İran,  İraq  və  Şimali  Koreya  Xalq 
Demokratik  Respublikası  isə  Amerika  mütəxəssislərinin 
deyiminə görə daha təhlükəlidirlər. 
Odur  ki,  ABŞ  həmişə  bu  dövlətləri  təzyiq  altında 
saxlamağa  çalışır.  Onu  da  qeyd  etməliyik  ki,  ABŞ  tərəfindən 
İraqın darmadağın edilməsi və Səddam Hüseynin öldürülməsinə 
baxmayaraq orada kütləvi qırğın silahı aşkar edilməmişdir. 
Dördüncü  qrup  dövlətlər  Əlcəzair,  Argentina  və 
Braziliya  hesab  edilir.  Bu  dövlətlər  əvvəllər  nüvə  silahı 
hazırlamaq  sahəsində  tədqiqat  işi  aparırdılar.  Sonra  bu  plandan 
imtina  etmiş  və  nüvə  silahı  olmayan  dövlətlər  kimi  1968-ci  il 
müqaviləsinə qoşulmuşlar. 
Keçmiş  Sovet  Respublikalarından  -  Belarusiya, 
Qazaxıstan  və  Ukrayna  da  bu  qrupa  yəni  beşinci  qrupa 
daxildir. Onlann ərazilərində Rusiyanın strateji hərbi mərkəzləri 
vardı. Bu mərkəzlərin Rusiyaya keçirilməsi ilə bu 
94 


dövlətlər də 1968-ci il müqaviləsində (nüvəsiz dövlət kimi) iştirak 
edirlər. 
1987  -  1990-cı  illərdə  bir  çox  silahlann  ləğv  edilməsi 
barədə  ABŞ  ilə  SSRİ  arasında  yeni  müqavilə  bağlanmışdı. 
2002-2003-cü illərdə yenə müqavilə bağlanmışdır. 
Nüvə silahından başqa kütləvi qırğın silahı kimi kimyəvi 
və  bakterioloji  vasitələr  də  mövcuddur.  Bu  növ  silahlar  da  tam 
qadağan edilibdilər. 
1972-ci ildə beynəlxalq sazişə əsasən bakterioloji, toksiki 
silahlar hazırlanması da qadağan edilibdir. 
Be)məlxalq  təhlükəsizliyin  təmin  edilməsində  bu  kimi 
kütləvi  qırğın  silahlan  üzərində  olan  nəzarətdən  başqa  adi 
silahların  və  hərbi  qüvvələrin  məhdudlaşdırılması  sahəsində  də 
ciddi  iş  aparılır.  Bu  sahədə  Avropa  qitəsində  olan  nailiyyətləri 
qeyd etmək olar. 
Avropanın  tarixini  vərəqlədikdə  demək  olar  ki,  bu 
fasiləsiz  silahlı  münaqişələr  tarixi  olmuşdur.  XX  əsrdə  iki 
dünya  müharibəsi  də  Avropada  başlanmışdı.  Uzun  müddət 
Avropanın  mərkəzində  müharibə  təhlükəsi  mövcud  olmuşdur. 
Belə  bir  vəziyyət  1975-ci  ilədək  davam  etmişdir.  1975-ci  ildə 
Helsinki  şəhərində  “Avropada  təhlükəsizlik  və  əməkdaşlığa 
dair” razılaşma keçirilmişdir.  Bu müşavirədən soma dövlətlər 
arasında inam artmış, hərbi təhlükə azalmışdır. 
Eyni  zamanda  adi  hərbi  qüvvələrin  azaldılması  barədə 
razılaşmalar  da  əldə  edilmişdir.  Nəhayət  Avropada  silahlı 
qüvvələr barədə (Vyanada) 1990-cı ildə müqavilə bağlanmışdır. 
Lakin etiraf etməliyik ki, Avropada hərbi qarşıdurma vəziyyətinin 
azaldılması praktikası başqa regionlara o qədər də yayılmamışdır. 
95 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə