E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   2   3   4   5   6   7   8   9   ...   106

Beynəlxalq münasibətlər barədə müasir nəzəri baxışların 
bəzilərində  coğrafi  meyarlar,  bəzilərində  sinfi  yanaşma, 
bəzilərində qlobal baxımdan izah etmə cəhətləri üstünlük təşkil 
edir.  Eləcə  də  Beynəlxalq  sistem  çərçivəsində  qarşılıqlı  təsir 
nəzəriyyəsi,  dünya  strategiyaları,  inteqrasiya  nəzəriyyələri, 
beynəlxalq təşkilatlar nəzəriyyələri də vardır. 
Qeyd 
etməliyik 
ki, 
beynəlxalq 
münasibətlər 
nəzəriyyəsinin  tədqiqinin  əsasını  XX  əsrin  ortalarında  ingilis 
tarixçisi E.Karr, ABŞ politoloqları A.Morqentau və başqaları və 
fransız  sosioloqu  R.Aron  qoymuşlar.  Onlar  beynəlxalq 
münasibətlər  nəzəriyyəsinə  siyasi  realizm  baxışları  gətirmişlər. 
Bu baxışlara görə beynəlxalq münasibətlərin əsas subyektləri olan 
milli  dövlətlər  öz  milli  maraqlarını  təmin  etmək  üçün  başqa 
subyektlərlə  mübarizə  aparır.  Bu  kimi  fərqli  milli  maraqlar 
əsasında da münaqişələr baş verir. Belə vəziyyətdən çıxış yolunu 
böyük dövlətlər arasında yaranan “Güc  ba-  lansı”nda  görürlər. 
Bütün  bunlarla  yanaşı  beynəlxalq  münasibətlərin  tədqiqində  bir 
çox cərəyanların yaranmasını da qeyd etmək olar. Bunlardan; 
-  Liberal  idealist  cərəyanın  tərəfdarları  beynəlxalq 
münasibətlərin  tənzimlənməsində  hüquq  və  əxlaq  normalarına 
üstünlük verirdilər. 
-- Postklassik cərəyanın tərəfdarları belə hesab edirlər ki, 
qloballaşma prosesi dövlətlərin xarakterinə təsir göstərərək onları 
hansmilli  vəziyyətə  gətirir.  İndi  dövlətlər  getdikcə  öz  yerlərini 
transmilli korporasiyalara, qeyri-dövlət subyektlərinə verir. Bu isə 
vahid məqsəd və maraqlara can atan ümumbəşəri cəmiyyətə yol 
açır.  Onların  baxışlarına  görə  vahid  norma,  vahid  ümumdünya 
hökuməti-bəşəriyyətin  perspektiv  gələcəyi  yalmz  bu  dəyərlərlə 
bağlıdır. 
“  Radikalizm,  yaxud  neomarksizm  cərəyanı.  Bu 
cərəyanın  tərəfdarlan  belə  hesab  edirlər  ki,  beynəlxalq 
münasibətlərin əsasında istismar, qeyri-bərabərlik, sinfi mübarizə 
dayanır. 
10 


Bütün  bunlarla  yanaşı  beynəlxalq  münasibətlər 
sistemində bir çox digər nəzəriyyələrə də rast gəlmək olur. 
-  Məsələn,  Qlobal  sistem  nəzəriyyəsi,  dünya  birliyi 
(qlobal) 
nəzəriyyəsi, 
təhlükələr 
balansı 
nəzəriyyəsi, 
beynəlxalq  rejim  nəzəriyyəsi  və  bu  kimi  onlarla  nəzəriyyələri 
sadalamaq olar. 
2,
 
Beynəlxalq münasibətlərin predmeti, 
obyekti və subyektləri 
BM-in  tədqiqat  obyekti  çox  mürəkkəb  reallıqlarla 
bağlıdır.  Burada  dövlətlər,  qrup  dövlətlər,  siniflər,  sosial, 
iqtisadi, siyasi güclər, təşkilatlar, hərəkatlar, xalqlar, ayn- ayrı 
insan qrupları tədqiq edilir^ Beynəlxalq münasibətlərin obyekti 
sırasına aşağıdakılar daxildir: 
-
 
Dünyanın  bütün  maddi  və  mənəvi  amilləri  (iqtisadi, 
hərbi, geosiyasi, demoqrafik, ideoloji, hüquqi, etik və s.); 
-
 
Subyektlərarası  diplomatik,  strateji,  sosial,  mədəni, 
elmi və s. normalar
-
 
Dünya  siyasətinə  təsir  göstərən  informasiya,  maliyyə, 
kommunikasiya, miqrasiya və s. proseslər
-
 
Beynəlxalq  aləmdə  qərarların  qəbul  olunması, 
əməkdaşlıq edilməsi şərtləri, danışıqlar aparılması və s.; 
-  Ölkələrarası  münasibətlərə  təsir  göstərən  amillər,  hadisə  və 
proseslər, normalar, onların arasındakı əlaqələr və s.. 
Başqa  tədqiqat  obyektlərindən  fərqli  olaraq  beynəlxalq 
münasibətlərin  tənzimlənməsi  böyük  çətinliklərlə  xarakterizə 
olunur. 
Çünki  bir  çox  hallarda  müəyyən  tərəf  üçün  hüquq 
normalarımn olması digər tərəf üçün də hüquq normaları yaradır. 
Çünki,  beynəlxalq  münasibətlərin  iştirakçıları  əsasən  öz 
düşüncələri, dünyagörüşləri, gücləri, xüsusi maraqları çər- 

Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. 
Dərslik. Bakı -2005. C.24-30. 
11 


çivəsindən  çıxış  edirlər.  Məsələn,  əyani  bir  misal  çəkmək  olar; 
Azərbaycan beynəlxalq hüquq normalarına əsasən iddia edir 
ki,  ölkəmizin  ərazi  bütövlüyü  pozulmuşdur.  Dağlıq 
Qarabağda  yaşayan  ermənilər  də  öz  növbəsində  iddia  edirlər 
ki, insanların öz müqəddəratını təyin etmək hüququ var. Hər 
iki  iddia  düzdür.  Lakin  ermənilər  başa  düşmək  istəmirlər  ki,  öz 
müqəddəratını təyin etmək ölkənin ərazisinin bütövlüyü daxilində 
həll olunmalıdır. Beləliklə, tam və qəti nəticəyə gəlmək olur ki, 
beynəlxalq  aləmdə  və  beynəlxalq  münasibətlər  sistemində  baş 
verən  hadisələri  və  prosesləri  araşdıımaq,  bu  proseslərin 
səbəblərini müəyyənləşdirmək, onlara hansı mənadasa təsir etmək 
o qədər də asan iş deyildir. 
Müasir  fransız  sosioloqu  Raymon  Pron  beynəlxalq 
münasibətlərə  əsasən  dövlətlər  arasında  olan  münasibətlər  kimi 
əsasən dövlətlər arasında olan münasibətlər kimi baxır. 
Amerikalı politoloq D.Kaporazo dövlətlər arasında olan 
münasibətlərdən  başqa  siniflər,  sOsial-iqtisadi  qruplar  və  siyasi 
qüvvələr arasında olan münasibətləri də əsas götürür. 
Beləliklə beynəlxalq münasibətlər dövlətlərin, beynəlxalq 
təşkilatların, 
transmilli 
şirkətlərin, 
ictimai 
birliklərin, 
qeyri-hökumət  təşkilatlannm  aralarında  yaranan  siyasi,  ideoloji, 
iqtisadi,  mədəni  və  digər  əlaqələri  əhatə  edən  ictimai 
münasibətlərin bir növüdür. 
Bir  çox  mütəxəssislər  göstərir  ki,  Beynəlxalq 
münasibətlər  nəzəriyyəsinin  xüsusi  tədqiqat  sahəsi  və  metodları 
yoxdur,  müstəqil  bir  fənn  kimi  inkişaf  tapmamışdır.  «Bey- 
nəlxalq  münasibətlər  nəzəriyyəsi»  fənni  beynəlxalq  hüquq, 
diplomatiya tarixi, hərbi elmi, beynəlxalq siyasət, dünya tarixi 
və  digər  elm  sahələrinə  bağlıdır.  Bu  elm  bir  çox  ictimai 
elmlərlə  -  fəlsəfə,  iqtisadiyyat,  sosial  psixologiya  və  s.  ilə 
bağlıdır.  Bu  elmin  mərkəzində  xarici  siyasət,  hakimiyyət 
durduğuna görə o, politologiya elminə daha çox yaxındır. 
12 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə