E d. professor Rəyçilər: M. C. Atakişiyev


Terrorizin və ona qarşı mübarizə problemi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   26   27   28   29   30   31   32   33   ...   106

3.Terrorizin və ona qarşı mübarizə problemi 
“Terror ” və “Terrorizm” anlayışları 200 ildən artıq bir 
müddətdir ki, siyasi lüğətə daxil olubdur. Demək olar ki, müasir 
dövrdəki  terrorizmin  kökü  böyük  fransız  inqilabındakı 
hadisələrdə  yaranmışdı.  Çünki  inqilabi  terrorizm  terrorizmin 
ilk növü hesab edilə bilər. 
Qərbi  Avropada  ilk  inqilabçı  terroristlər  -  Babuvistlər, 
Blankistlər,  Anarxistlər,  Rusiyada  xalqçılar  öz  hərəkətləri  ilə 
hökumət  işinə  qanşır,  idarəçilik  orqanlannı  qorxutmağa 
çalışırdılar. Beləliklə XX əsrdə inqilabı zorakılıq bir növ sosial və 
Milli problemlərin həlli vasitəsinə çevrilmişdi. 
XIX
 
əsrdə  sol-inqilabçı  terrorçuluğun  əksinə  sağ 
terroristlər  meydana  gəlmişdir.  İnqilabçılar  müxtəlif  yollarla 
ictimai  tərəqqiyə  çalışırdılar.  Sağlar  isə  bir  çox  çatışmazlıqları 
milli, irqi fərqdə görürdülər. Hər halda öz ideoloji əsasına görə sol 
və sağ terrorizmin hər ikisi siyasi fenomendir. 
Beynəlxalq  münasibətlərin  xarakterinə  və  gedişinə  bir 
çox  ciddi  amillərlə  yanaşı  terrorizm  kimi  gözlənilməz  faciəli 
hadisələr də təsir edir. Terrorizm siyasi məqsədə çatmaq üçün 
istifadə  edilən  zorakılıq  metodudur.  Məhz  bu  yolla  dövlət 
orqanlarına beynəlxalq və ictimai xadimlərə, ayrı-ayrı şəxslərə və 
qruplara təsir etməyə çalışırlar. 
XX
 
-  XXI  əsrlərdə  terrorizm  problemi  və  ona  qarşı 
mübarizə aparılması ayrı-ayrı dövlətlərin və bütünlükdə dünyanın 
ən vacib problemlərindən birinə çevrilmişdi. 
XIX  -  XX  əsrlərdə  terroristlər  fərdi  terror  metodu  ilə  hərəkət 
edərək siyasi və dövlət xadimlərini öldürürdülər. Müasir dövrün 
terroristlərinin  qurbanı  isə  çox  vaxt  heç  nə  ilə  qorunmayan, 
günahsız sakinlər olur. Keçmişdə terroristlər öz hərəkətinə bəraət 
qazandırmağa çalışırdılar. 
Müasir  dövrün  terroristləri  çox  vaxt  utanmazlıq, 
düşmənçilik, əxlaqsızlıq nümayiş etdirirlər. Tam məsuliy- 

Terror latınca
 - 
qorxu, zorakılıq deməkdir. 
96 


yətlə  qeyd  etmək  olar  ki,  erməni  terroristləri  də  belə  hesab 
edilirlər.  Son  dövrlərdə  terrorizm  həyata  keçirmək  vasitələri  də 
dəyişmişdir. Belə ki, əvvəllər soyuq silah və yaxud odlu silahdan 
istifadə edilirdisə, müasir dövrdə partlayıcı maddələrdən istifadə 
olunur.  Son  on  illiklərdə  terroristlər  qazdan  zəhərləyici 
maddələrdən,  hətta  sərnişinlərlə  birlikdə  təyyarəni  həbs  edərək 
girov götürmək kimi metodlardan istifadə edirlər. 
İnsan ölümü və maddi dəyərlərin dağıdılmasından başqa, 
terrorizm  digər  neqativ  nəticələr  də  doğurur.  Məsələn,  terrorizm 
qorxusu  yüksək  olan  regionlarda  işgüzarlıq  həvəsi  zəifləyir, 
iqtisadi itki baş verir. 
İspaniyada  Baskları,  İsraili  və  Fələstin  ərazisini, 
Dağlıq Qarabağı buna misal göstərmək olar. Aydındır ki, terror 
hərəkətinin ilkin obyekti dövlət xadimləri və müəssisələrdir. İkinci 
obyektləri  isə  dövlətin  fəaliyyəti  daxilində  olan  ictimai 
münasibətlərdir. Deməli terrorizm hər bir dövlət hakimiyyəti üçün 
təhlükədir. 
Həmişə  olduğu  kimi  son  on  illiklərdə  də  terrorizm 
əleyhinə mübarizə aparmaq üçün hüquqi baza yaradılır və bir çox 
beynəlxalq sazişlər həyata keçirilir. Bu sazişlərdə dövlətlərin birgə 
qarşılıqlı fəaliyyəti - öhdəçilikləri əsas götürülür. Bu sazişlərdən 
1963-cü  ildə  Tokio  (Yaponiya)  sazişini,  1973-  cü  ildə  Haaqa 
(Niderland)  sazişini,  1970-ci  ildə  Monreal  (Kanada)  sazişini, 
1973-cü və 1979-cu illərdə Nyu-York (ABŞ) sazişlərini göstərmək 
olar. Terrorizmə qarşı birgə mübarizə aparmaq üçün 
2000
-ci ildə 
dövlətlərarası  əməkdaşlıq proqramı hazırlanmışdır. Onu da qeyd 
etməliyik  ki,  2001-ci  ilin  sentyabr  ayının  11  -də  Nyu-yorkda 
məlum  ticarət  mərkəzinin  partladılmasından  sonra  terrorizmə 
qarşı mübarizə daha da güclənmişdir. Bütün bunlara baxmayaraq 
beynəlxalq münasibətlərin tarixindən görünür ki, terrorizmə qarşı 
mübarizədə bəzi dövlətlərin əməkdaşlığı o qədər də səmimi olmur. 
Bir çox digər məsələlərdə olduğu kimi burada da ikili standartlara 
yol verilir. 
97 


X
 
Fəsil. 
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ 
SİYASƏT VƏ HÜQUQ 
1.
 
Beynəlxalq münasibətlərdə əxlaq, hüquq və siyasət. 
2.
 
Beynəlxalq hüquq. 
3.
 
Beynəlxalq hüquq norma və prinsipləri. 
4.
 
Müasir dünya və beynəlxalq hüquq. 
1.
 
Beynəlxalq münasibətlərdə əxlaq, 
hüquq və siyasət 
1.  Biz  keçmiş  fəsillərdə  beynəlxalq  münasibətlərdə 
əsasən  inzibati-iqtisadi  amillərin  şərhinə  üstünlük  vermişik.  Bu 
fəsildə  isə  hüquqi,  siyasi  amillərlə  yanaşı  əxlaq  (mənəviyyat) 
normalarının yeri məsələsi də araşdırılır. 
Deməli  beynəlxalq  münasibətlərin  sosial  normalarla 
tənzimlənməsi  dedikdə,  əlbəttə  əxlaq  (mənəviyyat)  normaları, 
siyasi hüquq normaları nəzərdə tutulur. 
Aydındır  ki,  bu  normalann  hər  birinin  özünəməxsus 
üstünlükləri  və  yaxud  çatışmazlıqları  da  vardır.  Hər  halda  bu 
normalara  riayət  edilmədən  sağlam  beynəlxalq  həyat  barədə 
fikirləşmək olmaz. 
Əvvəlcə siyasi normalar barədə öz mülahizələrimizi qeyd 
edək. Siyasi normalar dedikdə dövlət tərəfindən müəyyən edilən 
davranış qaydalan və onlara riayət edilməsi nəzərdə tutulur. 
Məsələn iki dövlət ümumi düşməndən qorunmaq üçün öz 
aralarında  razılığa  gəlirlər.  Bu  ittifaq  yazılı  və  yaxud  şifahi  ola 
bilər. Neçə ki, burada hər iki tərəf üçün ümumi məqsəd və ümumi 
mənafe  vardır,  onlar  götürdükləri  öhdəçiliyi  yerinə  yetirirlər. 
Lakin  ümumi  məqsəd  bitdikdən  sonra  mənafelər  də  üst-üstə 
düşmür. Beləliklə, birgə hərəkət etməyin motivi də aradan qalxır. 
Mənafelərin və məqsədlərin dəyişməsi nəticə 
98 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə