E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə31/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

sində bir çox hallarda ayrı-ayn tərəflər götürdüyü öhdəçiliyi yerinə 
yetirməkdən imtina edirlər. Belə şəraitdə digər tərəfin beynəlxalq 
təşkilatlara və yaxud hüquq sahələrinə müraci;ıt etməsi yersizdir. 
Çünki  bu  kimi  razılaşmalar,  öhdəçiliklər  hüquqi  gücə  malik 
deyildir. 
Onu  da  qeyd  etməliyik  ki,  siyasi  normalar  nisbi  məna 
daşıyırlar.  Bu  normalar  hər  bir  dövlətin  cari  mənafeyindən 
asılıdırlar. Odur ki, uzun müddət üçün bu normalaıra əsaslanmaq 
olmaz. Siyasi normalar müxtəlif bəyannamələrdə, razılaşmalarda 
və bəyanatlarda öz əksini tapmış olur. Çox vaxt siyasi normalarla 
beynəlxalq hüquq normalarının mənbələri oxşarlıq təşkil edirlər. 
Çünki,  hər  iki  halda  yazılı  sənədlər  yuxarı  səlahiyyətli  dövlət 
nümayəndələri tərəfindən imza edilir. 
Bu  fəsildə  digər  bir  problem  əxlaq  normalarının 
beynəlxalq  münasibətlərə  və  beynəlxalq  siyasətə  təsiri 
məsələsidir. 
Qeyd etməliyik ki, əxlaq normaları dedikdə istər fərdi 
qaydada  və  istərsə  də cəmiyyət  miqyasında mədəmi  səviyyə, 
mədəni  davranış  qaydası,  insanın  cəmiyyətə  qarşı  rəftarı, 
cəmij'yət  qarşısındakı  borcunun,  məsuliyyətinin  dərk 
edilməsi və bu kimi normalar sistemi nəzərdə tutulur. Əlbəttə 
bütün  bu  normalar  adi  adamlardan  daha  çox  və  əsasən  dövlət 
idarəçiliyi  adamlarına  aid  olmalıdır.  Çünki  beynəlxalq 
münasibətlər  və  beynəlxalq  siyasət  dedikdə  bu  əxlaq 
normalarının mahiyyətinə daha yuxarı səviyyədə baxırıq. Bu 
kimi  amillərin  beynəlxalq  münasibətlərə  və  beynəlxalq  siyasətə 
təsiri məsələsinə dair fikir müxtəlifliyi mövcuddur. 
Belə  ki,  beynəlxalq  siyasətin  araşdırılmasında  realist 
yanaşma baxışlarının davamçısı olan Nikola Makiavelli (keçmiş 
fəsillərdə) istər daxili və istərsə də xarici (beynəlxalq) siyasətdə 
əxlaq nomıaları məsələsini kənara qoymağın tərəfdarı idi. 
V.İ.Lelin  də  göstərirdi  ki,  siyasətdə  əxlaq  yoxdur, 
-i-ancaq məqsədyönlülük vardır. 
99 


Alman  filosofu  İ.Kant  isə  bunlara  əks  fikirdə  idi.  O 
göstərirdi ki, hüquqa, eləcə də dövlət və siyasətə baxanda əxlaq 
normaları, mənəviyyat birincidir. 
Aydındır  ki,  bu  kimi  fikirlər  hər  şeydən  əvvəl  əxlaqla 
siyasətin qarşılıqlı münasibətlərinin mürəkkəbliyindən irəli gəlir. 
Əlbəttə  yüksək  sivilizasiya  şəraitində  ictimai  qarşılıqlı 
münasibətləri  adət-ənənə  əsasında  formalaşmış  əxlaqla 
tənzimləmək olar. Burada artıq siyasətsiz ötüşmək olar. 
Əxlaq  qaydalannda  müəyyən  çatışmazlıqlar  yarandıqda 
onun tamamlayıcısı kimi siyasət meydana gəlir. Deməli siyasətlə 
əxlaqın  əsas  sosial  funksiyaları  üst-üstə  düşür.  Lakin  onlann 
baza cəhətdən səciyyələndirilməsi fərqlənir. 
Alman  filosofu  K.Smit  göstərirdi  ki,  ictimai  hadisələri 
mənəvi  cəhətdən  qiymətləndirdikdə  iki  anlayış  yada  düşür  - 
“Xeyir” və “Şər” (yaxşı-pis). 
Siyasi  cəhətdən  qiymətləndirdikdə  isə  eyni  dərəcədə 
düzgün olan “özümün-başqasının” sözlərinə əsaslanırsan. 
Onu  da  qeyd  etməliyik  ki,  bir  çox  hallarda  müəyyən 
məsələlərin həllində siyasi prinsiplər əxlaq-mənəvi cəhətlərlə əvəz 
edilir. Belə olduqda siyasi həyatda da qeyri-mənəvi cəhətlər baş 
verir. 
Məsələn  bəzən  çox  qürurla  deyirlər  ki,  ABŞ  200  illik 
demokratiyaya  malikdir.  Lakin  belə  bir  dövlətdə  hər  vaxt 
prezidentliyə  seçki  kompaniyası  keçiriləndə  ermənilərə 
soyqırımı  (genosid)  edilməsi  məsələsi  qaldırılır.  Və  yaxud 
Türkiyə  ilə  bağlı  hansı  bir  məsələ  müzakirə  edildikdə  yenə  də 
“soyqırım” məsələsi ortaya atılır. Əxlaqla - mənəviyyatla siyasi 
prinsiplərin  qarışdırılması  burada  özünü  daha  aydın  büruzə 
vermiş olur. 
Bununla  da  aydın  görünür  ki,  bəzi  siyasi  xadimlər  əks 
tərəfin qeyri-mənəvi hərəkətlərinə əsaslanaraq öz həmfıkir- 
Kant İmmanuil (1724-1804). Alman klassik fəlsəfəsinin yaradıcısı. 
100 


larinin,  tərəfdarlanmn  qeyri-əxlaqi  davranışına  göz  yumurlar. 
Deməli  siyasi  fəaliyyətdə,  siyasi  həyatda  qeyri-əxlaqi  cəhətlərə 
yol verməmək üçün etik normalara riayət edilməsi üzərində ciddi 
nəzarət olmalıdır. 
Bu  məsələnin  izahında  Alman  sosioloq  və  tarixçisi 
(iqtisadçı və hüquqşünas) Maks Veberin də (1864-1920) maraqlı 
yanaşması vardır. 
M. Veber burada iki anlayışın şərhinə geniş yer vermişdir. 
“İnam (əqidə) etikası” və “məsuliyyət etikası”. 
“İnam  etikası”  dedikdə insan öz hərəkətində birdəfəlik 
əxlaq normalarına tabe olub-olmamasını müəyyənləşdirir. 
İkinci halda isə - yəni “Məsuliyyət etikası”nda isə hər 
hansı  bir  vəziyyətin  harada  və  nə  zaman  baş  vemıəsindan  asılı 
olaraq  insan  öz  hərəkətini  müəyyənləşdirir.  Veberin 
mülahizələrinə  əsaslanan  Henri  Morqentau  “Beynəlxalq  mü- 
nasibətlər”in  tənzimlənməsində  əxlaqın  yeri  və  rolu  barədə  öz 
fikirlərini formalaşdırmışdır. 

'J 
H.Morqentau  ,  P.Aron  və  Beynəlxalq  münasibətlər 
nəzəriyyəsi  üzrə  digər  mütəxəssislər  belə  hesab  edirdi  ki, 
xarici-siyasi qərar qəbul edən dövlət xadimləri mənəvi baxımdan 
ehtiyatlı,  səbirli  olmalıdır.  Onlar  hər  hansı  bir  məqsəd  və  bu 
məqsədə nail olmaq arasmdakı qanunauyğunluğu əlaqələndirməyi 
başa düşməlidirlər. 
Bu  müddəaları  əsas  götürsək  qətiyyətlə  demək  olar  ki, 
2012-ci  ilin  əvvəlində  Fransanın  parlamentində  Türkiyə 
tərəfindən  (1915-ci  ildə)  ermənilərə  qarşı  soyqırımı  edilməsinin 
qəbul edilməsi çox yanlış və məsuliyyətli bir addımdır. 
Onu da qeyd etməliyik ki. Beynəlxalq əxlaq normalarının 
formalaşması  hələ  çox  qədimlərdən  beynəlxalq  hüquq 
normalarının formalaşması ilə yanaşı baş vermişdir. Lakin 
‘ Morqentau (1891-1967) 1934-45-ci illərdə ABŞ-ın maliyyə naziri. 
2
 
P. Aron (1905-83) Fransa sosioloqu. 
101 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə