E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   28   29   30   31   32   33   34   35   ...   106

əxlaq  normalarının  təkamülü  qismən  də  olsa  beynəlxalq  hüquq 
normalanmn inkişafını qabaqlamışdır. 
Təcavüz,  başqa  əraziləri  zəbt  etmək,  qul  ticarəti, 
müstəmləkəçilik  və  digər  qeyri-mənəvi  (qeyri-insani)  hərəkətlər 
barədə  təsəvvürlər  qədimdən  də  məlumdur.  O  dövrün  hüquq 
normaları  baxımından  bu  kimi  hadisələr  qanunauyğun  hesab 
edilirdi. Ancaq XX əsrdən sonra Beynəlxalq hüquq bu məsələlərə 
Beynəlxalq 
əxlaq 
normaları 
baxımından 
yanaşmağa 
başlamışdır. 
Onu  da  qeyd  etməliyik  ki.  Beynəlxalq  münasibətlərə 
əxlaq normalarının təsiri mexanizmi o qədər də geniş deyildir. Bu 
mexanizmi iki formada özünü göstərir: 
1.
 
Ayrı-ayrı adamların idrakı, inamı səviyyəsində; 
2.
 
İctimai rəy-ictimai fikir səviyyəsində. 
Birinci  halda  belə  qərar  qəbul  edən  hər  bir  şəxs  üçün  əxlaq 
normaları nəzərə alınır, öz vəzifə borcunu vicdanla yerinə yetirir 
və qeyri-əxlaq normalanna yol vermir. (Aydındır ki, hakimiyyətdə 
əxlaqsız adamlar da ola bilər. M. A.Hitler kimi) 
ikinci.  Əxlaqın beynəlxalq siyasətə təsirinin ikinci yolu. 
Burada  ictimai  rəyi  öyrənən  inkişaf  etmiş  institut  tələb  olunur. 
Avtoritar və totalitar sistem şəraitində müstəqil bir varlıq kimi 
ictimai  rəy  mövcud  olmur.  Demokratik  cəmiyyətdə  isə  ictimai 
rəyin siyasətə təsiri hər vaxt eyni səviyyədə olmur. Məsələn seçki 
kompaniyalarında ictimai rəyə ehtiyac artır. 
Qeyd  etdiklərimizdən  aydın  olur  ki,  siyasi  və  mənəvi 
normalar  beynəlxalq  münasibətlərə  təsir  etmək  imkanına 
malikdirlər. 
Hər  halda  müasir  dünyada  sabitliyin  və  təhlükəsizliyin 
təmin edilməsində beynəlxalq hüquq normaları və prinsiplərinin 
rolu daha böyükdür. 
102 


2. Beynəlxalq hüquq 
Beynəlxalq  hüquq  dedikdə  dövlətlərarası  və  beynəlxalq 
hüququn  digər  subyektləri  arasındakı  münasibətləri  tənzimləyən 
hüquq prinsipləri və normalarımn məcmusu nəzərdə tutulur. 
Beynəlxalq  hüququn  subyekti  beynəlxalq  hüququn 
daşıyıcılarıdır. 
Bu subyektləri iki kateqoriyaya bölmək olar: 
1.
 
Birinci və yaxud ilkin subyektlər-müstəqil subyektlər
2.
 
Törəmə subyektlər (qeyri müstəqil subyektlər). 
Beynəlxalq hüququn ilkin subyekti dedikdə dövlət - 
xalq - millət başa düşülür. 
Dövlət  beynəlxalq  hüququn  əsas  aparıcısıdır.  Məhz 
suverenlik onu başqa subyektlərdən fərqləndirir. 
Beynəlxalq hüququn törəmə (qeyri suveren) subyektləri 
dedikdə  hökumətlərarası  təşkilatlar  və  dövlətin  yaratdıqları 
dövlət-xidmət qurumları nəzərdə tutulur. 
Bəzi  siyasi-ərazi  qurumları  da  Beynəlxalq  hüquq 
statusundan  istifadə  edirlər.  Məsələn,  azad  şəhər,  dövlət  tipli 
şəhər  və  s.  Azad şəhər  Polşada Krakov (1815),  Polşada Dançik 
(1919); Şimali İtaliyada Triest (1947), Qərbi Berlin və s. 
Vatikan  -  şəhər,  dövlət  hesab  edilir.  Beynəlxalq 
hüququn  əsas  subyekti  olan  dövlət  üç  cəhəti  ilə  səciyyələnir  - 
əhalisi, ərazisi və müstəqil hakimiyyəti ilə. 
Beynəlxalq hüquq aşağıdakı fiınksiyalan yerinə yetirir: 
-
 
Tənzimləyici funksiya
-
 
Təminedici funksiya; 
-
 
Mühafizəedici funksiya. 
Tarixi  baxımdan  yanaşdıqda  Beynəlxalq  hüquq  da 
dövlətin yaranması və beynəlxalq münasibətlərin baş verməsi ilə 
əmələ gəlmişdir. Qədim dünyada beynəlxalq hüquq hüquq adətləri 
kimi çıxış edirdi, (məsələn barışıq adətləri). 
103 


Orta əsrlərdə beynəlxalq  hüquq praktikasına suverenlik, 
açıq  dəniz,  neytral  kimi  anlayışlar  daxil  olmuş,  səfirliklər 
meydana gəlmiş, yeni, daha təkmil müqavilələr yaranmışdır. 
Hollandiya  hüquqşünası  H.Qrosiya^  (1583-1645)  və 
onun  davamçıları  bu  problemə  dair  bir  çox  əsərlər  yazmışlar.  O 
vaxtdan,  da  “Beynəlxalq  hüquq”  müstəqil  bir  elm  sahəsi  kimi 
tədqiq edilmişdir. 
XVII-XVIII  əsrlərdəki  inqilablardan  sonra  beynəlxalq 
münasibətlərin  formalaşmasında  və  eləcə  də  beynəlxalq  hüquq 
sahəsində  keyfiyyət  dəyişiklikləri  baş  vermişdir.  Beynəlxalq 
münasibətlərə  yeni  ideyalar  daxil  olmuşdur.  Bərabərlik, 
suverenlik,  daxili  işlərə  qarışmamaq,  dövlət  ərazisinin 
toxunulmazlığı, insan hüquqları və azadlığı və s. 
1815-ci  ildə  Vyana  konqresinə  əsasən  ilkin  olaraq 
Diplomatiya  hüququ  qanun  halına  salınmışdı.  1856-cı  ildə 
Parisdə “dəniz müharibəsi üçün bir qrup hüquq normaları” 
hazırlanmışdı. 
Müharibə  aparılması  və  vəhşilik  metodlarına  qarşı 
1899-cu  ildə  Haaqada  Konfrans  keçirilmiş  və  beynəlxalq  saziş 
əldə edilmişdir. 1905-1907-ci illərdə yenə də Haaqada Konfrans 
keçirilmiş  “beynəlxalq  mübahisələrin  həlli  hüququ”  barədə 
razılıq əldə edilmişdir. 
Beynəlxalq  miqyasda  iqtisadi,  texniki,  hərbi  və  s. 
əlaqələrin  artması  ilə  bağlı  olaraq  beynəlxalq  müqavilələr  və 
beynəlxalq sazişlər yaranmışdır. 
Birinci  Dünya  müharibəsindən  sonra  1919-cu  ildə  ilk 
universal  beynəlxalq  təşkilat  olan  Millətlər  Liqası  təsis 
edilmişdir.  1945-ci  ildə  BMT  kimi  nüfuzlu  bir  institut 
yaranmışdır. 1970-ci  illərdən böyük dövlətlər tərəfindən bir çox 
beynəlxalq- hüquq normaları işlənib hazırlanmışdır. 
*
 

Qrosiya  (Qito  de  Qrost  1583-1645).  Holland  hüquqşünas,  sosioloq,  dövlət 
xadimi, əsər, (azad dəniz)-1609; Müharibə və sülh hüququ haqqında - 1625 və 
s.). 
104 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə