E d. professor Rəyçilər: M. C. Atakişiyev


Beynəlxalq hüquq norma və prinsipləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

3. Beynəlxalq hüquq norma və prinsipləri 
Beynəlxalq  hüquq  problemində  beynəlxalq-hüquq 
normaları  əsas  yeri  tutur.  Bu  hüquq  normaları  müəyyən  sahələr 
üzrə beynəlxalq hüquq institutları vasitəsi ilə qruplaşdırılır. 
Beynəlxalq  hüququn  əsas  mənbəyi  Beynəlxalq 
müqavilələr  hesab  edilir.  Beynəlxalq  müqavilələr  ayrı-ayn 
tərəflərin qarşılıqlı hüquq və öhdəçiliyini özündə əks etdirir. 
Beynəlxalq  hüququn  digər  mənbəyi  Beynəlxalq 
adətlərdir.  Beynəlxalq  hüququn  bu  normaları  heç  yerdə 
yazılmamışdır. Lakin elə əxlaq qaydaları vardır ki, bunlara mütləq 
riayət edilməlidir. 
Beynəlxalq  təşkilatlann  qərarları  beynəlxalq  hüququn 
mənbəyi 
hesab 
edilmir. 
Lakin 
hüquq 
normalarının 
formalaşmasında əlbəttə bu təşkilatların rolu vardır. 
Məsələn  BMT-nin  təhlükəsizlik  şurası  BMT-nin 
nizanmaməsinin 25-ci maddəsinə əsasən üzv olan dövlətlər üçün 
qərar qəbul edir. Lakin belə qərarlar ayrı-ayrı halları nəzərdə tutur 
və mövcud olan beynəlxalq hüquq normalarına uyğun olmalıdır. 
Bütün Beynəlxalq hüquq normalarım fəaliyyət dairəsinə 
görə  aşağıdakı  təsnifata  ayırmaq  olar:  universal,  lokal,  və 
regional. Lakin normativ fəaliyyət gücünə görə isə imperativ və 
dispozitiv normaları fərqləndirmək olar. 
Beynəlxalq  hüququn  universal  normaları  beynəlxalq 
hüququn  bütün  subyektləri  üzrə  olan  münasibətləri  tənzimləyir. 
Universal  normalar  beynəlxalq  hüququn  ən  ümumi  cəhətlərini 
özündə əks etdirir. 
Lokal  normalar  məhdud  iştirakçılar  çərçivəsində 
fəaliyyət göstərir. Bu normaların əsas mənbəyi ümumi beynəlxalq 
hüquqa daxil edilmir. 
Regional  normaların  fəaliyyəti  regional  çərçivədə 
beynəlxalq hüququn subyektlərinə aid edilir. 
105 


İmperativ  normalar  dedikdə  bu  normaların  dəqiqliyi, 
konkret həddi nəzərdə tutulur. Beynəlxalq hüququn subyektləri öz 
hüquq və öhdəliklərinin həcmini, məzmununu dəyişə bilməzlər. 
Dispozitiv  normalar  dedikdə  beynəlxalq  hüquq 
çərçivəsində  subyektlər  müəyyən  razılaşmalar  əsasında  öz 
qarşılıqlı hüquq və öhdəliklərini dəyişdirə bilərlər. 
Beynəlxalq  hüququn  prinsipləri  onun  əsasını  təşkil 
edir.  Bütün  subyektlər  üçün  eyni  prinsiplər  mövcuddur.  Bu 
prinsiplər adət-ənənə və müqavilələrə əsasən formalaşır. 
İlk  əvvəllər  beynəlxalq  hüquq  prinsipləri  beynəlxalq- 
hüquq  adətləri  formasında  özünü  göstərirdi.  BMT-nin 
nizamnaməsinin  qəbul  edilməsi  ilə  bu  prinsiplər  müqavilə  - 
hüquq forması almışdır. 
1960-cı  ildə  BMT-nin  nizamnaməsinin  prinsiplərinin 
dəqiqləşdirilməsi üzərində geniş iş apanimasma başlanmışdır. Bu 
işlə  bağlı  olaraq  1970-ci  ildə  BMT-nin  Baş  Asambleyası 
beynəlxalq  hüquq  barədə  bəyannamə  qəbul  etmişdir.  Burada 
dövlətlərarası  dostluq  münasibətləri  və  əməkdaşlığın  inkişaf 
prinsipləri öz əksini tapmışdır. 
Bəyannamədə 7 əsas prinsip təqdim olunmuşdur: 
1.
 
Güc tətbiq edilməməsi prinsipi
2.
 
Mübahisələrin sülh yolu ilə həll edilməsi; 
3.
 
Dövlətlərin suveren bərabərliyi
4.
 
Bir-birinin daxili işlərinə qarışmamaq; 
5.
 
Xalqların öz müqəddəratım təyin etmək hüququ; 
6.
 
Əməkdaşlıq etmək prinsipi
7.
 
Beynəlxalq  öhdəliklərin  vicdanla  yerinə  yetirilməsi 
prinsipi. 
Onu  da  qeyd  etməliyik  ki,  Avropada  Təhlükəsizlik  və 
Əməkdaşlığa  dair  Helsinski  razılaşmalarının  yekun  aktında 
yenidən üç prinsip də əlavə edilmişdir. 
1.
 
S ərhədlərin toxunulmazlığı; 
2.
 
İnsan hüququna və azadlığına hörmət edilməsi; 
106 


3.
 
Dövlətin ərazisinin bütövlüyü məsələsi. 
Beynəlxalq  hüququn  bütün  bu  prinsiplərini  iki  qrupa 
bölmək olar: 
Birinci  qrupa  daxil  edilən  prinsiplər  -  Sülhün 
saxlanılması  və  ümumi  təhlükəsizliyin  təmin  edilməsi 
prinsiplərini özündə birləşdirir. Məsələn: güc tətbiq edilməməsi; 
beynəlxalq  mübahisələrim  sülh  yolu  ilə  həll  edilməsi; 
dövlətlərin ərazi bütövlüyü; sərhədlərin toxunulmazlığı və s.. 
İkinci qrup prinsiplər isə aşağıdakılardan ibarətdir: 
Dövlətlərin  suveren  bərabərliyi;  dövlətlərin  bir-birinin 
daxili işinə qarışmaması; xalqların bərabərhüquqlu olması və öz 
müqəddəratını  təyin  etməsi;  dövlətlərin  əməkdaşlığı  prinsipi; 
insan  hüququna  hörmət  edilməsi  prinsipi;  beynəlxalq 
öhdəçiliklərin vicdanla 
3
'^erinə yetirilməsi prinsipi. 
1648-ci  ildən  məlum  Vestfal’  müqaviləsinə  əsasən 
Avropa  dövlətləri  bir-birinin  suverenliyinə  hörmətlə  yanaşmağa 
başlamışlar. Lakin faktiki olaraq - dövlətlərin suveren bərabərliyi 
prinsipi XX əsrdə bərqərar olmuşdur. Bu vaxtadək böyük və kiçik 
dövlət, xristian, qeyri-xristian dövlət və bu kimi bölgü formaları 
vai'dır. 
Aydındır  ki,  beynəlxalq  hüququn  bu  normaları  və 
prinsiplərinə 
riayət 
edilməsi 
bütün 
dövlətlərin 
əsas 
öhdəçiliklərindən biridir. Lal:in real siyasi proseslərdə bu o qədər 
də asan deyildir. Bu  yalnız tarixi baxımdan deyil, son dövrlərdə 
beynəlxalq münasibətlərin praktikasında da özünü göstərir. 
4.
 
Müasir dünya və beynəlxalq hüquq 
Aydındır  ki,  beynəlxalq  hüquq  norma  və  prinsiplərinin 
həyata keçirilməsi mexaniki olaraq baş verə bilməz. Çox vaxt bu 
proses siyasi mübarizələrlə rastlaşır. Milli mənafelərlə 
1648-ci ildə Vestfal sülh müqaviləsinə əsasən bir çox ərazi və siyasi hüquqi 
razılaşmalar əldə edilmişdir. 
107 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə