E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   30   31   32   33   34   35   36   37   ...   106

dövlətlərin  mənafeyi  üst-üstə  düşmür  və  s.  Bu  baxımdan  insan 
hüquqlan  və  azadlıqlannm  qorunması  və  təmin  edilməsi 
sahəsindəki  norma  və  prinsiplərin  yerinə  yetirilməsində  də 
mürəkkəbliklər az deyildir. 
BMT-nin  nizamnaməsində  ilk  dəfə  olaraq  birbaşa  qeyd 
edilmişdir  ki,  insan  hüququ  məsələsində  dövlətlər  arasında 
(müqavilə  əsasında)  əməkdaşlıq  olmalıdır.  1948-ci  il  dekabr 
ayının  10-da  BMT-nin  Baş  Asambleyası  insan  hüququ  barədə 
bəyannamə qəbul etmişdir. 
Bu  normalann  daha  da  dəqiqləşdirilməsi  məqsədi  ilə 
yenidən 1966-cı ildə iki sənəd qəbul edilmişdir. 
Vətəndaşlıq  və  siyasi  hüquq  barədə  beynəlxalq  pakt; 
iqtisadi, sosial və mədəni hüquq barədə beynəlxalq pakt.  Bu 
sənədlər 1976-cı ildən qüvvəyə minmişdir. 
Bütün bunlarla yanaşı ayn-ayn dövrlərdə də bu barədə bir 
çox  rəsmi  sənədlər  olmuşdur.  Belə  ki,  1950-ci  ildə  Avropa 
beynəlxalq sazişi (1953-cü ildə qüvvəyə minmişdi); 1969-cu ildə 
Amerika  sazişi  (1978-ci  ildə  qüvvəyə  minmişdi);  1981-ci  ildə 
Afrika  xartiyası  (1988-ci  ildə  qüvvəyə  minmişdi);  1994-cü  ildə 
Ərəb xartiyası; 1995-ci ildə MDB sazişi və s. 
İnsan  hüququ  iki  səpgidə  vətəndaşlıq  və  siyasi 
baxımdan və sosial-iqtisadi baxımdan araşdırılmışdır. 
Vətəndaşlıq və siyasi hüquqa aşağıdakılar aid edilir: 
1.
 
Bərabərlik və irsi eynilik
2.
 
Yaşamaq hüququ; 
3.
 
Dövlət idarəçiliyində iştirak etmək hüququ; 
4.
 
Qeyri insani yanaşmalardan qorunmaq hüququ
5.
 
Azadlıq və şəxsi toxunulmazlıq hüququ; 
6.
 
Öz yaşayış yerini dəyişmək hüququ; 
7.
 
Fikir, vicdan və dini azadlıq hüququ; 
8.
 
Öz fikrini bildirməkdə azadlıq hüququ; 
9.
 
Dinc məqsədlər üçün yığışmaq hüququ; 
10.
 
Birlik yaratmaqda sərbəstlik hüququ. 
Sosial-iqtisadi hüquqa aşağıdakılar aiddir; 
108 


1.
 
Əmək hüququ; 
2.
 
Ədalətli və yaxşı şəraitli əmək hüququ
3.
 
Həmkarlar yaratmaq hüququ; 
4.
 
Tətil hüququ; 
5.
 
Sosial təminat hüququ; 
6.
 
Ailə, ana və uşaqların mühafizəsi hüququ
7.
 
Həyat səviyyəsinin artıniması hüququ; 
8.
 
Təhsil  hüququ  və  mədəni  həyatda  iştirak  etmək 
hüququ. 
Beləliklə,  insan  hüququ  sahəsində  daha  effektivli 
əməkdaşlıq  etmək  üçün  kifayət  qədər  nəzarət  mexanizmi 
hazırlanmışdır. Aydındır ki, bu nəzarət mexanizmində BMT daha 
mərkəzi yer tutur. 
Belə ümid etmək olardı ki, soyuq müharibə qurtardıqdan 
sonra insan hüququnun qorunması barədə sanki  elə bir problem 
olmayacaqdır! 
F.Fukyamm  “tarixin  sonu”  fikirlərinə  görə  sərbəst 
dəyərlər hakim olmalıdır. Praktikada isə bir çox ölkələrdə insan 
hüququ  ilə  bağlı  olan  vəziyyət  daha  da  pisləşmişdir.  Bir  çox 
ölkələrdə  öz  müqəddəratını  təyin  etmək  hüququ  daxili 
ziddiyyətləri daha da kəskinləşdirir. 
XX 
əsrin 
80-90-cı 
illərindən 
Çexoslovakiya, 
Yuqoslaviya  Sosialist  Federativ  Respublikası  və  SSRİ  kimi 
dövlətlərin  parçalanması,  dünya  sosialist  sisteminin  dağılması 
yeni problemlər yaratmışdır. 
109 


XI
 
Fəsil. 
XARİCİ SİYASƏT VƏ DİPLOMATİYA 
1.
 
Xarici siyasət üzrə nəzəri baxışlar. 
2.
 
Xarici siyasət üzrə qərar qəbul edilməsinin 
nəzəri və praktiki tərəfləri. 
3.
 
Diplomatiya və diplomatiya xidməti. 
1.
 
Xarici siyasət üzrə 
nəzəri baxışlar 
Məlumdur ki, hər hansı bir siyasətin mahiyyəti müəyyən 
məqsədi  əks  etdirir.  Burada  qarşı  tərəfin  maraqlanna  nəzarət 
etmək, öz maraqlanna uyğunlaşdırmaq  əsas  götürülür. Tanınmış 
poltioloqlardan biri olan Corc Modelski belə iddia edirdi ki, xarici 
siyasətdə əsas məqsəd qarşı dövlətlərin fəaliyyətini öz dövlətinin 
xeyrinə  tənzimləməkdən  ibarətdir.  Deməli,  xarici  siyasət 
vasitəsilə  başqa  dövlətin  fəaliyyəti  öyrənilir,  mənimsənilir,  ona 
təsiretmə  mexanizmi  hazırlanır.  Müəyyən  dəyişiklik  etmə 
imkanları müqayisə edilir. Xarici siyasətin məqsədləri, prinsipləri, 
vasitələri, siyasi xadimlərin işləri, xarici siyasətlə daxili siyasətin 
qarşılıqlı  əlaqəsi  və  s.  xarici  siyasətin  öyrənilməsi  elementləri 
hesab  edilirlər.  Xarici  siyasətə  təsir  edə  bilən  hər  hansı  bir 
qeyri-siyasi  fəaliyyət  də  xarici  siyasətin  öyrənilməsi  obyekti  ola 
bilər. 
Hər  bir  dövlətin  xarici  siyasətinin  formalaşmasında  və 
həyata keçirilməsində siyasi xadimlər böyük rol oynayırlar. Onlar 
öz fəaliyyətlərində nəzəri  müddəalara  əsaslandıqda daha  yüksək 
nəticələr əldə edə bilirlər. 
Hər bir dövlətin ictimai-iqtisadi varlığında onun daxili və 
xarici siyasəti bir-birindən fərqləndirilir. Aydındır ki, bütün başqa 
sahələrdə  olduğu  kimi  hər  bir  dövlətin  istər  daxili  və  istərsə  də 
xarici  siyasəti  də  müəyyən  nəzəri  baxışlara,  yanaşmalara 
əsaslanır. Bu yanaşmalar da ya beynəlxalq qurumlar 
110 


tərəfindən  işlənib  hazırlanır  və  yaxud  o  sahədə  çalışan 
mütəxəssislərin, alimlərin fikirləri, araşdırmalan əsas götürülür. 
Bu məsələdə də Amerika alimi Q.Allisonun fikirləri daha 
çox marağı cəlb edir. O, xarici siyasətin formalaşdırıl- masmda üç 
modeli fərqləndirmişdir. 
Birinci  model  klassik  model  adlanır.  Bu  modelə  görə 
xarici  siyasətə  hər  bir  dövlətin  (hökumətin,  rəhbərliyin) 
düşünülmüş,  məqsədyönlü,  səmərəli  fəaliyyətinin  nəticəsi  kimi 
baxılır. 
İkinci modelə görə xarici siyasət təşkilatlar və proseslər 
kompleksinin nəticəsi kimi götürülür. 
Üçüncü  modelə  görə  xarici  siyasət  liderlərin,  müəssisə 
və təşkilatların (daxili çəkişmələr nəticəsində) sövdələşmələrinin 
nəticəsidir.  Bu  model  Dağlıq  Qarabağ  üstündə  yaranan 
münaqişədə  Azərbaycanda  yaranan  müxtəlif  qurumların  vəzifə 
uğrunda gedən mübarizəsində istifadə etdiyi siyasətə tam uyğun 
gəlir. 
Q.Allisonun  təqdim  etdiyi  klassik  model  geosiyasətdə 
“siyasi realizm” baxışlarında da öz əksini tapmışdır. Bu modeldə 
dövlətin  xarici  siyasəti,  onun  necə  aparılması  ilə  eyniləşdirilir. 
Dövlət bütöv, vahid şəklində götürülür və bir şəxslə eyniləşdirilir. 
Qədim dünya və orta əsrlər dövrü üçün siyasətə belə baxış düzgün 
olardı.  O  dövrdə  beynəlxalq  münasibətlər  faktiki  olaraq  hakim 
monarxlar  arasında  olan  münasibətlərdən  ibarət  idi.  Xarici 
siyasətə bu cür yanaşma özünü doğruldurdu. 
Xarici  siyasət  özlüyündə  beynəlxalq  aləmdə  dövlətin 
ayn-ayn  hərəkətlərini  əks  etdirir.  Hər  bir  hərəkət  müəyyən 
proseslərin nəticəsini göstərir. 
Dövlətin  xarici  siyasətdə  istifadə  etdiyi  vasitələr 
(siyasi-diplomatik,  iqtisadi,  hərbi,  hüquqi,  informasiya  və  s.) 
ayn-ayn  qurumlar  (Xarici  İşlər  Nazirliyi,  Müdafiə  Nazirliyi, 
Maliyyə  Nazirliyi  və  s.)  tərəfindən  həyata  keçirilir.  Xarici 
siyasətdə nəzərdə tutulmuş ümumi məqsədin formalaşmasında 
111 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə