E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

da  hər  bir  qurumun  öz  mənafeyi  vardır.  Dövlət  aparatına  daxil 
olan hər bir qurum müəyyən məhdud çərçivədə işlər görülməsinə 
səy  göstərir.  Dövlət  aparatı  isə  ayn-ayn  tədbirlər  layihəsini 
əlaqələndirir. 
Q.Allison  üçüncü  modelə  uyğun  gələn  bürokratik 
nəzəriyyə deyilən fikri də irəli sürürdü. Bu nəzəriyyə müəssisə 
təsisat  nəzəriyyəsi  hesab  edilir.  Yəni  xarici  siyasət  müəssisələr 
arasındakı  mürəkkəb  münasibətlərin  məcmusu  kimi  əks  oluna 
bilər. Burada hər bir müəssisənin  mənafeyi  toqquşmuş olur. Bir 
çox alimlərin tədqiqatlarında ümumiyyətlə dövlətin siyasətinin və 
o  cümlədən  xarici  siyasətinin  işlənib  hazırlanmasında  ölkənin 
elitasımn  və  obyektiv  amillərin  rolu  məsələsinə  də  üstünlük 
verilmişdir. 
Real  gerçəklikdə  hər  bir  dövlətin  xarici  siyasətinin 
formalaşmasında və həyata keçirilməsində qeyd etdiyimiz hər üç 
modelin elementlərini görmək olar. 
2.
 
Xarici siyasət üzrə qərar qəbul 
edilməsinin nəzəri və praktiki 
tərəfləri 
Dövlətin  xarici  siyasətinin  formalaşmasında  siyasi 
xadimlərin fəaliyyəti əsasən iki səviyyədə aparılır: 
1.
 
Müəyyən  funksiyaların  yerinə  yetirilməsində  yerli 
ictimaiyyətin fikirlərinin nəzərə alınması; 
2.
 
Başqa dövlətlərlə olan fəalij^ətin tənzimlənməsi 
səviyyəsində. 
Göstərilən  birinci  səviyyədə  aparılan  fəaliyyəti  «təsir 
etmək»,  ikinci  səviyyədə  apanlan  fəaliyyət  isə  «nəticə» 
adlandırılmışdır. Odur ki, bəzi tədqiqatçılar belə hesab edirlər ki, 
siyasi  xadimlər  tərəfindən  qərar  qəbul  edilməsi  xarici  siyasətin 
əsas məğzini təşkil edir. 
Bir  çox  hallarda  dövlət  özünün  xarici  siyasətinin 
məqsədlərini açıq bəyan etmir, onları başqa məzmunda təqdim 
112 


edir.  Bu  problemdə  daxili  və  xarici  siyasətin  qarşılıqlı  əlaqəsi 
məsələsinə də xüsusi fikir verilir. Daha doğrusu ölkədaxili sabitlik 
və yaxud qeyri-sabitlik olması xarici siyasətin vəziyyətinə birbaşa 
təsir təsir edir. 
Ölkədaxili  qeyri-sabitlik  hər  bir  dövlətin  xarici 
mövqeyini  zəiflədir.  Aydındır  ki,  xarici  siyasətdə  əldə  edilən 
uğurlar  daxili  vəziyyətə  və  daxili  siyasətə  müsbət  təsir  göstərir. 
Hakimiyyət  orqanlarının  mövqelərinin  möhkəmlənməsinə  və 
müxalifətin zəifləməsinə səbəb olur. Beləliklə, xarici siyasət üzrə 
qərar qəbul edilməsində mövcud olan əsas şərtlərdən biri daxili və 
xarici siyasətin qarşılıqlı vəziyyətdə olmasıdır. 
Beynəlxalq  münasibətlərin  və  eləcə  də  xarici  siyasətin 
tədqiq  edilməsində  nəzəri  və  metodoloji  yanaşmalardan  geniş 
istifadə  edilir.  Bu  mənada  təbiət  və  sosial-humanitar  elmlərin 
roluna da üstünlük verilir. 
Bu  elmlər  içərisində  siyasi  psixologiya  mərkəzi 
yerlərdən birini tutur. Xarici siyasi qərar qəbul edilməsi prosesinin 
öyrənilməsi  üzı-ə  siyasi  psixologiyada  bir  neçə  yanaşma 
formalaşmışdır. 
Tarixən ilk tədqiqat Z.Freyd və onun ardıcıllarının psixi 
təhlil  metodologiyası  əsasında  aparılmışdır.  Amerikada  siyasi 
elmin  əsasını  qoyanlardan  biri  Q.Lassuel  bəzi  siyasi  liderlərin 
patoloji cəhətlərini öyrənməyə cəhd göstərmişdir. Daxili və xarici 
siyasət barədə qərar qəbul etdikdə onların davranışı, qərar qəbul 
etmə səbəbi öyrənilmişdir. Yenə də Amerika psixoloqu U.Lanqer 
kəşfiyyat xidmətinin tapşınğına əsasən A.Hit- lerin  şəxsiyyətini 
öyrənmək üçün xüsusi tədqiqat işi aparmalı olmuşdur. Bu nasist 
diktatorun tərcümeyi-halının öyrənilməsi əsasında onun anası və 
atası ilə münasibətləri, davranışı araşdırılmışdır. 
Z.Freyd 
in 
metodologiyasına  əsaslanaraq  hansı 
vəziyyətdə nə qərar qəbul edəcəyi barədə nəticə çıxarılmışdır. 
Amerika  siyasi  psixologiyasında  digər  istiqamətin 
nümayəndələri liderlərin şəxsi keyfiyyətinin onların qərar 
113 


qəbul etməsinə və ümumi vəziyyətinə təsirinə diqqəti artırmışlar. 
Onlar  belə  qərara  gəlirdilər  ki,  müəyyən  beynəlxalq  siyasi 
vəziyyətlərdə, xüsusilə böhranlar zamanı ayrı-ayrı liderlərin şəxsi 
keyfiyyəti  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  istiqamətdə  apanlan 
tədqiqatlarda  son  dövrlərdə  də  istifadə  edilən  operasional^ 
kodlaşdırma deyilən anlayışdan istifadə edilir. Bura ən ümumi 
formada  xarici  siyasi  strategiyanın  müəyyən  edilməsində  dövlət 
liderinin əsas  götürdüyü prinsiplər sistemi  daxil edilir. Eləcə də 
qərar  qəbul  edilməsində  lazım  olan  məhdudiyyətlərin  aradan 
qaldırılması da öz əksini tapmış olur. (Məsələn vəziyyət  barədə 
tam  informasiya  olmaması  kimi  cəhətlər).  Bu  sənəddə  siyasət, 
onun məqsədi, siyasi münaqişə barədə ümumi təsəvvürlər, onların 
həlli 
yolları, 
beynəlxalq 
siyasi 
proseslərin 
inkişaf 
qanunauyğunluqları öz əksini tapır. Eləcə də siyasi liderlərin şəxsi 
keyfiyyətləri,  onların  psixoloji  cəhətləri,  riskə  gedə  bilmək 
hazırlığı,  diqqətli  olmaq  qabiliyyəti,  cəsarətli  olub-olmaması  və 
digər keyfiyyətləri bura daxildir. 
Xarici  siyasət  üzrə  inam  sistemi  problemində  (bu 
operasional  kod  ilə  eyniləşdirilir)  A.Corc  iki  qrup  inamı 
fərqləndirir: 
Birinci qrup şərti olaraq fəlsəH inam adlanır, ikinci 
qrup isə instrumental inam adlanır. 
Fəlsəfi 
inam 
xarici  siyasətin  və  beynəlxalq 
münasibətlərin  əsl  təbiəti  barədə  inam  yaratmaq,  düşmən  qəbul 
edilməsi surəti, hər hansı bir xarici siyasi məqsəd barədə təsəvvür 
əldə etmək kimi cəhətləri özündə əks etdirir. 
instrumental  inama  görə  isə  siyasi  liderlərin  xarici 
siyasi məqsədə nail olmağa düzgün strategiya və taktika seçmələri 
daxildir. Amerika siyasi psixologiyasında son on 
Operasional kodlaşdırma - fəlsofədə istiqamət, təcrübə ilə praktikanın 
əlaqələndirilməsi, subyektiv cəhətlərin öyrənilməsi. 
114 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə