E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   32   33   34   35   36   37   38   39   ...   106

illiklərdə  ABŞ-ın  bəzi  prezidentlərinin  xarici  siyasi  qərar  qəbul 
etmələrinin xarici müəyyən cəhətləri tədqiq edilmişdir. 
Məsələn  Cimmi  Karter  və  Ronald  Reyqanm  şəxsi 
keyfiyyətləri  barədə  bəzi  mülahizələri  qeyd  etmək  olar.  C.Kar- 
terin  şəxsi  keyfiyyətlərini  araşdıran  siyasətçilər  və  psixoloqlar 
onun  çox  yüksək  intellektə,  fenomen  yaddaşa,  çox  yüksək 
işgüzarlıq  səviyyəsinə  malik  olduğunu  göstərmişlər.  Bütün  bu 
yüksək keyfı>
7
ətlərə malik olmasına baxmayaraq o, öz prezident 
vəzifəsinin öhdəsindən tam gələ bilməmişdir. 
Bəzi  xarici  siyasi  qərarlar  qəbul  edilməsində  ABŞ-m 
mənafeyinə zərər gətirən ciddi nöqsanlara yol verilmişdir. 
Siyasi psixoloqlar göstərirlər ki. Karter prezident olduğu 
dövrdə özünə inam hallarını çox şişirtmişdir. Bundan əlavə 
0
 çox 
çətinliklə  öz  fikrini  dəyişirdi  (hətta  onun  səhv  etməsi  aydın 
olduqda  belə).  Hətta  o,  prezidentliyə  gəldiyi  ilk  vaxtlardan 
mütəxəssislər  proqnoz  etmişdilər  ki,  o,  Amerikanın  xarici 
siyasətində  ciddi  problemlər  yarada  bilərdi.  Əslində  elə  də 
olmuşdur.  Onun  prezident  müddətinin  axırında  amerikalıların 
İraqda  girov  götürülməsi  və  Sovet  İttifaqı  ilə  qarşıdurmanın 
yeniləşməsi özünün göstərirdi. 
C.Karterdən fərqli olaraq Ronald Reyqan öz işgüzarlığı 
ilə  fərqlənirdi.  Prezident  seçilənədək  o,  beynəlxalq  siyasəti  çox 
zəif  bilirdi.  Dünya  görüşü  çox  dar  idi.  Hətta  o  fəxr  edirdi  ki, 
Bibliyadan  sonra  heç  bir  kitab  oxumayıbdır.  Buna  baxmayaraq 
ABŞ-m  tarixində  Reyqan  ən  yaxşı  prezidentlərdən  biri  hesab 
edilir. Onun dövründə Amerika iqtisadiyyatı böhranlardan çıxaraq 
başqa  sahələrdə  də,  xarici  siyasət  sahəsində  də  >niksək 
nailiyyətlər əldə edə bilmişdi. 
Məşhur  Amerika  siyasi  psixoloqu  Marqaret  Xermani 
göstərirdi  ki,  başqa  dövlətlərin  liderlərindən  fərqli  olaraq 
Reyqanda  yüksək  millətçilik  və  qarşıda  duran  vəzifəni  yerinə 
yetirməkdə  səfərbərlik  xarakterikdir.  Xermani  qeyd  edirdi  ki, 
Reyqanda “İmperiya yaratmaq” cəhəti çox güclüdür. Bütün bu 
kimi nailiyyətləri ona imkan yaratmışdır ki, hakimiyyəti öz 
115 


əlində  cəmləşdirərək  təkbaşına  daxili  və  xarici  siyasət  barədə 
qərarlar qəbul edə bilsin. 
Siyasi  psixologiyada  üçüncü  istiqamət  siyasi  liderlərin 
şəxsiyyətinin  modelləşdirilməsində  “davranış”  (ingiliscə  - 
bixeviorizm)  metodologiyasının  tətbiq  edilməsidir.  Burada 
“həvəs-hərəkət”  formulu  əsas  götürülür.  Məsələn  beynəlxalq 
münasibətlər  sahəsində  tanınmış  alim  Ceyis  Rozenau  xarici- 
siyasi qərar qəbul edilməsi prosesini üç fazaya ayırır. Birinci faza 
liderin  xarici-siyasi  qərara  olan  münasibəti  və  beynəlxalq 
vəziyyətə təsir etmək həvəsi ilə bağlıdır, ikinci faza qərarın yerinə 
yetirilməsi fazasıdır. Üçüncü fazada isə hər iki fazanın əks təsiri 
özünü göstərir. 
Xarici-siyasi qərar qəbul edilməsində şəxsiyyətdən ibarət 
lider surəti yaradılmasında digər bir istiqamət də mövcuddur. Bu 
sahədə  araşdırma  göstərirdi  ki,  xarici-siyasi  qərar  qəbul  edən 
siyasi lider aşağıdakı motivi əsas götürməlidir: 
Hakimiyyətə  gəlmək  tələbatı,  məqsədə  çatmaq  tələbatı, 
tərifə  olan  tələbat  (bəyənilmə)  və  s.  bu  tələbatlar  arasında  olan 
nisbət  xarici-siyasi  inamın  tipini  və  eləcə  də  siyasi  davramşm 
variantını müəyyən edir. 
3.
 
Diplomatiya və diplomatiya xidməti 
Xarici  siyasət  diplomatiya'  ilə  birbaşa  bağlıdır.  Bu 
qarşılıqlı  əlaqə  o  dərəcədə  vəhdət  halında  götürülür  ki,  bir  çox 
hallarda  onları  eyniləşdirirlər.  Buna  baxmayaraq  bu  anlayışlar 
arasında  fərq  də  vardır.  Diplomatiyanın  tərifi  və  yaxud  daxili 
məzmunu  barədə  fikirlər  müxtəlifliyi  mövcuddur.  Diplomatiya 
heç də xarici siyasətin özü olmayıb onun həyata keçirilməsinin 
metod və üsullarının məcmusundan ibarətdir. 
Diplomatiya - fransız sözüdür. Xarici ölkələrdə dövlət işi aparan səlahiyyətli 
adam 
116 


ingilis  alimi  və  diplomatı  Q.Nikolson  göstərirdi  ki, 
«diplomatiya» sözü bir neçə mənada işlədilir. Bəzən diplomatiya 
xarici siyasətin sinonimi kimi işlədilir. Digər mənada diplomatiya 
dedikdə danışıq aparılması nəzərdə tutulur. Diplomatiya anlayışı 
eyni .zamanda Xarici İşlər Nazirliklərinin xarici ölkələrlə olan 
əlaqələrini də özündə əks etdirir. 
Bu  anlayış  eyni  zamanda  beynəlxalq  danışıqlarda  yaxşı 
mənada danışıq qabiliyyəti, məharət,  zirəklik və s. cəhətləri, pis 
mənada isə naqislik, xislət və digər cəhətləri özündə əks etdirir. 
Q.Nikolson belə hesab edir ki, diplomatiya danışıqlar 
yolu  ilə  beynəlxalq  münasibətlərin  həyata  keçirilməsi 
metodudur.  Fransız  diplomatı  Qarden  (XIX  əsrin  birinci 
yarısı)  göstərirdi  ki,  diplomatiya  xarici  işlər  barədə  elmdir. 
Daha dəqiq desək diplomatiya danışıqlar və ya mahirlik (məharət) 
elmidir.  Diplomatiya  nümayəndəlik  funksiyası  yerinə  yetirir. 
Diplomatiya  münasibətləri  (siyasi,  iqtisadi,  və  digər 
münasibətləri həyata keçirməklə) dövlətlərarası münasibətlərin bir 
forması  hesab  olunur.  Hər  bir  gərgin  vəziyyətdə  belə 
dövlətlərarası  əlaqələr  saxlanılmasına  diplomatik  protokollar 
köməklik  edir.  Deməli  diplomatiya  hər  bir  dövlətin  mənafeyini 
ifadə  edən damşıqlar vasitəsi  ilə  xarici  siyasəti  həyata  keçirən 
rəsmi  fəaliyyətdir.  Diplomatiyanın  məqsədi  razılıq  əldə 
etməkdir. Deməli, razılıq əldə edilməyən yerdə diplomatiya daha 
münasibdir.  Diplomatiya  elə  bir  metoddur  ki,  beynəlxalq 
münasibətlər onun vasitəsilə tənzimlənir. Diplomatların fəaliyyəti 
dövlətin siyasəti ilə məhdudlaşır. Onlar xarici siyasət barədə olan 
qərarları istədiyi kimi əyişə bilməzlər. Odur ki, hər bir diplomatın 
uğuru onun şəxsi keyfiyyəti ilə yanaşı, təmsil etdiyi dövlətin xarici 
siyasətinin  məzmunundan da asılıdır. Dövlətin xarici  siyasətinin 
səmərəliliyində onun qüdrətli dövlət olub-olmaması, güc amili də 
mühüm  rol  oynayır.  Tarixi  baxışdan  yanaşdıqda  məlum  olur  ki, 
müxtəlif  diplomatik  vasitələrdən  istifadə  edilmişdir.  Bəzi 
dövlətlər diplomatiyaya 
117 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə