E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   35   36   37   38   39   40   41   42   ...   106

ləşməyə üstünlük verilirdi. Yaxın qonşuluqda olan bəzi dövlətlər 
isə sülh yaranmasına ümid edirdilər. 
Avropadaxili  qarşıdurmada  güclü  müttəfiq  kimi  Por- 
tudan^  istifadə  etməyə  səy  göstərilirdi  (Məsələn,  1536-cı  ildə  I 
Süleyman  ilə  Fransa  kralı  I  Fransisko  arasında  olan  müqavilə). 
Yeni dövrün beynəlxalq həyatında siyasi tarazlıq sistemi də böyük 
əhəmiyyət kəsb edirdi. Bu mənada böyük dövlətlər arasında olan 
ziddiyyətlər nəzərdə tutulurdu. Bu böyük dövlətlər də orta və kiçik 
dövlətləri  öz  ətrafında  birləşdirməyi  əsas  götürürdü.  Beləliklə, 
diplomatik  və  hərbi  münaqişələr  kifayət  qədər  böyük  və  kiçik 
dövlətləri özünə cəlb edirdi. Özlüyündə  münaqişələr isə ümumi 
Avropa xarakteri alırdı. İttifaq xarakterli birləşmələr bir dövlətin 
başqa  dövlətlər  hesabına  çox  güclənməsinə  imkan  verməməyə 
çalışırdı.  Hər  halda  həmin  dövrdə  beynəlxalq  problemlərin 
həllində  müharibə  əsas  vasitə  olaraq  qalırdı.  Hərbi 
əməliyyatların  miqyası  genişlənirdi.  Bu  isə  əsasən  muzdlu 
hərbçilər  hesabına  formalaşan  daimi  ordu  yaradılmasına  olan 
zərurəti artırırdı. Mərkəzləşdirilmiş dövlətlərdə isə əsgəri çağırış 
metodu tətbiq edilməyə başlanırdı. Beynəlxalq mədəni - iqtisadi 
bağlaşmalar  və  eləcə  də  hərbi  -  siyasi  münaqişələr  kimi 
qloballaşma  prosesi  dəniz  limanlannm  rolunun  artmasına  səbəb 
olurdu.  Dövlət  mənafelərinin  təmin  edilməsində  və  ticarətin 
quldurlardan  qorunmasında  bu  amilin  rolu  artırdı.  Daha  sürətli, 
çox  yük-  götürən,  ağır  silahlarla  silahlanan  yeni  növ  gəmilər 
meydana gəlirdi. 
İtaliya, 
İspaniya, 
Portuqaliya, 
İngiltərə 
və 
Skandinaviya ilə yanaşı. Birləşmiş Əyalətlər Respublikasında 
da 
gəmiqayırma sürətlə inkişaf etdirilirdi. Artıq XVII əsrin ortalarına 
hollandlar  və  zelandiyalılar  bu  sahədə  liderlik  səviyyəsinə 
yüksəlmişlər.  Həmin  dövrdə  mövcud  olan  ziddiyyətləri  məntiqi 
ardıcıllıqla  araşdırsaq,  demək  olar  ki,  əvvəl  Franko  -  Habsburq 
ziddiyyəti diqqəti cəlb edir (İspan və Avstriya 
' Portu -(Osmanlı imeriyası nəzərdə tutulur) 
125 


Habsburqları  nəzərdə  tutulur).  XVI  əsi’in  birinci  yarısında  bu 
qarşıdurma açıq silahlı mübarizə fonnası almışdır. 1494 - 1559-cu 
illərdəki  İtaliya  müharibəsi  bu  dövrün  əsas  hərbi  münaqişəsi 
olmuşdur. 
Müstəmləkəçilik  soyğunçuluğu  uğrunda  İspaniya  ilə 
İngiltərə  arasında  yaranan  ziddiyyətlər  də  az  əhəmiyyət  kəsb 
etmirdi. Bu ziddiyyətlər XVI əsrin axırlarında ingilislərlə ispanlar 
arasında elan edilməmiş dəniz müharibəsinə səbəb olmuşdur. 
Beynəlxalq  ziddiyyətlərdə  növbəti  -  üçüncü  düyün 
nöqtəsi şimal dəniz yollanmn ələ keçirilməsi idi (Şimal dənizi və 
Baltik  dənizi  nəzərdə  tutulur).  Burada  İsveç,  Danimarka, 
Almaniyanın şimal şəhərləri, Birləşmiş Əyalətlər Respublikası, 
Polşa və Moskva dövlətləri arasındakı ziddiyətlər nəzərdə tutulur. 
Niderland  ilə  İspaniya  arasındakı  ziddiyyətlər  də  əks  -  səda 
yaratmışdır. 
İlk müstəmləkə imperiyaları olan Portuqaliya ilə İspaniya 
ai'alarmda  da  ziddiyyətlər,  çəkişmələr  ara  vermirdi.  Fransa  və 
İngiltərə arasında da çəkişmələr (mövqe və müstəmləkə uğrunda) 
mövcud  idi.  Qeyd  etməliyik  ki,  göstərdiyimiz  beynəlxalq 
münaqişələrin  heç biri  XVI  əsrdə  tam həll edilə bilinməmişdir. 
Bu münaqişələr demək olar ki, XVII əsrdə də mövcud olmuş və 
həmin  yüzilliyin  siyasətinin  əsas istiqamətini müəyyən etmişdir. 
Bütün bunlar nəticə etibarı ilə beynəlxalq aləmdə məlum olan 30 
(1618 - 1648) illik müharibənin başlanmasına səbəb olmuşdur. 
Bütün  bunlarla  yanaşı,  erkən  yeni  dövrdə  siyasi 
mədəniyyətin  əsası  yaranmışdır.  Diplomatiya  daha  böyük  rol 
oynamağa 
başlayırdı. 
Diplomatik 
qulluğun 
yaranması, 
təkmilləşdirilməsi baş verirdi. Daimi səfirlik sistemi yaranırdı. 
Diplomatik protokol formaları işlənib hazırlanmış və beynəlxalq 
hüquqda səfir toxunulmazlığı barədə təlim yaradılmışdır. 
126 


II
 
Fəsil. 
OTUZİLLİK MÜHARİBƏ VƏ 
VEST^FAL SÜLHÜ 
XVII  əsrdə  baş  verən  irimiqyaslı  müharibələrdən  biri  də 
1618-1648-ci  illərdə  gedən  30  illik  müharibə  olmuşdur.  Bu 
müharibə ümumi Avropa miqyaslı bir müharibə idi. Belə çoxillik 
müharibələr  demək  olar  ki,  bütün  Avropa  dövlətlərinin  xarici 
siyasi  mənafelərinin  müəyyən  edilməsində  həlledici  rol 
oynamışdır. 
Bu  otuzillik  müharibədə  Avropanın  siyasi  inkişafında  iki 
xətt özünü biruzə verirdi. Birinci inkişaf xətti orta əsrlərin siyasi 
adət  -  ənənəsinə  əsaslanırdı.  Ümumavropa  vahid  xristian 
monarxiyası  yaratmağa  üstünlük  verilirdi.  Burada  «dövlət»  və 
«milli mənafe» anlayışları nəzərə alınmırdı. Bu xətt Avstriya və 
İspan Habsburqlarının siyasətini  əks  etdirirdi.  Bu Habs- burqlar 
sülaləsi Avropa miqyasında Katolik siyasətinə rəhbərlik edirdi. 
Avropanın  siyasi  inkişafının  ikinci  istiqamətində  əsas 
prinsip  İngiltərə,  Fransa,  Hollandiya  və  İsveç  tərəfindən 
müəyyən  edilirdi.  Bu  xətt  milli  zəmində  güclü  dövlət 
yaradılmasını nəzərdə tutuıdu. Bu dövlətlərdə (Fransadan başqa) 
protestant 
dini  üstünlük  təşkil  edirdi.  Bu  ölkələrin 
iqtisadiyyatında da kapitalist təsərrüfatçılığı daha geniş idi. 
Otuzillik  müharibənin  başlanmasından  əvvəl  Almaniyada 
daxili  ziddiyyətlər  kəskinləşmişdi.  1608  -  1609-cu  illərdə  dim 
əsasda  Alman  knyazlarının  iki  hərbi  siyasi  ittifaqı  meydana 
gəlmişdi. 
Bunların  hər  ikisi  xaricdən  kömək  alırdı.  Odur  ki, 
Almaniyada  baş  verən  hər  bir  hərbi  münaqişə  dövlətlərarası 
münasibətləri  kəskinləşdirə  bilərdi.  Beləliklə,  Almaniya  hərbi 
ziddiyyətlərin  mərkəzi  meydanına  çevrilirdi.  Qərbi  Avropanın 
siyasi  həyatında  olan  əsas  qarşıdurmalar  Fransa  ilə  İspan  və 
Avstriya Habsburqlan arasında yaranan münaqişələrdən ibarət 
127 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə