E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   2   3   4   5   6   7   8   9   ...   106

Yəni dövlətlərarası münaqişələr, mübahisələr, çəkişmələr 
yüz illər bundan əvvəllər də olmuşdur, hazırda da mövcuddur. 
3.
 
Beynəlxalq 
münasibətlərin 
öyrənilməsi metodu 
Qeyd etməliyik ki, metod problemi hər bir elmin ən əsas 
problemlərindən  biridir.  Burada  hər  bir  obyektin  necə 
öyrənilməsi,  hansı  üsullardan  və  vasitələrdən  istifadə  edilməsi, 
praktiki  fəaliyyətə  tətbiq  edilməsi  və  s.  kimi  məsələlər  nəzərdə 
tutulur. 
İnsan  öz  nəzəri  və  əməli  işində  şüurlu  fəaliyyətə 
başlamazdan  əvvəl  mövcud  şəraiti  hərtərəfli  təhlil  edir  və  öz 
qarşısına  müəyyən  məqsədlər  qoyur.  Onları  həyata  keçirməyin 
optimal  yollarım  müəyyənləşdirir.  İnsan  fəaliyyətinin  gedişində 
istifadə  edilən  müəyyən  üsullar  getdikcə  müvafiq  qaydalar, 
prinsiplər,  normalar  şəklində  ümumiləşdirilir  və  metodlara 
çevrilir. 
Yunan  dilində  metod  «harasa  aparan  yoI»  mənasını 
verir.  Metod  dərketmə  prosesinin  üsuludur.  O,  hər  hansı  bir 
elmin predmetinin öyrənilməsi üsuludur. Metod elmi biliyin əldə 
edilməsinin  və  onun  praktikada  tətbiq  edilməsinin  yollarını 
göstərir. Aydındır ki,  hər  bir tətbiq  edilən metodun özü də elmi 
cəhətdən  işlənib  hazırlanmalıdır.  BMN-nin  xüsusi  tədqiqat 
metodları  yoxdur.  O,  həm  ümumi  elmi  metodlardan,  həm  də 
konkret  elmlərdə  tətbiq  edilən  metodlardan  istifadə  edir.  Bu 
metodlar  «Beynəlxalq  münasibətlər  nəzəriyyəsi))  fənninin 
predmetinin  dərindən  öyrənilməsinə  və  dərk  olunmasına  kömək 
edir. 
Elmi  ədəbiyyatların  bir  çoxunda  metodu  insanın 
məqsədəuyğun  idrakı  və  praktiki  fəaliyyətinin  üsulu  kimi 
xarakterizə edirlər. 
Bolqar filosofu, akademik T.Pavlov metodu təfəkkürün 
daxili hərəkət qanunauyğunluğu, təfəkkürün qanun və 
13 


kateqoriyalarından  şüurlu  və  səmərəli  istifadə  edilməsi  kimi 
səciyyələndirirdi.  0  yazırdı  ki,  metod  insan  qavrayışlarının, 
təsəvvürlərinin, anlayışlarının, kateqoriyalarının, nəzəriyyələrinin 
qanunauyğun hərəkəti, subyektiv dialektikanm qanunudur. 
Metod 

məqsədə  çatmaq,  gerçəkliyin  dərk 
olunmasına  və  onun  praktiki  surətdə  dəyişdirilməsinə  nail 
olmaq  üçün  istifadə  olunan  müəyyən  üsullarla  insanların 
nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsip və 
qaydaların məcmusudur. 
Metod fəaliyyət üsulu olmaqla yanaşı, həm də biliyin 
xüsusi bir formasıdır. Metod müəyyən biliklər əsasında yaranır. 
Onun təşəkkülü və formalaşması bir proses olub insanın idrakı və 
praktiki  fəaliyyətinə  əsaslanır.  Metod  elmi  tədqiqatın 
praktikasına doğru istiqamətləndirilmiş nəzəriyyədir. 
Beləliklə,  metod  və  nəzərijyə  ayrılıqda  deyil,  birlikdə 
fonnalaşıb inkişaf edir. Hər bir elmin predmeti onun metodu ilə 
vəhdət təşkil edir. Belə ki, hər bir elmin tədqiqat və şərh metodunu 
dərindən bilmədən onun predmetini bir sistem halında öyrənmək, 
qanunauyğunluqları və ziddiyyətləri aşkara çıxarmaq olmaz. 
Məşhur ingilis filosofu F.Bekon  (1564 - 1626) düzgün 
tədqiqat metodunun roluna böyük əhəmiyyət verərək göstərirdi ki, 
metod yolçunun yolunu işıqlandıran bir fanardır. 
Hər  bir  araşdırma  metodologiyanın  ən  ümumi  dialektik 
prinsiplərinə  əsaslanır.  Bu  prinsiplər  bunlardır:  obyektivlik, 
sistemlik, ardıcıllıq, tarixilik, ziddiyyətlilik, inkar etmək, qarşılıqlı 
əlaqə  və  qarşılıqlı  təsir,  nisbi  sabitlik,  varislik,  zərurətin  qarşısı 
alınmazlığı, idrakın mücərrəddən konkretə, sadədən mürəklcəbə, 
asandan  çətinə,  adidən aliyə  yüksəlməsi  və s. Metodoloji tələbə 
görə:  bilik  əldə  etmə  prosesində  hissə-hissə  qarışıq  təsəvvürlər 
mücərrəd  təfəkk:ürdən  keçir,  saf-çürük  edilir,  aydınlaşır, 
konkretləşir, həqiqi bilik əldə olunur. 
14 


Beynəlxalq  münasibətlərin  daha  dərindən  öyrənilməsi 
nəzəri,  sosioloji,  tarixi  və  digər  yanaşmalar  hərtərəfli 
əlaqələndirilir.  Bununla  yanaşı,  praktiki  baxımdan  faktların 
öyrənilməsi,  mövcud  vəziyyətin  öyrənilməsi,  hadisələrin 
təkamül inkişafının proqnozlaşdırılması, hadisələrə müəyyən 
təsir  etməyin  mümkünlüyü  barədə  qərar  hazırlanması  və 
nəhayət qərar qəbul edilməsi də nəzərdə tutulur. 
Başqa  ictimai  elmlərin  öyrənilməsində  tətbiq  edilən  bir 
çox metodlar “Beynəlxalq münasibətlər’Mn araşdınimasmda da 
əsas götürülür. Bununla yanaşı ayrı-ayrı ölkələr çərçivəsində baş 
verən  siyasi  proseslər  dünya  miqyaslı  siyasi  proseslərdən 
fərqləndiyi  üçün  burada  qismən  daha  xüsusi  növ,  əlahiddə 
metodoloji  yanaşmalar  tələb  olunur.  Hər  halda  dünya 
siyasətinin  və  beynəlxalq  münasibətlərin  tədqiq  edilməsində 
nisbətən daha geniş istifadə edilən metodlardan aşağıdakıları qeyd 
etmək olar: 
1.
 
Hadisələrin  təhlili  metodu.  Burada  ilkin  empirik 
materiallar sistemləşdirilib təhlil edilir. Bıma “Texniki tədqiqat” 
da  deyirlər.  Hazırda  bu  cür  yanaşmalar  yüzlərlədir.  Ən  sadə 
müşahidədən  tutmuş  məlumatlar  bankının  formalaş-  masmadək 
yanaşma formaları mövcuddur. 
2,
 
Müşahidə  metodu  (seyr  etmək,  nəzarət  etmək). 
Subyekt,  obyekt  və  müşahidə  vasitəsi  bu  yanaşmanın  əsas 
elementləri  hesab  edilir.  Beynəlxalq  aləmdə  olan  hadisəni 
görürük,  öz  təfəkkürümüz  səviyyəsində  qiymətləndiririk.  Bu 
hadisələr texniki vasitələrin köməkliyi ilə də qiymətləndirilə bilər. 
Buna  alətlər  müşahidəsi  deyilir.  Məsələn  dövlət  başçılarının 
görüşünü,  beynəlxalq  konfransları,  beynəlxalq  münaqişələri, 
beynəlxalq  təşkilatların  fəaliyyətini,  onların  tənzimlənməsini 
videoyazılarda, televiziya verilişlərində də müşahidə etmək olar. 
Burada qoşulma - iştirakçı müşahidə növü  
fərqləndirilir. Yəni hər hansı bir hadisədə iştirak etmiş şəxsin 
15 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə