E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   38   39   40   41   42   43   44   45   ...   106

vətəndaş müharibəsi, Stüartların bərpası (1660) və s. Problemlərə 
məruz  qalmışdır.  II  Kari  və  onu  taxtda  əvəz  edən  II  Yakov 
mütləqiyyəti yeniləşdirməyə çalışırdı. Odur ki, Fransanın maliyyə 
yardımından  asılı  vəziyyətə  düşmüşdü.  Bu  isə  onun  xarici 
siyasətində dinamiq olmağı çətinləşdirirdi. 
İngiltərədə  kapitalist  təsərrüfat  forması  bərqərar  olurdu. 
Bu  burjuaziya  dövlətçiliyinin  ilk  mərhələləri  hesab  edilirdi. 
Qanunçuluqda  və  xarici  siyasətdə  burjuaziyanın  mənafeyi 
üstünlük  təşkil  edirdi.  Dövlətin  xarici  siyasət  xətti  o  qədər  də 
təkmil  deyildi.  1688-ci  il  inqilabından  sonra  İngiltərənin  xarici 
siyasətinə bir aydınlıq gəlmişdir. O vaxtdan Hollandiyanın başçısı 
Vilhelm  III  Oran  İngiltərənin  kralı  olmuş,  Fransa  ilə  olan 
ziddiyyətlər  isə  ön  plana  çəkilmişdir.  Yüzilliyin  axırlarına 
Hollandiya  ilə  mübarizədə  İngiltərənin  üstünlüyü  özünü  açıq- 
aşkar  büruzə  verirdi.  Şimali  Amerikada,  Hindistanda,  Atlantik 
adalarında  və  Afrikada  geniş  müstəmləkə  ərazisinə  sahib 
olmuşdu. 
Vestfal sülh müqaviləsindən sonra Avropada beynəlxalq 
münasibətlər  sistemi  siyasi  tarazlıq  prinsipinə  əsaslanmalı  idi. 
Lakin  bu  prinsip  Fransa  tərəfindən  pozulurdu.  Ona  görə  də  öz 
müstəqilliyini  saxlamağa  çalışan  əksər  dövlətlər  Fransaya  qarşı 
ittifaq yaradırdılar. Burada da Hollandiya daha fəal rol oynayırdı. 
XVII
 
əsrin ikinci yarısı ilə XVIII əsrin əvvəllərinə 
Fransanın  hərbi-siyasi  genişlənmə  planı  dörd  müharibəyə  səbəb 
olmuşdur. 1667-1668-ci illərdə olan ilk müharibədə məqsəd ispan 
Niderlandının Fransaya birləşdirilməsi idi. Hollandiya, İngiltərə 
və İsveç arasında Fransya qarşı üçlük ittifaqı yaranmışdı. İsveç 
Vestfal sülh müqaviləsinin təminatçısı kimi çıxış edirdi. Belə bir 
şəraitdə XIV Lüdovik müharibəni dayandırmalı olmuşdur. 
İkinci  müharibə  1672-1679-cu illəri  əhatə edir. Fransa 
kralı XIV Lüdovik Hollandiyaya qarşı hücuma keçmişdi. İngiltərə 
və İspaniya da Hollandiyaya köməklik gö.stərirdilər. 
134 


Nəhayət  1679-cu  ildə  Nimvehen  sülh  müqaviləsi  bağlanmışdır. 
Bu müqaviləyə əsasən  Fransa  Hollandiya  ərazilərini azad etmiş, 
onun müqabilində isə İspaniyadan, Cənubi Niderlanddan müəyyən 
ərazilər almışdır. Bu ilk beynəlxalq  müqavilə idi ki,  sənədləşmə 
latınca deyil, fransız yazısı ilə aparılmışdır. Bu müqavilə Fransa 
üçün  sərfəli  olmuşdur.  Belə  şəraitdə  Versal  Almaniyanın 
zəifliyindən  istifadə  edərək  özbaşına  olaraq  Almaniyanın  bəzi 
torpaqlarım 
öz  torpağına  birləşdirirdi.  Fransaya  bəraət 
qazandırmaq  üçün  xüsusi  “Birləşdirmə  Palatası”  təsis 
edilmişdir. Beləliklə, 1681-ci ildə Strasburq ələ keçirilmişdi. 
Üçüncü müharibə 1688-1697-ci illəri əhatə edir. XIV 
Lüdovikin  bu  üçüncü  müharibəsi,  demək  olar  ki,  ümumavropa 
müharibəsinə çevrilmişdir. Həm quruda və həm də dənizdə 10 il 
müharibə  getmişdir.  Hərbi  döyüşlər  Alman,  Niderland,  İtaliya, 
İspaniya  torpaqlarında  gedirdi.  Burada  Fransa  məğlub  olmuş, 
1697-ci ildə sülh müqaviləsi bağlanmışdı. 
İspaniya kralı II Kari (1700-cü il) öldükdən sonra XIV 
Lüdovikin nəvəsi V Filipp Kral elan edildi. Bu vaxt XIV Lüdovik 
öz ordusunu İspaniyaya göndərmişdir. O, öz nəvəsi adından özü 
İspaniyanı və müstəmləkələri idarə etmək fikrində idi. Bu isə bir 
çox  Avropa  dövlətlərini  qıcıqlandırmışdır.  Odur  ki,  geniş  ittifaq 
yaratmalı olmuşlar. 
XIV  Lüdovikin  dördüncü  müharibəsi  başlamışdı.  Bu 
müharibə  İspan  vərəsəliyi  uğrunda  gedən  müharibə  idi.  Bu 
müharibə  1701-1713-cü  illəri  əhatə  edirdi.  Müharibədə,  demək 
olar  ki,  bütün  Qərbi  Avropa  iştirak  edirdi.  Həmin  vaxtlar  - 
1700-1721-ci  illərdə  Şimal  müharibəsi  də  gedirdi  (Şimali  və 
Cənubi Avropa arasında gedirdi). 
İspaniya vərəsəliyi uğrunda müharibə Almaniya, Fransa, 
İtaliya  və  İspaniya  arasında  gedirdi.  Fransa  məğlub  olmuş  və 
sülh  istəmişdir.  Beləliklə,  1713-1715-ci  illərdə  Utrextdə  sülh 
konqresi keçirilmişdir. Konqresdə Fransa, İngiltərə, Hol 
135 


landiya,  Savoyya,  Portuqaliya,  Venesiya,  Papa  vilayətləri, 
İspaniya və digər dövlətlər iştirak etmişlər. 
Müharibənin  qurtarması  barədə  olan  bu  Utrext  sülh 
müqaviləsində İspaniyanın vərəsəliyi barədə bir neçə müqavilənin 
şərtləri də yad edilmişdir. 
Alman  imperatoru  VI  Kari  üçün  Utrext  müqaviləsinin 
şərtləri o qədər də sərfəli deyildi. Odur ki, öz diplomatlarını geri 
çağırmışdır.  Sonra  o,  1714-cü  ildə  ayrılıqda  Fransa  ilə  Raştatt 
sülh  müqaviləsi bağlamışdır.  İspaniya 1713-cü ildə  İngiltərə  və 
Hollandiya  ilə,  1715-ci  ildə  Portuqaliya  ilə  müqavilə 
bağlamışdır.  Beləliklə,  Avropada  Fransanın  siyasi  liderliyinin 
sonu çatmışdı. 1680-cı illərin ortalarına Qərbi Avropanın tarixində 
“Fransa erası” qurtarmışdı. Qüvvələr balansı dövrü başlanmışdır. 
XVII  əsrin  ikinci yarısında Şimali və Cənubi Avropada 
beynəlxalq  münasibətlərin  taıixində  İsveçə  üstünlük  verilirdi. 
Lakin  sonralar  çox keçmədən  İsveç  əleyhinə də qüwələr  artırdı. 
Rusiya çarı I Pyotr (1682-1725) Polşa kralı ilə, Danimarka kralı 
IV  Fridrix  (1699-1730)  və  digər  qüvvələrlə  “Şimal  müqaviləsi” 
bağlanmışdır.  1700-cü  ildə  Rusiya  Türkiyə  ilə  sülh  müqaviləsi 
bağlamışdır.  Bundan  sonra  İsveçlə  müharibəyə  girişmək  imkanı 
əldə etmişdir. 
1721-ci  ildə  Rusiya  ilə  İsveç  arasında  Niştdat  sülh 
müqaviləsi  bağlanmışdır.  Beləliklə,  Şimal  müharibəsi  Avropada 
qüwələr  nisbətində  dəyişiklik  yaratmışdır.  İsveç  birdəfəlik 
böyük-güclü dövlət statusunu itirmişdir. 
136 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə