E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə45/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   41   42   43   44   45   46   47   48   ...   106

yardım etmişdir. Lakin amerikalılarla müttəfiq olmaqdan imtina 
etmişlər. 
I777-Cİ  ilin  axırlarında  Vaşinqtonun  rəhbərliyi  altında 
ordu  böyük  üstünlük  əldə  etmişdir.  Bu  vaxt  ingilis-amerika 
danışıqları  başlanırdı.  Odur  ki,  Franklin  vəziyyətdən  istifadə 
edərək XVI Lüdoviki ABŞ ilə müttəfiq olmağa inandırırdı. 
1778-
 
ci  ildə  fevral  ayının  6-da  Franklin  Fransa  ilə  iki 
müqaviləyə  imza  etdi-ticarət  və  müttəfiqlik  barədə.  Bu  amerika 
diplomatiyası üçün çox böyük nailiyyət idi. Müttəfiqlik barədəki 
müqavilə  o  demək  idi  ki,  Fransa  neytrallıq  siyasətindən  imtina 
edərək  İngiltərəyə  qarşı  müharibəyə  qoşulmalıdır.  İspaniya  da 
Fransaya qoşulmuşdu, (Şimali Amerikadakı və Avropada itirilmiş 
ərazilərini  qaytarmaq  ümidi  ilə)  müqavilədə  Birləşmiş  Ştatlar 
suveren və bərabər hüquqlu ölkə kimi tanınmışdır. 
Fransa  onun  müstəqiliyinin  təminatçısı  olmağı  öz 
öhdəsinə  götürmüşdür.  Amerika  da  Fransanın  buradakı  sahib 
olmuş ərazilərinin toxunulmazlığına təminat vermişdir. İspaniya 
da itirilmiş Floridaya sahib olmuşdur. 1781-ci ildə Vaşinqtonun 
komandanlığı  ilə  birləşmiş  ordunun  gücü  ilə  hərbi  hərəkatda 
güclü  çevriliş  yaranmışdır.  Bu  isə  İngiltərəni  sülh  bağlamağa 
məcbur etmişdir. 1782-ci ildə Parisdə sülh danışıqları hazırlanırdı. 
1783-cü  ildə  Versalda  müqavilə  bağlanmış,  ABŞ-ın  müstəqillik 
uğrundakı  İngiltərə  üzərindəki  qələbəsi  müqavilə  ilə  təsdiq 
edilmişdi. 
Müqavilədə 
ABŞ-ın 
sərhədləri 
də 
müəyyənləşdirilmişdi. 
ABŞ-m müttəfiqləri ilə münasibətdə - İngiltərə Afrikada 
Seneqalı  qaytardı,  Vest-İndiyada  Tobaqonu  Fransaya  güzəştə 
getdi. Flər iki ölkə Hindistandakı əraziləri bir-birinə qaytardılar. 
Kanada  ingilis  müstəmləkəçiliyində  qaldı.  Florida  və  Aralıq 
dənizində Menorka adası İspaniyada qaldı. Siyasi ədəbiyyatlarda 
ABŞ-ın  müstəqilliyi  uğmndakı  mübarizəsinə  Avropanın  hərbi, 
maliyyə və maddi köməkliyindən çox bəhs edilir. Doğrudan da, 
məsələn 1779-cu ildə Fransa ilə İspa 
!44 


niyanın  İngiltərəyə  qarşı  mübarizəsi,  La-Manşla,  İrlandiya  və 
Hindistan  sahillərində  hərbi  əməliyyat  aparmalan,  Rusiyamn  və 
digər  Avropa  dövlətlərinin  hərbi  neytral  vəziyyətdə  olması 
İngiltərə  üzərində  qələbə  çalmağa  az  köməklik  etməmişdir. 
Aydındır ki, Amerika inqilabının qalib gəlməsi böyük beynəlxalq 
nəticələr doğurmuşdur. Beynəlxalq münasibətlərin  keyfiyyətcə 
yeni  subyekti  meydana  gəlmişdir.  Müstəmləkə  xalqlarının  milli 
azadlıqları uğrundakı mübarizələrinə inam oyatmışlar. 
145 


VI
 
Fəsil. 
XVIII-XIX ƏSRLƏRDƏ AVROPADA 
BEYNƏLXALQ VƏZİYYƏT 
XVIll  əsrin  axırlarında  Avropada  ən  əsas  hadisələrdən 
biri  Fransa  inqilabı  olmuşdur.  Bu  hadisə  istər  Avropada  və 
istərsə də dünya miqyasında beynəlxalq münasibətlərin ümumi 
vəziyyətinə və inkişafına güclü təsir etmişdir. Həm də bu hadisə 
Avropa dövlətləri arasında olan qarşıdurmaları müəyyən mənada 
geri atmış olmuşdu. Rusiya imperatoru II Yekatirina öz çıxışında 
göstərirdi  ki,  Fransada  Monarxiya  hakimiyyətinin  zəifləməsi 
bütün  digər  monarxiya  dövlətləri  üçün  də  təhlükə  törədə  bilər. 
Fransada inqilab istər-istəməz onu zəiflətmişdi. Bəzi dövlətlərin 
əlinə imkan düşmüşdü. 
Fransa  əleyhinə  ittifaq  yaradılması.  Fransa  İngiltərə, 
Prussiya və Rusiyanın diqqət mərkəzində idi. İngiltərə açıq- aşkar 
Fransa ilə müharibəyə hazırlaşırdı. 
Rusiyanın  güclənməsinə  imkan  verməmək  üçün  onu  da 
müharibəyə cəlb etmək istəyirdi. Odur ki, bu məsələ üzrə Rusiya 
ilə müttəfiqlik əldə etmək istəyirdi. Lakin bu plan baş tutmamışdı. 
Belə  olduqda  İngiltərə  Prussiya  ilə  Hollandiyaya  təsir  etməyi 
qərara  almışdı.  İngiltərə  Fransa  ətrafında  dövlətlər  bloku 
yaratmaq istəyirdi. Bununla da guya inqilabın yayılmasına imkan 
vermirdilər. O vaxt artıq inqilab Belçikaya da daxil olmuşdu. Hər 
halda  inqilab  qorxusu  digər  dövlətlərin  birgə  fəaliyyət  planı 
hazırlamasını  tələb  edirdi.  Beləcə,  onların  siyasi  və  diplomatik 
yaxınlaşması  baş  verirdi.  Avstriyada  da  monarxiyanın  yaşaması 
təhlükəsi  özünü  göstərirdi.  Odur  ki,  Avstriya  Türkiyəyə  olan 
diqqəti  azaltmış,  Avropada  vəziy>'ətin  sabitləşməsinə  diqqəti 
artırmışdır. 
Bu  vaxt  Prussiya  da  Avstriyanın  zəifləməsi  üçün 
müəyyən  praktiki  addımlar  atırdı.  Avstriyalılar  istəyirdilər  ki. 
Polşadan Dansik və Torna şəhərləri onlara birləşdirilsin. Bu Visla 
çayı rayonunda Prussiyanın mövqeyini gücləndirə 
146 


bilərdi.  Prussiyanın  bütün  hərəkətləri  Londonda  izlənirdi. 
Prussiyanın Avstriya ilə müharibəyə girişməsi xəbərini bilən kimi, 
İngiltərə  ona  köməklik  etməyəcəyini  bildirmişdi  (o  istəyirdi  ki, 
Prussiya  zəifləsin)  İngilis  diplomatı  U.Pit  istəyirdi  ki,  Avropa 
məsələlərində İngiltərə əsas rol oynasın. 
1790-cı  ilin  iyul  ayında  Reyxenbaxda  Prussiya  ilə 
Avstriya  arasında  müharibə  olmaması  barədə  müqavilə 
bağlanmışdı.  Avstriya  Türkiyə  torpaqları  hesabına  öz  ərazisini 
genişləndirməkdən imtina etmişdi. Açıqlığı ilə qeyd etmək olar ki, 
məhz  Reyxenbax  müqaviləsi  ilə  U.Pit  Fransaya  qarşı  ittifaqın 
başlanğıcım  qoymuş  oldu.  İngilis  diplomatiyasının  yaxından 
köməkliyi  ilə  1792-cü  ilin  fevral  ayında  Prussiya  ilə  Avstriya 
arasında bəyannamə imzalanmışdı. Onlar belə qərara gəlmişlər ki, 
hərbi müdaxilə ilə Fransada monarxiyanı tam bərpa edə bilərlər. 
İngiltərə  Fransa  əleyhinə  ittifaqın  genişlənməsinə  daha  çox 
diplomatik səy göstərirdi. 
1793-cü ilin yazına İngiltərə, Rusiya, Avstriya, Prussiya, 
İspaniya, Hollandiya və digər dövlətlər ittifaqda təmsil olunurdu. 
Beləliklə,  Avropa  dövlətlərinin  ordusu  Fransa  ərazisinə  daxil 
olmuşlar. Aydındır ki, hər bir dövlətin özünün xüsusi məqsədi  - 
tələbi vardır. 1793-cü ilin may-iyun aylarında Fransada vəziyyət 
çox gərgin idi. 
1793-cü il iyun ayının 24-də Fransanın milli məclisi yeni 
konstitusiya  qəbul  edərək  diplomatiyanın  əsas  prinsiplərini 
müəyyənləşdirirdi.  Konstitutsiyada  göstərilirdi  ki,  Fransa  xalqı 
bütün  azad  xalqların  təbii  dostu  və  müttəfiqidir.  O  başqa 
millətlərin hökumət işlərinə qarışmayın Başqa millətlərin də onun 
işinə  qarışmasına  dözməyir.  Fransanın  ərazisini  zəbt  edən  hər 
hansı  düşmənlə  sülh  bağlamaq  olmaz.  Fransada  yaradılmış 
«İctimai  xilasetmə  komitəsi»  müxtəlif  diplomatik  gedişlərlə 
Fransanı iqtisadi və siyasi vəziyyətdən çıxarmağa çalışırdı. Odur 
ki, Fransa əleyhinə olan ittifaqa qarşı əks ittifaq yaratmaq qərarına 
gəlmişlər.  İngilis  gəmilərinin  Fransa  limanlarına  gəlməsinə 
qadağa qoymuşlar (1793-cü ilin mart ayında Rusiya ilə 
147 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə