E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə47/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   43   44   45   46   47   48   49   50   ...   106

yanın  xarici  siyasi  kursu  dəyişmişdir.  I  Pavel  Fransa  ilə 
münasibətlərin  tərəfdan  olduğu  halda,  gənc  23  yaşlı  Aleksandr 
əksinə İngiltərə ilə münasibətlərin yaxşılaşdmlması, Napoleon ilə 
mübarizə aparmağın tərəfdan idi. 
Aleksandr  öz  ətrafına  çox  talantlı  adamlar  yığaraq 
Rusiyanın  xarici  siyasi  kursunu  müəyyənləşdirirdi.  1802-ci  ildə 
Rusiyanın xarici işlər Nazirliyi yaradılmışdır. İlk xarici işlər naziri 
A.R.Voronsov  olmuşdur.  I  Aleksandr  Napoleon  Fransası  ilə 
mübarizə  aparmaqda  Avropa  dövlətləri  ilə  birgə  hərəkət  etməyi 
nəzərdə tuturdu. 
Beləliklə, XVIII əsrin sonu və XIX əsrin əvvəllərindəki 
hadisələr Avropa dövlətləri arasındakı münasibətlərin  inkişafına 
zəmin  yaratmışdır.  Beləliklə,  Beynəlxalq  münasibətlərə  olan 
ictimai maraq da artmışdır. 
151 


VII
 
Fəsil. 
NAPOLEON MÜHARİBƏSİ İLLƏRİNDƏ AVROPA 
VƏ RUSİYA ARASINDA OLAN MÜNASİBƏTLƏR 
Napoleonun  xarici  siyasəti.  Napoleon  Bonapart 
(1769-1821).  Əvvəlcə  Fransanın  I  səfiri,  1804-cü  ildən  isə 
imperatoru  olmuşdur.  O,  hakimiyyətdə  olduğu  1,5  üdə  bütün 
Avropanın  gərgin  vəziyyətdə  qalmasına  səbəb  olmuşdur.  O, 
ancaq hərbi qələbələri ilə deyil, həm də çox mahir diplomat kimi 
şöhrət  tapmışdı.  Fransanın  xarici  işlər  naziri  Taleyran  dəfələrlə 
etiraf edirdi ki, diplomatiyanın ən çətin incəliklərini Napoleon ona 
öyrətmişdir. Bəzi mütəxəssislər Napoleonun xarici siyasətində iki 
dövrü  fərqləndirirlər:  1)  İngiltərəni  qitə  blokadasına  alan 
dövrədək;  2)  1806-cı  ilin  noyabrından  sonrakı  dövr  (blokada 
haqqında dekret imzalandıqdan sonrakı dövr). 
Etiraf etmək lazımdır ki, Napoleon hələ səfir olduğu vaxt 
o,  çox  çətinliklərlə  qarşılaşmalı  olmuşdur.  Başda  İngiltərə 
olmaqla  demək  olar  ki,  bütün  Avropa  dövlətləri  Fransaya  qarşı 
durmuşlar.  Başqa  dövlətlərlə  münasibətləri  gərginləşdirmədən 
Fransa  ilk  zərbəni  Avstriyaya  endirmişdir.  Akademik  Tarle 
özünün 
«DipIomatiya 
tarixi» 
əsərində 
Napoleon 
diplomatiyasına geniş  yer vermişdir. O, göstərirdi ki, XIX əsrin 
birinci  onilliyində  Napoleon  qarşısına  iki  əsas  məqsəd 
qoymuşdur. 
1. O, İngiltərə üzərində qələbəyə can  atırdı. 2. Rusiya 
ilə hərbi ittifaq (müttəfiq) bağlamaq istəyirdi. 
Rusiya-Fransa  münasibətləri  Napoleon  hadisələrə  real 
qiymət  verərək  başa  düşürdü  ki,  İngiltərəyə  qalib  gəlmək  üçün 
Rusiya ilə mütləq ittifaqa girmək və yaxud onu neytrallaşdırmaq 
lazımdır.  Odur  ki,  o,  fransız  diplomatlarına  xüsusi  tapşırıq 
veımişdi  ki,  hansı  yolla  olur  olsun  Rusiya  ilə  münasibətlər 
yaxşılaşdırmaq və onu öz tərəfinə döndərmək lazımdır. Dəfələrlə 
nümayiş etdirirdilər ki, ancaq rus ordusunun sayəsində fransızlar 
İtaliya  üzərində  qələbə  çalmışlar.  I  Pavelin  vaxtında  da,  I 
Aleksandrın vaxtında da fransız diplomatiyası bu 
152 


taktikanı əsas götürmüşdür (Baxmayaraq ki,  I Aleksandr Fransa 
əleyhinə  ümumi  Avropa  İttifaqı  yaratmağın  tərəfdarı  idi). 
İngiltərəyə  qarşı  yaxşı  münasibətdə  olan  Çar  Napoleon  ilə  də 
münaqişəyə girmək istəmirdi. Odur ki, rus diplomatları da Fransa 
ilə danışıqlar aparırdı. Beləliklə, 1801-ci ilin oktyabr ayının 8-də 
Parisdə  Rusiyanın  Fransadakı  səfiri  A.Markov  ilə  Fransanın 
xarici  işlər  naziri  Taleyran  sülh  müqaviləsi  imzalamışlar.  Elə 
həmin  vaxtdan  Almaniya  ilə  İtaliyanın  məsələsini  birlikdə  həll 
etmələri  barədə  razılığa  gəlmişlər.  Beynəlxalq  müqavilə 
imzalandıqdan  dərhal  sonra  Fransa  diplomatları  onun  hər  bir 
bəndini  təhlil  etməyə  və  öz  xeyrinə  üstünlüyə  malik  olmağa 
çalışırdı. 
Lyunevil müqaviləsi. 1800-cü ildə fransızlar Avstriyanın 
bir neçə şəhərini tutduqdan sonra onları sülh bağlamağa məcbur 
etmişlər.  Beləliklə,  1801-ci  il  fevral  ayının  9-da  Fransanın 
Lyunveil  şəhərində  sülh  müqaviləsi  imzalanmışdır.  Müqaviləyə 
əsasən  Avstriya  ərazisindən  Reyn  çayının  sahili,  Belçika  və 
Lüksenburq  Fransaya  verilmiş,  Avstriya  ərazisinin  müəyyən 
hissəsi  isə  Fransanın  vassalına  çevrilmişdir.  Bununla  da  Fransa 
əleyhinə ikinci ittifaq öz mövcudluğunu itirmişdir. 
Amen  müqaviləsi.  Avstriya  məğlub  olduqdan  sonra 
İngiltərə özü sülh danışıqlarına getməyi təklif etmişdir. Napoleon 
sülh danışıqlanna getməyə hazır olduğunu bildirmiş və danışıqlar 
başlanmışdır.  Londonda  müqavilənin  şərtləri  müzakirə  edilmiş, 
sonra Fransanın  Amen  şəhərində sülh  müqaviləsinin ikinci  turu 
başlanmışdır. Danışıqlar 6 ay davam etmiş1802-ci il mart ayının 
27-də  müqavilə  imzalanmışdır.  Müqavilə  bir  tərəfdən  Fransa, 
İspaniya,  Batav  Respublikası  (Hollandiya),  digər tərəfdən isə 
İngiltərə tərəfindən imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən 
Fransa ordusu Misirdən, Elba adasından, Romadan və Neapoldan 
çıxır. Fransa Misirin Türkiyəyə qaytarılmasına da razılıq verməli 
olur.  İngiltərə  Hollandiyanın,  İtaliyanın,  İsveçrənin,  Alman 
dövlətlərinin  işinə  qarışmamaq  və  öz  ordusunu  Maltadan 
çıxarmaq barədə öhtəçilik 
153 


götürür. Bundan əlavə İngiltərə Fransaya və onun müttəfiqlərinə 
məxsus olan müstəmləkə və digər əraziləri qaytarmalı olur. Lakin 
demək olar ki, bütün bunlar müvəqqəti nəfəs almaq üçün idi. 
Bütün  bunlara baxmayaraq Fransa ilə  İngiltərə  arasında 
olan  münasibətlər  pisləşirdi.  Nəhayət,  1803-cü  il  may  ayının 
12-də İngiltərənin səfiri Fransadan getməli olmuşdur. 
Fransa əleyhinə 3-cü İttifaqın yaranması. Bir-birinə qarşı 
dayanan  İngiltərə  və  Fransa  Avropadakı  qüw'ələr  nisbətinə  çox 
diqqətlə  -  siyasətlə  yanaşırdılar.  Napoleon  çox  tələsirdi  ki, 
Avropanı özünə tabe etdirsin. İngiltərənin Nazirlər Soveti  U.Pit 
də  öz  ölkəsinin  xarici  siyasi  kursunu  izləyərək  Fransa  əleyhinə 
üçüncü  İttifaq  yaratmağa  çalışırdı.  Avstriya  və  Rusiya  da  bu 
ittifaqın  tərəfdarı  idi.  Hətta  bu  barədə  1804-cü  ildə  I  Aleksandr 
İngiltərəyə məxfi məktub da göndərmişdi. O yazırdı ki, Rusiya ilə 
İngiltərənin  qüvvələrinin  birləşdirilməsi  çox  yaxşı  nəticələrə 
səbəb ola bilər. 
Göründüyü kimi I Aleksandr bir tərəfdən Fransa ilə əlaqə 
yaratmağa çalışdığı halda, digər tərəfdən İngiltərə ilə İttifaqa girib 
Napoleonla  mübarizə  aparmaq  istəyirdi.  Bu  vaxt  Prussiyanın 
Kralı III Fridrix Vilhelm Fransanın onun ölkəsi üzərinə hücum 
etməsindən ehtiyatlanai'aq Fransa əleyhinə ittifaqa qoşulmaqdan 
imtina etdi. O, açıqca bəyan etmişdi ki. Prussiya Fransaya qarşı 
çıxış etməyəcəkdir. 
Fransa  əleyhinə  3-cü  İttifaqın  dağılması.  Napoleon 
1805-ci  ildə  Avstriyaya  daxil  olaraq  onun  32  minlik  ordusunu 
mühasirəyə  alıb  darmadağın  etdi.  Bu  məcburiyyətdən  sonra 
Avstriya qalan ordusu ilə nə Prussiyaya, nə də Rus ordusuna heç 
bir  köməklik  edə  bilmədi.  M.İ.Kutuzov  fransızlarla  üz-üzə 
gəlməyərək  geri  çəkilməli  oldu.  Lakin  I  Aleksandr  və  Avstriya 
imperatoru  Fransa  Napoleon  ilə  döyüşü  davam  etdirməyə 
üstünlük  verirdilər.  Nəticədə  1805-ci  il  dekabr  ayının  2-də 
Napoleon rus və Avstriya ordusuna ağır zərbə vurdu. 
154 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə