E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə49/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   45   46   47   48   49   50   51   52   ...   106

M.İ.Kutuzovun  rəhbərlik  etdiyi  ordu  türk  ordusuna  ağır  zərbə 
vurmuşdur.  Bu  müharibə  Qafqaz  ərazisinə  də  keçmişdir.  Ruslar 
Suxumini və sonra Gürcüstanı ələ keçirmişlər. Nəhayət, 1812- ci 
il  may  ayının  16-da  Buxarada  sülh  müqaviləsi  imzalanmışdı. 
Aydındır ki, müəyyən ərazi razılaşmaları da olmuşdur. 
Napoleonun Rusiyaya hücumu. Demək olar ki. Napoleon 
Avropada  ağalıq  edirdi.  Bununla  da  o  öz  hökmranlıq  ərazisini 
genişləndirməyə çalışırdı. Odur ki, Rusiya kimi böyük bir ölkəni 
və ərazini ələ keçirməyi qarşısına məqsəd qoymuşdur. O, müxtəlif 
yollarla Rusiyanı zəiflətməyə çalışır, qonşu dövlətlərlə əlaqələrini 
pisləşdirirdi.  Elə  bu  məqsədlə  də  Rusiyam  qitə  blokadası 
sisteminə cəlb etmişdi. 
Napoleon  Rusiya  ilə  müharibəyə  hazırlıq  işlərini 
sürətləndirirdi. Bunun üçün 1200  min adam səfərbər edilmişdir. 
Ancaq  Moskva  üzərinə  hücuma  keçmək  üçün  600  min  daha 
tanınmış,  hazırlıqlı  hərbçi  aynimışdır.  Beləliklə,  1812-ci  il  iyun 
ayının 12-də qəflətən Napoleonun ordusu Rusiya üzərinə hücuma 
keçmişdir.  Bu  vaxt  I  Aleksandr  Napoleona  təklif  göndərdi  ki, 
müharibəni dayandırıb müəyyən mübahisəli məsələləri müzakirə 
etsinlər. Napoleon Rusiya üzərində asanlıqla qələbə qazanacağına 
arxayın olduğu üçün danışığa getmədi. 
Fransa  ordusunun  çoxluğuna  baxmayaraq  Kutuzovun 
komandanlığı  altında  rus  ordusu  Mojayskidən  12  km  qərbdə 
Borodino  kəndində  Napoleon  ordusunu  darmadağın  etdi.  Sonra 
Kutuzov özü bilərəkdən Moskvanı müdafiə etməyib cənub tərəfə 
çəkilmişdir. Beləliklə, müəyyən güc toplayaraq və müdafiə xətti 
seçərək  oktyabr  ayında  Napoleonun  ordusunu  Moskvadan 
tamamilə  qovmuşlar.  Bu  vaxt  Prussiya  və  Avstriya  Rusiya  ilə 
ittifaqa  girməyə  razılıq  verdilər.  1813-cü  ildə  rus-  Avstriya  və 
rus-Prussiya  müqaviləsi  imzalandı.  Yenə  Fransa  əleyhinə  ittifaq 
yarandı. Buna baxmayaraq Napoleon yenə də Prussiya və Rusiya 
ordularına  müəyyən  zərbələr  vururdu.  Nəhayət,  Avstriya  öz 
müttəfiqləri ilə müəyyən şərtlər əsasında 
158 


Fransaya  sülh  təklif  etmişlər.  Varşava  hersoqluğundan  imtina 
etməli, Prussiyanın müstəqilliyini qaytarmaq, İtaliyam Avstriyaya 
qaytarmaq  və  s.  bu  kimi  şərtlər  Fransa  üçün  daha  məqbul  idi. 
Lakin  Napoleon  kimi  qarşısı  alınmaz  imperator  üçün  bu  kimi 
təkliflər qəribə görünürdü. İngiltərə üzərində qələbə əldə etmədən 
heç bir idarəçilikdən söhbət gedə bilməzdi. Belə bir şəraitdə hətta 
İngiltərədə  müəyyən  fəallıq  göstərməli  olmuşdur.  Beləliklə, 
Napoleon  üzərində  tam  qələbə  çalmaq  barədə  bütün  Avropa 
dövlətləri müqavilə bağlamağı qərara almışlar. 
1814-cü  il  mart  ayının  1-də  Böyük  Britaniya,  Rusiya, 
Avstriya  və  Prussiya  arasında  (Şomonda)  müqavilə  bağlanır. 
Onlar  Fransanı  tam  nıəğiub  edənədək  müharibəni  davam 
etdirmək  razılığına  gəlmişlər.  Bu  birgə  müdafiə  və  hücum 
müqaviləsi  20  illiyə  bağlanmışdır.  8  illiyə  Avropa  dövlətlərinin 
xarici siyasətinin əsas istiqaməti də müəyyən edilmişdir. 
Hər  üç  dövlət  Napoleona  qarşı  mübarizə  üçün  150  min 
ordu  ayırmışlar.  1814-cü  ildə  Rusiya,  Avstriya  və  Prussiyanın 
ordusu  (İngilis  bankirlərinin  maliyyələşdirməsi  ilə)  Parisə  daxil 
olurlar.  Napoleon  hakimiyyətdən  salınır.  Yenə  Burbonlar 
meydana gəlir. 1814-cü il may ayının 18-də Fransa əleyhinə 6-cı 
İttifaqın  iştirakçıları  ilə  (İsveç,  İspaniya  və  Portuqaliya  da  daxil 
olmaqla) Fransa arasında sülh müqaviləsi bağlanmışdır. Aydındır 
ki,  Napoleonun  məğlub  edilməsində  Rusiyanın  böyük  rolu 
olmuşdur. 
Vyana  konqresi  və  Rusiya.  Napoleon  imperiyası 
darmadağın  edildikdən  sonra  Avropada  ictimai  münasibətlərin 
sülh yolu ilə tənzimlənməsi məsələləri gündəlikdə dayanırdı. Elə 
bu  məqsədlə  də  Vyanada  Avropa  dövlətlərinin  Konqresi 
keçirilmişdir.  Konqres  1814-cü  ilin  sentyabr  ayından  1815-ci 
ilin  iyun  ayınadək  davam  etmişdir.  Vyana  Konqresində 
gündəlikdə duran əsas məsələlər - Monarxiyanın bəıpa edilməsi, 
Napoleonun  zəbt  etdiyi  torpaqların  azad  edilməsi,  İnqilabi 
hərəkata qarşı mübarizə aparılması, Fransada Bonapartçılığm 
159 


dirçəlməsinə  yol  verməmək  və  qalib  tərəflərin  ərazi  iddialarını 
təmin  etmək  və  şairədən  ibarət  idi.  Aydındır  ki.  Napoleon 
ordusunun  darmadağın  edilməsində  Rusiya  daha  həlledici  rol 
oynamışdır. Rusiya daha güclü dövlət idi. İngiltərə, Prussiya, 
Fransanın  özü  isə  uzunmüddətli  müharibələr  nəticəsində 
üzülmüş  və  var  yoxdan  çıxmışlar.  Buna  baxmayaraq  İngiltərə, 
Fransa,  Prussiya,  Avstriya  Avropa  qitəsində  Rusiyanın 
təsirinin  artmasını  istəmirdilər.  Konqresdə  söhbət  «ədalətli 
bölgüdən» getsə də əslində bütün iştirakçılar - hər kəs özü üçün 
çalışırdı. 
Vyanada  konqresdə  qalib  ölkələrdən  216  nümayəndə 
iştirak  edirdi.  Rusiya  nümayəndəliyinə  I  Aleksandr,  Böyük 
Britaniya nümayəndəliyinə əvvəlcə Kaclri, sonra isə Vellinq- ton, 
Avstriya nümayəndəliyinə Fransa, Prussiya nümayəndəliyinə isə 
Qardenberq rəhbərlik edirdi. Konqresdə I Aleksandr və Avstriya 
kansleri  Metternix  daha  aparıcı  rol  oynayırdılar.  Fransanı 
Taleyran təmsil edirdi. O təklif edirdi ki, Fransanın ərazisi 1792-ci 
il  vəziyyətində  qalsın.  Bu  qalmaqal  ustası  yenə  də  Fransa, 
İngiltərə və Avstriya ilə birlikdə məxvi danışıq apararaq Rusiyaya 
qarşı  fikir  formalaşdırmağa  çalışırdı.  Hətta  Rusiya  və  Prussiya 
ərazi məsələsi üzrə Komissiyasının işində onun iştirak etməsinin 
əleyhinə  idi.  Lakin  Avstriya  Konslerinin  məsləhətçisi  K. 
Metternix  və  İngiltərənin  Konsleri  onun  iştirak  etməsini  təkid 
edirdilər.  Almaniya  dövlətinin  taleyinə  gəldikdə  konqresin 
iştirakçılan  onun  parçalamnasmm  tərəfdarı  idilər.  Avstriyanın 
nümayəndəsi  təklif  edirdi  ki,  Avstriya  və  Prussiya  da  daxil 
olmaqla 38 alman dövlətini birləşdirən Alman ittifaqı yaradılsın. 
İdarəçilik  də  bu  ittifaqa  daxil  olan  dövlətlərin  sey-  minə 
tapşırılsın.  Fransa daha  çox Prussiyanın  güclənməsindən ehtiyat 
edirdi. 
Taleyranın  səyi  nəticəsində  Prussiya  və  Rusiyanın 
əleyhinə  olaraq  İngiltərə,  Avstriya  və  Fransa  arasında  İttifaq 
yaranmışdır. Onlar hətta belə qərara gəlmişlər ki, əgər Saksoniya 
zorla Prussiyaya birləşdirilərsə Fransa, Avstriya və İngiltərə 
160 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə