E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   2   3   4   5   6   7   8   9   ...   106

müşahidəsi,  məsələn  məşhur  diplomatların,  siyasi  xadimlərin 
memuarlan belə müşahidələrin nəticəsində yaranır. 
Bu mənada qərəzsiz yazılmış hər bir memuar beynəlxalq 
münasibətlərin  tarixinin  öyrənilməsində  çox  qiymətli  bir  mənbə 
hesab  edilir.  Hər  hansı  bir  şəxsin  öz  siyasi  və  diplomatik 
fəaliyyətində təhlil aparması da bu sahədə böyük rola malikdir. Bu 
yanaşmanın  çatışmazlığı  ondan  ibarətdir  ola  bilər  ki,  burada 
subyektiv fikirlər daha çox üstünlük təşkil edə bilər. 
Bu  mənada  1970-1980-ci  illərdə  ABŞ-ın  hakim 
dairələrində məsul vəzifədə işləmiş Qenri Kissincerin yazdıqlarını 
misal çəkmək olar. 
3.
 
Sənədlərin 
öyrənilməsi 
metodu. 
Beynəlxalq 
münasibətləri  və  onun  tarixini,  sənədləri  araşdırmaqla  da 
öyrənmək olar. Lakin aydındır ki, xarici dövlətlər barədə hər cürə 
sənəd  əldə  etmək  o  qədər  də  asan  olmur.  Belə  şəraitdə 
kontent-təhlil  yəni  hər  hansı  bir  mətnin  məzmunu  təhlil  edilir. 
Buna  mətnin  təhlili  və  qiymətləndirilməsi  metodu  deyilir.  Bu 
metod  Amerika  sosioloqları  tərəfindən  işlənmişdir.  Məsələn, 
1939-1940-cı  illərdə  Almaniya  nasistlərinin  çıxışlanm  təhlil 
edərək  mətbuatda  dərc  etdirmişlər.  Amerika  mütəxəssisləri  son 
dərəcə  dəqiqliklə  Almaniyanın  SSRİ  üzərinə  hücumu  vaxtını, 
hərbi  əməliyyatların  aparılması  yerini,  gizli  ideoloji  niyyətlərini 
açıqlamışlar.  Bu metod  ABŞ-ın  xüsusi müəssisələrində işlənmiş 
və kəşfiyyat işində istifadə edilmişdir. Ancaq 1950-ci illərdən bu 
metoddan istifadə genişlənmiş və ictimai hadisələrin öyrənilməsi 
metodologiyası statusu almışdır. 
4.
 
Müqayisəli  yanaşma  metodu.  Bu  cür  yanaşma 
metodu 1960-cı illərdən tətbiq edilməyə başlanmışdır. Dövlətlərin 
və  digər  subyektlərin  sayının  artması  ilə  belə  metoda  zərurət 
yaranmışdır.  Burada  -  ərazisinə,  əhalinin  sayma,  sərhədlərinə 
iqtisadi  inkişaf  səviyyəsinə,  hərbi  potensialına  və  s.  əlamətlərə 
görə  dövlətlər  arasında  müqayisə  aparılır.  Hansı  dövlətin 
müharibələrə meylli olması meyarları müəyyən 
>■4
 «
 
16 


ləşdirilir. Eləcə də bəzən ayrı-ayrı dövlətlərdə  əsgərlərin orduya 
getdiyi vaxt onların əhval-ruhiyyəsi də müqayisə edilir. 
5.
 
İvent-təhlil metodu. Burada hadisələrin təhlili nəzərdə 
tutulur.  Beynəlxalq  aləmdə  olan  hadisələrin  dəyişilməsi, 
dinamikası təhlil edilir, süzgəcdən keçirilir və beləliklə ayrı-ayrı 
regionlarda, dövlətlərdə və bütövlükdə dünyada siyasi vəziyyətin 
istiqaməti  müəyyənləşdirilir.  Müəyyən  məlumatlar  aşağıdakı 
əlamətlərə görə sistemləşdirilir: 1. Subyekt - kim 2. Obyekt - Nə 3. 
Kimə  qarşı  4.  Nə  vaxt.  Bu  hadisələr  öz  əhəmiyyətinə  görə 
qruplaşdırılır və hesablama maşınları vasitəsilə qiymətləndirilir. 
6.
 
Kontent təhlil metodu. Siyasi elmdə bu metod ilk dəfə 
Amerika  alimi  Q.Lassuel  və  onun  işçiləri  tərəfindən  tətbiq 
edilmişdir  (1949-cu  ildə).  Hər  hansı  bir  siyasi  mətnin  sistem 
halında öyrənilməsidir. Burada daha çox səslənən ifadələrin təhlili 
ilə bu yazının siyasi istiqaməti müəyyənləşdirilir. 
Amerika  tədqiqatçısı  E.Azar  bu  metodun  vasitəsi  ilə 
beynəlxalq münaqişələri tədqiq etmişdir. Bu məqsədlə 130 ölkəni 
əhatə  edən  30  illik  müddətdə  500  mindən  artıq  hadisə  barədə 
məlumat 
toplamış, 
münaqişə 
vəziyyəti 
yaranması 
qanunauyğunluqlanm aşkarlamışdır. 
7.
 
Sistemli modelləşdirmə metodu. Bu metod vasitəsi ilə 
tədqiq  edilən  obyektlər  formal  oxşarlıq  yolu  ilə  eyniləşdirilir. 
Obyekt  və  onu  əks  etdirən  keyfiyyət  cəhətləri  eyniləşdirilir. 
Burada riyazi təhlil də tələb olunur. 
Tanınmış  mütəxəssis  Forresterin  dünyanın  inkişaf 
modelini  sistemli  modelləşdirmə  metoduna  misal  çəkmək  olai'. 
Bui’ada 114 qarşılıqlı əlaqədə olan bərabərlik istifadə edilmişdir. 
Lakin  onu  da  qeyd  etməliyik  ki,  beynəlxalq  proseslərin, 
hadisələrin daxili mahiyyətini riyazi dillə, riyazi hesablamalarla o 
qədər  də  aydın  səciyyələndirmək  olmur.  Hər  halda  informasiya 
texnologiyasının  və  elektron  hesablama  texni-  kasımn  sürətli 
inkişafı dünya siyasətinin və bevnəlxalq mü 
17 


nasibətlərin  öyrənilməsində  riyazi  hesablamalardan  istifadə 
edilməsinə zəmin yaradır. 
Hələ  1960-1970-ci  illərdə  “Qüvvələr  balansı”  və 
“Diplomatiya oyunu” deyilən təhlil modeli yaradılmışdır. 
Məsələn, yenə 1960-cı illərdə 27 beynəlxalq münaqişənin 
məzmunu  barədə  müəyyən  məlumatlar  toplanmış,  təhlil  edilmiş 
və nəticə çıxarılmışdır. 
Münaqişələrin 
yaranması  mərhələlərə  aynimışdır 
(münaqişə qabağı, münaqişə dövrü və münaqişədən sonrakı dövr). 
Birinci mərhələdə 119; ikinci mərhələdə 110; üçüncü mərhələdə 
isə  178  amil  müəyyən  edilmişdir.  Beləliklə  hər  bir  amilin  təsir 
dairəsi hesablanmışdır. 
8.
 
Delfiy metodu. Burada hər hansı bir problem bir neçə 
ekspert  tərəfindən  öyrənilir,  müzakirə  edilir,  qiymətləndirilir. 
Sonra  verilir  mərkəzi  orqanlara.  Onlar  da  öz  fikrini,  iradını 
bildirib  yenidən  qaytanr  ekspertlərə.  Ekspertlər  də  müəyyən 
fikirlərlə barışır və yaxud öz fikirlərində qalırlar. Beləliklə, son - 
yekun təklif hazırlayırlar. 
18 


II
 
Fəsil. 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ 
BEYNƏLXALQ SİYASƏT 
1.
 
Dünya siyasəti və onların qarşılıqlı əlaqəsi. 
2.
 
Beynəlxalq münasibətlərin dinamikası. 
3.
 
Dünya siyasəti və Beynəlxalq siyasət. 
4.
 
Beynəlxalq münasibətlərin qanunauyğunluqları. 
1.
 
Dünya siyasəti və onların 
qarşılıqlı əlaqəsi 
Dünya  üzrə  siyasi  -  ictimai  hadisə  və  proseslərin 
öyrənilməsi sosial-humanitar elmlərin tədqiqat obyektinə daxildir. 
Bu  elmlərin  tədqiqat  obyektinin  ayrı-ayrı  tərəflərini  öyrənərkən 
“Xarici siyasət”, “Beynəlxalq siyasət”, “Dünya siyasəti” kimi 
kateqoriyalar - anlayışlar işlədilməsi obyektiv zərurət təşkil edir. 
Bu kateqoriyaların hər biri özünəməxsus məzmun kəsb edir. Onlar 
müəyyən  mənada  müstəqil  məzmun  kəsb  etsələr  də,  hər  halda 
qarşılıqlı əlaqədə də götürülürlər. 
Qeyd etməliyik  ki,  sadaladığımız kateqoriyalar arasında 
“Beynəlxalq münasibətlər” anlayışı daha mərkəzi yeri tutur. 
Bu kateqoriya daha geniş məna daşımaqla sistem yaradan 
bir  xüsusi  çəkiyə  malikdir.  “Beynəlxalq  münasibətlər”  heç  də 
dəyişməz, donub qalan  bir hadisə olmayıb,  həmişə dəyişməkdə, 
təkamüldə olan bir varlıqdır. 
Deməli  bu  gün  hər  hansı  bir  “Beynəlxalq  münasibət” 
yüz illər, min illər bundan əvvəlki kimi deyildir. Öz növbəsində 
yüz  illərdən  somakı  beynəlxalq  münasibətlər  də  bugünkü 
münasibətlərdən fərqlənəcəkdir. 
XVIII  -  XIX  əsr  yüzilliyi  beynəlxalq  münasibətlər 
fenomeninin  təkamül  inkişafı  üçün  ən  zəruri  mərhələlərdən  biri 
hesab edilir. O vaxtlar Qərbi Avropada müstəqil dövlətlər sistemi 
bərqərar olurdu. 
19 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə