E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   46   47   48   49   50   51   52   53   ...   106

150 minlik ordu ilə hərbi gücə əl ata bilərlər. Beləliklə, Met- temik 
Fransanı  dəstəkləmiş  və  Saksoniya  hesabına  Prussiya  ilə 
Rusiyanın güclənməsinə imkan vermişdir. Konqres danışıqlarının 
qızğın  vaxtı  1815-ci  il  mart  ayının  19-da  Napoleon  bir  dəstə 
hərbiçi  ilə  yenidən  Parisdə  peyda  oldu.  Bu  hadisə  konqres 
iştirakçılanmn daha qətiyyətli olmalanna zəmin yaratdı. 
1815-ci  il  iyim  ayının  9-da  Rusiya,  Avstriya,  İspaniya, 
Fransa,  Böyük  Britaniya,  Portuqaliya,  Prussiya  və  İsveçin 
nümayəndələri Vyana konqresində son yekun aktını imzalamışlar. 
Bu  sənəddə  leqitizm  əsas  götürülmüş,  25  illik  fasiləsiz 
mübarizəyə sanki son qoyulmuş və Avropadakı real vəziyyət əks 
etdirilmişdir.  Konqresin  iştirakçıları  belə  qənaətə  gəlmişlər  ki, 
Avropada köhnə nizam-intizam bərqərar olmuş və o yeni təhlükə 
yaradılmasından xilas edilmişdir. 
Avstriya  konslerinin  müşaviri  (Vyana  konqresinin  baş 
katibi)  F.Hens  çox  yüksək  ifadələr  yazırdı.  Avropada  sosial 
nizamın  yeniləşməsi,  siyasi  sistemin  yeniləşməsi,  qüvvələrin 
ədalətli  bölgüsünə  əsaslanan  həmişəlik  sülh  və  s.  i.a.  Beləliklə, 
Avropa dövlətləri daha qətiyyətli hərəkət etməli olmuşlar. Fransa 
zəbt  etdiyi  bütün  ərazilərdən  məhrum  edilmişdir.  Belçika  və 
Hollandiya  Niderland  krallığında  birləşmişlər  (Lüksemburq  da 
bura  birləşmişdi).  Vyana  konqresinin  iştirakçıları  İsveçrənin 
neytrallığına təminat vermişlər. 
Polşa ərazisi Varşava ilə Rusiyaya birləşdirilmişdi (Polşa 
krallığı  adı  ilə).  Rusiyada  onların  öz  nümayəndəlikləri  vardı. 
Bütün bunlara baxmayaraq bu dövlətlərin heç birinin digərinə o 
qədər də etibarı yox idi. 
Müqəddəs ittifaq yaradılması. I Aleksandr başa düşürdü 
ki. Konqresin qərarı təşkilatı baxımdan yaxşı sənədləşdirilməlidir. 
O,  Avropa  dövlətləri  ittifaqı  yaradılmasını  zəruri  hesab  edirdi. 
Beləliklə,  «Müqəddəs  İttifaq»  yaradılması  ideyası  meydana 
gəlmişdi. Belə bir ittifaq yaradılması aktı I Aleksandr tərəfindən 
hazırlanmışdır. Bu akt 1815-ci il 
161 


sentyabr ayının 26-da Parisdə Rusiya və Avstriya imperatorları və 
Prussiya Kralı tərəfindən imzalanmışdır. İki aydan sonra 1815-ci 
ilin  noyabr  ayında  Fransa  Kralı  XVIII  Lyudovik  də  müqəddəs 
ittifaqa  qoşulmuşdur.  Sonralar  demək  olar  ki,  bütün  Avropa 
monai-xiyaları bu İttifaqa daxil olmuşlar. 
Bu ittifaqı  yaradanlar nəzərdə tuturdular ki,  «Müqəddəs 
İttifaq»  bir  tərəfdən  milli-azadlıq  hərəkatlarını  və  inqilabı 
hərəkatları boğmağa köməklik göstərəcəkdir. 
Digər  tərəfdən  isə  sərhədlərin  qorunmasında,  nizam- 
intizamın  yaradılmasında  birləşərək  siyasi  təminatçı  bir  qurum 
kimi çıxış edəcəkdir. 
Aktda  göstərilirdi  ki,  son  üç  il  müddətində  Avropa 
ölkələrində  olan  müəyyən  dəyişikliklər  barədə,  ittifaqın  üzvləri 
bir-birinə  məlumat,  vəsait  ötürməli,  inamı,  sülhü  və  həqiqəti 
saxlamalıdırlar.  Aktın  3-cü  bəndində  əks  olunurdu  ki,  ittifaqın 
üzvləri bütün bu tələbləri qəbul etməyə borcludurlar. 
162 


VIII
 
FəsiL 
MÜQƏDDƏS İTTİFAQ İLƏ 1848-ci İLLƏR İNQİLABI 
ARASINDAKI DÖVRDƏ BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR 
«Müqəddəs  İttifaq»  yaradıldıqdan  sonra  Avropa 
dövlətləri  demək  olar  ki,  həmişə  bir  cəbhədən  çıxış  edirdilər 
(əlbəttə müxtəlif baxışlar da vardı). Azad fikirli olamağa o qədər 
də imkan vermirdilər. Bununla yanaşı onlar o qədər də bir-birinə 
inanmırdılar, bir-birini izləyirdilər. 
Avstriyanın  Kansleri  Metternix  Rusiyada  baş  qaldıran 
inqilabi  hərəkatları  öz  ölkəsi  üçün  təhlükə  hesab  edirdi.  I 
Aleksandr  da  ölkə  daxilində  olan  hadisələrlə  narahat  idi.  Eyni 
zamanda  İttifaqın  üzvlərinə  və  xüsusilə  Mettxemixə  inanmırdı. 
Prussiya  Kralı  III  Vilhelm  də  öz  növbəsində  rus  inqilabından, 
Rusiya imperatonından və Fransa Kralından ehtiyatlanırdı. 
Müqəddəs  İttifaqın  Konqresləri  «Müqəddəs  tttifaq>> 
mövcud  olduğu  dövrdə  dörd  dəfə  konqres  keçirmişdir.  1818-ci 
ildə  Araxendə,  1820-ci  ildə  Troppauda,  1821-ci  ildə  Laybaxda, 
1822-ci ildə Veronda. 
Birinci  konqresdə  Rusiya,  Avstriya,  Prussiya,  Böyük 
Britaniya  və  Fransanın  nümayəndələri  iştirak  edirdilər.  Burada 
Fransanın  «Müqəddəs  İttifaqa»  bərabər  hüquqlu  üzv  olması 
barədə  qərar  qəbul  edilmişdir.  Fransanın  ərazisindən  digər 
orduların  çıxarılması  məsələsi  qoyulmuş  və  eyni  zamanda 
Fransadan 265 mln.frank hərbi təzminat müəyyən edilmişdir. Onu 
da qeyd etməliyik ki, hələ sentyabr ayından Fransa nümayəndəliyi 
Avstriya,  Rusiya,  Prussiya  və  İngiltərəyə  müraciət  edirdi  ki, 
dördlər ittifaqını beşlər ittifaqı adlandırsınlar. Bu hər dörd dövlət 
razılığa  gəlmişlər  ki,  Fransada  müəyyən  nizam  yaratmaq  üçün 
hərbi birlik də yaratmaq olar. Deməli, «Mü- qəddəs İttifaqm» hər 
dörd  üzvü  Avstriya,  Rusiya,  Prussiya  və  İngiltərə  çox  ehtiyatla 
Fransanı 1818-ci il noyabr ayının 1- də İttifaqa qəbul etmişlər. 
i 63 


ikinci  Konqres  1820-ci  ilin  oktyabr-dekabr  aylarında 
keçirilmişdir.  Bu  konqres  Avstriya  Kansleri  Mettemixin 
təşəbbüsü  ilə  keçirilmişdir.  O,  Neapolitian  Krallığında  baş 
qaldıran  inqilabi  hərəkatlardan  ehtiyatlamrdı.  Konqresdə  I 
Aleksandr , I Frans və III Fridrix Vilhelm (Prussiya) və eləcə də 
çoxlu  diplomatiya  nümayəndələri  iştirak  edirdi.  Konqresdə  üç 
dövlətin  -  Rusiya,  Avstriya  və  Prussiyanın  razılığı  ilə 
Neapolitian  krallığında  inqilabi  hərəkatı  yatırmaq  üçün  ordu 
yeridilməsi  qərara  alınmışdır.  Beləliklə,  I-Konqresin  qərarının 
əksinə  olaraq  bu  ikinci  konqresdə  bir  dövlətin  digər  dövlətin 
daxili  işinə  hərbi  müdaxilənin  olması  (dəvət  etməsə  də)  qərara 
alınmışdır. 
Onu  da  qeyd  etməliyik  ki,  bu  cür  inqilabi  hərakatların 
boğulması  məsələsi  əsasən  Troppau  və  sonra  isə  Laybax 
konqresində  müzakirə  edilmişdir.  Neapoldan  başqa  İspaniya, 
Pyemont və digər yerlərdə də inqilabi hərəkatlar baş qaldınrdı. 
Laybaxda  (hazırda  Lyublyana)  1821-ci  ildə  yanvar  - 
mart  aylarında  üçüncü  konqres  olmuşdur.  Bu  Troppau 
konqresinin  davamı  hesab  edilirdi.  Odur  ki,  çox  vaxt  buna 
Troppau  -  Laybax  konqresi  deyirlər.  Burada  da  Neapol 
Krallığında  və  İspaniyada  olan  inqilabi  hərəkatların  yatıniması 
müzakirə  edilmişdir.  Neapola  Avstriya  ordusu,  İspaniyaya  isə 
Fransa ordusu yeridilmişdir. 
Müqəddəs  İttifaqın  dördüncü  konqresi  1822-ci  ildə 
Veronda  keçirilmişdir.  Konqres  başlayana  yaxın  İngiltərənin 
Xarici  İşlər  Naziri  Kaslri  intihar  etmişdir.  Odur  ki,  1922-ci  ilin 
sentyabrından  C.Kanninq  (onun  yerində  Böyük  Britaniyanın 
Xarici İşlər Nazirliyinin Katibi) işləməyə başlamışdır. Bu vaxtdan 
da ayn-ayn dövlətlərin siyasətlərində müxtəliflik özünü göstərirdi. 
Konqresdə  rus  nümayəndəliyinə  I  Aleksandr,  Avstriyaya  -  I 
Frans, Prussiyaya III Fridrix Vilhel rəhbərlik edirdilər. İtaliyanın 
dövlət  başçısı,  Fransa  və  digər  dövlətlərin  nümayəndələri  də 
iştirak edirdilər. 
164 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə