E d. professor Rəyçilər: M. C. Atakişiyev


Londonda  protokolun  mətni



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

Londonda  protokolun  mətni  müsbət  qarşılansa  da 
Kanninq  başa  düşürdü  ki,  İngiltərə  Rusiyanı  deyil,  Rusiya  onu 
Türkiyə ilə müharibəyə cəlb edir. Avstriya Kansleri Met- ternix 
məktub  ilə  tamş  olduqda  başa  düşdü  ki,  Rusiyanın  London  ilə 
birlikdə olması yenə də «müqəd.dəs ittifaqa» ziddir. 
Türkiyə  sultanı  II  Mahmud  Rusiya  ilə  İngiltərənin 
birlikdə  hərbi  əməliyyatından  ehtiyatlanaraq  I  Nikolayın 
məktubunda olan bütün tələbləri yerinə yetirdi. O, İranı Rusiya ilə 
müharibəyə  cəlb  etmək  istəsə  də  bu  fikri  baş  tutmadı.  1  avqust 
1826-cı  ildə  rus-türk  damşıqları  başlanmışdı.  Türkiyənin  ağır 
danışıqları  başlanmışdı.  Türkiyənin  ağır  vəziyyətini  başa  düşən 
Rusiya  daha  ağır  şərtlər  qoyurdu.  Nəhayət  1826-eı  il  oktyabr 
ayının  7-də  Akkermanda  beynəlxalq  müqavilə  imzalanmışdır. 
Sonralar  London  və  Peterburq  danışıqlarında  Fransa  da 
Türkiyə əleyhinə İttifaqa daxil olmuşdur. 
1827-ci  ildə  üç  dövlət  Türkiyə  üzərinə  hücuma  keçərək 
Türk-Misir  Flotuna  ağır  zərbə  endirdilər.  1827-ci  ilin  avqust 
aymda  İngiltərənin  xarici  işlər  naziri  Kanninqin  ölümündən 
sonra bu əməliyyat az da olsa zəifləmişdir. 
Avstriya Rusiyanın Türkiyə üzərinə hücuma keçməsinə ~ 
Balkana yaxınlaşmasına razı deyildi. Bu barədə İngiltərə, Fransa 
və Prussiya monarxlanna da öz fikrini bildinnişdir. Lakin Rusiya 
onun hərəkətlərini seperat danışıq hesab edirdi. Nəhayət, 1829-cu 
ilin  yayında  II Mahmud sülh  danışıqları  aparılmasını təklif etdi. 
1829-cu  ilin  sentyabr  aymda  Adriano-  polda  sülh  müqaviləsi 
imzalandı.  Müqaviləyə  əsasən  Rusiyanın  ticarət  gəmilərinin 
Dardanel  və  Bosfor  boğazlarından  keçmək  hüququ  qazanması, 
Dunay  knyazlıgı,  Moldova  və  Valaxiyanm  muxtariyyat  alması 
təsdiqləmnişdir. 
Qara  dənizin  Qafqaz  sahilləri,  Acariryanm  şimal 
sərhədləri,  Gürcüstan,  İmeretiya,  Minqreliya,  Quriya,  İrəvan  və 
Naxçıvan xanlığı Rusiyaya birləşdirilmişdir. Beləliklə, 1828- 
1829-
 
cu  illərdəki  Rusiya-Türkiyə  müharibəsi  Dunay  və 
Qafqazda Rusiya ərazilərini xeyli genişləndirdi. Yunanıstanı 
168 


azad edərək Avropanın cənubunda Rusiyanın mövqeyini və təsir 
dairəsini möhkəmlətmiş oldu. 
Türkmənçay sülh müqaviləsi. 1826-1828-ci illərdə Rusiya 
ilə  İran  arasında  olan  münasibətlər  də  gərgin  vəziyyət  almışdı. 
Türkiyə ilə münasibətləri pisləşdikdən sonra Rusiya çox istəyirdi 
ki, İran sərhədlərində sakitlik olsun. Belə vəziyyət Qafqazda sülh 
yaradılmasına  təminat  verə  bilərdi.  Lakin  İranın  bəzi  daxili 
qüvvələri  Gürcüstanı  və  Şimali  Azərbaycanı  qaytarmaq  üçün 
Rusiya  ilə  müharibəyə  hazırlaşırdılar.  Burada  ingilis 
diplomatlarının  da  az  rolu  yox  idi.  Vəziyyəti  sakitləşdirmək 
məqsədi  ilə  Peterburq  knyaz  A.S.  Menşikovu  Tehrana  səfir 
göndərməli olmuşdur. 
Lakin  bundan  da  bir  nəticə  çıxmamışdır.  1826-cı  ilin 
yayında İran 60 minlik ordu ilə Rusiya üzərinə hücum etmiş və 
müharibədə məğlub olmuşdur (ingilis diplomatları vəziyyəti belə 
görüb sülhə getmək üçün tədbirlər görmüşlər). 
1828-ci il fevral ayının 10-da Rusiya ilə İran arasında 
Türkmənçay  sülh  müqaviləsi  bağlanmışdır.  Müqaviləyə  əsasən 
İrəvan  və  Naxçıvan  xanlıqları  Rusiyada  qalmış,  hər  iki  ölkənin 
sərhəddi Araz çayı olmuş, Rusiyanın tica- 
TDt CrDmiİDn* 
Vn'innmı 
n a - r o r ı w w T v
 
Ä W V  


hakimiyyətə  Hersoq  Orleanski  keçmişdir  (O  Lui  Filipp  adı 
götürmüşdür). 
Rusiya  Avstriya  və  Prussiya  ilə  birlikdə  Fransaya 
müdaxilə  təklif  etsə  də,  Avstriya  və  Prussiya  buna  razılıq 
vermədilər. Fransaya qarşı olan bu münasibət sonralar Rusiyaya 
müəyyən qədər zərər də vurdu. İngiltərə və Avstriya da Rusiyaya 
qarşı  münasibətlərini  xeyli  dəyişdirdi.  Fransa  ilə  münasibətlər 
pozuldu. 
1830-
 
cu  ilin  yayında  inqilabi  hərəkatlar  rus  impe- 
ratorluğu  tabeçiliyində  olan  Polşada  başlamışdır.  Lakin  inqilabi 
üsyanlar Rusiya ordusu tərəfindən yatırılmışdır. Lakin XIX əsrdə 
baş verən inqilabi hərəkatlar bununla qurtarmamışdır. 
Fransada  baş  verən  1830-cu  il  inqilabı  az  bir  zamanda 
İtaliya,  Polşa,  Belçika,  İspaniya  və  digər  ərazilərdə  yayılmışdır. 
Beləliklə, 1848-ci ilədək inqilabi çıxışlar artmışdır. 
İtaliyada  inqilabi  hərəkat.  Apenin  yarımadasında  baş 
verən  hadisələr  Fransa  və  İngiltərəni  də  düşündürürdü.  1832-ci 
ilin  əvvəllərində  Fransa  rəhbərliyi  Roma  papasına  müraciət 
edərək  bildirirdi  ki,  Fransa  katolik  dövləti  kimi  sizin 
hakimiyyətinizə daha sədaqətli olaraq Avstriya ilə birlikdə nizam- 
intizamın  pozulduğu  yerlərdə  qanun-qayda  yaradılmasında  sizə 
yardım edə bilərik.  Vatikan onların fikrini rədd  etmişdir. Çünki 
hər bir dövlətin öz maraqları vardır. Polşada olan üsyan vaxtı da, 
onun  təşkilatçıları  və  rəhbərləri  Fransanın  və  digər  dövlətlərin 
köməkliyinə bel bağlamışlar. Avstriya və Prussiya da işğalçılara 
qarşı  düşmənçilik  mövqeyini  almışlar.  İngiltərə  və  Fransa 
Polşalılara heç bir köməklik göstərməmişdir. 
Belçikada inqilab. Demək olar ki.  Polşa ilə eyni  vaxtda 
Belçikada da inqilabi üsyanlar kışlanmışdır. Bu üsyan Belçikanın 
Niderlanddan  azad  olması  uğrunda  gedirdi.  1830-cu  il  oktyabr 
ayının  4-də  Belçikanın  müvəqqəti  hökuməti  Niderlanddan  tam 
ayrılmaq barədə qərar qəbul etdi. 
Niderland  görürdü  ki,  təklikdə  Belçikanın  öhdəsindən 
gələ bilməyəcəkdir. Kral Avropa dövlətlərinə köməklik üçün 
170 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə