E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.

səhifə53/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   106

müraciət  etməli  olmuşdur.  Ancaq  Prussiya  köməklik  edəcəyini 
bildirmişdir. Fransa Prussiya kralının bu fikrini bilən kimi, bəyan 
etmişdir ki, Prussiya ordusu Belçika ərazisinə daxil olarsa, Fransa 
ordusu da onun ərazisinə görəcəkdir. Çünki Fansa kralı Lui Filip 
öz  oğlu  qersoq  Neurekini  Belçikaya  dövlət  başçısı  qoymaq 
istəyirdi.  Lakin bütün  avropa dövlətləri  xəlvəti  danışıq apararaq 
buna imkan verməmişlər. Belçikanın milli konqresi 1831-ci il iyul 
ayının 4-də şahzadə Leopold Sakksen Koburqskitııi səs çoxluğu 
ilə dövlət başçısı seçmişdilər. 
Fransadan  başqa  bütün  Avropa  dövlətləri  bu  namizədi 
dəstəkləmişlər.  Beləliklə,  1831-ci  il  noyabr  ayının  15-də 
Londonda Rusiya, Avstriya, Fransa, Böyük Britaniya, Prussiya və 
Belçika  Belçika  Krallığının  yaradılması  barədə  olan  müqaviləni 
imzalamışdılai'.  Belçikanın  sərhədləri  müəyyən  edilmişdi. 
Müqavilənin  bütün  maddələrinə  riayət  etmək  üçün  Rusiya, 
Avstriya, Fransa, İngiltərə və Prusiya təminatçı olmaq missiyası 
götürmüşlər.  l830-cu  il  inqilabına  yekun  vuraraq  belə  qərara 
gəlmək  olar  ki,  1832-ci  illərdə  Avropa  müəyyən  qədər 
sakitləşmişdir.  Polşa  hadisələri  yatırılmış,  Belçika  müstəqillik 
qazanmış,  xəritədə  yeni  bir  dövlət  yaranmışdır.  Fransa  öz 
problemləri ilə məşğul olmağa başlamışdır. 
Türkiy3~Misir münasibətləri. Elə həmin vaxtlarda Misir 
ilə  Türkiyə  arasında  münasibətlər  pisləşmişdir.  O  vaxt  Misir 
Türkiyənin vassalı idi. Misir Paşası Məhəmməd Əli 
1831-
 
ci  ildə  türk  sultanına  qarşı  ordu  yeritmişdi.  1832-ci  il 
dekabr ayının 21-də Misir paşasının oğlu İbrahim Türk ordusunu 
əzərək Suriyanı tutmuşdu. 
II
 
Mahmud Misir ordusunun qarşısını almaq üçün yollar 
axtarırdı. Şərqdə yaşanan bu böhran şəraitində Rusiya, İngiltərə və 
Fransa arasında diplomatik mübarizə gedirdi. Fransa çoxdan Misir 
ilə  Suriyaya  göz  dikmişdi.  Odur  ki,  o  istəmirdi  ki,  Rusiya  şərq 
münaqişəsinin həllində iştirak etsin. İngiltərə də Rusiyanın bu işə 
qarışmasını istəmirdi. Odur ki, Avstriyaya təklif etdi ki. 
171 


Türkiyəyə  hərbi  köməklik  etsin.  Avstriya  isə  Rusiya  ilə 
münasibətləri pozmaq qəranna gəlmək istəməmişdir. 
Rusiya  isə  münaqişənin  lap  əvvəlindən  II  Mahmuda 
kömək etməyi bildirmişdir. İbrahimin ordusu getdikcə irəliləyirdi. 
Odur ki, II Mahmud rəsmi olaraq 1833-cü ildə köməklik barədə I 
Nikolaya müraciət etmişdir. Çox tez bir müddətdə rus donanması 
Sevostopoldan  Konstantinopola  daxil  olmuşdu.  Ardıcıl  olaraq 
Rusiyanın hərbi gəmiləri və 40 min qoşun da Bosfor sahillərinə 
daxil oldu. Fransa və İngiltərə hərbi gəmiləri də Aralıq dənizinin 
şərq  sahillərinə  daxil  oldular.  Bütün  bunlar  Türkiyə  ilə  Misir 
arasında sülh müqaviləsi bağlamnasına səbəb ola bilmişdir. 
Müqavilə 1833-cü ilin may ayında bağlanmışdı. 
Məhəmməd Əli Türkiyənin vassalı kimi qalmasını qəbul edərək 
ordunu geri çəkdi. Bunun müqabilində Suriya, Fələstin və Kilikin 
idarəçiliyini özündə saxladı. 
Unkiyər-İskelessey  müqaviləsi:  Qeyd  etməliyik  ki,  elə 
həmin  illərdə  çar  generalı  -  adyutantı  qraf  A.F.Orlov  Kons- 
tatinopolda çox böyük işlər görmüşdür. Belə ki, o vaxt Rusiya ilə 
Türkiyə arasında heç bir müharibə əlamətləri belə yox idi. Lakin 
A.F.Orlov  8  iyul  1833-cü  ildə  II  Mahmudun  nümayəndələri 
Rusiya  ilə  Türkiyə  arasında  birgə  müdafiə  barədə  müqavilə 
imzalamışlar. 
Müqavilə  Rusiya  ilə  Türkiyə  arasında  ittifaq,  sülh  və 
dostluğu əks etdirirdi. Müqavilə Unkiyər - tskelessey müqaviləsi 
adlanır. Bu Rusiya üçün çox böyük bir diplomatik qələbə idi. Hər 
iki  dövlətin  birgə  müdafiəsi  nəzərdə  tutulurdu.  Burada  eyni 
zamanda  Rusiya  ilə  Türkiyə  arasında  olan  Andrianopol, 
Konstantinopol və digər müqavilələrdəki müddəlar da öz təsdiqini 
tapırdı. 
Məxfi  sənədlərdə  göstərilirdi  ki,  Rusiya  başqa  bir 
dövlətin  müharibə  edəcək  olarsa,  Türkiyə  Dardanel  boğazını 
bağlayaraq ora heç bir hərbi gəmi buraxmamalıdır. Bosfor isə Rus 
gəmiləri üçün açıq idi. 
172 


Əlbəttə bu müqavilə İngiltərə ilə Fransa tərəfindən yaxşı 
qarşılanmamışdır. Onların Rusiya ilə olan münasibətləri nisbətən 
pisləşmişdir. Hər iki dövlət Rusiyaya nota vermişlər ki, Türkiyə 
ilə  yarana  biləcək  hərbi  vəziyyətdə  biz  bu  müqaviləni  nəzərə 
almayacağıq.  Rusiya  Xarici  İşlər  Nazirliyi  isə  belə  bir  cavab 
vermişdir - Rusiya hər bir şəraitdə bu müqavilənin şərtlərini əsas 
götürəcəkdir.  Belə  hesab  edəcəkdir  ki,  Fransa  ilə  İngiltərənin 
notası heç olmayıbdır. 
Rusiyanın Prussiya və Avstriya ilə yaxınlaşması. Rusiya 
ilə Fransa münasibətlərinin pisləşməsi onun Avstriya və Prussiya 
ilə  yaxınlaşmasına  zərurət  yaratmışdır.  Avstriyanın  konsleri 
Metternix  də çox səy göstərirdi ki, Rusiya və Prussiya ilə birgə 
əlaqələr  yaratsın.  Bu  Almaniya  və  Şimali  İtaliyada  inqilabi 
hərəkatların  yatınimasına  da  köməklik  edərdi.  Bu  məqsədlə  də 
1833-cü ildə Münxenqradda monarxların qurultayı keçirildi. Rus 
imperatoru  I  Nikolay  inqilabi  mübarizənin  yatırılmasında 
Avstriyaya  kömək  etməyə  söz  verirdi.  O,  şərt  qoyurdu  ki,  rus 
ordusu  Konstantinopola  hücum  etsə  də  siz  də  maneçilik 
göstərməyin. 
Lakin  Avstriya  bu  şərti  qəbul  etmədi.  İngiltərə  də 
Rusiyanın  bu  hərəkətinə  razı  deyildi.  İngiltərənin  xarici  işlər 
Naziri  Palmerston  istəyirdi  ki,  bütün  Avropa  dövlətlərini 
Unkiyər-İskelessey müqaviləsinə cəlb etsin. Bununla da rus- türk 
müqaviləsinin  məzmununu  dəyişdirsin.  Münxenqradda  ardıcıl 
olaraq bir neçə beynəlxalq müqavilə bağlanmışdı; 
1.
 
1833-cü  nin  sentyabr  ayında  (18-də)  Avstriya- 
Rusiya  müqaviləsi.  Burada əsas məsələ Osmanlı imperiyasında 
mövcud sülalənin qalması idi. Hər iki tərəf öhtəçilik götürmüşlər 
ki,  əgər  dövlət  çevrilişi  olarsa,  birlikdə  Türkiyəyə  köməklik 
göstərsinlər. 
2.
 
Həmin il sentyabr ayının 19-da yenə də Avstriya 
ilə  Rusiya  arasında  müqavilə  bağlanmışdır.  Burada  nəzərdə 
tutulmuşdur ki.  Polşada baş verən hər hansı  bir  hərəkat  birlikdə 
yatırılmalıdır. 
173 




Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə